Redaksiya heyəTİ: Baş redaktor


Mədəniyyət.Elm.Maarif 170



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə126/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   122   123   124   125   126   127   128   129   ...   138

292
Mədəniyyət.Elm.Maarif
170 
illiyi
AĞA MUSA NAĞIYEV 
1842-1919
2012
Azərbaycan 
tarixində 
elə 
şəxsiyyətlər  olub  ki,  onlar  yaşadıqla-
rı dövr ərzində xalq, millət üçün çox 
böyük  işlər  görüblər.  Uzun  illər  adı-
nın  çəkilməsi  yasaq  olan,  amma  hər 
zaman tarixin və qədirbilən insanların 
yaddaşlarında yaşayan Musa Nağıyev 
kimi.
Ağa  Musa  Hacı  Nağı  oğlu  Nağı-
yev 1842-ci ildə Bakı quberniyasının 
Biləcəri  kəndində  olduqca  kasıb  bir 
ailədə  anadan  olub.  İbtidai  təhsilini 
kənd mollaxanasında alan Musa uşaq 
yaşlarından  əzab-əziyyətlə,  sıxıntılar-
la  üzləşir.  10-11  yaşından  işləməyə 
başlayır.  Əlinin  qabarı,  ayaqlarının 
döyənəkləri  hesabına  qazandığı  pulu 
qəpik-qəpik  toplayaraq  kiçik  bir  tor-
paq sahəsi alır. Amma o zaman ağlına 
da gəlmirdi ki, bu bir parça torpaqda 
qazdırdığı  quyudan  su  əvəzinə  neft 
fontan  vuraraq  və  bir  müddət  sonra 
onu  Bakının  ən  iri  neft  maqnatların-
dan  birinə  çevirəcək.  Tale  doğrudan 
da onun üzünə bəxt qapılarını açırdı. 
Bibiheybət  mədənlərində  bir-birinin 
ardınca  fontan  vuran  neft  quyula-
rı onu milyonçu edir. Çox keçmir ki, 
Qaraşəhərdə Neft emalı zavodu tikdi-
rir.
Ağa  Musa  varlanandan  sonra  çox 
işlər  gördü.  Elə  təkcə  tikdirdryi  98 
binanı  yada  salmaq  kifayətdir  ki,  bu 
insanın  millət  üçün  nə  qədər  xeyi-
xah  işlər  gördüyünün  fərqində  olaq. 
Məşhur  “İsmailiyyə”  binasını  və  Ba-
kının yaraşığı olan digər binaları kim 
görməyib?  Musa  Nağıyev  Bakının 
ilk  mülk  sahiblərindın  biri  idi.  Onun 
başqa  milyonçulardan  fərqi  də  məhz 
köhnə Bakının memarlıq simasına ən 
çox töhfə verməsidir.
Maraqlıdır  ki,  onun  tikdirdiyi 
dörd  xəstəxana  binasının  inşası  za-
manı  antibakterial  materiallardan, 
gümüş  tozundan,  xüsusi  kafellərdən 
istifadə  olunub.  Həmin  xəstəxanalara 
yolu  düşənlər  diqqət  etsələr  görərlər 
ki,  tavanın  hündürlüyü  indiki  bina-
lardan fərqli olaraq 5 metrə yaxındır. 
Həmçinin  enli  və  hündür  pəncərələr 
havanın  təmizlənməsi  üçün  nəzərdə 
tutulub və bir növ indiki kondisioneri 
əvəz edir.
Musa  Nağıyev  xeyriyyəçiliklə  də 
məşğul  olurdu.  O,  Realnı  məktəbin 
hamiliyini öhdəsinə götürmüşdü. Hər 
il hazırlıq sinfinə 25 müsəlman uşağı-
nı  əlavə  qəbul  etdirməyə  nail  olmuş-
du. Bunun nəticəsində az bir zamanda 
məktəbdə müsəlman şagirdlərinin sayı 
əlli faizə çatmışdı.
 Ömrünün son illərində bir çox ağrı-
acılar yaşayan Musa Nağıyev 1919-cu 
ilin mart aynda 67 yaşında vəfat edir. 
 
Ə d ə b i y y a t
Mahmudov, C. Bakı nefti, 
neft milyonçuları və Nobel 
qardaşları [Mətn]: elmi-
publisistik monoqrafiya 
/C.Mahmudov.- Bakı : Nur-
lan, 2006.- 335 s.
Nağıyeva, D. Xalq üçün 
ömrünü şam kimi əridən 
[Mətn] : [Nağıyev haqqında 
xatirələr] /D.Nağıyeva.- 
Bakı , 2007.- 248 s.
Nağıyeva, D. Ömrün 
səhifələri [Mətn]: hər 
dövranın öz gərdişi 
/D.Nağıyeva.- Bakı : Şur, 
2010.- 159 s.
Süleymanov, M. Azərbaycan 
milyonçuları [Mətn] 
/M.Süleymanov.- Bakı: 
Gənclik, 1994.- 40 s.
İ n t e r n e t d ə
www.azeriart.net
Xeyriyyəçi


293
Musiqi.Opera.Balet
100 
illiyi
AĞASI MƏŞƏDİBƏYOV  
1912- 1984
2012
Ağası  Məşədibəyov  Abutalıb  oğlu 
1912-ci ildə anadan olub. Bir çox görkəmli 
sənətkarlar  kimi,  Məşədibəyov  da  ya-
radıcılığa  musiqimizin  korifeyi  Üzeyir 
Hacıbəylinin xeyir-duası ilə başlamışdır. 
1935-ci ildə təhsilini müvəffəqiyyətlə 
bitirən  Ağası  Üzeyir  bəyin  təklifi  ilə 
məktəbin notlu xalq çalğı alətləri orkest-
rinin  dirijoru  və  xalq  musiqisi  şöbəsinin 
müdiri vəzifələrini daşımışdır.
Tələbə  ikən  o,  Radio  Verilişləri 
Komitəsi  nəzdində  fəaliyyət  göstərən 
xalq çalğı alətləri orkestrində ikinci tarçı-
lar qrupunun konsertmeysteri kimi çalış-
mışdır.  Həm  müəllim,  həm  də  orkestrdə 
konsertmeyster  olan  A.  Məşədibəyovun 
musiqiçi  kadrların  meydana  gəlməsində 
rolu az deyildi. 
Böyük  Vətən  müharibəsi  illərində 
A.Məşədibəyov  konsert  briqadaları  ilə 
cəbhədə tez- tez çıxış etmiş, döyüşçüləri 
qələbələrə  ruhlandırmışdır.  Müharibədən 
sonrakı  illərdə  A.  Məşədibəyov  Gəncə 
Dövlət  Filarmoniyasının  bədii  rəhbəri, 
sonra  Şəki  Musiqili-Dram Teatrının  mu-
siqi  hissə  müdiri  işləmişdir.  Şəki  teat-
rında  çalışdığı  dövrlərdə  Azərbaycan 
bəstəkarlarının bir neçə səhnə əsərini: Z. 
Hacıbəyovun “ Aşıq Qərib” operasını, S. 
Rüstəmovun “ Beş manatlıq gəlin”, “Dur-
na”, F. Əmirovun “Gözün aydın” musiqili 
komediyalarını tamaşaya hazırlamış, eyni 
zamanda  dram  tamaşalarına  musiqi  yaz-
mışdır. 
A.Məşədibəyov  1939-cu  ildə  açılmış 
Azərbaycan  Dövlət  Musiqili  Komediya 
Teatrının  təşkilində  bilavasitə  yaxından 
iştirak  etmiş,  burada  əvvəl  tarzən-solist, 
sonra  isə  ikinci  dirijor  kimi  işləmişdir. 
Səmərəli  fəaliyyətin  nəticəsidir  ki,  o, 
“Toy kimindir? “ adlı musiqili komediya-
sını məhz bu teatr üçün yazmışdır. “Toy 
kimindir?” əsəri dövrünün populyar səhnə 
əsərlərindən  idi.  Görkəmli  dramaturq 
Məhərrəm Əlizadənin librettosu əsasında 
yazılmış  bu  musiqili  əsər  rəngarəng  ob-
razlar qalereyasını özündə təcəssüm etdir-
mişdir.
A.Məşədibəyov  demək  olar  ki,  40- 
cı  illərin  əvvəllərindən  mahnı  janrın-
da  müxtəlif  səpgili  mahnılar  yazmışdır. 
“Azərbaycanı sevdim”, “Üç gül”, “Bakı”, 
“Hardasan?”,  “Doymur  ürək”  mahnıla-
rı  dinləyicilərin  dərin  məhəbbətini  qa-
zanmışdır.  Onun  50-dən  çox  mahnısını 
respublikanın  tanınmış  müğənniləri  ifa 
etmişlər.  Bu  müğənnilər  əksər  hallar-
da  A.  Məşədibəyovun  rəhbərlik  etdiyi 
“Azərbaycan təranələri” xalq çalğı alətləri 
ansamblının müşayiəti ilə səhnəyə və efirə 
çıxmışlar.
Bu ansambl 1953-cü ildə məşhur xanən 
dəmiz Həqiqət Rzayevanın təşəbbüsü ilə 
təşkil olunmuşdur. A. Məşədibəyov da bu 
ansambla 1975-1979- cu illərdə rəhbərlik 
etmişdir. 
Ağası  Məşədibəyov  Abutalıb  oğlu 
yetmiş  üç  il  həyat  sürmüş  sənətkar  öm-
rünün yarım əsrə bərabər dövrünü musi-
qi sənətinə həsr etmişdir. Bu illər ərzində 
o, xalq sənəti ənənələrinə əsaslanan pro-
fessional musiqini (muğam, təsnif, rəng) 
Azərbaycanın  müxtəlif  guşələrində,  keç-
miş müttəfiq respublikaların şəhər və ra-
yonlarında təbliğ etmiş, “ Toy kimindir?” 
musiqili komediyasını, “Bayram” süitası-
nı,  “Şur  ”  və  “Çahargah”  muğamı  möv-
zularında  süitalar  ,  “Rəqs  fantaziyası”nı, 
ürəyəyatan  bir  çox  mahnılar  bəstələmiş, 
eyni  zamanda  müəllim-pedaqoq  kimi 
xanəndə və instrumentalçı-sazəndələr ye-
tişdirmişdir.
Ə d ə b i y y a t
Azərbaycan SSR Ali 
Soveti Rəyasət Heyəti A.A. 
Məşədibəyov yoldaşın 
Azərbaycan SSR Ali Soveti 
Rəyasət heyətinin Fəxri 
Fərmanı ilə təltif edilməsi 
haqqında Azərbaycan 
SSR Ali Soveti Rəyasət 
heyətinin fərmanı [Mətn] 
// Ədəbiyyat və incəsənət, 
1982.- 15 yanvar.- S.2.
Ağası Məşədibəyov [Mətn] 
//Muğam ensiklopediya-
sı /baş red. M.Əliyeva; 
Heydər Əliyev Fondu.- 
Bakı: 2008.- S.215 
Ağası Məşədibəyov [Mətn] 
//Üzeyir Hacıbəyov ensik-
lopediyası.- Bakı: Şərq-
Qərb, 2007.- S. 149.
Tarzən


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə