Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə117/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   113   114   115   116   117   118   119   120   ...   138

270
Bu bölmədə Siz 2012-ci ildə 
• 
qeyd olunacaq, lakin “ayı, 
günü” bilinməyən yubileylər 
haqqında məlumat əldə 
edəcəksiniz
ƏLA
VƏLƏR
Mirzə Fətəli Axundzadə komediyalarının türk səhnəsində görsənməsi əgər bir böyük 
tarixdirsə, buna iki şey bais olubdur: biri budur ki, Mirzənin komediyaları ümumiyyətlə 
xeyli dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox mənziləsində 
olan səhnəmiz fəxr edə bilərdi, bəlkə bir belə pyeslər sair mütəmməddin millətlərin 
səhnələrini zinətləndirməyə qabil ola bilərdilər. Biri də budur ki, Mirzə Fətəlinin ko-
mediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağla-
yıbdır və o orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir.
C.Məmmədquluzadə
200 il
1812-1878
M.F.Axundzadə


271
Milli ədəbiyyat
Azərbaycan şairi Qətran Təbrizi Əbu Mənsurun (1012-1088) аnаdаn 
оlmаsının 1000 illiyi
Azərbaycan şairi Vaqif Molla Pənahın (1717-1797) аnаdаn оlmаsının 295 
illiyi
XIX əsr görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin (1792-1852) аnаdаn 
оlmаsının 220 illiyi
Azərbaycan şairəsi Qonçabəyimin (təq.1827-?-) аnаdаn оlmаsının 185 illiyi
Azərbaycan şairi Nəbati Seyid Əbdülqasım Möhtərəm oğlunun (1812-1873) 
аnаdаn оlmаsının 200 illiyi
Azərbaycanın Əməkdar incəsənət xadimi Babayev Əbdülhüseyn Mikayıl 
oğlunun (1877-1961) аnаdаn оlmаsının 135 illiyi
Azərbaycan yazıçısı Sadıqzadə Hüseyn Mirkazım oğlunun (Seyid Hüseyn) 
(1887-01.08.1938) аnаdаn оlmаsının 125 illiyi
Tərcüməçi, publisist İbrahimov Xəlil İbrahim oğlunun (1892-1938) аnаdаn 
оlmаsının 120 illiyi
Şair, ədəbiyyatşünas Əlizadə Hümmət Əli oğlunun (1907-1941) аnаdаn 
оlmаsının 105 illiyi
Dramaturq Hümmətov İsgəndər Məhəmməd oğlunun (İsgəndər Coşqun) 
(1927-10.12.1996) аnаdаn оlmаsının 85 illiyi
Xarici ədəbiyyat
İraq şair və tədqiqatçısı, ədəbiyyatşünas Bəndəroğlu Əbdüllətifin (1937-
07.02.2008) аnаdаn оlmаsının 75 illiyi
Tarixdə bu gün
Bizans memarlığının görkəmli abidəsi, Ayasofiya – Müqəddəs Sofiya 
Məbədinin (532-537) yaranmasının 1480 illiyi
Araz çayı üzərində Xudafərin körpüsü salınmışdır (1027)
Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycana yürüşləri başlanmışdı 
(1742-1797)
Ağa Məhəmməd şah Qacarın Şuşaya ikinci hücumu və qalanın təslim 
olması (1797)
Bakıda konka nəqliyyatı işə düşmüşdür (1887)
Bakıda ilk rus-Azərbaycan məktəbinin əsası qoyulmuşdur (1887)
Qarabağ xanlığı ləğv edilmişdir (1822)
Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərini yazmışdır (1847)
İlk dəfə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən Böyük 
2012
Əlavələr


272
ipək yolu termini işlədilmişdir (1877)
M.Ə. Rəsulzadə tərəfindən “Müsəlman gənclik təşkilatı” yaradılmasının 
(1902) 110 illiyi
“Leyli və Məcnun” operasının (1907) yazılmasının 105 illiyi
“Səadət” xeyriyyə cəmiyyətinin açılmasının (1907)  105 illiyi
Tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən Bakı şəhərində 
Hacı Əjdərbəy məscidi (Göy məscid) tikilib istifadəyə verilmişdir (1912)
Azərbaycan Dövlət Sirkinin açılmasının (1912) 100 illiyi
Bakı-Tiflis arasında birbaşa teleqraf xətti çəkilmişdir (1912)
Azərbaycan Prokurorluğunun yaranmasının (1922) 90 illiyi
Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının yaranması 
və Azərbaycan SSR-in ona daxil olması (22.12.1922)
Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində olmaqla 
Muxtar Respublika elan edilmişdir (1922)
Azərbaycan Rəssamlar İttifaqının yaranmasının (1932) 80 illiyi
BDU-nun Kitаbхаnаçılıq fаkültəsinin yаrаdılmаsının (1947) 65 illiyi
Badamlı Mineral Sular Zavodu fəaliyyətə başlayıb (1947)
İçərişəhərin qala divarlarının bərpa edilməsi (1952-1957)
Televiziya və Radio verilişlərinin həftəlik proqramı çap olunmağa 
başlamışdır (aprel 1957)
Bakı-Krasnovodsk Bərə Yolunun açılmasının (1962) 50 illiyi
Nəriman Nərimanovun Xatirə Muzeyinin yaradılmasının (1977) 45 illiyi
Xankənddə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın 
Ermənistana birləşdirilməsi məqsədi güdən bədnam erməni seperatçıları baş 
qaldırmışdır (11.1987)
Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə 
qoşulmuşdur (1992) 
 Siyasət. Hərbi iş
Sacilər dövlətinin başçısı Yusif İbn Əbu Sac Divdadın (912-927) аnаdаn 
оlmаsının 1100 illiyi
Azərbaycan sərkərdəsi, dövlət xadimi, səyyah Oruc bəy Bayatın (1567-
1605) аnаdаn оlmаsının 445 illiyi
Qacarlar sülaləsinin banisi, İran şahı Ağa Məhəmməd şah Qacarın (1742-
1797) anadan olmasının 270 illiyi
Azərbaycanın Xalq qəhrəmanı Məmmədov Məmməd Əli oğlunun (1887-
18.09.1919) (Qatır Məmmədin) аnаdаn оlmаsının 125 illiyi
Böyük Vətən müharibəsi Qəhrəmanı, həkim Rüstəmbəyova Aliyə Fətulla 
qızının (1907-1942) аnаdаn оlmаsının 105 illiyi 
Dövlət xadimi və alim Aydınbəyov Salam Müqtədir oğlunun (1912-1967) 
аnаdаn оlmаsının 100 illiyi
Dövlət xadimi, jurnalist Seyidzadə Bağır Qasım oğlunun (1912-1968) 
аnаdаn оlmаsının 100 illiyi
Sоvеt İttifаqı Qəhrəmаnı Məmmədоv Qаfur Nəsir oğlunun (1922-
19.10.1942) аnаdаn оlmаsının 90 illiyi


273
Dövlət xadimi Namazəliyev Qurban Hüseyn oğlunun (1947-20.11.1991) 
аnаdаn оlmаsının 65 illiyi
Tarix.Din
Ərəb tarixçisi Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Vaqidinin (747-823) 
аnаdаn оlmаsının 1265 illiyi
Coğrafiya. Geologiya
Azərbaycanın Əməkdar elm xadimi, geodezisti Əliyev Məmmədqasım 
Hüseyn oğlunun (1882-20.07.1967) аnаdаn оlmаsının 130 illiyi
Geologiya-minerologiya elmləri doktoru, professor Ağayev Vahid Bəhram 
oğlunun (1937) аnаdаn оlmаsının 75 illiyi
Geologiya-minerologiya elmləri doktoru, professor Babayev Nəriman 
İbadulla oğlunun (1937) аnаdаn оlmаsının 75 illiyi
Musiqi. Opera. Balet
Azərbaycan xanəndəsi Fərzəliyev Məşədi Məmmədin (1872-1962) аnаdаn 
оlmаsının 140 illiyi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tarzən Mənsurov Mənsur (Mirzə 
Mənsur) Məşədi Məlik oğlunun (1887-30.06.1967) аnаdаn оlmаsının 125 
illiyi
Əməkdar incəsənət xadimi, tarzən Məşədibəyov Ağası Abutalıb oğlunun 
(1912-1984) аnаdаn оlmаsının 100 illiyi
Teatr. Kino.Estrada.Sirk
Azərbaycanın Əməkdar artisti, aktyor Kazımovski Mirmahmud Mirələkbər 
oğlunun (1882-01.12.1940) аnаdаn оlmаsının 130 illiyi
Teatr tənqidçisi, teatrşünas Hacınski Cəmo Süleyman oğlunun (Cəmo bəy 
Hacınski) (1887-1942) аnаdаn оlmаsının 125 illiyi
Azərbaycanın Əməkdar artisti, aktrisa Məmmədova Əzizə Əbdülbaği 
qızının (1892-14.08.1961) аnаdаn оlmаsının 120 illiyi
Azərbaycanın Əməkdar artisti, aktrisa Lizina Nataliya Davıdovnanın 
(İsmayılova) (1892-1957) аnаdаn оlmаsının 120 illiyi
Azərbaycanın Əməkdar artisti, aktyor Məmmədov Əhməd Musa oğlunun 
(1897-1953) аnаdаn оlmаsının 115 illiyi
Azərbaycanın Əməkdar artisti, SSRİ Dövlət Mükafatı laureatı, aktrisa 
Kələntərli Münəvvər Səməd qızının (1912-05.02.1963) аnаdаn оlmаsının 
100 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Əbubəkroğlu 
Naxçıvaninin (XII əsrin 20-ci illəri – XII əsrin sonu) аnаdаn оlmаsının 800 
illiyi
Azərbaycan rəssamı Nəzərli Nəcəfqulu Cavad oğlunun (Nəcəf Rasim) 


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə