Redaksiya heyəTİ: Baş redaktor


Musiqi.Opera.Balet KÖVKƏB SƏFƏRƏLİYEVA



Yüklə 43,82 Kb.

səhifə10/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   138

25
Musiqi.Opera.Balet
KÖVKƏB SƏFƏRƏLİYEVA  
1907-1985
YANV
AR
  Kövkəb  Kamil  qızı  Səfərəliyeva 
1907-ci ildə yanvar ayının 3-də Bakı 
şəhərində anadan olmuşdur. 
Kövkəb  xanım  Səfərəliyeva Azər-
baycanın  ilk  pianoçularından  biri  ol-
muşdur.
Pedaqoji  fəailiyyətə  1922-ci  il-
dən  başlamışdır.  O,  1932-ci  ildə 
Azərbaycan  Dövlət  Konservatoriya-
sını  bitirmişdir.  Kövkəb  Səfərəliyeva 
solo və ansambl musiqisinin piano ifa-
çısı  kimi  nəinki  respublikada,  habelə 
bütün dünyada tanınmışdır.
Musiqi təhsilinin inkişafında böyük 
əməyi  olan  Kövkəb  xanım  1937-ci 
ildə Konservatoriyanın nəzdində Orta 
İxtisas Musiqi Məktəbini yaratmışdır. 
Bu məktəb istedadlı uşaqlardan təşkil 
etdiyi  qrupun  əsasında  yaradılmış-
dı.  O,  1937-1952-ci  illərdə  bu  tədris 
müəssisəsinin direktoru olmuşdur. Bu 
məktəb hal-hazırda Bülbül adına orta-
ixtisas musiqi məktəbi adı ilə fəaliyyət 
göstərir.
Kövkəb xanım 1952-ci ildə Dövlət 
Konservatoriyasının  professoru  seçil-
mişdir. O, 1952-1958-ci illərdə peda-
qoji  fəaliyyətini  Konservatoriyanın 
Fortepiano  kafedrasının  müdiri  kimi 
davam etdirmişdir. 
Kövkəb  Səfərəliyeva  bir  çox 
Azərbaycan  musiqiçilərinin,  o  cüm-
lədən  dünya  şöhrətli  müğənnimiz 
Müslüm  Maqomayevin  ilk  müəllim-
lərindən biri olmuşdur.
Pianoçu-pedaqoq  1972-ci  ildə 
Azərbaycan Respublikasının Xalq ar-
tisti adına layiq görülmüşdür.
Kövkəb Səfərəliyeva bir sıra elmi-
metodik  dərsliklərin,  fortepiano  üçün 
külliyyatın tərtibçisi, musiqi haqqında 
məqalələrin müəllifidir. 
Kövkəb Səfərəliyeva 1985-ci il iyun 
ayının 27-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Səfərəliyeva Kövkəb Kamil 
qızı [Mətn] //ASE: 10 
cilddə.- Bakı, 1984.- C.8.- 
S.407. 
Səfərəliyeva Kövkəb Kamil 
qızı [Mətn] //Qadınlar 
azərbaycanın musiqi 
həyatında.-Bakı, 2004.-S.22.
Mailova, A.Musiqi ta-
riximizin öyrənilməmiş 
səhifələri-Kövkəb kamil bəy 
qızı Səfərəliyeva //Musiqi 
dünyası.-2004.-№1-2.-S197.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
 www.google.az
3
105 
illiyi
Pianoçu


26
Musiqi.Opera.Balet
HÜSNÜ QUBADOV 
1922-1991
YANV
AR
Hüsnü  Baba  oğlu  Qubadov  1922-
ci  il  yanvar  ayının  4-də  Ordubad  ra-
yonunun  Disər  kəndində  anadan  ol-
muşdur.  1938-ci  ildə  Naxçıvan  Kənd 
Təsərrüfatı Texnikumuna daxil olmuş, 
təhsil  illərində  İbrahim  Həmzəyevin 
yaratdığı  dram  dərnəyində  iştirak  et-
miş,  Səməd  Vurğunun  “Vaqif”  dra-
mında xanəndə rolunu oynamışdır. O 
vaxtdan  uşaqlıqdan  həvəs  göstərdiyi 
müğənnilik  sənətinə  bağlanmış, 
özfəaliyyət olimpiadalarında uğur qa-
zanmış,  1958-ci  ildə  isə  Respublika 
Özfəaliyyət Müsabiqəsinin laureatı ol-
muşdur. Həmin il M.F.Axundov adına 
Opera və Balet Teatrına dəvət edilmiş, 
onun səhnəsində yaddaqalan obrazlar 
yaratmışdır. Məlahətli səsi və təbii ifa 
tərzi  ilə  seçilən  müğənni  İbn  Səlam, 
Məcnunun  atası,  Kərəm  (“Leyli  və 
Məcnun,  Üzeyir  Hacıbəyli),  “Əsli  və 
Kərəm”,  Çapqınçı,  Rəmmal  (“Şah 
İsmayıl”,  Müslüm  Maqomayev)  və 
s. rolları məharətlə ifa etmişdir. Teat-
rın tərkibində Tiflisdə (indiki Tbilisi), 
Gəncə, Naxçıvan, Şəki və respublika-
nın digər şəhər və rayonlarında qastrol 
səfərlərində  olmuşdur.  Onun  ifasında 
“Şuşa yaylağı”, “Üçtelli durna”, “Bəh-
bəh”, “Dilin can incidəndir” və digər 
mahnılar, habelə Ü.Hacıbəylinin “Ley-
li  və  Məcnun”  operası  (YUNESKO-
nun xətti ilə) qrammofon valına yazıl-
mışdır. 
Müğənni  1962-ci  ildə  Naxçıvan 
Muxtar Respublikasının Əməkdar ar-
tisti fəxri adına layiq görülmüşdür. O, 
1991-ci  il  avqust  ayının  13-də  Bakı 
şəhərində  vəfat  etmiş  və  doğulduğu 
kənddə dəfn edilmişdir.
Ə d ə b i y y a t
Asiman, A. Unutsaq unudu-
larıq [Mətn]: lirik poema: 
[Hüsnü Qubadov haqqında] 
/A.Asiman.- Bakı: Adiloğlu, 
2006.- 107 s.
İlyasoğlu, R. Xatirə gecəsi 
[Mətn]: Hüsnü Qubadov-85 
/R.İlyasoğlu //Respublika.- 
2010.- 22 iyun.- S. 4.
Qubadov Hüsnü Baba oğlu 
[Mətn] //Naxçıvan ensiklo-
pediyası.- Bakı: Azərbaycan 
Milli Elmlər Akademiyası, 
2002.- S. 282-283.
Mustafa, Ç. Hüsnü Quba-
dov [Mətn] /Ç.Mustafa // 
“Leyli və Məcnun” – 100 
il səhnədə.- Bakı: “E.L.” 
NPŞ, 2008.- S. 242-245.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
4
90 
illiyi
Opera 
müğənnisi


27
Musiqi.Opera.Balet
MİRZƏ MANSUR 
MANSUROV 
1887-1967
YANV
AR
 Mirzə Mansur Məşədi Məlik oğlu 
Mansurov  1887-ci  ildə  yanvar  ayı-
nın  5-də  Bakı  şəhərində  anadan  ol-
muşdur. 11 yaşında mədrəsəyə gedən 
Mansur burada fars dilini mükəmməl 
öyrənmişdir.  Atası  Məşədi  Məlik 
bəyin  evində  keçirilən  Bakı  muğam 
məclislərindən bəhrələnmiş, tara olan 
meyli  artaraq  musiqiçi  olmağa  qərar 
vermişdi.  Görkəmli  tarzən  1920-ci 
ildən Üzeyir Hacıbəylinin təşkil etdiyi 
Dövlət Türk Musiqi məktəbində, 1926-
1946-cı illərdə isə Azərbaycan Dövlət 
Konservatoriyasında 
muğamdan 
dərs  vermişdir.  Üzeyir  Hacıbəylinin 
təşəbbüsü ilə tar sinfi üçün ilk muğam 
tədris proqramını tərtib etmişdir.
Mirzə Mansurun ifasından 1930-cu 
illərin ortalarında gənc bəstəkarlar To-
fiq Quliyev və Zakir Bağırov “Rast”, 
“Dügah”  və  “Zabul”  muğamlarını 
ilk  dəfə  nota  salmışlar.  O,  qayğıkeş 
bir  müəllim,  bacarıqlı  tar  ustası  kimi 
məşhur  idi.  Mirzə  Mansur  tarın  qu-
ruluşunda  bəzi  dəyişikliklər  etmiş, 
hətta yeni quruluşda bir tar da hazır-
lamışdı.  Onun  1934-cü  ildə  hazırla-
dığı iki tardan biri Parisdə, digəri isə 
İstanbulda incəsənət alətləri sərgisində 
müvəffəqiyyətlə nümayiş etdirilmişdi. 
Mirzə 
Mansur  Azərbaycanın 
görkəmli  tarzənlərindən  biri  ol-
muşdur.  1940-cı  ildə  Mirzə  Mansur 
Mansurova  pedaqoji  fəaliyyətinə  və 
incəsənət  sahəsindəki  xidmətlərinə 
görə  Azərbaycanın  “Əməkdar  in-
cəsənət xadimi” fəxri adı verilmişdir. 
Azərbaycanın  bir  çox  bəstəkarları  və 
musiqiçiləri  –  Səid  Rüstəmov,  Xur-
şid  xanım  Ağayeva,  Ənvər  Mansu-
rov  (Mirzə  Mansurun  oğlu),  Rəşid 
Əfəndiyev  və  b.  onun  yetirmələridir. 
Mirzə Mansur şair ürəkli sənətkar idi, 
onun  bir  çox  qəzəl  və  qoşmaları  da 
vardır. 
Görkəmli  tarzən  Mirzə  Mansur 
1967-ci ildə iyun ayının 3-də vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Şuşinski, F. Mirzə Mənsur 
[Mətn] /F.Şuşinski //
Azərbaycan xalq 
musiqiçiləri.- Bakı, 1985.- 
S.310-313.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
5
125 
illiyi
Tarzən




Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   138


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə