RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə9/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

34
Q LO BA LLA ŞM A   VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
hakimlik  edən  azlığa  çevrilir və  öz qərarlarını  inandırmaq 
yolu  ilə  deyil,  zor  gücünə  həyata  keçirir.  Bu  situasiya 
sivilizasiyanın  əsaslarını  zəiflədir  və  son  nəticədə  onun 
məhvinə  səbəb  olur.  A.Toynbiyə  görə,  XX  əsrdə  cəmi 
beş  əsas  sivilizasiya  -   Çin,  Hind,  İslam,  Rus  və  Qərb 
sivilizasiyaları öz varlığını qoruyub saxlaya bilmişdir”.
Mədəniyyətə  yeni  baxışı  irəli  sürən  alman  alimi 
K.Yaspers  (1883-1969)  olmuşdur.  “Tarixin  mənası  və 
təyinatı”  əsərində  öz  ideyalarını  irəli  sürmüşdür.  Burada 
mərkəzi  anlayışlar  “tarixin  vəhdəti”,  “bəşəriyyətin 
vəhdəti”-dir.  Onlar  da  öz  növbəsində  “dönüş  dövrü”, 
yaxud  “ox  dövrü”  konsepsiyası  ilə  açılır.  K.Yaspers' 
anlamında “ox  dövrü” Çinin,  Hindistanın  və Qərbin  bizim 
eradan  əvvəl  800-200-ci  illərini  -   dünya  tarixinin  xüsusi 
dövrünü  ifadə  edir.  K.Yaspers  yazırdı:  həmin  zamanda 
çoxlu  qeyri-adi  işlər  baş  vermişdir.  Çində  Konfutsi  və 
Lao-Tszı  yaşamış,  Çin  fəlsəfəsinin  bütün  cərəyanları 
yaranmışdır.  Hindistanda  Upanişadlar  yaranmış,  Budda 
yaşamışdır.  Hind  fəlsəfəsində,  Çində  olduğu  kimi, 
skeptisizmə,  materializmə,  sofıstika  və  nihilizmə  qədər 
bütün  cərəyanlar  nəzərdən  keçirilmişdir.  İranda  Zərdüşt 
xeyirlə  şərin  mübarizə  apardığı  dünyadan  danışırdı. 
Fələstində  İlya,  İsaya,  İeremiya  və  başqa  peyğəmbərlər 
çıxış  edirdi.  Yunanıstanda -  bu  dövr Homer,  filosoflardan 
Parmenid, 
Heraklit, 
Platon, 
tragiklər, 
Fukidid  və 
Arximedlər  dövrü  idi.  Yuxarıdakı  adlarla  bağlı  nə 
vardırsa,  bir neçə  yüz  il  ərzində,  təxminən  eyni  zamanda, 
Çində, 
Hindistanda 
və 
Qərbdə 
bir-birindən 
asılı 
olmayaraq meydana gəlmişdir.
Belə  bir  sual  yaranır:  coğrafi  cəhətdən  bölünmüş  üç 
mədəni  dünya  arasında  ümumi  olan  nədir?  Birincisi,  hər 
şeydən 
əvvəl 
onları, 
yaranan 
yeniyə 
münasibət 
əlaqələndirir.  İnsan  bütövlükdə  varlığı,  özünü  və  öz 
hüdudlarını  dərk edir. Bu dərketmənin digər qütbü  insanın 
məqsəd  və  problemlər  qoyması,  onun  azadlığa  cəhdi,
1 К.Ясперс.  Смысл  и  назначение  истории.  М,  1994.
Fəsil I. Qloballaşma. Modaniyyot fenomeni qloballaşma kontekstindo  35
dünyanın  transendensiya arasında kəskin  fərqlər  meydana 
çıxır,  fərdi  şüur  yaranıb  inkişaf edir.  İkincisi,  xatırladılan 
mədəni  dünyaları  tarixi  idrakda,  təfəkkürün  özündə  olan 
refleksiya  birləşdirir.  Üçüncüsü,  universal  ağılın  zamanı 
gəlib  çatır  ki,  həmin  dövrdə  universal,  fundamental  və 
indiyə  qədər  istifadə  edilən  təfəkkür  kateqoriyaları  və 
dünya  dinlərinin  əsaslan  yaranmışdır.  Dördüncüsü, 
refleksiya,  skeptisizm,  ənənələrin  tənqidi  və  onlann 
dəyişdirilməsi  zamanı  gəlib  çatmışdır.  Beşincisi,  “ox 
dövrü”  mifoloji  dövrün  sonu  ilə  xarakterizə  olunur. 
Rasional  fikir  mifi  nəzərdən  keçirir,  onu  səmərələşdirir, 
səbəblərini 
aydınlaşdırır, 
yeni 
miflər 
yaradır, 
metaforikcəsinə  köhnələri  dəyişdirir.  Əxlaq  sahəsində 
politeizmə  qarşı  qiyam  yaranır,  monoteist  dinlərə  meyl 
güclənir,  demifologizasiya  baş  verir.  İnsan,  təlabatlannın 
ödənilməsindən  narazı  qalır,  qoyulan  problemlərin 
əksəriyyəti  axıra  qədər  həll  olunmur.  Bu həlledilməzliyə 
K.Yaspers  universal,  transmədəni  xarakter  verir.  Altıncı, 
“ox  dövründə”  görkəmli  fərdlər  olan  filosoflar  yaranır, 
ifadə  fərqlərinə  baxmayaraq, onlar arasında ümummənəvi 
avtonomiya, 
şeylərə 
müəyyən 
məsafədən 
baxış, 
adamlara,  allaha  və  transendent  dünyaya  qarşı  qiyam 
səciyyəvidir. 
İnsanda 
tənhalıq 
hissləri 
fonnalaşır, 
cəmiyyətdən  üz  çevinnək  meylləri  güclənir.  Böyük 
adamların  təsiri  altında  xalq  kütlələri  dəyişir,  nəticədə 
bəşəriyyət  sıçrayış  edir.  “Ox  dövrü”  konsepsiyası 
əsasında  K.Yaspers  göstərir  ki,  “həmin  dövrdə  sinxron 
şəkildə  yaranan  dəyərlər  tarixin  vəhdətinin  fundamental 
elementi  olub,  elmin  və  bəşəriyyətin  vəhdəti  kimi  ideal 
“oxu” yaradır ki, həmin ox ətrafında o vaxtdan başlayaraq 
bəşəriyyətin real tarixi fırlanır”.
Mədəniyyətin sosiologiyasında ən görkəmli yerlərdən 
birini  P.Sorokinin'  (1889-1968)  supersistem  nəzəriy­
yəsinə  verirlər.  Dünya  sosiologiyasının  klassiklərindən 
biri  olan  P.Sorokinin  nəzəriyyəsində  mərkəzi  yeri  sosial 1
1 Бах: П.Сорокин.  Человек.  Цивилизация.  Общество. М.  1992.


36
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
tamlıq  və  sosial  sistemlər  problemi  tutur.  O,  amerikan 
empirik  sosiologiyasını  tənqid  edərək,  tarixi  gerçəkliyə 
müxtəlif  mədəni  və  sosial  sistemlərin  mürəkkəb 
iyerarxiyası  kimi  baxmışdır.  İki  minillik  antik  (yunan- 
roma)  və  Avropa  mədəniyyətlərini  dərindən  öyrənən 
P.Sorokin  iki  əsas  mədəniyyət  tipini-ideyasional  və  hissi 
tiplərini 
göstərmişdir. 
Birinci 
tip 
mədəniyyət 
daşıyıcılarının çoxluğu ilə səciyyələnir və öz baxışlarında, 
primitiv  olsa  belə,  hakim  ideyalara  əsaslanır;  ikincisi, 
həyatda 
hiss 
edilməklə 
anlaşılan 
predmetlərin 
üstünlüyünü  rəhbər  tutur.  Bu  iki  əsas  tiplərin  arasında  iki 
keçid  tipi  də  göstərilir.  Onlardan  birini  P.Sorokin  idealist 
tip  adlandırmışdır.  O,  iki  əsas  tipləri  əlaqələndirir 
(nümunə  olaraq,  Qədim  Yunanıstanın  e.ə.  V-IV  əsrlərini 
və  Renessansı,  XII-XIV  əsrləri).  Eyni  zamanda  əsas 
tiplərin  elementlərini  qarşı-qarşıya  qoyur  (eramızın  ilk 
əsrlərində  Avropanın  vəziyyəti,  xristiançılıq  ünsürlərinin 
bütpərəstliyə qarşı  dunnası).
Bu  tiplər mədəni  və  sosial dinamika nəzəriyyələrinin 
müddəalarına  müvafiqdir.  P.Sorokinə  görə,  bir  xalqın 
mədəniyyəti  başqa  xalqların  mədəniyyətlərindən  təcrid 
oluna  bilməz.  Mədəniyyətlər  arasındakı  əlaqələr  həmişə 
olmuş və bundan sonra daha da güclənəcəkdir.
Dünyanın  ən  görkəmli  alimlərinin  mədəniyyət 
haqqında  fikirlərindən  aydın  olur  ki,  mədəniyyət  olduqca 
mürəkkəb  bir hadisədir.  Bu  gün mədəniyyət anlayışının  3 
əsas  meyarını  göstərmək  olar.  Birincisi,  o,  şəxsiyyətin 
azad  özünüreallaşdınlması  sahəsi,  onun  yaradıcılıq 
fəaliyyətinin  təzahürü  kimi  başa  düşülür.  İkincisi,  o,  təbii 
və  sosial  reallığa  mənəvi  qiymətverici  münasibət, 
meyardır.  Üçüncüsü,  mədəniyyət  -  insan  tərəfindən  süni 
şəkildə 
yaradılmış 
yeni 
təbii-ictimai 
varlıqdır. 
Mədəniyyət  haqqında  başqa  mülahizələr  də  mövcuddur. 
Tanınmış  filosof M.Mamardaşvilinin  (1930-1990)  obrazlı 
sözləri 
ilə 
desək, 
“mədəniyyət-insanın 
mövcud 
olmasıdır”.  Hələ  qədim  insanlar  düşünürdülər  ki,  insanın
Fəsil I. Qloballaşma. Modəniyyət fenomeni qloballaşma kontekstində  37
mövcudluğu  o  qədər  də  mürəkkəb  deyildir.  Lakin  insan 
olmaq  -   çətindir  və  həmişə  qəhrəmanlıqdır.  Olmaq,  ən 
başlıcası,  ictimai  tərəqqi  naminə  öz-özünü  və  başqalarım 
idarə  etməyi  bacarmaqdır.  Dediklərimiz onu sübut edir ki, 
birincisi,  mədəniyyət  həqiqətən  də  insanın  həyatında 
şəxsi  və  fərdin öz üzərində  çox da əhəmiyyətsiz olmayan 
yüksəliş  cəhdi  kimi  başa  düşülməlidir.  İ.Kantın  aşağıdakı 
tələbini  xatırlamaq  yerinə  düşərdi.  “Elə  hərəkət  elə  ki, 
sənin  əməlinin  maksiması  (əxlaq  qaydası)  ən  ümumi 
qanuna  çevrilə  bilsin”.  İkincisi,  mədəniyyət  insanın  İnsan 
olmaq  üçün  şəxsən  dərk  edilmiş  cəhdidir.  “İnsanın  borcu 
öz xüsusi  istəyi  və  cəhdi  ilə  öz  təbiətinin  ibtidailiyindən, 
heyvan  vəziyyətindən  çıxmağı  və  daha  yüksək  insani 
vəziyyətə  qalxa  bilməsidir”.  Üçüncüsü,  mədəniyyət 
mükəmməl  insan  olmaq  arzusudur.  Yalnız  mədəniyyəti 
yaratmaqla  və  eyni  zamanda  ondan  faydalanmaqla  insan 
sözün həqiqi  mənasında insan olur.  İ.Kant vurğulayırdı ki, 
insan  və  iradə  mədəniyyətin  ən  təmiz,  xeyirxah  fikir, 
düşüncə tərzinə qədər qaldırmalıdır.
Adamların 
həyat 
fəaliyyətinin 
məhsulu 
olan 
mədəniyyət  yalnız  fəlsəfi  refleksiya  vasitəsilə  tam 
qavranılır.  Yalnız  onun  vasitəsilə  mədəniyyətin  mümkün 
olan  özünüdərk yolunun struktur-metodik xüsusiyyətlərini 
təsəvvür  etmək  olar.  “Latınca-rusca  lüğəf’də  “mədə- 
niyyət”in  (kultura)  üç  əsas  mənasını  oxuyuruq:  1)  kənd 
təsərrüfatı  işləri  -  torpağa  qulluq,  onun  əkin  üçün 
hazırlanması; 2) tərbiyə, təhsil, inkişaf; 3) yaranan yeni nə 
varsa,  etiqad,  təzim.  Mədəniyyətin  birinci  mənası, 
doğrudan  da,  əkinçiliklə  əlaqədardır.  Burada  insan  üçün 
daha  da yaxınlaşdırılmış  qida məhsullarının yetişdirilməsi 
nəzərdə  tutulur.  Artıq  elə  birinci  mənada  onun  yaradıcı 
başlanğıc  olması  ideyası  irəli  sürülür.  H.Qadamer yazırdı 
ki,  XIX  əsrdən  başlayaraq  mədəniyyət  anlayışı  sıx 
surətdə  maariflə  əlaqədardır.  Nəticədə  mədəniyyət  təbii 
olanın  məqsədəuyğun  dəyişdirilməsi  üçün  spesifik  insan


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə