Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə122/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   118   119   120   121   122   123   124   125   ...   138

283
Xarici ədəbiyyat 
75 
illiyi
ƏBDÜLLƏTİF BƏNDƏROĞLU  
1937-2008
2012
Əbdüllətif  Bəndəroğlu  1937-ci 
ildə  Kərkük  vilayətinin  Tuz  Xurmati 
qəzasında anadan olmuşdur. Uzun illər 
boyu  İraq  Yazıçılar  birliyinin  idarə 
heyətinin üzvü, Türkman yazıçılarının 
rəhbəri olmuş Bəndəroğlunun ərəb və 
türkman dillərində 35 kitabı çap olu-
nub.
O, Azərbaycan Yazıçılar Birliyinin 
üzvü  (1994),  Bakı  Dövlət  Universi-
tetinin  fəxri  doktorudur.  Sərbəst  və 
heca  vəznlərində  şeirlər  yazan  şai-
rin  Azərbaycanda  “Qərənfil”  (1977), 
“Göylər  unutmuşdu  yağacağını” 
(1991),  “Yolun  sonunadək”  (2001) 
şeirlər  kitabı,  professor  Qəzənfər 
Paşayevlə  birgə  “Azərbaycan  folk-
lor  antologiyası”  (İraq-türkman  cildi) 
(1999) çap olunub.
Bağdadda  Azərbaycanla  bağlı 
ərəb  ölkələrində  “Azərbaycan  şeiri” 
(1971), “Çağdaş Azərbaycan şeirindən 
seçmələr”  (1974),  “Azərbaycan  şair-
ləri”  (1987),  Bəxtiyar  Vahabzadə 
“Seçilmiş  əsərləri”  (1989),  Nəbi 
Xəzrinin  “Seçilmiş  əsərləri”  (1989), 
“Azərbaycan hekayələri” (1991), Ka-
mil  Vəli  Nərimanoğlunun  “Xalqın 
sözü” (1991), Elçinin “On ildən sonra 
hekayələr”  (1996),  Qəzənfər  Paşaye-
vin  “Altı  il  Dəclə-Fərat  sahillərində” 
(1996) və s. kitabları çap etdirib.
Azərbaycanda  yaradıcılığı  diplom 
işləri  və  dissertasiyalar  səviyyəsində 
geniş 
araşdırılan 
Ə.Bəndəroğlu 
2001-ci  ildə  Milli  Elmlər  Akade-
miyasının  Nizami  Gəncəvi  adına 
Azərbaycan  Ədəbiyyatı  Muzeyində 
açılan “Azərbaycan-İraq ədəbiyyatı və 
Mədəniyyəti”ni əks etdirən daimi eks-
pozisiyada geniş yer alıb. 
Şair 2008-ci ildə vəfat edib.
Ə d ə b i y y a t
Çağdaş İraq şeirindən seçmələr [Mətn] /tərt. ed. 
Q. Paşayev, Ə.Bəndəroğlu.- Bakı : Elm, 2001.- 
108 s.
Göylər unutmuşdu yağacağını [Mətn]: [şeirlər 
və poemalar] /Əbdüllətif Bəndəroğlu.- Bakı : 
Yazıçı.- 127 s.
Qərənfil [Mətn] /Əbdüllətif Bəndəroğlu.- Bakı : 
Gənclik, 1977.- 141 s.
İraq yazıçısı


284
Tarixdə bu gün
1912
HACI ƏJDƏRBƏY MƏSCİDİ 
(GÖY MƏSCİD )
2012
Ötən  əsrin  əvvəllərində  neft  və 
milyonlar  səltənətinə  çevrilmiş  Bakı 
şəhəri  sürətlə  inkişaf  edirdi.  Bu  dövrdə 
cəmiyyətin  sosial-iqtisadi  həyatında  mü-
hüm rol oynayan məscid və mədrəsələrin 
də sayı artmaqda idi.
Əjdər bəy məscidi (Göy məscid) XIX 
əsrin  əvvəllərində  “İttifaq”  məscidinin 
yerində inşa edilmişdi. 1906-ci ildə Əjdər 
bəy Aşurbəyzadə  məscidin  yerini  30  ki-
loqram qızıla satın almışdı.
Tarixi  sənədlərdən  məlum  olur  ki, 
məscidin inşası 1912-ci ildə başa çatmış-
dır.  Məscid  mülki  mühəndis  Zivərbəy 
Əhmədbəyovun  layihəsi  əsasında  tikil-
mişdir. Günbəzi göy rəngdə olduğuna görə 
ona xalq arasında “Göy məscid” də deyilir. 
Bakının digər məscidlərindən fərqli olaraq 
bu  məsciddə  bütün  islam  məzhəblərinin 
nümayəndələri ibadət edirlər. Burada bü-
tün dini mərasim və bayramlar mütəşəkkil 
surətdə keçirilir.
  Hacı  Əjdərbəy  məscidinin  içərisində 
və  eləcə  də  bir  çox  yerində  Qurandan 
ayələr həkk olunmuşdur. Məscidin inter-
yeri  çox  nəfis  şəkildə  işlənib  və  nəbati 
ornamentlərlə  bəzədilmişdir.  Azərbay-
canda  şura  höküməti  qurulandan  1943-
cü  ilə  qədər  məscid  bağlı  olmuşdur. 
Uzun  müddət  məscid  at  saxlamaq  üçün 
istifadə  olunmuşdur.  Lakin  1943-cü  ildə 
İ.V.Stalin  Tehran  konfransına  gedərkən 
M.C.Bağırova təcili olaraq həmin məscidi 
boşaltdırıb camaatın istifadəsinə verməyi 
tapşırmışdır.  Çünki  bir  vaxtlar,  Stalin 
Bakıda  yaşayarkən  təqiblərdən  qaçıb  bu 
məsciddə gizlənmiş, canını xilas etmişdir.
Məscidin  1944-cü  ildə  Təzə  Pir 
məscidi  ilə  yanaşı  fəaliyyəti  bərpa  olun-
muşdur.  Hal-hazırda  məscidə  Hacı 
Səlimxan Ağalı oğlu rəhbərlik edir. Qaf-
qaz Müsəlmanları Ruhani İdarəsinin sədri 
Hacı  Allahşükür  Paşazadənin  köməkliyi 
və Hacı Səlimxanın dəstəyi ilə məsciddə 
yenidənqurma işləri görülmüşdür.
Ötən  əsrin  əvvəllərində,  1912-1913-
cü  illərdə  tanınmış  xeyriyyəçi  Hacı 
Əjdərbəy  Aşurbəyov    tərəfindən  Bakı 
şəhərində  tikilib  istifadəyə  verilmiş 
məscid Azərbaycanda mötəbər dini ibadət 
mərkəzlərindən  biridir.  Bu  müqəddəs 
məbəd  müsəlmanların  birliyinin  rəmzi 
kimi əvvəllər “İttifaq” məscidi adı ilə ta-
nınmışdır. 
Sonradan  Əjdərbəy  məscidi  adlandı-
rılan  və  Bakının  memarlıq  incilərindən 
sayılan  bu  tarixi-mədəni  abidənin 
əsaslı  təmirinin,  bərpasının  və  aparılan 
yenidənqurma  işlərinin  tamamlanmasını 
təmin etmək məqsədi ilə 25 may 2010-cu 
ildə  Bakı  şəhərində  yerləşən  “Əjdərbəy 
məscidinin  bərpası  ilə  əlaqədar  tədbirlər 
haqqında” Azərbaycan Respublikası Pre-
zidenti sərəncam vermişdir.
Bu məscidin fondundan hər ay onlarla 
imkansız  ailəyə  yardım  göstərilir.  Əjdər 
bəyin  qız  nəvəsi  Əsli  xanıma  da  yardım 
etmək unudulmur.
Məscidin nəzdində dini təhsil də verilir. 
Burada ərəb və ingilis dilləri öyrədilməklə 
yanaşı, Quranın oxunması da öyrədilir.
Məscidin  qapısının  üstündə  Merac 
ayəsi kitabəyə salınmışdır. Digər kitabədə 
isə məscidi inşa etdirənin adı həkk olun-
muşdur: “Ər vağirul şərif Hacı Əjdər bəy 
ibn  İbrahimbəy  ibn  mərhum  Musabəy 
Aşurzadə  (1275-1345)”.  Hacı  Əjdər  bəy 
İbrahimbəyov  məscidin  girişində  dəfn 
edilib. 
Ə d ə b i y y a t
Azərbaycan incəsənəti 
[Mətn] : Təsviri sənət
dekorativ tətbiqi sənət
memarlıq: [Göy məscid] 
.- Bakı: Litterpress nəşriyyat 
evi, 2010.- S.104.
Hacı Əjdərbəy məscidi 
[Mətn] //Azərbaycan 
Respublikası məscidlərinin 
ensiklopediyası.- Bakı, 
2001.- S.54.
Həsənoğlu, H. Azərbaycanın 
dini-tarixi abidələri
ziyarətgahları, seyidləri, 
övliyaları [Mətn] / Həşim 
Həsənoğlu; red. Hacı Vasim 
Məmmədəliyev.- Bakı : 
Nasir, 2005.- 584 s.


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə