Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə124/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   120   121   122   123   124   125   126   127   ...   138

287
məharəti göstərərək 7 minlik ordu ilə 
xəlifə Xaqan əl-Müflihinin 20 minlik 
qoşununu  məğlub  edir.  Xəlifə  yeni 
ordu  toplayır  və  Yusifə  qarşı  ikinci 
ordu göndərir.
Cənubi Azərbaycanın Sərab şəhəri 
yaxınlığında  ağır  döyüş  baş  ve-
rir.  Bu  döyüşdə  də  Yusif  qalib  gəlir. 
Qələbələrdən arxayınlaşan Yusif ordu-
nu buraxır və xırda dəstə ilə Ərdəbilə 
yollanır,  lakin  919-cu  ildə  ərəblər 
tərəfindən  əsir  götürülür.  Sacilər 
dövlətinin başsız qalmasından istifadə 
edən  xəlifə  sərkərdə  Məhəmməd 
əl-Fariqini  böyük  ərəb  qoşunu  ilə 
Azərbaycanın üzərinə göndərir. 
Yusifin  əsir  düşməsi  xəbərini  alan 
Bizans  imperatoru  da  Azərbaycan 
üzərinə  qoşun  çəkir. Azərbaycan  bö-
yük  təhlükə  ilə  üzləşir.  Lakin  Yusi-
fin  sadiq  silahdaşlarından  Subuk  adlı 
sərkərdə Sacilər dövlətinin bütün qo-
şunlarını  toplayır  və  əl-Fariqini  dar-
madağın edir. Daha sonra o, sürətli yü-
rüş edərək Dvin istiqamətindən hücum 
edən Bizans qoşunlarına həmlə edir və 
onları geri oturdur. 
Xəlifə  Azərbaycanı  tuta  bilməyə-
cəyini  görüncə  Yusiflə  düşmən  de-
yil,  müttəfiq  olmaq  istəyir.  O,  Yusifi 
həbsxanadan azad edir. Onu müstəqil 
Sacilər dövlətinin başçısı kimi tanıyır. 
Yusif Rey, Qəzvin, Əbhər və Zəncanı 
öz dövlətinə birləşdirir.
 Daha sonra o, Van gölündən qərbdə 
yerləşən  Ərməniyyə  vilayətini  tutur. 
Əslində,  son  erməni  dövləti  387-ci 
ildə ləğv edilmişdi. Bu ərazilər isə gah 
Sasanilər,  gah  Bizans,  gah  da  Ərəb 
xilafəti  tərkibinə  daxil  olurdu.  921-
ci  ildə  Yusif  Ərməniyyəni  ərəblərin 
əlindən alır. 
Bu  dövrdə  islamın  müqəddəs 
şəhərlərinə qarşı böyük təhlükə yaran-
mışdı. Ərəbistanda, Bəhreyn ərazisində 
qərmətilər adı ilə tanınan təriqət mey-
dana  gəlmiş  və  qərmətilər  islamın 
müqəddəs şəhərləri və ziyarətgahlarına 
hücum etməyə başlamışdılar. 
Onlar xəlifənin qoşunlarını məğlu-
biyyətə uğradırlar. Yusif bilirdi ki, bir 
zamanlar  onun  atası  və  böyük  qar-
daşı  Məkkə  və  Mədinə  şəhərlərinin 
təhlükəsizliyini  can-başla  təmin 
etmişlər.
Odur ki, qərməti hücumu təhlükəsi 
yarananda o, öz qoşunlarının bir qis-
mi  ilə  cənuba  doğru  yürüş  edir.  Bir 
neçə  döyüşdə  qərmətiləri  geri  atan 
Yusif 927-ci il dekabrın sonunda Kufə 
şəhərinin qarşısında baş verən döyüşdə 
ağır yaralanır və islam amalları uğrun-
da şəhid olur. 
929-cu  ildən  başlayaraq  Sacilər 
dövlətini  qulamlar  arasından  çı-
xan  sərkərdələr  idarə  etməyə  baş-
layır.  Beləliklə,  Yusif  ibn  Əbu  Sac 
Azərbaycan tarixinə bütün Azərbaycan 
torpaqlarını 
ilk  dəfə  vahid  Azərbaycan 
dövləti hüdudlarında birləşdirən hökmdar, 
görkəmli  sərkərdə  və  islamın  müqəddəs 
yerləri uğrunda şəhid olmuş döyüşçü kimi 
daxil olur.
Ə d ə b i y y a t
Əhmədov, S. 
Yusif ibn 
Əbu Sac Divdad//
 
Azərbaycan tarixindən yüz 
böyük şəxsiyyət [Mətn] 
/S.Əhmədov.- Bakı: Ayna, 
2006.- 267 s.
İ n t e r n e t d ə
 http://az.wikipedia.org


288
Siyasət. Hərbi iş
445 
illiyi
ORUC BƏY BAYAT 
1567-1605
2012
Azərbaycanlı  türklərindən  olan  dip-
lomat,  səyyah,  sərkərdə,  tarixçi  Oruc 
bəy Bayat (Don Juan) Sultanəli bəy oğlu 
1567-ci ildə İranda anadan olmuşdur. 
Azərbaycan  xalqının  tarixində  elə 
şəxsiyyətlər var ki, onlar öz həqiqi adla-
rı ilə deyil, daha çox sonradan götürülmə 
adları  ilə  tanınırlar.  Bu  və  ya  digər 
səbəblərdən  vətəndən  ayrı  düşən  belə 
şəxsiyyətlərdən  bəziləri  hətta  dünya 
elminə, mədəniyyətinə böyük töhfələr də 
vermişlər. 
Belə taleli insanlardan biri də bayat tay-
fasından olan Oruc bəydir ki, öz dövründə 
o, “Don Xuan ( Juan ) Persidski” kimi ta-
nınmışdır. Azərbaycan tarixinə Oruc bəy 
Bayat sərkərdə, diplomat, səyyah, dövlət 
xadimi, tarixçi kimi daxil olub.
Oruc  bəyin  atası  Sultanəli  bəy  tay-
fanın  başçılarından  biri  olmuş  və 
Azərbaycan Səfəvilər dövlətinin görkəmli 
sərkərdələrindən sayılmışdır. 
1585-ci  ildə  Təbriz  uğrunda  gedən 
döyüşlərdə  Sultanəli  bəy  həlak  olur. 
Oruc  bəy  qoşun  komandirinin  əmri  ilə 
bayat  tayfasının  döyüşçülərindən  ibarət 
dəstəyə başçı təyin edilir. Hərb meydanın-
da mərdliklə vuruşan Oruc bəy dəfələrlə 
təltif olunur.
I  Şah  Abbas  osmanlılara  qarşı 
yürüşə  hazırlaşmağa  başlayır  və  Avropa 
dövlətləri  ilə  ittifaq  yaratmaq  qərarına 
gəlir.  Bu  məqsədlə  Avropa  ölkələrinə 
səfirlik  göndərilməli  idi  və  şah  səfirliyin 
tərkibinə  Oruc  bəyi  də  daxil  edir. Avro-
paya  göndərilən  səfirliyə  Hüseynəli  bəy 
başçı, Oruc bəy isə birinci katib təyin edi-
lir. İngilis diplomatı Entoni Şerli səfirliyin 
bələdçisi olur.
Baş  səfirlik  Lissabona  yollanır.  Lis-
sabondan  yola  düşəndə  səfirin  dörd 
katibindən  üçü  –  Əliqulu  bəy,  Bünyad 
bəy,  Oruc  bəy Avropada  qalıb  xristianlı-
ğı  qəbul  edəcəklərini  bildirir.  Oruc  bəy 
Bayat  xristianlığı  qəbul  edərkən  kraliça 
Marqarita onun xaç anası olmuş və “ Don 
Xuan  (  bəzi  mənbələrdə  Don  Juan)  Per-
sidski” adını da Oruc bəyə o vermişdir. 
Səfəvi  dövlətini  ümumən  “  İran 
dövləti”  adlandıran  avropalılar  onun 
vətəndaşlarına da fars kimi baxırdılar. La-
kin Oruc bəy haqqında qalmış sənədlərdə 
onun “ türk” olması xüsusi qeyd edilmiş-
dir. Kral III Filippin əyanları sırasına da-
xil edilən Oruc bəy Don Xuan ən yüksək 
dairələrdə hörmətlə qarşılanırmış.
Avropada Səfəvi dövləti haqqında olan 
mənfi təsəvvürləri təkzib etmək məqsədi 
ilə Oruc bəy “Oruc bəyin kitabı ” adlı ta-
rixi əsər yazmışdır. Kitabda onun iştirak 
etdiyi  səfirlik  haqqında,  fəaliyyətlərinin 
məqsədi barədə söhbət açılır. Azərbaycan 
və  İranın  ən  qədim  dövrlərdən  başlamış 
tarixi  qısa  və  parlaq  formada  nəql  edi-
lir, sonra isə Səfəvilər dövləti, onun tari-
xi,  quruluşu,  iqtisadiyyatı,  etnik  tərkibi, 
adət-  ənənələri,  ordusu  haqqında  geniş 
məlumatlar verilir.
Avropada  Azərbaycana  münasibətin 
müsbət  tərəfə  dəyişilməsində  bu  kitabın 
böyük rolu olmuşdur. Don Juanın İspani-
yada sonrakı həyatı barədə heç nə məlum 
deyil. Bircə o məlumdur ki, 1605-ci ilin 15 
mayında Səfəvi səfiri ilə mübahisə etmiş 
və qılınc döyüşündə onu öldürmüşdür.
Ə d ə b i y y a t
Əhmədov, S.Oruc bəy Bayat 
// Azərbaycan tarixindən 
yüz şəxsiyyət [Mətn] 
/S.Əhmədov.- Bakı: Ayna 
mətbu evi, 2006.- S.76.
Hüseynbəyli, E. 
Azərbaycanlı Don Juan 
[Mətn] : [roman-ekskurs] 
/E.Hüseynbəyli.- Bakı: Vek-
tor nəşrlər evi, 2009.- 259 s.
Эфендиев, О. 
Азербайджанское 
государство Сефевидов 
в XVI веке [Текст] 
/О.Эфендиев.- Баку, 1981.
İ n t e r n e t d ə
 www. az.wikipedia.org
Diplomat


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə