Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə121/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   117   118   119   120   121   122   123   124   ...   138

281
Milli ədəbiyyat 
120 
illiyi
XƏLİL İBRAHİM 
1892-1938
Xəlil  İbrahim  oğlu  İbrahimov  (Xəlil 
İbrahim)  1892-ci  ildə  Şuşada  sənətkar 
ailəsində  anadan  olmuşdur.  1907-ci  ildə 
atası  vəfat  etmiş,  xalça  toxuyan  ana-
sının  himayəsində  qalmışdır.  Şuşada 
Azərbaycan-rus  məktəbində,  Şuşa  və 
Bakı  realnı  məktəblərində  oxumuşdur. 
1909-1910-cu  illərdə  təqaüd  almadığın-
dan təhsili yarımçıq qalmış, 1911-ci ildən 
Sarıcalıda  Qasım  bəy  Zakirin  nəvələrinə 
evdə dərs demişdir. 1913-cü ildə “Səda” 
qəzetində dərc olunmuş “Kənd həyatından 
lövhələr” adlı ilk oçerkini də orada yaz-
mışdır. 
1912-1913-cü  illərdə  Bakıda  “Nəşri-
maarif”  Cəmiyyətinin  Əmircandakı 
məktəbində  müəllim  işləmişdir.  1913-
1915-ci  illərdə  “Səda”,  1915-1918-ci 
illərdə  “Açıq  söz”,  1916-1917-ci  illərdə 
“Doğru  söz”,  1912-1915-ci  illərdə  “İq-
bal”,  1915-ci  ildə  “Yeni  iqbal”,  1914-
1920-ci  illərdə  “Bəsirət”,  1918-1920-ci 
illərdə “Azərbaycan” qəzetlərində, 1914-
1917-ci illərdə “Tuti”, 1917-ci ildə “Qar-
daş  köməyi”  jurnallarında  ictimai-siyasi 
mövzuda  publisistik  məqalələri  və  bədii 
yazıları dərc edilmişdir. 
Birinci  Dünya  müharibəsi  illərində 
beynəlxalq  məsələlərə,  müharibənin 
dəhşətlərinə həsr olunmuş “Dəhşətli yan-
ğın  qarşısında”,  “Avropa  müharibəsi  nə 
qədər  baha  ilə  bitəcəkdir”,  “Alban  inqi-
labı”, “Kənd həyatından səhnələr” və bir 
sıra ictimai-siyasi, publisistik məqalələrlə 
çıxış etmişdir. 
X.İbrahim  1919-cu  ildə  yaradılmış 
Jurnalistlər və Ədiblər İttifaqının sədrinin 
müavini olmuşdur.
O,  Azərbaycanda  Sovet  hakimiyyəti 
qurulduqdan  sonra  bədii-publisistik 
fəaliyyətini  davam  etdirmiş,  “Kommu-
nist”, “Ədəbiyat”, “Kəndçi” qəzetlərində, 
“Maarif və mədəniyyət” jurnalında yazı-
ları dərc edilmişdir.
Xəlil  İbrahim  “Müsavat”  partiyası-
nın  üzvü,  onun  Şuşa  şəhər  özəyinin  ka-
tibi  olmuşdur.  O,  1920-1930-cu  illərdə 
gizli  fəaliyyət  göstərən  “Müsavat”ın 
sıralarında  Azərbaycanın  müstəqilliyi 
uğrunda  mübarizəsini  davam  etdirmiş, 
Məmmədəmin Rəsulzadənin yaxın silah-
daşı və məsləhətçilərindən olmuşdur.
Azərbaycan  Xalq  Cümhuriyyətinin 
süqutundan  və  respublikada  kommu-
nist  rejimi  qurulduqdan  sonra  Xəlil  İb-
rahim  müxtəlif  vəzifələrdə  çalışmaqla 
Azərbaycan  xalqının  inkişafı  ilə  bağlı 
müxtəlif problemlər haqqında məqalələrlə 
qəzetlərdə çıxış etmişdir. 
Xəlil  İbrahim  AXC-nin  və  Müsavat 
partiyasının  qabaqcıl  xadimlərindən  ol-
duğu üçün 1923-cü ildə kommunist rejimi 
tərəfindən həbs olunur, bir qədər sonra gü-
nahı sübut olunmadığından azad olunur. 
Xəlil  İbrahimin  tərcüməçi  kimi 
Azərbaycan  ədəbiyyatı  qarşısında  xid-
mətləri  böyükdür.  O,  Şekspirin,  Şille-
rin, A.Tolstoyun  və  bir  sıra  başqa  Qərbi 
Avropa  və  rus  yazıçılarının  əsərlərini 
Azərbaycan dilinə tərcümə etmişdir. 
Bütün  bu  illər  ərzində  Xəlil  İbrahim 
“ÇK”-nın  nəzarətində  olmuş,  1937-ci 
ilin  noyabr  ayında  “xalq  düşməni”  kimi 
həbs  olunmuş,  4  ay  sonra  Azərbaycan 
SSR  Xalq  Daxili  İşlər  Komissarlığının 
1938-ci il 11 mart tarixli qərarına əsasən 
güllələnmişdir. Stalinin ölümündən sonra 
Xəlil İbrahim bəraət almışdır.
 
Ə d ə b i y y a t
İbrahim, X. Daşdan keçən 
istiqlal [Mətn] /X.İbrahim .- 
Bakı : Yazıçı, 1993.- 140 s.
İbrahimova, S. Atam Xəlil 
İbrahimi aparan gecə 
ailəmizdə hər şey sona çatdı 
[Mətn]  /S.İbrahimova // 
Azərbaycan.- 2009.- 15 
sentyabr.- S.7.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
Yazıçı


282
Milli ədəbiyyat 
85 
illiyi
İSGƏNDƏR COŞQUN 
1927-1996
2012
İsgəndər 
Məhəmməd 
oğlu 
Hümmətov  1927-ci  ildə  Göyçay 
şəhərində  fəhlə  ailəsində  doğulub. 
Rayonda  orta  təhsil  aldıqdan  sonra  
Bakıda M.A.Əliyev adına Teatr İnsti-
tutunun  Teatrşünaslıq  fakültəsinə  da-
xil  olub.  1952-ci  ildə  isə  Moskvada 
M.Qorki adına Ədəbiyyat İnstitutunun 
poeziya şöbəsinə qəbul olub, 1955-ci 
ildə oranı bitirib. 
Bir müddət Azərbaycan Mədəniyyət 
Nazirliyində redaktor vəzifəsində çalı-
şıb.  İ.Coşqun  1962-ci  ildən  M.Qorki 
adına Azərbaycan Dövlət Gənc Tama-
şaçılar  Teatrında  Ədəbi  hissə  müdiri 
işləyib. 
“Mavzoleydə” adlı ilk mətbu əsəri 
“Ədəbiyyat  və  incəsənət”  qəzetində 
çapdan çıxıb. S.Vurğunun “Komsomol 
poeması”  əsasında  yazdığı  pyesinə 
görə  Respublika  Lenin  Komsomolu 
mükafatı laureatı fəxri adına layiq gö-
rülüb. 
Müxtəlif  illərdə  “Gəmidə  söh-
bət”,  “Qığılcımlar”,  “Mən  atamı  dü-
şünərkən”,  “Nəğmə  dolu  ürək”  və 
s.  adlı  kitabları  çap  olunub.  “Bakı 
Komissarları”  pyesi  1986-cı  ildə  ta-
maşaya  qoyulub.  Tamaşaya  görə 
ona  Azərbaycan  Ali  Soveti  Rəyasət 
Heyətinin fəxri fərmanı verilib. 
Dramaturq,  naşir,  1954-cü  ildən 
Azərbaycan Yazıçılar  Birliyinin  üzvü 
olan  İsgəndər  Coşqun  1996-cı  il  de-
kabr ayının 10-da vəfat edib.
 
Ə d ə b i y y a t
Ana laylası [Mətn] /İsgəndər Coşqun .- Bakı : Gənclik, 1983.- 172 
s.
Ömür yolu [Mətn] /İsgəndər Coşqun .- Bakı : Yazıçı, 1987.- 130 s.
Səmədli, Ə. İsgəndər Coşqunla bağlı xatirələrim [Mətn] 
/Ə.Səmədli //Qobustan.- 2004.- №2(126).- S.52-52.
Uzaq ulduzlar [Mətn] /İsgəndər Coşqun .- Bakı : Yazıçı, 1978.- 
206 s.
Yazıçı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə