Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə128/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   124   125   126   127   128   129   130   131   ...   138

296
130 
illiyi
MİRMAHMUD KAZIMOVSKİ 
1882-1940
2012
Mirmahmud Mirələkbər oğlu  Ka-
zımovski 1882-ci ildə Bakıda anadan 
olmuşdur.  Atası  Mirələkbər  kişinin 
ən  böyük  arzusu  oğlunu  oxutmaq, 
ona  savad,  təhsil  vermək  idi.  İlk 
təhsil  illərini  Hüseyn  Ərəblinski  ilə 
birlikdə  alan  Mirmahmud  sonralar 
böyük  aktyorla  möhkəm  dost  ol-
muşdur.  Hələ  məktəbdə  oxuyarkən 
onlar  dram  dərnəklərində  fəaliyyət 
göstərmiş,  bir  sıra  epizodik  rollarda 
çıxış etmişlər. Sonralar M.Kazımovski 
peşəkar artist kimi tanınmağa başladı. 
O,  Qoqolun  “Müfəttiş”ində  Filippo-
viç, Nəcəf bəy Vəzirovun “Pəhləvani 
zəmanə”  əsərində  Cahangir  bəy, 
Şəmsəddin  Saminin  “Gavə”  əsərində 
zabit və kəndli rollarında, “Müsibəti-
Fəxrəddin”  əsərində  Əhməd  rolunda 
müvəffəqiyyətlə  çıxış  etmişdir.  Eyni 
zamanda M. Kazımovski bir sıra Qərbi 
Avropa  dramaturqlarının  əsərlərində 
uğurla  çıxış  etmişdir.  Bu  əsərlərin 
içərisində  Uilyam  Şekspirin  “Otello” 
faciəsi xüsusi yer tuturdu.
Azərbaycan      teatr    tarixində   
görkəmli  yer  tutan  səhnə  xadim-
lərimizdən  biri  də  Mirmahmud  Ka-
zımovskidir.  1897-ci  ildə  səhnəyə 
qədəm  qoymuş  M.Kazımovskinin 
Azərbaycan  teatrının  inkişafında  bö-
yük xidməti olmuşdur. M.Kazımovski 
istedadlı  artist  olmaqla  yanaşı,  həm 
də  qayğıkeş  müəllim,  dramaturq,  re-
jissor  olmuşdur.  O,  1906-cı  ildə  ya-
radılmış  Bakı  Müsəlman  teatrının  ilk 
üzvlərindən biri və təşkilatçısı olmuş-
dur. Azərbaycanda qadınlardan ibarət 
aktyor  heyəti  olmadığı  bir  zamanda 
Kazımovski qadın rollarında çıxış et-
mişdir.  O,  həm  də  bir  sıra  birpərdəli 
pyeslərin, vodevillərin və musiqili ko-
mediyaların müəllifi olmuşdur.
M.  Kazımovski  təkcə  aktyor  de-
yildi,  o,  həm  də  ədəbi  yaradıcılıqla 
məşğul olurdu. Müəllimlik edir, xalqın 
maariflənməsi yolunda əlindən gələni 
əsirgəmirdi.  Böyük  maarifpərvər 
Həsən  bəy  Zərdabi  ilə  çiyin-çiyinə 
çalışan  M.  Kazımovski  Həsən  bəy 
Zərdabinin ölümündən sonra da onun 
ideyalarını təbliğ etmişdir.
M.Kazımovskinin  pedoqoji  fəaliy 
yətinə  Həsən  bəy  Zərdabinin  böyük 
təsiri olmuşdur. O, bir müddət rus dili, 
rəsm,  nəğmə,  hesab  dərsləri  deməklə 
yanaşı,  həm  də  məktəblərdə  idman 
dərsi aparmışdır. Onu da qeyd etmək 
lazımdır ki, Azərbaycanda idmana aid 
ilk  dərsliyin  müəllifi  də  Mirmahmud 
Kazımovski  olmuşdur.  Orta  məktəb 
dərsliyi  həcmində  yazılmış  bu  kita-
bın 200-ə yaxın şəkli vardır. Maraqlı 
burasıdır  ki,  müəllif  çapa  hazırladığı 
dərsliyin şəkillərini də özü çəkmişdi.
1938-ci ildə  Azərbaycanın əməkdar 
artisti adı alıb.
Bütün  həyatını  Azərbaycan  teatrı-
nın tərəqqisinə, xalqın mədəniyyət və 
maarifi  uğrunda  mübarizəyə  həsr  et-
miş  M.Kazımovski  1940-cı  il  dekab-
rın 1-də Bakıda vəfat etdi. 
Ə d ə b i y y a t
Molla Cəbi [Mətn] /Mir-
mahmud Kazımovski .- Bakı 
, 1912.
Nə qanır, nə qandırır [Mətn] 
: [məzhəkə, bir pərdədə] /
Mirmahmud Kazımovski.- 
Bakı , 1911.- 40 s.
Vurhavur [Mətn] : [operet-
ta] /Mirmahmud Kazımovs-
ki.- Bakı , 1915.- 66 s.
Mehdixanlı, T. İşıqla qaran-
lıq arasında [Mətn] : [re-
jissor, dramaturq, Əməkdar 
artist Mirmahmud Kazı-
movski haqqında] /Telman 
Mehdixanlı // Azərbaycan.- 
2005.- 4 dekabr.- S.3.
İ n t e r n e t d ə
az.wikipedia.org
Aktyor
Teatr. Kino.Estrada.Sirk


297
100 
illiyi
MÜNƏVVƏR KƏLƏNTƏRLİ 
1912-1962
2012
Münəvvər  Səməd  qızı  Kələntərli 
1912-ci ildə Lənkəran şəhərində ana-
dan  olmuşdur.  Münəvvər  Kələntərli 
Azərbaycan  musiqi  mədəniyyətinin 
görkəmli  nümayəndələrindən  bri  ol-
muş, əvvəllər milli opera tamaşaların-
da, sonralar musiqili komediya janrın-
da çıxış etmişdir.
1933-cü  ildə  M.Maqomayevin 
dəvəti  ilə  teatra  işləməyə  gəlmiş, 
Ü.Hacıbəyovun  opera  və  musiqili 
komediyalarında  Leyli,  Əsli,  Sənəm 
(“Leyli və Məcnun”, “Əsli və Kərəm”, 
“O   olmasın, bu   olsun”) obrazları-
nı  yaratmış,  F.Əmirovun  “Gözün 
aydın”ında  (Gövhər),  S.Əsgərovun 
“Ulduz”unda  (Tamam),  T.Quliyevin 
“Qızılaxtaranlar”ında 
(Xədicə), 
S.Rüstəmovun  “Durna”sında  (Nisə), 
A.Rzayevin  “Hacı  Kərimin  aya 
səyahəti”ndə (Kəblə Fatma) və başqa 
tamaşalarda çıxış etmişdir.
Münəvvər xanım Azərbaycan kino-
sunda “Görüş”, “Qızmar günəş altın-
da”, “O olmasın, bu olsun”, “Bəxtiyar” 
filmlərində  parlaq,  unudulmaz  obraz-
lar yaratmışdır.
1946-cı  ildə  Dövlət  Mükafatı-
na  layiq  görülmüşdür.  1959-cu  ildə 
Azərbaycan Respublikasının Əməkdar 
artisti adını almışdır. 
M.Kələntərli  1962-ci  ildə  Bakı 
şəhərində vəfat etmişdir.
 
Ə d ə b i y y a t
Münəvvər Kələntərli [Mətn] 
//Qadınlar Azərbaycan 
musiqi həyatında.- Bakı: 
Oka-Ofset, 2004.- S.115 
Aktrisa
Teatr. Kino.Estrada.Sirk


298
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
800 
illiyi
ƏCƏMİ NAXÇIVANİ 
XII ƏSR
2012
Böyük memar Əcəmi Əbubəkr oğlu 
Naxçıvani XII əsrin 20-ci illərində Nax-
çıvanda anadan olmuş, orada yaşamış 
və  yaratmışdır.  Orta  əsr  Azərbaycan 
memarlığının  inkişafında  dərin  və 
silinməz  iz  buraxmış  Əcəmi  Naxçı-
vani,  Naxçıvan  memarlıq  məktəbinin 
banisi  olmuşdur.  Əcəmi  Naxçıvani-
nin yaradıcılığında görkəmli yer tutan 
xüsusiyyətlərdən  biri,  onun  memar-
lıq  üslubunda  və  kompozisiyalarında 
xatirə  abidələrinə  xas  olan  cəhətlərin 
üstünlüyüdür.
Əcəminin  məlum  olan  ilk  əsəri 
xalq  arasında  “Atababa  günbəzi”  adı 
ilə məş-hur olan 800 yaşlı Yusif Küse-
yir oğlu türbəsidir. Bu türbə Naxçıvan 
şəhərinin mərkəzi hissəsində yerləşir. 
Abidə  yeraltı  sərdabədən  və  yerüstü 
qülləvari hissədən ibarətdir. Bu abidədə 
bədiiliklə  memarlığın  tektonikası 
ahəngdar  şəkildə  birləşmişdir.  Əcəmi 
Əbubəkr oğlunun ikinci əsəri Möminə 
xatun  türbəsidir. Abidənin  üzərindəki 
kitabədən türbənin 1186-cı ildə Atabəy 
Eldəgizin  oğlu  Məhəmməd  Cahan 
Pəhləvanın  arvadı  Möminə  xatunun 
şərəfinə tikildiyi məlum olur. Möminə 
xatun  türbəsi  monumental  abidədir. 
Möminə  xatun  qülləvari  türbələrin 
ən  görkəmli  bir  nümunəsidir.  Abidə 
yeraltı  hissədən  və  yerüstü  qurğudan 
ibarətdir. Yeraltı sərdabə hissəsi onbu-
caqlıdır. Möminə xatun türbəsinin əsas 
hissəsini təşkil edən yerüstü abidə 10 
guşəli, daxildən isə dairəvidir. Bundan 
başqa o, qoşa minarəli baştağ kompo-
zisiyası şəklində qurğunu (1187), Bö-
yük  Cümə  məscidini  və  mənbələrdə 
“darülmülk”  adlandırılan  Eldəgizlər 
sarayını yaratmışdır.
Əcəmi  yaradıcılığını  Azərbaycan 
və  Yaxın  Şərq  ölkələri  memarlığına 
böyük  təsiri  olmuşdur.  Marağadakı 
Göy Günbəz (1196), Naxçıvan yaxın-
lığındakı  Gülüstan  türbəsi  (XIII  əsr), 
türk memarı Sinanın (XVI əsr) İstan-
bulda  tikdiyi  türbələr  buna  misaldır. 
Əcəmi yaradıcılığı XII əsr Azərbaycan 
mədəniyyəti və ictimai fikrindəki inti-
bahın parlaq təzahürlərindəndir.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 
ölüm tarixi təxminən XII əsrin sonla-
rına təsadüf edir.
 
Ə d ə b i y y a t
Ayxan. Naxçıvan abidələri 
[Mətn] /Ayxan // Express.- 
2006.- 16 avqust.- S.13.
Əliyev, Q. Memar Əcəmi 
Naxçıvani yaradıcılığın-
da ahəngdarlıq [Mətn] 
/Q.Əliyev .- Bakı, 2007.- 
159 s.
Yılmaz, R. Tariximizdə iz 
qoyanlar [Mətn] /Reha 
Yılmaz.- Bakı : Xəzər MMC
2008.- 201 s.
Саламзаде, А. Аджеми 
сын Абубекра Нахичевани 
[Текст] / А.Саламзаде . - 
Баку, 1976.
Memar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə