Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə111/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   107   108   109   110   111   112   113   114   ...   138

256
Milli ədəbiyyat 
75 
illiyi
ƏLİYAR SƏFƏRLİ 
1937
DEKABR
Əliyar Qəzənfər oğlu Səfərli 1937-
ci  il  dekabr  ayının  28-də  Ordubad 
rayonunun  Anabad  kəndində  anadan 
olmuşdur.  1955-ci  ildə  Ordubad  orta 
məktəbini,  1960-cı  ildə  Azərbaycan 
Dövlət  Universitetinin  Şərqşünaslıq 
fakültəsinin  İran  filologiyası  şöbəsini 
bitirmişdir. Tələbəlik illərində Tələbə 
elmi cəmiyyətinin rəhbəri olmuşdur. 
Əmək  fəaliyyətinə  Azərbaycan 
Milli  Elmlər Akademiyasının  Nizami 
adına  Ədəbiyyat  İnstitutunun  qədim 
və  orta  əsrlər Azərbaycan  ədəbiyyatı 
şöbəsində  başlamışdır  (1960-1968). 
Bu  dövrlərdə  klassik  Azərbaycan 
ədəbiyyatının  tədqiqi  ilə  məşğul  ol-
muşdur. 
1960-1968-ci  illərdə  Azərbaycan 
Elmlər  Akademiyasının  Nizami  adı-
na  Ədəbiyyat  İnstitutunun  elmi  işçisi 
olmuşdur. Uzun müddət BDU-nun Fi-
lologiya  fakültəsində  tədrislə  məşğul 
olub. 
1986-1994-cü  illərdə   Azərbaycan 
ədəbiyyatı  tarixi  kafedrasının  müdiri 
işləmişdir.  Həmin  kafedranın  profes-
sorudur.
Əliyar Səfərli orta əsrlər Azər bay-
can ədəbiyyatının tanınmış tədqiqatçı-
larındandır.  O,  Məsihinin  (17-ci  əsr) 
həyat  və  yaradıcılığına,  17-18-ci 
əsrlər  Azərbaycan  epik  şeirinə  dair 
tədqiqatların müəllifidir. 
Mətnşünaslıq  sahəsində  də  ciddi 
nəticələri  vardır.  Bir  sıra  unudulmuş 
ədəbi  abidələri  aşkara  çıxarmış,  ilk 
anadilli poema olan “Dastani Əhməd 
Hərami”ni,  Qazi  Bürhanəddinin 
“Divan”ını,  Məhəmməd  Füzulinin 
“Həqiqət  üs-süəda”  əsərini  (şərikli), 
Məsihinin “Vərqa və Gülşa” poeması-
nı, “Şəhriyar” dastanını, habelə Nəsimi, 
Əmani və başqalarının əsərlərini tərtib 
və nəşr etdirmişdir. 
Uzun  illər  Azərbaycan  Təhsil 
Nazirliyində 
“Ədəbiyyatşünaslıq” 
bölməsinin rəhbəri olmuş, orta və ali 
məktəblər  üçün  dərslik,  dərs  vəsaiti 
və  proqramların  hazırlanmasında 
bilavasitə  yaxından  iştirak  etmişdir. 
Əsərləri xarici ölkələrdə nəşr edilmiş-
dir.
Əliyar  Səfərli  diplomatik  sahədə 
də fəaliyyət göstərmişdir. 1994-1998-
ci illərdə Azərbaycan Respublikasının 
İran İslam Respublikasında fövqəladə 
və  səlahiyyətli  səfiri  olmuş,  ölkəmizi 
Beynəlxalq İqtisadi Təşkilatda (EKO) 
təmsil etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan ədəbiyyatı 
tarixi: qədim və orta əsrlər 
tarixi [Mətn]: ali məktəblər 
üçün dərslik /Əliyar Səfərli.- 
Bakı : Ozan, 2008.- 695 s.
Bölünmüş Azərbaycan: 
böyük elçinin düşüncələri 
[Mətn] /Əliyar Səfərli.- Bakı 
: Ozan, 2010.- 254 s.
Ədəbiyyat [Mətn] . dərslik 
/Əliyar Səfərli.- Bakı : 
Təhsil, 2003.- 384 s.
Qədim və Orta əsrlər 
Azərbaycan ədəbiyyatı 
[Mətn] /Əliyar Səfərli.- 
Bakı: Ozan, 1998.- 632 s.
 Азербайджанская 
эпическая литература 
XVII-XVIII вв [Текст] /
Алияр Сафарли.- Баку : 
Язычы, 1986.- 283 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
www.gunaz.tv
28
Ədəbiyyatşünas


257
Xarici ədəbəbiyyat 
130 
illiyi
ALEKSEY NİKOLAYEVİÇ 
TOLSTOY 
1882-1945
DEKABR
Aleksandr  Nikolayeviç  Tolstoy 
1882-cü il dekabr ayının 29-da Niko-
layevski  şəhərində  (indiki  Puqaçov) 
anadan  olmuşdur.  Uşaqlıq  dövrünü 
Samaranın  yaxınlığındakı  Sosnovka 
kəndində A. Bostromun evində keçir-
mişdir. Anası Aleksandra Leontyevna 
Turgeneva uşaq yazıçısı idi.
A.N.  Tolstoy  Samara  realnı 
məktəbini  qurtardıqdan  sonra  1901-
ci ildə Peterburq Texnoloji İnstitutuna 
daxil oldu, lakin bədii ədəbiyyata daha 
çox  həvəs  göstərdiyinə  görə  1907-
ci  ildə  diplom  müdafiəsi  ərəfəsində 
institutu  tərk  etdi.  Hələ  1905-ci  ildə 
vətəndaşlıq  poeziyası  ruhunda  yazdı-
ğı  ilk  şeirlərini  dövri  mətbuatda  çap 
etdirən  gənc  şair  1907-ci  ildə  “Liri-
ka” adlı şeirlər məcmuəsi çap etdirdi. 
1908-ci ildə o, “Köhnə qala” adlı ilk 
hekayəsini,  bunun  ardınca  isə  “Sağ-
sağan nağılları” (1910) adlı hekayələr 
məcmuəsi    “Mavi  çaylar  arxasında” 
(1911) şeirlər kitabını çap etdirir. 1909-
1911-ci illərdə o, zadəgan tifaqlarının 
dağılması,  ziyalıların  təbəqələşməsi 
mövzusunda  yazdığı  realist  hekayə 
və  povestləri  ilə  çıxış  edir.  “Qədim 
cökələr  altında”,  “Baməzə  adamlar” 
(1911),  “Topal  mülkədar”  (1912)  və 
s. bura daxildir. İlk dəfə olaraq o, tari-
xi mövzulara 1918-ci ildə “Vəsbusə”, 
“Pyotr günü” (1918) hekayələrini ya-
zır. 1918-ci ildən o, əvvəlcə Fransada, 
sonra  isə  Almaniyada  mühacirətdə 
olur. Tolstoy mühacirətdə olarkən bir 
sıra  əsərlərini,  mühacirlərdən  bəhs 
edən  bir  sıra  hekayələrini  yazmışdır. 
“Nikitanın  uşaqlığı”  povestini,  “Ae-
lita”  fantastik  romanı  bu  mövzuda 
yazılmış əsərləridir. Onun bu mövzu-
da “Birinci Pyotr” tarixi romanını da 
qeyd  etmək  lazımdır.  “Birinci  Pyotr” 
romanı  sovet  ədəbiyyatının  görkəmli 
əsərlərindən biridir.
1930-cu 
illərdən 
başlayaraq 
A.Tolstoyun  əsərləri  Azərbaycan 
dilinə  tərcümə  edilir  və  çap  olunur. 
B.Musayev  yazıçının  “Birinci  Pyotr” 
romanını (1936), M.Hacıyev “Aelita” 
romanını  (1956),  H.  Məmmədxanlı 
və T. Haşımova “Əzablı yollarla” ro-
man  epopeyasını  (1961),  Əsəd  Zey-
nalov  “Nikitanın  uşaqları”  əsərini, 
M.  Rzaquluzadə  Tolstoyun  məşhur 
“Mühəndis  Qarinin  hiberbolondi” 
elmi  fantastik  romanını  1964-cü  ildə 
tərcümə etmişlər.
A.N.Tolstoy 1945-ci il fevral ayının 
23-də Moskvada vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] 
/Aleksey Nikolayeviç 
Tolstoy.- Bakı: Şərq-Qərb
2006.- 336 s
.Rus Sovet ədəbiyyatı tarixi 
[Mətn] /Aleksey Nikolaye-
viç Tolstoy.- Bakı: Maarif, 
1976.- 416 s.
Варламов, А. Алексей 
Толстой [Текст] /А.Н. 
Варламов.- Москва: 
Молодая гвардия, 2008.- 
589 с.
Детство Никиты [Текст] 
/ Алексей Николаевич 
Толстой .- Москва: ОЛМА 
ПРЕСС Гранд, 2006.- 413 
с. 
Эмигранты [Текст] /
Алексей Николаевич 
Толстой .- Москва: АСТ: 
Хранитель, 2007.-315 с.
29
Rus yazıçısı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə