Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə12/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   8   9   10   11   12   13   14   15   ...   138

30
Musiqi.Opera.Balet
85  
illiyi
LEYLA VƏKILOVA  
1927-1999
YANV
AR
Leyla  Məhəd qızı Vəkilova 1927-
ci  il  yanvar  ayının  29-da  Bakıda  do-
ğulmuşdur.  O,  səkkiz    yaşında  Bakı 
Xoreoqrafiya Məktəbinə daxil olmuş, 
əvvəlcə  Ədilə  Almaszadənin,  son 
siniflərdə isə görkəmli balet ustası və 
pedaqoq Qəmər xanım Almaszadənin 
rəhbərliyi  ilə  sənətin  incəliklərinə 
yiyələnmişdir.  1943-cü  ildə  məktəbi 
uğurla  bitirən  aktrisa  Azərbaycan 
Dövlət  Opera  və  Balet  Teatrının  ba-
let  truppasına  solist  götürülmüşdür. 
1945-1946-cı illərdə ixtisas səriştəsini 
təkmilləşdirmək,  sənətkarlıq  qabiliy-
yətini formalaşdırmaq məqsədi ilə iki 
il dünya şöhrətli Moskva Xoreoqrafi-
ya Məktəbində xüsusi kurs keçmişdir. 
Bakıya qayıdaraq Opera və Balet Teat-
rının aparıcı balet aktrisası olmuşdur. 
Leyla  xanım  müxtəlif  illərdə  teat-
rın  səhnəsində  Gülyanaq  (“Qız  qala-
sı”,  Əfrasiyab  Bədəlbəyli),  Odetta-
Odilliya,  Avrora,  Mulla  (“Sonalar 
gölü”, “Yatmış gözəl” və “Şelkunçik”, 
Pyotr  Çaykovski),  Zarema  (“Bağ-
çasaray  fəvvarəsi”,  Boris  Asafyev), 
Gülşən (“Gülşən”, Soltan Hacıbəyov), 
Aişə,  Sari  (“Yeddi  gözəl”  və  “İldı-
rımlı  yollarla”,  Qara  Qarayev),  Şirin 
(“Məhəbbət əfsanəsi”, Arif Məlikov), 
Jizel  (“Jizel”,  Adolf  Adan),  Malvina 
(“Qızıl açar”, Boris Zeydman), Qara-
ca qız (“Qaraca qız”, Əşrəf Abbasov) 
partiyalarını ifa etmişdir. 
Azərbaycan  milli  balet  sənətinin 
tərəqqisində 
və 
təkamülündə, 
beynəlxalq  aləmdə  tanınmasında 
göstərdiyi  böyük  xidmətlərə  görə 
Leyla xanım Vəkilova 30 aprel 1955-
ci  ildə  Azərbaycan  Respublikasının 
Əməkdar  artisti,  26  aprel  1958-ci 
ildə  Xalq  artisti,  31  dekabr  1967-ci 
ildə  SSRİ  Xalq  artisti  fəxri  adları  ilə 
təltif  olunub.  Leyla  xanım  Vəkilova 
Polşada (1956, 1962, 1968), Suriyada 
(1960), Çexoslavakiyada (1964), Hin-
distanda (1965), Bolqarıstanda (1966), 
Fransada  (1969,  1974),  Macarıstanda 
(1973),  İtaliyada  (1976),  Türkiyədə 
(1977, 1982), Tbilisidə və Almaniya-
da (1979), Nepalda (1981) ifaçı və ba-
letmeyster kimi uzunmüddətli qastrol 
səfərlərində olub. 
Balet  ustası  1953-cü  ildən  ömrü-
nün  sonuna  kimi  Bakı  Xoreoqrafiya 
Məktəbində klassik rəqslər fənnindən 
dərs  deyib  və  1992-ci  ildən  həm  də 
bu təhsil ocağına bədii rəhbərlik edib. 
Leyla  Vəkilovanın  yetirmələri  nəinki 
Azərbaycanda,  hətta  Moskvanın  Bö-
yük Teatrında, Almaniyada milli balet 
sənətinin  çiçəklənməsində  səmərəli 
xidmətlər  göstəriblər.  O,  1996-cı  il 
sentyabr  ayının  6-dan  Bakı  Xore-
oqrafiya  Məktəbinin  professoru  idi. 
Görkəmli  balet  ustası,  milli  səhnə 
mədəniyyətimizin  nadir  incilərindən 
olan  Leyla  Məhəd  qızı  Vəkilova  20 
fevral  1999-cu  ildə  Bakıda  vəfat  et-
mişdir. 
Ə d ə b i y y a t
Çəmənli, M. Leyla Vəkilova 
[Mətn] /Ç.Mustafa // 
“Leyli və Məcnun” – 100 
il səhnədə.- Bakı, 2008.- S. 
183-184.
Rəhimli, İ. Leyla Vəkilova 
[Mətn] /İ.Rəhimli //
Azərbaycan Dövlət Akade-
mik Opera və Balet Teatrı.- 
Bakı, 2008.- S. 170-171.
Rəhimli, İ. Leyla Vəkilova 
[Mətn] /İ.Rəhimli //
Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S. 570-572.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
29
Balerina


31
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
100  
illiyi
HƏNİFƏ ƏLƏSGƏROV 
1912-1991
YANV
AR
Hənifə Əliskəndər oğlu Ələsgərov 
1912-ci il yanvar ayının 1-də müəllim 
ailəsində anadan olmuşdur. O, 1936-cı 
ildə  Azərbaycan  Sənaye  İnstitutunun 
memarlıq fakültəsini bitirərək memar 
sənətinə yiyələnmişdir.
Hənifə  Ələsgərov  1939-cu  ildə 
Dövlət Layihə İnstitutunda Şəhərlərin 
planlaşdırma  şöbəsinə  rəhbər  təyin 
olunmuşdu.
Zaqatala  rayonunun  baş  planı-
nın  layihələşdirilməsi  işində  əsas  yer 
tutmuşdur.  O,  keçmiş  Azərbaycan 
SSR  Nazirlər  Soveti  yanında  me-
marlıq  işləri  üzrə  birinci  müdir  müa-
vini  işləmişdir.  1948-1958-ci  illərdə 
Dövlət Tikinti və Memarlıq abidələri, 
şəhərsalma problemləri və mühafizəsi 
məsələlərinə rəhbərlik etmişdi.
1956-cı  ildə  Gəncədə  toxuculuq 
kombinatının  inzibati  binası,  1960-
cı  ildə  kurort  şəhəri  olan  Şuşada 
mehmanxana  və  pansionat,  1961-ci 
ildə  Bilgəhdə  müalicə  məişət  korpu-
su,  1966-cı  ildə  Bakıda  Rus  Dili  və 
Ədəbiyyatı  İnstitutunun  tədris  korpu-
sunun tikilməsində iştirak etmişdir.
1972-ci  ildən  SSRİ  və  1976-cı 
ildən  Azərbaycan  Respublikasının 
Dövlət  Mükafatları  laureatı  adına  la-
yiq  görülmüşdür.  1-ci  dərəcəli  Vətən 
müharibəsi  ordeni,  “Qırmızı  Ulduz”, 
“Şərəf nişanı” ordenləri və medallarla 
təltif edilmişdir.
Hənifə  Ələsgərovun  yaradıcılığın-
da  şəhərsalma  üzrə  maraqlı  işlərdən 
biri  də  Bakıdakı  Nizami  meydanının 
yenidən qurulması idi.
1961-ci ildə  keçmiş Lenin meydanı-
nın, (indiki Azadlıq meydanı) yenidən 
qurulması  üçün  elan  edilmiş  qapalı 
müsabiqədə  H.Ələsgərovun  başçılığı 
altında  olan  kollektivin  layihəsinimn 
3-cü  mükafat  alması  müəllifin  böyük 
yaradıcılıq nailiyyəti idi.
Kamil  memar  kimi  formalaşmış 
H.Ələsgərovun  1965-ci  ildən  Bakı 
şəhərinin  Baş  Planlaşdırma  idarəsi 
rəhbəri vəzifəsində fəaliyyəti, tezliklə 
şəhərin yeni baş planının texniki iqti-
sadi əsasları üzərində işə başlanılması 
ilə  əlamətdar  olmuşdur.  O,  1973-cü 
ilə  qədər  Bakı  şəhərinin  Baş  memarı 
vəzifəsində işləmişdir.
Hənifə  Ələsgərov  50-dən  çox 
məqalə,  kitab  və  kitabçaların  müəl-
lifidir.
  Azərbaycanın    XX  əsr  memar-
lığının  inkişafında  və  xüsusilə  də 
şəhərsalma tarixində mühüm yeri olan 
görkəmli  ustad,  memar  Ələsgərov 
Hənifə  Əliskəndər  oğlu  1991-ci  ildə 
79 yaşında dünyasını dəyişmişdir.
Ə d ə b i y y a t
Əliyev, M. Memar Hənifə 
Ələsgərov haqqında [Mətn] 
/M.Əliyev.- Qobustan.-
1977.- № 1.- S.44-46.
Əliyev, N. Ustad mema-
rın yaratdıqları [Mətn]: 
[Əməkdar inşaatçı Hənifə 
Ələsgərov haqqında] 
/N.Əliyev //Azərbaycan.-
2002.-16 fevral.-S.3.
1
Memar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə