RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə8/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

30
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
sıra  məktəblər,  məsələn,  funksionalizm,  strukturalizm  və 
s.  yaranmışdır.  B.Malinovski,  B.Radkliff-Braun  ilə 
birlikdə  Yeni  Qvineya  və  Okeaniya  qəbilələrini  tədqiq 
edərək  fiınksionalizmin  üç  əsas  postulatını  işləyib 
hazırladı:  “ 1)  hər  bir  mədəniyyət  -  bütövdür,  tamdır  (bu 
isə  cəmiyyətin  funksional  vəhdətinin  nəticəsidir);  2)  hər 
bir cəmiyyət, yaxud sivilizasiya tipi, hər bir adət və yaxud 
mərasim,  sitayiş  və  yaxud  etiqad  mədəniyyət  üçün 
müəyyən  həyati  vacib  funksiyanı  yerinə  yetirir;  3) 
mədəniyyətin  bütövlüyünün  saxlanılmasında  onun  hər bir 
elementi  əvəzedilməzdir”. 
Müasir  Qərb  kulturolo- 
giyasında  sosioloji  yanaşma,  yaxud  da  mədəniyyətin 
sosiologiyası 
geniş 
yayılmışdır. 
Onun 
P.Sorokin,
M.Xorkxaymer,  T.Adomo,  Q.Markuze,  Y.Xabermas  və  s. 
nümayəndələri  mədəni-tarixi  prosesə  dair  fundamental 
problemləri  işləmişlər.  Eyni  zamanda,  mədəniyyətin 
sosiologiyasının  məqsədi  mədəniyyətin  təhlilində  onun 
digər  sosial  hadisələrlə  müqayisəsi  yolu  ilə  sistemli 
yanaşmanın  tətbiq  edilməsidir.  Bu  istiqamət  hüdudunda 
da  mədəniyyət  anlayışı  cəmiyyətin  bütün  həyatını  deyil, 
yalnız onun ayrıca götürülmüş bir tərəfini göstərə bilirdi.
Kulturologiyada 
strukturalist  yanaşmam 
K.Levi- 
Stross'  və  M.Fuko2  inkişaf  etdirmişdir.  K.Levi-Stross 
kulturologiyanın 
başlıca 
problemi 
kimi 
təbiətdən 
mədəniyyətə  keçid  prosesinin  öyrənilməsi  olduğunu 
göstərirdi.  Bunun  üçün  isə  o  struktur  linqvistika 
metodlarından  və  informatika  nəzəriyyəsindən  fayda­
lanırdı.  Son  dövrlərdə  semiotik  yanaşma  daha  geniş  yer 
tutmuşdur.  Burada  mədəniyyətə  simvolik  sistem  kimi 
baxılırdı.  Həmin  yanaşmanın  müəlliflərindən  E.Kassirer, 
Z.Langer,  Ç.Morris,  Y.Lotman'və  başqalarını  qeyd  etmək 
olar.  Onların  əsərlərində  incəsənətin  bütün  növlərinin 
(xüsusilə,  musiqi,  abstrakt  rəssamlıq  və  s.)  semiotik
1 Bax:  К.Леви-Стросс.  Первобытное мышление.  M,  1994.
2  Bax:  M.Фуко.  Слово  и  вещи:  археология  гуманитарных  наук.  -  
СПб,  1994.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  31
xarakteri xüsusi vurğulanırdı.
Keçən əsrin  ikinci  yarısında  formalaşan mədəniyyətin 
tədqiqinə  biosfer  baxış  K.Lorens,  B.Skinner  və  s. 
tərəfindən  inkişaf  etdirilmişdir.  Bu  yanaşma  evristik 
potensiala  malikdir.  Əgər  planetə  hər  şeyi  əhatə  edən 
sistem  kimi  baxılarsa,  o  zaman  mədəniyyəti  biosfer 
baxımından da nəzərdən keçirmək məqsədəuyğundur.
XIX  əsrdə  geniş  yayılmış  konsepsiyalardan  biri 
N.Y.Danilevskinin  (1822-1885)  konsepsiyasıdır.  “Rusiya 
və  Avropa”1  adlı  əsərində  o,  mədəniyyətin  inkişafının 
çoxxətli  və  qapalı  nəzəriyyəsini  irəli  sürmüşdür.  O, 
həmçinin,  zəngin  materiala  əsaslanaraq  mədəni-tarixi 
tiplər  nəzəriyyəsini  işləmişdir.  N.Danilevskinin  müasir 
Qərb  mədəniyyət  fəlsəfəsinə  təsiri  inkar  edilməzdir. 
Həmin  nəzəriyyə  dünya  mədəniyyətində  avropasentrist 
və  xətti  konsepsiyalarına  zidd  olub,  bəşəri  mədəniyyətin 
(yaxud  sivilizasiyanın)  çoxluğu  və  müxtəlif  keyfiyyətli 
olması  fikrini  irəli  sürmüşdür.  Əslində,  N.Y.Danilevski 
Qərbdə 
mədəniyyət 
hadisəsinin 
məkan-zaman 
çərçivəsində  lokallaşması  konsepsiyasının  yaradıcısıdır. 
Təsadüfi  deyildir  ki,  həmin  baxış  hazırda  Avropada 
olduqca 
geniş 
yayılmışdır. 
Görkəmli 
tədqiqatçı 
N.Y.Danilevski  bütün  orijinal  sivilizasiyaları  üç  sinfə 
bölmüşdür.  Müsbət,  mənfi  və  özgə  məqsədinə  xidmət 
edən  sivilizasiyalar.  Birinci  sinfə  aid  olanlar:  Misir,  Çin, 
Assuriya,  Hind,  İran,  Yəhudi,  Yunan,  Roma,  Ərəb, 
German-Roman  (Avropa)  və  Buryat  sivilizasiyalarıdır. 
Bura  öz  inkişafını  tamamlaya  bilməyən  Meksika  və  Peru 
sivilizasiyasını  da  əlavə  etmək  olar.  Bu  mədəni-tarixi 
tiplər  bəşəriyyətin  tarixində  müsbət  faktor  kimi  təsəvvür 
olunur  və  insan  ruhunun  tərəqqisini  şərtləndirir.  İkinci 
sinif  mənfi  mədəni  tarixi  tipləri  yaradır  (hunlar, 
monqollar, 
türklər), 
ölümlə 
mübarizə 
aparan 
sivilizasiyaların  məhvinə  gətirib  çıxarır.  Üçüncü  sinifə 
inkişaf  etməkdə  olan  sivilizasiyalar  (finlər  və  s.)  daxil
1 H.Данилевский.  Россия  и Европа.  M,  1991.


32
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
edilir.  Bunlar  tarixdə  nə  yaradıcı,  nə  də  dağıdıcı  rolu 
oynamamışlar.  Onlar  digər  sivilizasiyaların  tərkibinə 
“etnoqrafik material qismində” daxil olmuşdur.
Həmin  nəzəriyyəyə  görə,  bəşəriyyət  heç  də  vahid 
“canlı  orqanizm”  deyildir,  əksinə,  N.Danilevskinin 
ideyalarının  orijinallığı  onunla  ifadə  olunur  ki,  burada 
bəşəriyyətin  vahid  xətti  qəbul  olunmur,  hansısa  ümumi, 
yaxud  “dünyəvi”  ağılın  tərəqqisi  fikri  kənarlaşdırılır. 
Avropa 
sivilizasiyası 
ilə 
eyniləşdirilən 
ümumi 
sivilizasiyanın  mövcudluğu  qəbul 
olunmur. 
Bunun 
əvəzində  çoxlu  ayrı-ayrı  sivilizasiyalar  mövcuddur.  Bu 
sivilizasiyaların  zaman-zaman  məhv  olması,  bir-birini 
əvəz etməsi özü də bir qanunauyğunluqdur.
N. 
Danilevskinin 
nəzəriyyəsi 
alman 
mütəfəkkiri
O.Şpenqlerin  yaradıcılığına  böyük  təsir  göstərmişdir. 
“Avropanın 
qürubu” 
(1918-1922) 
adlı 
əsərində
O.Şpenqler  sosial  sistemlərin  təbii  inkişafı  hesab  etdiyi 
mədəniyyəti  süni  yaradılmış  bir  şey  kimi  sivilizasiyaya 
qarşı  qoyur.  Onun  fikrincə,  sivilizasiya  mədəniyyətin 
məhvini  ifadə  edir  və  “qəhrəmanlıq  əməllərindən” 
“mexaniki  işə”  keçidi  bildirir.  O  qiyama  sürükləyir, 
inqilaba və Avropanın məhvinə aparır.
O. 
Şpenqler  mədəniyyəti  və  sivilizasiyanı  orqanizm 
kimi  verir  və  həmin  orqanizmlərin  8  olduğunu  göstərir. 
Misir,  Hind,  Babil,  Çin,  Appolon  (yunan-roma),  Magik 
(Bizans-Ərəb), 
Faust 
(Qərbi 
Avropa) 
və 
Maya 
mədəniyyətləri  bu  qəbildəndir.  Rus-Sibir  mədəniyyətinin 
formalaşma dövrünün yaxınlaşdığı qeyd edilir.
Hər  bir  mədəniyyətin  yaşı  onun  daxili  həyat 
silsiləsindən  -   dövründən  asılıdır  və  təxminən  min  ili 
əhatə  edir.  Öz  dövrünü  tamamlayan  mədəniyyət  sıradan 
çıxır  və  sivilizasiya  vəziyyətinə  keçir.  Mədəniyyətin 
sivilizasiyadan  prinsipial  fərqi  odur ki,  sivilizasiya  ruhsuz 
intellekt,  ölü  “boylu”,  “qamətli”  (ölçü  mənasında)  olduğu 
halda,  mədəniyyət  həyatdır,  yaradıcı  fəaliyyətdir  və 
inkişafdır. 
Mədəniyyətin  tarixi-onun  bioqrafiyasıdır,
Fəsil 1. Qloballaşma. Mədaniyyot fenomeni qloballaşma kontekslinda  33
imkanlarının  gerçəkləşməsidir.  O.Şpenqler  A.Toynbiyə 
(1889-1975)  böyük təsir göstərmişdir.  Özünün  məşhur  12 
cildlik  “Tarixin  tədqiqi”1  əsərində  A.Toynbi  lokal 
sivilizasiyalar konsepsiyasını  irəli  sürmüşdür.  A.Toynbidə 
sivilizasion yanaşma bəşəriyyətin ictimai-tarixi inkişafının 
lokal  sivilizasiyaların  dövranı  ruhunda  başa  düşülməsi 
kimi  təzahür  etmişdir.  Sələflərinin  ardınca  gedərək, 
Toynbi  bəşəriyyətin  vahid  tarixinin  mövcudluğunu  inkar 
edir  və  bir-birindən  fərqli  olan  ayrı-ayrı  sivilizasiyaların 
mövcudluğunu  irəli  sürür.  Əvvəlcə  o,  21  sivilizasiyanı 
sayır,  sonra  isə  onları  13-ə  endirir.  Yəni,  ikinci  dərəcəli 
sivilizasiyaları nəzərə almır.  İndiyə qədər mövcud olan və 
indi  də  öz mövcudluğunu  saxlayan  sivilizasiyalar  özünün 
kəmiyyət  və  dəyər  parametrlərinə  görə  mahiyyətcə 
ekvivalent  və  eyni  əhəmiyyətlidir.  Onların  hər  biri  eyni 
inkişaf  dövrünü  -  əmələgəlmə,  yüksəlmə,  dağılma 
mərhələlərini  keçirir.  Sonra  isə  onun  məhv  olması 
başlayır.  Öz  mahiyyətinə  görə  identik  olan  və  bütün 
sivilizasiyalarda  baş  verən  sosial  və  digər  proseslər 
ictimai 
inkişafın 
bəzi 
empirik 
qanunlarını 
formalaşdırmağa  imkan  verir  ki,  bunun  da  əsasında  onun 
gedişini  dərk və proqnozlaşdırmaq mümkündür.  Məsələn, 
A.Toynbinin  fikrincə,  ictimai  inkişafın  hərəkətverici 
qüvvəsi  rolunda  yaradıcı  “azlıq”,  yaxud  “düşünən  elita” 
çıxış edir ki, onlar da yaradıcı orijinal fəaliyyətdə əhalinin 
ətalətli,  qabiliyyətsiz  hissəsinə  mühüm  təsir  göstərir; 
qərarlarını  bəzən  inandırmaq  yolu  ilə,  bəzən  də  zor 
gücünə  həyata  keçirirlər.  Sivilizasiyanın  inkişafı  və 
çiçəklənməsi  birbaşa  “yaradıcı”  azlığın  qabiliyyətindən 
asılıdır.  Bu  da,  öz  növbəsində,  ətalətli  çoxluq  üçün 
nümunə  rolunu  oynayır,  intellektual,  mənəvi  və  inzibati 
avtoriteti  ilə yerdə qalanları  öz arxasınca apara bilər.  Əgər 
“elita”  tarixi  inkişafın  gedişinin  irəli  sürdüyü  növbəti 
sosial-iqtisadi  problemi  optimal  yolla  həll  etmək 
qabiliyyətinə  malik  deyildirsə,  “yaradıcı  azlıq’dan
1 А.Дж.Тойнби.  Постижение  истории.  M,  1991.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə