Redaksiya heyəTİ: Baş redaktor


Teatr. Kino.Estrada.Sirk 120



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə127/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   123   124   125   126   127   128   129   130   ...   138

294
Teatr. Kino.Estrada.Sirk
120 
illiyi
ƏZİZƏ MƏMƏDOVA  
1892-1961
2012
Əzizə Əbdülbaği qızı Məmmədova 
1892-ci  ildə  Tiflisdə  doğulub.  Atası 
Əbdübağı Zülalov dövrünün tanınmış 
xanəndəsi  idi.  Atasından  ilk  musiqi 
təhsili  alan  Əzizə  uşaq  yaşlarından 
yaxşı qarmon çalmağı öyrənib. Həddi-
büluğa çatmamış, atası onu Şəkili Sal-
mana ərə verib. 1908-ci ildə əri vəfat 
edən  Əzizə  Məmmədova  körpə  qızı, 
gələcəyin xalq aktrisası olan Sona Ha-
cıyeva ilə Tiflisə, atası evinə qayıdıb. 
Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabad-
da yaşayıblar və 1919-cu ildə Bakıya 
köçüblər.
Musiqiyə,  incəsənətə  coşğun  ma-
raq  göstərən  Əzizə  xanım  tanışları 
vasitəsilə  əvvəl  Əbilov  adına,  qısa 
müddət  sonra  isə  qadınlardan  ibarət 
Əli  Bayramov  adına  klublarda  fəal 
üzvlərdən biri olub. 1921-ci ilin payı-
zında Bakı Türk Azad Tənqid və Təbliğ 
Teatrı  təşkil  olunanda  onun  yaradıcı-
larından  Mirzağa  Əliyev  və  Hacıağa 
Abbasov  müəyyən  səhnə  təcrübəsi 
toplayan  Əzizə  Məmmədovanı  bura-
ya aktrisa dəvət ediblər. 1923-cü ildə 
Akademik Milli Dram Teatrına dəvət 
alan sənətkar üç ilə qədər hər iki sənət 
ocağında işləyib. 1925-ci ilin axırların-
da isə yalnız Akademik teatrda çalışıb 
və  1930-cu  illərdə  qısa  müddət  yenə 
Türk İşçi Teatrında (əvvəlki Tənqid və 
Təbliğ Teatrı) oynayıb. Bakı Türk İşçi 
Teatrında  Anatoli  Qlebovun  “İncə” 
(Zeynəb  Əkrəmzadə),  Hacıbaba 
Nəzərli və Süleyman Rüstəmin “Yan-
ğın”  (İncə  qarı),  Süleyman  Rüstəmin 
“Qana qan” (Səkinə), Vladimir Kirşo-
nun “Küləklər şəhəri” (Qadın) tamaşa-
larında oynayıb. Akademik Milli Dram 
Teatrında oynadığı əsas rollar bunlar-
dır:  Tükəzban  (“Vaqif”,  Səməd  Vur-
ğun), Sonanın anası, Pəri xanım (“Hacı 
Qara”  və  “Lənkəran  xanının  vəziri”, 
Mirzə Fətəli Axundzadə), Cəfər Cab-
barlının dramlarında Gülsüm (“1905-
ci  ildə”),  Fatmanisə  və  Xanımnaz 
(“Almaz”), Şərəbanı (“Yaşar”), Gülgəz 
(“Oqtay Eloğlu”), Güllü (“Qardaşlar”, 
Rəsul Rza), Sədaqət xala (“Yadigar”, 
İslam Səfərli), Lətifə (“İldırım”, Cab-
bar  Məcnunbəyov),  Atlasın  anası 
(“Həyat”,  Mirzə  İbrahimov),  Luka 
Lukiçin  arvadı  (“Müfəttiş”,  Nikolay 
Qoqol),  Marfa  (“Özgə  uşağı”,  Vasili 
Şkvarkin), Anna İvanovna (“Prokuro-
run qızı”, Yuri Yanovski), Terentyevna 
(“Dubrovski”, Aleksandr Puşkin), To-
karçuk  (“İntervensiya”,  Lev  Slavin), 
Zalxa  (“Toy”,  Sabit  Rəhman).  Əzizə 
Məmmədova 
“Azərbaycanfilm”də 
istehsal  olunan  “Almaz”,  “İsmət”, 
“Hacı  Qara”,  “Görüş”,  “Yeni  hori-
zont”,  “Səhər”  filmlərində  müxtəlif 
epizod  rollara  çəkilib.  Tamaşaçıların 
sevimlisi  olan  aktrisa  teatr  sənətində 
göstərdiyi  xidmətlərə  görə  1  fevral 
1936-cı  ildə Azərbaycan  Respublika-
sının Əməkdar artisti fəxri adı ilə təltif 
olunub. 
Əzizə  Məmmədova  14  avqust 
1961-ci ildə Bakıda vəfat edib.  
Ə d ə b i y y a t
Əzizə Məmmədova [Mətn] //
Azərbaycan qadını ensiklo-
pediyası.- Bakı: Azərbaycan 
Milli Ensiklopediyası poliq-
rafiya birliyi, 2002.- 102 s.
İsmayılova, A. Azərbaycan 
qadınları səhnədə [Mətn] 
/A.İsmayılova.- Bakı : İşıq.- 
1977.- 164 s.
İ n t e r n e t d ə
http://az.wikipedia.org
www.gender-az.org
www.adam.az
Aktrisa


295
Teatr. Kino.Estrada.Sirk
125 
illiyi
CAMO HACINSKİ 
1887-1942
2012
Camo  bəy  Hacınski  1887-ci  ildə 
Qubada anadan olub. O, ictimai-siyasi 
xadim,  publisist,  teatr  tənqidçisi, 
sənətşünas  Mehdi  bəy  Hacınskinin 
qardaşıdır. 
Camo  bəy  Peterburq  Universite-
tinin  hüquq  fakültəsini  bitirib 
(1912),  1907-1915-ci  illərdə  “Kas-
pi”  qəzetinin  müxbiri  və  əməkdaşı 
olub.  1915-1917-ci  illərdə  Batum 
vilayətində və Dənizkarı rayonda Bi-
rinci dünya müharibəsi dövründə zərər 
çəkənlərə yardım edən müsəlman qaç-
qın  komitəsinin  müvəkkili  işləyib. 
“Nicat”  mədəni-maarif  cəmiyyətinin 
işində  iştirak  etmiş,  Müsəlman  dram 
cəmiyyətinin  (1916)  və  Azərbaycan 
arxeoloji cəmiyyətinin (1917) yaradı-
cılarından olub. 1917-ci ilin iyulunda 
Cənubi  Qafqaz  kəndli  deputatları  şu-
rası icraiyyə komitəsi sədrinin müavi-
ni  seçilmiş,  oradan  nümayəndə  kimi 
Rusiya  Müəssislər  Məclisinə  seçkilər 
üzrə Cənubi Qafqaz mərkəzi komissi-
yasının sədri vəzifəsinə təyin edilib. 
Zaqafqaziya  seyminin  Müsəlman 
fraksiyasının,  seym  buraxıldıqdan 
sonra  (1918,  26  may)  isə  yeni  ya-
radılmış  Azərbaycan  Milli  Şurası-
nın  (1918,  27  may)  üzvü  Camo  Ha-
cınski  Milli  Şuranın  Azərbaycan 
İstiqlal  Bəyannaməsini  qəbul  edən 
26  üzvündən  biri  olub.  Camo  bəy 
Azərbaycan  Xalq  Cümhuriyyətinin 
birinci  Hökumət  kabinəsində  dövlət 
nəzarətçisi vəzifəsini icra edib, 4-cü və 
5-ci hökumət kabinələrində (1919 ap-
rel, 1920 mart) Poçt və teleqraf naziri 
vəzifəsində  çalışıb.  Onun  respublika-
da rabitə sahəsinin inkişafında xüsusi 
xidmətləri olub. 
Hacınski    “Türk yurdu” cəmiyyətində 
Azərbaycan incəsənətindən mühazirə-
lər  oxumaqla  bərabər Azərbaycan  və 
rus  mətbuatında  “Qubalı”  imzası  ilə 
də  çıxış  edib.  Üzeyir  Hacıbəylinin 
əsərlərinin tamaşaları, həmçinin Nəcəf 
bəy Vəzirov və b. haqqında məqalə və 
resenziyalar  yazıb,  “Milli  nəğmələr” 
kitabçalarında  (1919-1920)  şeirləri 
dərc olunub. 
Camo bəy aprel işğalından (1920) 
sonra  Xalq  Ədliyyə  Komissarlığında 
İnzibati-Maliyyə şöbəsinin rəisi təyin 
olunub. Eyni zamanda mədəniyyət və 
maarif  sahəsində  fəaliyyətini  davam 
etdirib. 
O, Azərbaycanı Tədqiq və Tətəbbö 
Cəmiyyətinin  işində  iştirak  etməklə, 
qədim 
mədəniyyət 
abidələrinin 
mühafizəsi  məsələləri  ilə  də  məşğul 
olub.  1922-ci  il  aprelin  21-də  həbsə 
alınan Camo Hacınski 3 il məhbəsdə 
saxlanıldıqdan  sonra  Solovki  (Ru-
siya,  Arxangelsk)  həbs  düşərgəsinə 
göndərilir. 1928-ci ilin iyununda azad 
edilərək Bakıya qayıdır. 
1937-ci  ilədək  Kənd  Təsərrüfatı 
Kooperasiyası  İttifaqında,  Azərittifaq 
sistemində, Sənaye Kooperasiyasında 
məsul  işlərdə  çalışan,  ictimai-siyasi 
xadimi,  teatrşünas,  teatr  tənqidçisi, 
Camo  bəy  Hacınski  1938-ci  il  no-
yabrın  24-də  yenidən  həbs  edilərək 
sürgün olunub. O, 1942-ci ildə Kirov 
vilayətinin  Vyatna  həbs  düşərgəsində 
vəfat edib. Ona 1956-cı il iyunun 13-
də SSRİ Ali Məhkəməsinin hərbi kol-
legiyası tərəfindən bəraət verilib. 
 
Ə d ə b i y y a t
Camo bəy Hacınski 
[Mətn] //Azərbaycan Xalq 
Cümhuriyyəti Ensiklopedi-
yası: 2 cilddə.- Bakı : Lider, 
2004.- I cild.- S.410 .
Camo bəy Hacınski [Mətn] 
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə. - Bakı , 
1987.- X cild.- S. 156.
Əliyev, M. Azərbaycan 
Demokratik Respublika-
sı [Mətn]: Azərbaycan 
Hökuməti : (1918-1920) 
/M.Əliyev.- Bakı , 1990.- 
54 s.
Teatrşünas


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə