RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə7/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   2   3   4   5   6   7   8   9   10   ...   64

26
Q LO BA LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
sonunda,  həm  yeni  kantçılar və  M.Veber tərəfindən,  həm 
də  ’’həyat  fəlsəfəsi’ nin  nümayəndələri  O.Şpenqler, 
A.Toynbi  tərəfindən tənqid edilmişdir.
Yeni  kantçı  Rikkert,  məsələn,  təklif  edir  ki, 
mədəniyyətə  dəyərlər  sistemi  kimi  baxılsın.  O,  aşağıdakı 
dəyərləri  sadalayır:  həqiqət,  gözəllik,  ilahi  müqəddəslik, 
mənəviyyat,  xoşbəxtlik,  xüsusi  müqəddəslik.  Dəyərlər 
xüsusi  aləmi,  xüsusi  fəaliyyət  növünü  yaradır  ki,  burada 
insan  tərəfindən  dünyanın  mənəvi  mənimsənilməsinin 
bəzi  cəhətləri  görünür.  Vindelband  qeyd  edirdi  ki, 
mədəniyyət-insanın dünyanı  anlaması  və dərk etməsindən 
asılı  olaraq,  dəyərlər  seçmək  azadlığı  sahəsidir.  Yeni 
kantçılığa  görə,  dəyərlər  dünyası-məsuliyyəti  hiss  etmək 
dünyasıdır.  Dəyərlər  şüurdadır,  onların  gerçəklikdəki 
təcəssümü  hər  cür  rifahın  yaradılması  deməkdir.  O, 
mədəniyyətə tarix elminin anlayışı kimi baxırdı.
“Həyat fəlsəfəsi’ nin nümayəndələri də, yeni kantçılar 
kimi,  təbiətlə  tarixi  kəskin  şəkildə  fərqləndirirlər.
O.Şpenqlerə  görə,  tarix  ayrı-ayrı  qapalı  mədəniyyətlərin 
bir-birini  zaman-zaman  əvəzləməsidir.1  Lakin  bu  dövrdə 
vahid  tarixi  prosesin  mövcudluğu  istisna  edilir.  Əslində, 
mədəniyyət  ayrıca  götürülmüş  insanın  yaş  dövrlərini: 
uşaqlıq,  yeniyetməlik,  gənclik  və  qocalıq  dövrlərini 
keçirir.  Tale,  mədəniyyəti  doğumdan  ölümə  qədər  olan 
yolu 
keçməyə 
məcbur 
edir. 
O.Şpenqlerə 
görə, 
mədəniyyət  -  xalqın  ruhunun  xarici  təzahürüdür. 
Sivilizasiya 
dedikdə, 
o, 
hər 
bir 
mədəniyyətin 
mövcudluğunun  son  mərhələsini  başa  düşür.  Böyük 
şəhərlərdə  adamlar  çoxaldıqca  texnika  inkişaf  edir, 
incəsənət  deqradasiyaya  uğrayır,  xalq  “simasız  kütləyə” 
çevrilir.  O.Şpenqler belə hesab edir ki, sivilizasiya mənəvi 
tənəzzül dövrüdür.
Z.Freydin  mədəniyyət  haqqında  fikirləri  də  bu 
cəhətdən  maraqlıdır.  O,  mədəniyyətin  genezisini  insanın 
heyvani  təbiəti,  başqa  sözlə,  insanın  vəhşiyə  oxşar təbiəti
■■■  .«ı ■
 •  r i . .  
------- ------------------- i---------
1 О.Шпенглер.  Закат Европы.  M,  1993, ч.1, с .128.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  27
ilə  əlaqələndirir.  Bu  halda  mədəniyyətin  özü  insanın 
heyvani  instiktini  cilovlamaq  vasitəsi  kimi  çıxış  edir. 
Lakin  psixoanaliz  təmsilçilərinin  bir  çoxu  tərəfindən  bu 
konsepsiya  şübhə  altına  almır.  Məsələn,  E.Fromm 
tamamilə  əks  fikir  söyləyir.  O  deyir  ki,  məhz  tarix, 
mədəniyyət  insanda  hansısa  dağıdıcı  potensiyanı  üzə 
çıxardır.
İndi  çoxsaylı  kulturoloji  konsepsiyalar  yaranmış  və 
yayılmışdır.  Bunlar  K.Levi-Strossun  antropologiyası, 
neofreydistlərin, 
eksiztensialistlərin, 
ingilis 
yazıçısı 
Ç.Snounun  və  başqalarının  konsepsiyalarıdır.  Bəzi 
kulturoloji  konsepsiyalar  vahid  mədəniyyətin  ziddiyyətli 
anlayış 
olduğunu 
göstənnəklə, 
mədəniyyət 
və 
sivilizasiyanın  texnoloji  determinasiyasını  əsaslandırmağa 
cəhd edirlər.
Tədqiqatçılara  görə,  mədəniyyət  sırf  sosial  hadisə 
olub,  insanların  həyat  fəaliyyəti  ilə  əlaqədardır.  Lakin 
cəmiyyətdə mədəni və sosial tərəflərin birliyi yalnız onun 
aşağı  pilləsində  mövcud  olmuşdur.  Əmək  bölgüsündən, 
yəni 
əkinçiliklə 
maldarlıq,  sənətkarlıqla  əkinçilik, 
ticarətlə  əkinçilik,  maldarlıqla  sənətkarlıq  bir-birindən 
ayrıldıqdan  sonra  sosiallaşma  müstəqil  inkişaf  yoluna 
başlayır.  Deməli,  mədəniyyət  prosesləri  bütün  ictimai 
hadisələrlə  qarşılıqlı  əlaqədə  baş  verir.  Bütün  hallarda, 
mədəniyyət  spesifik  cəhətlərə  malik  olmaqla  özündə 
ümumbəşəri  dəyərləri  cəmləşdirir.  Bu  zaman  mədəni 
yaradıcılıq  heç  də  həmişə  tarixi  yaradıcılıqla  üst-üstə 
düşmür.  Bunu  anlamaqdan  ötrü  maddi  və  mənəvi 
mədəniyyətləri 
bir-birindən 
fərqləndirmək 
olduqca 
vacibdir.
Maddi  mədəniyyət  -  insan  əməyi  və  zəkası  ilə 
yaradılmış  maddi  sərvətlərin  məcmusudur;  istehsal 
vasitələri,  əmək  ictimai  varlığın  maddi  əsaslarıdır.  Maddi 
mədəniyyət  insanın  təbii  gerçəkliyi  mənimsəməsinin 
göstəricisidir.  Yaşayış  vasitələri  -   binalar,  paltar, 
memarlıq 
nümunələri, 
körpülər, 
kanallar, 
meşə


28
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
massivləri,  bitki  və  heyvan növləri  və  s.  buraya  daxildir. 
Mənəvi  mədəniyyətə  isə,  hər şeydən  əvvəl,  elm  və  onun 
nailiyyətlərinin  istehsal  prosesinə  tətbiqi  səviyyəsi,  təhsil 
və  maarif,  tərbiyə,  incəsənət,  təbii  xidmət,  cəmiyyət 
üzvlərinin  mənəviyyatı  və  davranış  normaları,  adətlər, 
ənənələr,  adamların  təlabat  və  mənafelərinin  inkişaf 
səviyyəsi və s.  daxildir.
Qeyd etmək lazımdır ki, mənəvi  mədəniyyəti  mənəvi 
istehsalla  eyniləşdirmək  olmaz.  Mənəvi  istehsal  -  
ideyaların,  normaların,  dəyərlərin  məcmuyudur.  Mənəvi 
mədəniyyət  geniş  anlayış  olub,  mənəvi  istehsalı  da 
özüunə  daxil  edir.  Deməli,  mədəniyyət maddi  və  mənəvi 
sərvətlərin  məcmuyudur.  Konkret  olaraq,  mədəniyyətə 
belə  bir  tərif  vermək  mümkündür.  Mədəniyyət  - 
cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi 
sərvətlərin  məcmuyudur,  həmçinin  onların  yaradılması 
qabiliyyəti  və  bəşəriyyətin  tərəqqisi  üçün  onlardan 
istifadə  etmək  və  onları  nəsildən-nəsilə  ötürmək 
bacarığıdır.
XX 
əsrdə 
formalaşmış 
elmi 
ənənələrə 
görə 
mədəniyyətin  sosial  hadisə  kimi  bütöv,  sistemli  şəkildə 
təhlilinə üstünlük verilir.
Bu  yanaşma  hüdudunda  bütöv  mədəni  prosesin  bir- 
birilə  çarpazlaşan,  qarşılıqlı  əlaqədə  olan  maddi  və 
mənəvi  sahələrə  bölgüsü  yaranmışdır.  Bununla  əlaqədar 
bir  məsələni  xüsusi  vurğu  ilə  qeyd  etmək  lazımdır  ki, 
tədqiqatçılar  mənəvi  mədəniyyətə  az  diqqət  yetirdikləri 
halda,  əsasən  bütün  tədqiqlərini  maddi  mədəniyyət 
üzərində 
qurmuşlar. 
Belə 
yönüm 
mədəniyyət 
fenomeninin  mahiyyətinin  dolğun  və  tam  anlaşılmasının 
məhdudlaşdırılmasına, 
çoxölçülü 
mədəniyyət 
və 
yaradıcılıq  prosesləri  ilə  əlaqədar  olan  problemlərin 
kölgədə  qalmasına  gətirib  çıxarmışdır.  Eyni  zamanda,  bu 
cür  yanaşma  mədəniyyətin  sonrakı  tədqiqi  gedişində 
metodoloji  axtarışların nəzəri əsasına çevrilir.
İkinci 
istiqamətin 
nümayəndələri 
(V.Davıdoviç,
Fəsil I. Qloballaşma. Mədəniyyot fenomeni qloballaşma kontekstində  29
Y.Jdanov  və  s.)1  mədəniyyətdə  spesifik  fəaliyyət  üsulu 
görür  ki,  o  da  öz növbəsində  sivilizasiyanın  ətraf mühitin 
dəyişikliyi 
şəraitində 
saxlanılmasını 
və 
təzədən 
yaradılmasını  şərtləndirir.  Yanaşma çərçivəsində  müxtəlif 
oriyentasiyalar bir-birini  tamamlayaraq  ümumi  metodoloji 
əsasa  malik  olur.  Bu  metodoloji  əsas  isə  insan 
fəaliyyətindən 
mədəniyyətin 
çıxarılması 
deməkdir. 
Mədəniyyətin  mahiyyətinin  izahına  fəaliyyətlə  əlaqədar 
yanaşma  həm  lokal  mədəniyyətlərin,  həm  mədəniyyətin 
tarixi  tiplərinin,  eləcə  də  mədəniyyət  və  sivilizasiyanın 
qarşılıqlı  münasibətinin  tədqiqi  üçün  müəyyən  əsas 
rolunda  çıxış  edir,  mədəniyyət  və  dəyərlər,  mədəniyyət 
və  mənəvi 
həyat  kimi  mürəkkəb  problemlərin 
öyrənilməsi  isə ayrı metodoloji əsasları tələb edir.
Burada  mənəvi  qiymətləndirmə  (aksioloji)  yanaşma 
yerinə  düşür.  Mədəniyyət  insanların  sosial  və  tarixi 
birliklərinin  funksiyasıdır  və  özündə  insanın  dünyada  öz 
mövcudluğunu  ifadə  və  təsdiq  edən  üsulları  əhatə  edir. 
Mədəni  fəaliyyətin  məqsədi  -   “homo  sapiens”  növünün 
qorunub  saxlanılmasıdır.  Burada ən  yüksək dəyərin  insan 
olduğu  ön  plana  çıxır.  Deməli,  sözün  həqiqi  mənasında 
yalnız  insan,  eləcə  də  bütövlükdə  insan  nəsli  mütləq 
mədəni  dəyər  (sərvət)  rolunda  qəbul  edilir.  Mədəniyyət 
probleminə  aksioloji  yanaşma  həm  də  onu  sübut  edir  ki, 
mədəniyyət  aləminə  heç  də  bütün  sosial  hadisələr  daxil 
deyildir.
Kulturologiyada 
antropoloji 
yanaşma 
ilk 
təkamülçülərin  (H.Spenser,  E.Teylor  və  D.Morqan) 
nəzəriyyələri  ilə  başlanmışdır.  Həmin  nəzəriyyələrdə 
tarixi  prosesin  fasiləsizliyi  prinsipinin  mütləqləşdirilməsi 
aparıcı  yer  tuturdu.  Sonralar  mədəni-antropoloji  yanaşma 
formalaşdı.  Bu  yanaşma  isə  B.Malinovski,  K.Levi-Stross, 
E.Fromm, 
A.Kreber, 
F.Klakxon 
və 
başqalarının 
əsərlərində  işlənmişdi.  Həmin nəzəriyyə  çərçivəsində bir
1  Давидович  В.E.,  Жданов  Ю.А.  Сущность  в  культуры.  Ростов-на 
Дону,  1979.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə