10
XALQ ƏDLĠYYƏ KOMĠSSARLIĞI (XƏK) Bakı Xalq Ko missarları Sovetinın (XKS) hakimiyyot orqanı. Bakı
Fəhlə, Əsgər və Matros Deputatlan Sovetinin 1918 il 25 apre l tarixli q əra rı ilə yarad ılmıĢdı. Ko missar vəzifəsinə
A.Qabrielyan (Karinyan) təyin edilmiĢdi. Əslində, Rusiya Sovet Federativ Sosialist Respublikası XƏK -in tədbirlərini təkra r
edirdi. Sə lahiyyətlərinə inqilab i qanunçuluğa əməl olun masına nəzarət, sovet notarius orqanlarının təĢkili, əhaliyə hüquqi
yardım göstərmək və s. daxil idi. Lakin S.ġau myamn baĢçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin fəaliyyəti
qanunçuluğa deyil, zorakılığa əsaslandığına görə XƏK-in əməli rolu az idi. Əsas üstünlük bilavasitə təsir imkanlarına malik
olan istintaq ko missiyası, fövqəladə ko missiya və inqilabi tribunala məxsus idi. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul)
ləğv edild i.
Əd.:Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına
XALQ ƏKĠNÇĠLĠK KOMĠSSARLIĞI (XƏK) - Bakı Xalq Ko missarları Sovetinin (XKS) hakimiyyət orqanı.
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yarandığı elan edilmiĢ, lakin həmin
qərarda bu vəzifənin hələ lik boĢ qaldığı bildirilmiĢdi. Sonra bu vəzifəyə M ir Həsən Və zirov təyin olun muĢdu. 1918 il
iyunun 18-də, Və zirovun imzası ilə, mü lkədar torpaqların ın müsadirəsi haqqında Bakı XKS-in dekret i verilmiĢdi. XƏK
mü lkədar torpaqlarının müsadirəsi ilə yanaĢı kəndlərdə torpaq komitələrinin təĢkili, kənd təsərrüfatı məhsullarının
yığılmasının həyata keçirilməsilə də məĢğul olurdu. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv ed ilmiĢ, Vəzirov
"Sentrokaspi diktaturası" tərəfindən həbs olunmuĢ, 1918 il sentyabrın 20-də isə 26-ların tərkib ində güllə lən miĢdir.
Əd.: Rəhimov Ə., 1920-ci ildə A zərbaycanda mü lkədar torpaq sahibliyinin ləğvi, B., 1962.
XALQ ƏMƏK KOMĠSSARLIĞI (XƏK) - Bakı Xalq Ko missarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı
Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 22 ma rt tarixli qərarı ilə Bakı quberniyasının əmə k ko missarlığı təĢkil
olunmuĢdu. Ona Ġ.D.Zevin baĢçılıq ed irdi. Sonra Bakı XKS tərkib ində XƏK yaradıldı. Zev in xalq əmək ko missarı təyin
edildi. XƏK 8 saatlıq iĢ gününün tətbiqi, ə mə k Ģərait inin ya xĢılaĢdırılması və bu kimi baĢqa məsələ lərlə məĢğul olurdu.
Bakı Ģəhərinin rayonlarında əmək ko missarları fəaliyyət göstərirdi. Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv olun muĢ,
Zevin "Sentrokaspi diktaturası" tərəfindən həbs edilmiĢ, 1918 il sentyabrın 20-də 26-ların tərkibində güllələn miĢdir.
Əd: Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına
XALQ ƏRZAQ KOMĠSSARLIĞI (XƏK) - Bakı Xalq Komissarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə,
Əsgər və Matros Deputatlan Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. 1918 il iyunun 18-dən ko missarlığa
P.Caparidze rəhbərlik edirdi. Caparidze, eyni zamanda, daxili iĢlər komissarı və Bakı Soveti Ġcraiyyə Komitəsinin sədri idi.
Ġyulun 2-nə olan vəziyyətə görə, XƏK-də öncə yaradılmıĢ 8 Ģöbə (katiblik, təchizat, id xal və ixrac, nəzarət-qeydiyyat,
rekvizisiya Ģöbələri və s.), sonralar müəssisələrarası qeydiyyat-rekvizisiya Ģöbəsində birləĢdirilmiĢdi. Bakı XKS-nin süqutu ilə
(1918, 31 iyul) ləğv edilmiĢ, Caparid ze "Sentrokas pi diktaturası" tərəfındən həbs olunmuĢ, sentyabrın 20-də isə 26-ların
tərkib ində güllə lən miĢdir.
Əd.:Bax Xalq Komissarhğı məqaləsinin ədəbiyyatına
"XALQ ƏYLƏNCƏLƏRĠ" CƏMĠYYƏTĠ - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiĢ
liberal istiqamətli quru m. Cə miyyət müstəqillik əldə etmiĢ əhalinin istirahətinin təĢkilində, savadlanmasında, uĢaqların və
yeniyetmələrin mü xtə lif əyləncəli tədbirlərə və dərnəklərə, klub və kitabxanalara cəlb olunmasında xüsusi fəalhq və
təĢəbbüskarlıq göstərmiĢ, onlara milli-mənəvi dəyərlərin aĢılan masında əhəmiyyətli rol oynamıĢdır.
1919 ilin əvvəllərində Ba kı və onun mədən-zavod rayonlarındakı mədəni-maa rif cə miyyətlərini birləĢdirmə k
məqsədilə konfrans çağırılması üçün təĢkilat komissiyası yaradılmıĢ, "Bakı Ģəhəri mədəni-maarif müəssisələri ittifaqının
niza mnaməsi" təsdiq olunmaq üçün Azərbaycan Xalq Cü mhuriyyəti Hökumətinə təqdim edilmiĢdi. Niza mnamədə deyilirdi ki,
mədəni-maarif cə miyyətləri ittifaqının məra mı Bakı əhalisinin mədəni səviyyəsini yüksəltmək məqsədilə Ģəhərin bütün
mədəni qüvvələrin i birləĢdirmə kdən ibarətdir. 1920 ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz
fəaliyyətini dayandırmıĢdır.
Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
XALQ HƏRBĠ VƏ DƏNĠZ ĠġLƏRĠ KOMĠSSARLIĞI (XHDĠK) - Bakı Xalq Ko missarları Sovetinin (XKS) haki-
miyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatlan Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Xa lq hərbi və
dəniz iĢləri ko missarı vəzifəsinə Qafqaz ordusu hərbi-inqilab ko mitəsinin sədri Q.N.Korqanov təyin edilmiĢdi. O, 1918 ilin
yanvarında hərbi-inqilab komitəsinin tərkibində Tiflisdən Bakıya gəlmiĢ, burada qırmızı ordu hissələrinin yaradılmasına
rəhbərlik etmiĢ, Bakı və onun rayonlarının inqilabı müdafıə ko mitəsinin üzvü təyin olunmuĢdu. Korqanov azərbaycanlılara
qarĢı 1918 il mart soyqırımın ın təĢkilatçılarından olmuĢ, dinc əhaliyə qarĢı soyqırımı əməliyyatlarına rəhbərlik etmiĢdi. Bu
əməllərini xalq hərbi və dəniz iĢləri ko missarı kimi də davam etdirmiĢdi. Komissarlıq, Bakı XKS-in digər orqanlan ilə birgə,
Azərbaycan Xalq Cümhuriyyətinə qarĢı hərbi əməliyyatların təĢkilində əsas rol oynamıĢdı. Bakı XKS-in süqutu ilə (1918, 31
iyul) ləğv edilmiĢ, xa lq hərbi və dəniz iĢləri komissarı Korqanov isə "Sentrokaspi diktaturası" tərəfındən həbs olunmuĢ, 1918
il sentyabrın 20-də isə 26-ların tərkibində güllələn miĢdir.
Əd.: Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına