Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə129/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   125   126   127   128   129   130   131   132   ...   138

299
Folklor
135 
illiyi
AŞIQ TALIB 
1877-1979
2012
Aşıq  Ələsgərin  kiçik  oğlu  Aşıq 
Talıb  1877-ci  ildə  Göyçə  mahalının 
Ağkilsə  kəndində  anadan  olub.  Aşıq 
sənətinə  atasının  yanında  yiyələnən 
Aşıq  Talıb  yazı-pozu  bilməsə  də, 
yaxşı  hafizəsi  sayəsində  Qurbanidən 
başlayaraq  dövrünə  qədərki  məşhur 
aşıqların yaradıcılığını, xalq dastanla-
rını mükəmməl mənimsəyə bilmişdir. 
Gözəl təbə malik olan Aşıq Talıb aşıq 
şeirinin  müxtəlif  şəkillərində  şeirlər 
qoşub. 
Aşığın  “Ayın  qızı”,  “Başına  dön-
düyüm”,  “Gülə-gülə”,  “Xoş  gəlib” 
qoşmaları, “Bu dağlarda”, “Üstündən” 
gəraylısı,  “Sən  də  yan”,  “Ay  ağası-
na”  təcnisləri,  “Durur”,  “Mənim” 
divaniləri,  “Dolanır”,  “Gormüşəm” 
müxəmməsləri daha məşhurdur.
Aşıq  Ələsgərin  ədəbi  irsinin  üzə 
çıxmasında  Aşıq  Talıbın  xidmətləri 
əvəzsizdir. Aşıq 1979-cu il may ayının 
21-də  102  yaşında  vəfat  edib.  Aşığı 
atasının yanında dəfn ediblər.
 
Ə d ə b i y y a t
Sazlı-sözlü Göyçə [Mətn] /topl. və tərt. ed. İslam Ələsgər.- Bakı : Azərnəşr, 1999.- 
288 s.
Əhmədov, T. XX əsr Azərbaycan yazıçıları [Mətn] /T.Əhmədov.- Bakı : Nurlar, 
2004.- 984 s. 
İsmayıl, M. El aşığı [Mətn] : [Aşıq Talıb haqqında] /M.İsmayıl //Ədəbiyyat və 
incəsənət.- 1986.- 29 avqust.- S.8.
Nəbioğlu, M. Ozan-aşıq dünyası [Mətn] : [haqqa qovuşan aşıqlarımız] 
/M.Nəbioğlu.- Bakı: Nurlan, 2010.-144 s.
Aşıq


300
Kitabxana işi. Kitabxanaşünaslıq
65 illiyi
Bakı Dövlət Universitetinin 
Kitabxanaçılıq-informasiya fakültəsi 
1947
2012
Azərbaycan  təhsil  sisteminin,  mil-
li  mədəniyyətimizin  formalaşmasın-
da  müxtəlif  elm  sahələri  üzrə  tədqiqat 
işlərinin aparılmasında, Bakı Dövlət Uni-
versitetinin  müstəsna  xidmətləri  olmuş-
dur.
BDU-nin  fakültələrindən  biri  də 
Kitabxanaçılıq-informasiya  fakültəsidir. 
Azərbaycanda ali kitabxanaçılıq təhsilinin 
əsası 1947-1948-ci tədris illərində BDU- 
nun Filologiya fakültəsinin nəzdində qo-
yulmuşdur. 
Həmin  tədris  ilində  Filologi-
ya        fakültəsinin  yanında  Kitabxana-
çılıq  şöbəsi  təşkil  olunmuşdur.  Birinci 
il  şöbəyə  20  tələbə  qəbul  edilmişdir. 
Şöbənin ilk ixtisas müəllimləri Xalq ya-
zıçısı  S.  Rəhimov,  Ə.  Qəhrəmanov,  H. 
Tağıyev və M. Səmədova olmuşdur. 
1955-ci ildə şöbədə qiyabi Azərbaycan 
bölməsi,  1959-cu  ildə  isə  qiyabi  rus 
bölməsi açılmışdır. 
1958-ci  ildə  Kitabxanaçılıq  şöbəsi 
Şərqşünaslıq fakültəsinin tərkibinə daxil 
edilmişdir. 1962-ci il avqust ayında Bakı 
Dövlət  Universitetində  müstəqil  Kitab-
xanaçılıq  fakültəsinin  təşkil  olunması 
haqqında qərar qəbul edilmişdir.
1962-ci  ildən  bu  günə  kimi  Kitab-
xanaçılıq-  informasiya  fakültəsinə  üç 
dekan  başçılıq  etmişdir:  Əməkdar  elm 
xadimi,  tarix  elmləri  doktoru,  professor 
Abuzər  Alı  oğlu  Xələfov  (1962-1970; 
1979-1993-  cü  illər);  Azərbaycan  Res-
publikasının Əməkdar mədəniyyət işçisi, 
professor  Zöhrab  Hüseyn  oğlu  Əliyev 
(1970-1979-cu illər); Tarix elmləri dok-
toru, professor Xəlil İsmayıl oğlu İsma-
yılov 1993-cü ildən bu günə kimi.
Kitabxanaçılıq-informasiya 
fakül-
təsində  dörd  ixtisas  kafedrası  fəaliyyət 
göstərir:
1.Kitabxanaçılıq  kafedrası  1947-ci 
ilin oktyabr ayında yaradılmışdır. Kafed-
ranın  ilk  müdiri  Ə.  Qəhrəmanov  olmuş-
dur  (1947-1959).  1959-1963-cü  illərdə 
H.Əlizadə  kafedraya  rəhbərlik  etmişdir. 
1963-cü ildən bu günə kimi Əməkdar elm 
xadimi,  professor A.AXələfov  kafedraya 
rəhbərlik edir;
2.Biblioqrafiyaşünaslıq 
kafedrası 
1968-ci  ildə  təşkil  edilmişdir.  Kafed-
ranın  ilk  müdiri  biblioqraf-alim  dos. 
Ə.T.  Xələfov  (1968-1978)  olmuşdur. 
1978- 1983-cü illərdə dosent H. Həsənov 
kafedraya  rəhbərlik  etmiş,  1984-cü 
ildən  bu  günə  kimi  kafedranın  müdiri 
Əməkdar  mədəniyyət  işçisi,  professor 
Z.H.Əliyevdir;
3.Kitabxana resursları və informasiya- 
axtarış sistemləri kafedrası 1991-1992-ci 
tədris  ilində  Kitabxanaşünaslıq  kafed-
rasının  bazasında  təşkil  edilmişdir.  Ka-
fedranın  ilk  müdiri  mərhum  dosent  T.F. 
Quliyev  təyin  edilmişdir.  2007-ci  ildən 
kafedranın  müdiri  tarix  elmləri  doktoru, 
professor X.İ. İsmayılovdur;
4. Kitabşünaslıq və nəşriyyat işi kafed-
rası  1992-ci  ildə  yaradılmışdır.  Kafedra 
yaranandan tarix elmləri doktoru, profes-
sor B.V. Allahverdiyev ona başçılıq edir. 
Kitabxanaçılıq-informasiya 
fakül-
təsi  Azərbaycan  Respublikasında  ki-
tabxanaşünas-biblioqraf,  kitabşünas  və 
nəşriyyat  redaktoru  hazırlayan  yeganə 
ali  təhsilli  kadrlar  yetişdirən  təhsil  oca-
ğıdır.  Fakültənin  maddi-texniki  bazası, 
elmi-  pedaqoji  potensialı  tədrisin  dünya 
standartları  səviyyəsində  təşkilinə  şərait 
yaratmışdır. 
Ə d ə b i y y a t
Xələfov, A. Azərbaycanda 
ali kitabxanaçılıq təhsili 
[Mətn] /A.A.Xələfov.- Bakı: 
BDU, 1998.- 110 s.
Xələfov, A. XXI əsrin 
əvvəllərində Azərbaycanda 
kitabxana işinin əsas 
inkişaf istiqamətləri [Mətn] 
/A.A.Xələfov .- Bakı: BDU, 
2006.- 106 s.
İsmayılova , N. Kitab-
xanaçılıq- informasiya 
fakültəsi – 60 [Mətn] : 
(biblioqrafik məlumat 
kitabı) /N.İ.İsmayılova, 
S.A.Sadıqova.- Bakı: Bakı 
Universiteti nəşriyyatı, 
2008.- 273 s.
Müasir informasiya məkanı 
və kitabxanalar [Mətn] : 
respublika elmi konfran-
sının tezis və məruzələri /
AMEA. Mərkəzi elmi Kitab-
xana İnformasiya Texnolo-
giyaları İnstitutu; BDU-nun 
Kitanxanaçılıq- informasiya 
fakültəsi; M.F.Axundov 
adına Azərbaycan Milli 
kitabxanası .- Bakı: Bakı 
Universiteti, 2010.- 123 s..


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə