Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.

səhifə104/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
1   ...   100   101   102   103   104   105   106   107   ...   138

238
Xarici ədəbiyyat 
125 
illiyi
MARŞAK SAMUİL 
YAKOVLEVİÇ 
1887- 1964 
NOY
ABR
Marşak  Samuil  Yakovleviç  1887-
ci  il  noyabr  ayının  22-də  Voronej 
şəhərində  anadan  olmuşdur.  Uşaq 
yaşlarından şeir yazmağa başlamışdır. 
1902-ci ildə V.V.Stasov onu M.Qorki 
ilə  tanış  etmişdir.  1904-1906-cı 
illərdə  Marşak  Yaltada  M.Qorkinin 
mənzilində yaşamışdır. Əsərləri 1907-
ci ildən çap olunmuşdur. 
1912-1914-cü illərdə London Uni-
versitetinin  İncəsənət  fakültəsində 
mühazirələr  dinləmişdir.  Marşak  so-
vet  uşaq  ədəbiyyatının  yaradıcıların-
dandır.  Balacalar  üçün  yazdığı  şeir, 
poema,  nağıl,  tapmaca,  povest  və 
pyeslərində mühüm ictimai məzmunlu 
mətləblərdən  uşaq  dilinə  və  psixolo-
giyasına uyğun canlı, şən, maraqlı və 
anlaşıqlı bir tərzdə bəhs edilir.
Böyük Vətən müharibəsi dövründə 
və sonrakı illərdə antifaşist plakat və 
karikaturalar,  satirik  mətnlər  yazmış-
dır.
Marşak S. lirik şair kimi də tanın-
mışdır.  Onun  1962-ci  ildə  “Seçilmiş 
lirika” və lirik epiqramlar toplusu dərc 
olunmuşdur. 1960-cı ildə “Həyatın as-
tanasında” adlı avtobioqrafik povesti, 
1962-ci  ildə  isə  “sözlə  tərbiyə”  adlı 
məqalə  və  qeydlər  toplusu  nəşr  edil-
mişdir. 
V.Şekspirin  sonetlərini,  R.  Berns, 
U. Bleyk, U.Vorsvort, R. Kiplinq və b. 
mahnı və balladalarını, eləcə də sovet 
xalqları  şairlərinin  əsərlərini  tərcümə 
etmişdir. 
Əsərləri  SSRİ  xalqları  dillərinə,  o 
cümlədən  Azərbaycan  dilinə  bir  çox 
xarici dilə tərcümə olunmuşdur. 
Rus  sovet  şairi  Marşak  tərcüməçi, 
Lenin  mükafatı  lauratı  (1963),  SSRİ 
Dövlət mükafatı laureatı (1942, 1946, 
1949, 1951) adlarına layiq görülmüş-
dür.  İki  dəfə  Lenin  ordeni,  və  başqa 
orden və medallarla təltif edilmişdir.
Marşak  Samuel  Yakovleviç  1964-
cü il iyul ayının 4-də Moskvada vəfat 
etmişdir.
Ə d ə b i y y a t
Həzin nağıllar [Mətn] / 
Samuil Marşak.- Bakı, 
1987.- 52 s.
Собрание сочинений 
[Mətn] / Самуил Яковлевич 
Маршак.- Москва, 1990.- 
525 с. 
Жизнь и творчество 
Самуила Яковлевича 
[Mətn] .- Москва, 1975.- 
495 с.
22
Rus şairi


239
45 
illiyi
Tarixdə bu gün
BАKI MЕTRОPОLİTЕNİ 
 
1967
NOY
ABR
XX əsr 30-cu illərin əvvəllərində Bakı 
təkcə Qafqazın deyil, həm də bütün keçmiş 
SSRİ-nin əhalisi çox olan sənaye, mədəni 
və elmi mərkəzlərindən birinə çevrilmiş-
di.  Buna  görə  də  Moskva  və  Leninqrad 
şəhərlərində  metropoliten  tikintisindən 
sonra,  1932-ci  ildə  Bakı  şəhərinin  inki-
şafının  Baş  Planının  ilkin  variantların-
da  metropolitenin  tikintisi  qərara  alın-
dı.  Bununla  da  yerüstü  nəqliyyatın  işini 
yüngülləşdirmək  və  şəhərin  dar-darısqal 
küçələrini nəqliyyatdan təmizləmək müm-
kün olacaqdı.
1949-cu ildə metropolitenin tikinti ba-
zasının yaradılması başlanır, 1954-ci ildə 
isə  birinci  xəttin  texniki  layihəsi  təsdiq 
olunur  və  metropolitenin  12,1  km-lik 
xəttinin inşası başlanır. Baş yolun xətləri 
dəniz sahilindən 500-700 m aralı keçərək 
buxtaya paralel surətdə uzanıb gedirdi.
1966-cı  ildə  tərkibində  hərəkət, 
hərəkət  qatarları,  yol  və  tunel  qurğuları, 
sanitariya  texnikası  və  elektromexanika, 
işarəvermə  və  rabitə,  material-texniki 
təminat  xidmətləri  kimi  6  xidməti  olan 
Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində 
metropolitenin 5 stansiyası - Bakı Soveti, 
26 Bakı Komissarı, 28 Aprel, Gənclik və 
Nəriman  Nərimanov  stansiyaları  və  9,2 
km-lik  yeraltı  xətləri  olan  Ι  növbəsi  is-
tismara  verilir,  həmin  stansiyalardan  4-ü 
böyük dərinlikdə idi ki, bunlardan da bi-
risi  Qara  şəhər  adlanan  ərazidə  yerləşən 
“Xətai” stansiyası idi. 
28 May stansiyasına keçid kimi tikil-
miş  Cəfər  Cabbarlı  stansiyası  1993-cü 
ildə istismara verilmişdir.
2002-ci ildə istismara verilən Həzi As-
lanov adına stansiyanın başa çatdırılması 
üçün Avropa Birliyi 4.1 milyon avro ayır-
mışdır.
2006-cı  ildən  etibarən  köhnə  jeton 
ödəmə sisteminin əvəzinə yeni RFİD kart-
lar tətbiq edilməyə başlanmışdır. 2007-ci 
ildə tam olaraq bu kartlara keçilmişdir.
2008-ci il oktyabrın 9-da Nəsimi stan-
siyası,  2009-cu  ildə  isə  dekabrın  30-da 
Azadlıq  prospekti,  29  iyun  2011-ci  ildə 
Dərnəgül    stansiyası  istifadəyə  verilmiş-
dir. 
Gələcəkdə  Bakı  metropoliteni  xət-
lərinin  uzunluğu  qoşaxətli  hesabdan  52 
kilometrə, stansiyaların sayı isə 32-yə çat-
dırılması planlaşdırılır.
Ümumiyyətlə  1967-ci  ildə  istifadəyə 
verilmiş  Bakı  Metropoliteninin  hazırda 
22 stansiyası və 1 deposu var. Bakı met-
ropoliteninin  20  illik  inkişaf  proqramı 
çərçivəsində daha 40 yeni stansiyanın in-
şası planlaşdırılır. 
28  oktyabr  1995-ci  ildə  “Ulduz”  və 
“Nərimanov”  stansiyaları  arasındakı 
tuneldə  qatarın  alışması  nəticəsində  300 
adam həlak olub, 400 nəfər isə xəsarət alıb. 
Bu  qəza  “Ginnesin  Rekordlar  Kitabı”na 
ən  dəhşətli  metro  qəzası  kimi  düşüb. 
Prezident  Heydər  Əliyevin  göstərişi  ilə 
ölkədə 3 gün matəm elan edilib. Beləliklə 
ilk dəfə 1967-ci ildə “Ginnesin Rekordlar 
Kitabı”na  Şərqdə  ilk  metro  kimi  düşən 
Bakı  metropoliteni,  bu  dəfə  faciənin 
böyüklüyünə  görə  tarixə  düşdü.  Birinci 
göstərici  dəyişməyən  rekordlar  siyahısı-
na daxildir. Üçüncü rekord da müstəqillik 
dövrünə  təsadüf  edir.  Bakı  Metrosu  bu 
dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı 
şəbəkəsi kimi böyük bir “uğura” imza atıb 
və təqribən 15 ilə yaxın müddətdə “keçici 
bayrağı” heç kimə verməyib.
Ə d ə b i y y a t
Əhmədov, T. Bakı metropo-
liteni ulu öndərimizin diqqət 
və qayğısı sayəsində indiki 
səviyyəyə çatmışdır [Mətn] 
/T.Əhmədov //Respublika . - 
2008.- 27 aprel.- S.3.
Əhmədov, T. Heydər Əliyev 
və Bakı metropoliteni 
[Mətn]: Bakı metropoliteni-
nin 35 illiyinə həsr olunur 
/tərt. ed. T.Əhmədov; 
red.: Zülfüqar Şahsevənli, 
Təranə Dadaşova .- Bakı : 
Azərbaycan , 2003.
İ n t e r n e t d ə
www.metro.gov.az
az.wikipedia.org
www.dejure.az
6




Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   138


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə