RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə6/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   2   3   4   5   6   7   8   9   ...   64

22
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
niyyətin  yaranması  ilə,  əslində,  şüurlu  insan tipinin  tarixi 
yolu  başlanmışdır,  digər  tərəfdən,  ağıllı  insanın  for­
malaşması  ilə  onun  mədəniyyətinin  inkişafı başlanmışdır. 
Doğrudan  da,  həmin  dövrdən  başlayaraq  insanın  tə­
kamülündə  bioloji  inkişaf  tempi  enir,  sonra  isə 
tamamlanır.  Bu  mərhələnin  axırında  onun  sosial  varlıq 
kimi  tarixi  təkmilləşmə  prosesi  başlayır.  Bütün  bu  dövr 
ərzində  bəşəriyyət  unikal  fenomenin  mahiyyətini  -  
insanların  ictimai  varlığını  başa  düşməyə,  dərk  etməyə 
cəhd  göstərmişlər.  Bunsuz  isə  onları  insan  deyil, 
insanaqədərki canlılar hesab etmək olar.
“Kultura” -  “mədəniyyət”  sözü  ilk  dəfə  XVIII  əsrdə 
işlədilmişdir.  Ancaq  həmin  əsrdə  İ.X.Adelunq  (1739- 
1806)  “İnsan  nəslinin  mədəniyyət  tarixinin  təcrübəsi” 
(1782)  adlı  kitabında  mədəniyyət  haqqında  “insan 
ruhunun  tarixi”  kimi  söhbət  açmışdır.  Görünür,  onun  bu 
fikirləri  ilə razılaşmaq lazımdır ki, mədəniyyət nəinki xal­
qın  və  onun  ayrı-ayrı  nümayəndələrinin  ruhudur,  o  həm 
də  onların  ağlı  və  vicdanıdır.  Yaradıcı  şəkildə  düşünmə­
yən, məsuliyyəti və yaradıcı  qabiliyyəti  olmayan adamlar­
da  mədəniyyət  ola  bilməz.  XVIII  əsrin  görkəmli  ma­
arifçisi  İ.Herder (1744-1803) mədəniyyətə  aşağıdakı  tərifi 
vermişdir:  “Biz  insanın bu  genezisini  istədiyimiz kimi  ad­
landıra  bilərik,  ikinci  mənada bunu  mədəniyyət  adlandır­
maq  olar.  Daha  dəqiq  desək,  torpağın  becərilməsini,  işığı 
yada salaraq,  maarif adlandıra bilərik,  bu zaman mədəniy­
yət və maaıif zənciri dünyanın o başına qədər çata bilər”.
Rusiyalı  alim  A.Medvedko,  “mədəniyyət”,  “kultura” 
sözünün  İraqdakı  Ur məbədi  ilə  bağlı  olmasını  irəli  sürür. 
O  yazır  ki,  “kult”Ur”a”,  “Ur  kultu”,  Ur  şəhərinin  kultu 
deməkdir. “Ur kultuna” sitayiş deməkdir.1
Herderin fikrincə,  əgər insan cəmiyyətdə yaşayırsa və 
fəaliyyət  göstərirsə,  o,  mədəniyyətdən  xali  ola  bilməz. 
Həqiqətən  də,  yalnız  mədəniyyət  insana  bəşəri  (mənəvi)
1  “Simurq”  Azərbaycan  Mədəniyyət  Assosiasiyasının  tədqiqatları. 
Bakı, 2001, s. 130.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  23
sima  verir  və  yaxud  onun  yoxluğu  insanı  daha  da 
eybəcərləşdirir.  Ona  görə  də  mədəniyyətin  başlıca 
mənası  və  əsas  təyinatı  insanı  yüksəltmək  və  xeyirxah 
etmək,  eləcə  də  onda  ən  yaxşı  hisslər  və  fikirlər 
doğurmaqdır.  Əks  təqdirdə  insan  kobud  olmaq,  eləcə  də 
amansızlaşmaq təhlükəsi qarşısında qalır.
Nə  vaxtsa  Yer  kürəsində  mədəniyyət  (kultura)  adı 
altında  yaranmış  və  o  qədər  də  sadə  olmayan  ictimai 
hadisənin  fəlsəfi  təhlilinə  başlayarkən,  hər  şeydən  əvvəl, 
diqqət onun ayrıca bir adamın və bütövlükdə bəşəriyyətin 
rolunun, daha dəqiq desək,  insanın mahiyyət qüvvələrinin 
daimi  aydınlaşdırılmasına  yönəldilməsidir.  Ernst  Kassi- 
rerin  (1874-1945) fikrincə, mədəniyyətin fəlsəfi  cəhətdən 
aydınlaşdırılması  diqqətimizi  onun  son  məhsul  kimi 
təminatı  ödəməməsinə  və  həmin  məhsulun  istehsal 
üsulunu  başa  düşməyə  cəlb  edir.  Axı  həmin  məhsuldar 
fəallıqdan,  ruhun  uzun  sürən  və  daim  təzələnən  işindən 
təkcə  dil  deyil,  həm  də  mif,  din  və  incəsənət  asılıdır. 
İnsanın 
mənəvi 
fəaliyyətinin 
ayrı-ayrı 
sahələrini 
aydınlaşdırmaq,  onun  fərdi  xüsusiyyətlərini,  mövcud­
luğunun  üsul  və  təkrarolunmaz  formalarını  başa  düşmək 
üçün  vacib  olan  fəlsəfə  elmidir.  Çünki  mədəniyyətin 
həqiqi  mənasını,  onun  insanın  hansı  yaradıcı  qüvvəsi  ilə 
doğulmasmı ancaq fəlsəfə aydınlaşdırır.1
Mədəniyyətin bir  fenomen  kimi  dərk  edilməsi  nəinki 
böyük  alimlərin,  yazıçıların,  sənətkarların  elmi  və  bədii 
yaradıcılığını  nəzərdə  tutur,  eyni  zamanda  onların 
maarifçilik  fəaliyyətini  də  tələb  edir.  Harada  kütlələr 
mədəniyyətə  yiyələnibsə,  orada  mədəniyyət  vardır.  Ona 
görə  də  mədəniyyət  üzvi  surətdə  görkəmli  maarifçilərin 
adları  ilə  əlaqədardır.  Onlardan Hobbs  (1588-1679), Lokk 
(1632-1704),  Volf  (1679-1754),  Volter  (1694-1778), 
Didro, 
D.Alaraber, 
Russo, 
Kant, 
M.F.Axundov,
A.N.Radişev və bir çox başqalarını göstərmək olar. Onlar, 
insanın  fizioloji-mədəni  funksiyalarının  vəhdəti  haqqında
1 Э.Кассирер.  Опыт о человеке. M,  1993, с. 123.


24
Q LO B A LLA ŞM A  VƏ M Ə DƏ Nİ  M Ü X T Ə L İFL İK
fikri  inkişaf etdirərək,  insanın həyat və  fəaliyyətinin  əsas 
növləri  sırasına  həm  də  yaradıcılığı  daxil  etmişlər.  Onlar 
mədəniyyəti 
təbiətdən  asılılığı  aradan  qaldırmağın 
yaradıcılıq  aktı,  instiktin  hüdudlarından  kənara  çıxma, 
təbiət  üzərində 
yüksəlmə 
kimi  başa 
düşürdülər. 
Mədəniyyət  azadlığın  qazanılması  sahəsi  kimi  anlaşılırdı. 
Elə  buna  görə  də  onlar  mədəniyyəti  şəxsiyyətin  azad 
özünüreallaşdmnasmm  təcəssümü  kimi  başa  düşürdülər. 
Mədəni  adam  öz gələcəyini  müəyyənləşdirmək və bunun 
uğrunda  çalışmaq  qabiliyyətinə  malik  olur.  İnsan 
şəxsiyyətinin formalaşması  mədəniyyətin əsas vəzifəsi və 
əsas məqsədi kimi  dərk olunurdu.
Başqa  maarifçilərdən  fərqli  olaraq,  J.J.Russo  belə 
hesab  edirdi  ki, 
mədəniyyət  bizi  formalaşdırır  və 
insanların  iztirabına  laqeyd  edir.  Elə  buna görə  də  Russo, 
faktiki  olaraq,  mədəniyyəti  bəşəriyyətə  düşmən  və  yad 
bir hadisə  kimi  qiymətləndirirdi.  Etiraf etmək  lazımdır ki, 
indinin  özündə  belə  “mədəniyyət”  anlayışının  mahiyyəti 
haqqında aydınlıq yoxdur.  Lakin bir şey aydındır ki, Russo 
elmi,  incəsənəti,  ədəbiyyatı  insan  şüuruna  böyük  təsir 
göstərdiyinə  görə  ittiham  da  etmişdi.  Guya  bununla  o, 
azadlıq kimi təbii  hissi  boğur.  Russo elan  edirdi ki, elm və 
incəsənət  təkmilləşdikcə  bizim  ruhumuz  daha  da  yolunu 
azır.
LJ.Russodan  bir  neçə  əsr  əvvəl  böyük  ərəb  alimi  və 
siyasi  xadimi  İbn-Xaldun  (1332-1406)  göstərirdi  ki, 
“sivilizasiya  və  mədəniyyət  insan  cəmiyyətinin  sonu 
deməkdir”.  Mədəniyyətin  inkişafı  insanlar  arasındakı 
ünsiyyəti,  insanlarla  dövlət  arasındakı  münasibətləri 
pozur.
Bir  neçə  yüz  il  ərzində  mədəniyyətin  fəlsəfi 
tədqiqində  ciddi  irəliləyişlər  olmasına  baxmayaraq  onun 
holə də birmənalı tərifi  yoxdur.
Amerika  mədəniyyətşünasları  Alfred  Kreber  və 
Klayd Klakxon birgə yazdıqları  əsərlərində  mədəniyyətin 
180  tərifini  göstərmişlər.  Onların  hesablamasına  görə,
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  25
əgər  1871-ci  ildən  1919-cu ilə  kimi  mədəniyyətin cəmi  7 
tərifi  olmuşdusa  (ilk  tərif  görkəmli  ingilis  etnoqrafı 
E.Teyloıa  məxsusdur),  1920-1950-ci  illərdə  157  tərif 
yaranmışdır.  L.E.Kertmana  görə,  mədəniyyətin  400-dən 
çox  tərifi  olmuşdur.  Hazırda  isə,  alimlərin  fikrincə, 
mədəniyyətin tərifini 4 rəqəmli  ədədlə sayırlar.  Bir sözlə, 
istənilən  qədər  tərif vardır.  Lakin  bütün  bunlar  qətiyyən 
mədəniyyətin mahiyyətini dəyişmir.1
İntibah  dövrünün  filosofları  mədəniyyətə  ideal, 
universal  şəxsiyyətin  formalaşması  vasitəsi,  hərtərəfli 
təhsil,  tərbiyə  almağa,  elm  və  incəsənətə  təsir 
göstərməyə,  dövlətin  möhkəmləndirilməsinə  kömək 
etməyə  qadir bir qüvvə  kimi  baxırdılar.  Həmin  filosoflar, 
eyni  zamanda,  barbarlıqdan  fərqli  ictimai  quruluşa  keçid 
yolunda sivilizasiya problemini də irəli sürürdülər.
Lakin  XIX  əsrdə  mədəniyyətə  təkamül  yanaşma 
nəzəriyyəsi 
meydana 
gəldi. 
Həmin 
kulturoloji 
konsepsiyanın  görkəmli  nümayəndələrindən  biri  ingilis 
etnoqrafı  və  tarixçisi  E.B.Teylor  (1832-1917)  olmuşdur. 
E.Teylora 
görə, 
mədəniyyət 
yalnız 
mənəvi 
mədəniyyətdir:  bilik,  incəsənət,  etiqad,  hüquqi  və  əxlaqi 
normalar və  s.  Deməli,  mədəniyyətdə  təkcə  ümumbəşəri 
yox,  həm  də  ayn-ayrı  xalqlar  üçün  spesifik  olan  dəyərlər 
vardır.  E.Teylor  mədəniyyətin  inkişafında  təkcə  onun 
daxili  təkamülünün  deyil,  həm  də  tarixi  təsirin  və  tarixi 
dinamikanın  əhəmiyyətini  göstərmişdir.  Onun  fikrincə, 
mədəni  inkişaf düz  xəttlə  gedə  bilməz.  Lakin  təkamülçü 
kimi  o,  bütün  və  əsas  diqqətini  bəşəriyyətin  mədəni 
inkişafının  vəhdətdə  olmasını  sübut  etməyə  yönəltməklə 
yanaşı,  tənəzzül  imkanını,  geriyə  hərəkəti,  mədəni 
deqradasiyanı  da  inkar  etmirdi.  Tənəzzül  və  tərəqqi 
münasibətlərini  təhlil  edərkən  o,  tərəqqinin  qələbəsinə 
şübhə etmədiyini bildirirdi.
Teylorun  “vahid  xətt”  təkamül  nəzəriyyəsi  XIX  əsrin
1  А.Кребср,  К.Клакхон.  Култура:  критический  обзор  концепций  и 
определений.  М,  1977. с. 159.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə