Redaksiya heyəTİ: Baş redaktor


Fəlsəfə.İqtisadiyyat.Hüquq 105



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə113/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   109   110   111   112   113   114   115   116   ...   138

260
Fəlsəfə.İqtisadiyyat.Hüquq
105 
illiyi
HƏSƏN ƏLİYEV 
1907-1993
DEKABR
Həsən  Əlirza  oğlu  Əliyev  1907-ci  il 
dekabr ayının 15-də Qərbi Azərbaycanın 
Zəngəzur  qəzasının  Comərdli  kəndində 
anadan olmuşdur. 
Həsən Əliyev 1924-30-cu illərdə Nax-
çıvan  şəhərində  axşam  məktəbində  oxu-
muş,  1930-32-ci  illərdə  isə  Azərbaycan 
Kənd  Təsərrüfatı  İnstitutunun  tələbəsi 
olmuşdur.  Sonra  isə  Azərbaycan  Elmi-
Tədqiqat  Pambıqçılıq  İnstitutunun  aspi-
ranturasında təhsil almışdır. 
Görkəmli alim 1941-43-cü illərdə Bö-
yük  Vətən  müharibəsində  iştirak  etmiş-
dir.  1944-cü  ildə  böyük  müvəffəqiyyətlə 
namizədlik  dissertasiyasını  müdafiə  et-
miş,  1944-49-cu  illərdə AMEA-nın  Tor-
paqşünaslıq  və  Aqrarkimya  İnstitutu-
nun Elmi hissə üzrə direktor müavini və 
Azərbaycan  Pedaqoji  İnstitutunda  baş 
müəllim işləmişdir. 
  Həsən  Əliyev  1949-52-ci  illərdə 
AMEA-nın  Botanika  İnstitutunun  direk-
toru vəzifəsində çalışmışdır. 1952-ci ildə 
Azərbaycan SSR Kənd Təsərrüfatı naziri-
nin birinci müavini olmuşdur. O, 1952-ci 
ildən EA-nın akademikidir.
Böyük  alim  1965-ci  ildə  kənd  təsər-
rüfatı  elmləri  doktoru  alimlik  dərəcəsi 
almaq  üçün  “Böyük  Qafqazın  torpaqları 
və ondan səmərəli istifadə yolları” möv-
zusunda doktorluq dissertasiyası müdafiə 
etmişdir.  1968-ci  ildən  ömrünün  sonuna 
kimi  AMEA-nın  Coğrafiya  İnstitutunun 
direktoru vəzifəsində çalışmışdır.
Həsən  Əliyevin  əsas  tədqiqatı  meşə 
torpaqlarının  coğrafiyasına,  respublika 
torpaq xəritəsinin və Azərbaycan SSR-də 
Beynəlxalq  Bioloji  proqramın  hazırlan-
masına, ətraf mühitin qorunmasına, torpaq 
və  su  ehtiyatlarından  səmərəli  istifadəyə 
həsr  edilmişdir.  Həsən  Əliyev  EA-nın 
Nəbatat İnstitutuna rəhbərlik edən zaman 
8  cildlik  “Azərbaycan  florası”  kitabının 
hazırlanmasına və çapına hərtərəfli qayğı 
göstərmiş, böyük əmək sərf etmişdir. 
Həsən Əliyev bununla yanaşı 1975-ci 
ildən  “Azərbaycan  təbiəti”  məcmuəsinin 
baş  redaktoru,  Azərbaycan  SSR  Təbiəti 
Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan 
SSR  Coğrafiya  Cəmiyyətinin  prezidenti 
olmuşdur. Dəfələrlə Polşa, ABŞ, İsveçrə, 
Yunanıstan  və  s.  ölkələrdə  keçirilən 
Beynəlxalq Konqreslərdə elmi məruzələr 
etmişdir. 
Respublikada  yüksək  ixtisaslı  kadr-
ların  hazırlanmasında  H.  Əliyevin  bö-
yük xidmətləri olmuşdur. Görkəmli alim 
1977-ci ildə Azərbaycanın Əməkdar elm 
xadimi adına, 1978-ci ildə isə Dövlət Mü-
kafatına layiq görülmüşdür. Həsən Əliyev 
10-cu çağırış Azərbaycan SSR Ali Soveti-
nin deputatı olmuşdur. Alim dəfələrlə or-
den və medallarla təltif olunmuşdur. 
O,  1994-cü  ilin  fevral  ayında  Dövlət 
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət 
Komitəsinin  mükafatına  layiq  görülmüş-
dür. Akademik  Həsən  Əliyev  1993-cü  il 
fevral  ayının  2-də  Bakı  şəhərində  vəfat 
etmiş Fəxri xiyabanda dəfn edilmişdir.
Həmin  il  Azərbaycan  Respublikası-
nın  Nazirlər  Kabineti  alimin  xatirəsinin 
əbədiləşdirilməsi  haqqında  qərar  ver-
mişdir.  Bakı  şəhərindəki  küçələrdən  biri 
Həsən Əliyevin adını daşıyır. 
 
Ə d ə b i y y a t
Təbiətin keşiyində [Mətn] /
Həsən Əliyev.- Bakı : Maa-
rif, 1993.- 309 s.
Təbiətin yaşıl libası [Mətn] 
/Həsən Əliyev.- Bakı : 
Gənclik, 1988.- 180 s.
Budaqov, B. Çay kimi 
çağlayan ömür [Mətn]: 
[Akademik Həsən Əliyev 
haqqında].- Bakı : “İsmayıl 
NPM”, 2002.- 119 s.
Elin oğlu [Mətn]: [Akade-
mik Həsən Əliyev haqqında 
xatirələr].- Bakı: “İsmayıl 
NPM”, 2002.- 135 s.
Həsən Əlirza oğlu Əliyev 
[Mətn] : biblioqrafiya.- 
Bakı: “İsmayıl NPM”, 
2002.- 127 s.
Почвы Большого Кавказа 
[Текст] /Гасан Алиев.- 
Баку, 1994.- 308 с.
Тревожный сигнал 
[Текст] /Гасан Алиев.- 
Баку: Азернешр, 1983.- 164 
с.
15
Akademik


261
Mühəndis işi. Texnika
85 
illiyi
SARVAN SALMANOV 
1927
DEKABR
Sarvan  Qarakişi  oğlu  Salmanov 
1927-ci  il  dekabr  ayının  21-də  İsma-
yıllı rayonunun Zoğallıq kəndində ana-
dan olmuşdur. Ailədə dörd uşaq olub-
lar. Körpəlikdən çətinliklər içərisində 
böyüyən  Sarvan  Salmanov  8  yaşında 
olarkən  atasını  itirir.  Dul  qalan  anası 
dörd  uşağı  böyük  çətinliklərlə  ərsəyə 
çatdırır.  Artıq  Sarvanın  18  yaşı  ta-
mam  olurdu.  Bu  zaman  ikinci  dün-
ya  müharibəsi  yenicə  qurtarmışdı. 
Ölkədə  quruculuq  işləri  başlanmışdı. 
Elə Azərbaycanda  da  sənayeni,  kənd 
təsərrüfatını inkişaf etdirmək lazım idi. 
Bununla əlaqədar SSRİ Nazirlər Sove-
tinin qərarı ilə Kür çayının üstündə su 
elektrik  stansiyası  tikilməli  idi.  SES 
– Kür çayının Boz dağı ikiyə ayırdığı 
sahədə  –  Mingəçevir  boğazı  deyilən 
yerdə qurulmalı idi. Həmən stansiyanın 
tikilib  qurtarmasından  sonra  eni  618 
km, uzunluğu 80 km olan 16 milyard 
kub metr su tutumlu böyük Mingəçevir 
dənizi  yaradılmalı  idi.  Dənizin  qar-
şısında  93  metr  hündürlüyündə  bənd 
tikmək  nəzərdə  tutulurdu.  Bunlarla 
əlaqədar olaraq komsomol təşkilatının 
Mərkəzi  Komitəsi  qərar  çıxardı  ki, 
bu tikintidə komsomolçular da iştirak 
etsinlər. 1945-ci il avqustun 1-də kom-
somolçuların çağırışı ilə Azərbaycanın 
komsomolçu  gəncləri  Mingəçevir 
tikintisinə gəlməyə başladılar. S. Sal-
manov  da  komsomolun  üzvü  idi.  O, 
İsmayıllı rayonundan 25 nəfər gənclə 
birlikdə tikintidə işləməyə gəldi. Bur-
da  bir  neçə  gün  saman  qatılmış  tor-
paqdan  kərpic  kəsməklə  məşğul  olan 
S. Salmanov briqadanı atıb dülgərliklə 
məşğul olmağa başlayır. Qısa müddət 
ərzində bu sənətdə də irəliləyir. Əmək 
fəaliyyətinə  1945-ci  ildə  Mingəçevir 
SES-da  başlamış  və  burada  müxtəlif 
vəzifələrdə çalışmışdır.
İnşaatçı, Sosialist Əməyi   Qəhrə-
manı  (1971),  SİKP-nın  üzvü  (1951), 
SSRİ-nin və Azərbaycanın fəxri ener-
getikidir.  SİKP-nın  24-cü  qurultayı-
nın numayəndəsi olaraq 2 dəfə Lenin 
ordeni və medallarla təltif edilmişdir. 
Azərbaycanın  Xalq  şairi  Səməd Vur-
ğunun  “Muğan”  poemasında  Sarvan 
Salmanovun obrazı yaradılmışdır.
Ə d ə b i y y a t
Sarvan Salmanov //
Azərbaycan Sovet Ensiklo-
pediyası [Mətn]: 10 cilddə.- 
Bakı.- 1984.- VIII cild.- S. 
274.
İ n t e r n e t d ə
http://mingechevir-ih.gov.az
http://bizimasr.media-az.com
21
Energetik


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə