Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə118/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   114   115   116   117   118   119   120   121   ...   138

274
(1882-1929) аnаdаn оlmаsının 130 illiyi 
Azərbaycan heykəltəraşı Quliyev İbrahim Hilal oğlunun (1902-1041) 
аnаdаn оlmаsının 110 illiyi
Folklor
Aşıq-şair Talıb Ələsgər oğlunun (Aşıq Talıb) (1877-21.05.1979) аnаdаn 
оlmаsının 135 illiyi
Mədəniyyət. Elm. Maarif
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri Əfəndizadə Şəfiqə 
Məhəmmədəmin qızının (1882-29.07.1959) аnаdаn оlmаsının 130 illiyi
Azərbaycan milyonçusu Ağa Musa Nağıyevin (Musa Nağıyev) (1842-1919) 
anadan olmasının 170 illiyi
Neft
Neftçi, SSRİ-nin Əməkdar mühəndisi, Dövlət Mükafatı laureatı Əliyev 
Məmmədəli Dostəli oğlunun (1912-1965) аnаdаn оlmаsının 100 illiyi
 Kitabxana işi. Kitabxanaşünaslıq
Cəlilabad rayon Mərkəzi kitabxanasının yaranmasının (1922) 90 illiyi
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 
yaranmasının (1922) 90 illiyi
Nəsimi rayon X.R.Ulutürk adına kütləvi kitabxananın yaranmasının (1927) 
85 illiyi
O.Sarıvəlli adına Əmircan qəsəbə kütləvi kitabxanasının (1932) 80 illiyi
Gədəbəy rayon Mərkəzi Kitabxanasının yaranmasının (1932) 80 illiyi
Quba rayon Mərkəzi kitabxanasının yaranmasının (1932) 80 illiyi
Şəmkir rayon Mərkəzi kitabxanasının yaranmasının (1932) 80 illiyi
Bilgəh qəsəbə kütləvi kitabxanasının yaranmasının (1937) 75 illiyi
Culfa rayon Mərkəzi kitabxanasının yaranmasının (1937) 75 illiyi
Şüvəlan qəsəbə kütləvi kitabxanasının yaradılmasının (1947) 65 illiyi
İmişli rayon Mərkəzi kitabxanasının yaranmasının (1947) 65 illiyi 
İsmayıllı rayon Mərkəzi kitabxanasının yaranmasının (1947) 65 illiyi
Abşeron rayon Mərkəzi kitabxanasının (1952) 60 illiyi
Yasamal rayonu Q.Musabəyov adına kütləvi kitabxananın (1957) 55 illiyi
Xanlar rayon Mərkəzi Kitabxanasının yaranmasının (1962) 50 illiyi
Bərdə rayon Mərkəzi kitabxanasının yaranmasının (1967) 45 illiyi
Sahil qəsəbə kütləvi kitabxanasının yaranmasının (1977) 35 illiyi
Şuşa rayon MKS-nin yaranmasının (1977) 35 illiyi
Şərur rayon MKS-nin yaranmasının (1977) 35 illiyi 
Daşkəsən rayon MKS-nin (1982) 30 illiyi
Ələt qəsəbə uşaq kitabxanasının yaranmasının (1987) 25 illiyi
Samux rayon MKS-nin yaranmasının (1992) 20 illiyi
Siyəzən rayon MKS-nin yaranmasının (1992) 20 illiyi


275
Milli ədəbiyyat 
1000 
illiyi
QƏTRAN TƏBRİZİ  
1012-1088
2012
Qətran Təbrizi 1012-ci ildə Təbriz ya-
xınlığındakı  Şadi-abad  kəndində  anadan 
olmuşdur.  Şairin  tam  adı  Əbu  Mənsur 
Qətran  Cili  Azərbaycanidir.  İlk  təhsilini 
Şadi-abadda  almış,  sonra  Təbrizdə  oxu-
muşdur.
Qətran  Təbrizinin  zamanında  Şədda 
dilər dövlətinin paytaxtı olan Gəncə çox 
inkişaf  etmiş  bir  şəhər  idi  və  Şərqin  bir 
çox ölkələrindən alimlər, şairlər, memar-
lar,  sənətkarlar  Gəncəyə  axışırdı.  Qətran 
da təhsilini başa vurduqdan sonra buraya 
gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sa-
rayına dəvət olunur və az bir vaxtda böyük 
nüfuz qazanır. Həmin dövrdə ölkənin ba-
şında Əbdülhəsən Ləşkəri dururdu və təbii 
ki, Qətran da bir çox şerlərini ona və onunla 
əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu 
şerlərdən çıxış edərək, Qətranın Gəncədə 
yaşadığı dövrü müəyyənləşdirmək müm-
kündür.  Misal  üçün,  bir  şerində  Qətran 
Rəvvadilər  dövlətinin  başçısı  Əbu  Man-
sur  Vəhsudanın  Əbdülhəsən  Ləşkərinin 
qonağı  kimi  Gəncəyə  gəlişindən  danışır. 
Qətran  yaradıcılığını  araşdıran  alimlərin 
fikrincə, bu görüş 1035-1040-cı illər ara-
sında  baş  verə  bilərdi.  1042-ci  ildə  isə 
şair  artıq  Təbrizdə  şəhərin  yarısını  yerlə 
yeksan  etmiş  dəhşətli  zəlzələnin  şahidi 
olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii 
fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox 
tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən 
sonra  gəldiyini  göstərirlər.  Görünür,  şai-
rin yenidən Gəncəyə dönüşünü də istisna 
etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə 
böyük İran şairi və filosofu Nasir Xosrov-
la görüşür. Nasir Xosrov özünün məşhur 
“Səfərnamə”  əsərində  Qətran  adlı  gözəl 
bir şairlə görüşdüyünü qeyd edir.
Qətran  bir  müddət  Naxçıvanda,  yerli 
hakimlərin  saraylarında  yaşadıqdan  son-
ra  vətəni  Təbrizə  dönür.  Qətran  Təbrizi 
hələ  sağlığında  ikən  istedadlı  şair,  müd-
rik filosof və alim kimi bir çox ölkələrdə 
şöhrət  qazanır.  Özünün  yazdığına  görə, 
onu Xorasanda və İraqda yaxşı tanıyır və 
sevirdilər.
Qətran “Tövsnamə”, “Quşnamə”, “Va-
miq və Əzra” adlı əsərlərin, habelə əsasən 
qəsidələrdən  ibarət  iri  həcmli  divanın 
müəllifidir.
XII  əsrdə  yaşamış  Orta  Asiya  şairi 
Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə 
həqiqi  şair  tanımışdır  -  həkim  (müdrik) 
Qətran Təbrizini.
Qətran  poeziya  ilə  gənc  yaşlarından 
məşğul  olmağa  başlamış  və  bu  sahədə 
böyük  yaradıcılıq  uğurları  qazanmış-
dı.  Şeir  yaradıcılığında  əsas  yeri  döv-
rün  müxtəlif  hökmdarlarını  tərif  edən 
qəsidələr  tutur.  Bu  əsərlər  müasir  oxucu 
və  tədqiqatçılar  üçün  qəsidələrdə  mədh 
olunan  qəhrəmanların  saraylarında  baş 
verən  tarixi  hadisələri  öyrənmək  və  an-
lamaq  baxımından  çox  qiymətlidir.  Mi-
sal  üçün,  Qətran  Təbrizinin  şeirlərində 
oğuzların  Azərbaycana  bir  neçə  yürüşü 
öz əksini tapmışdır ki, həmin məlumatlar 
indi bizim üçün böyük əhəmiyyət daşıyır.
Orta  əsr  mənbələrinə  əsaslanan 
Azərbaycan  tədqiqatçıları  qeyd  edirlər 
ki,  Qətran  Təbrizi  fars  leksikoqrafiyası 
tarixində  fars  dilinin  ilk  izahlı  lüğətinin 
yaradıcısı  olmuşdur.  Qətran  1088-ci 
ildə  Təbrizdə  dünyasını  dəyişmiş  və 
Surxab  məhəlləsindəki  məşhur  Şairlər 
məqbərəsində dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Divan [Mətn] /Qətran 
Təbrizi .- Bakı: EA-nın 
nəşri, 1967.- 440 s.
Süleymanlı, Ş. Azərbaycan 
ədəbiyyatı [Mətn]: ən qədim 
dövrlərdən 1920-ci ilədək 
S.Süleymanlı.- Bakı, 2008.- 
414 s.
Şair


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə