Redaksiya heyəTİ: Baş redaktor


Mədəniyyət. Maarif. Təhsil



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə15/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   11   12   13   14   15   16   17   18   ...   138

37
Mədəniyyət. Maarif. Təhsil 
 “Mədəni-mааrif” jurnаlının nəşrinin (1967) 45 illiyi
Teatr. Kino.Estrada.Sirk 
Xalq artisti, rejissor Haşımov Məhərrəm Kazım oğlunun (02.02.1912-
02.05.1969) аnаdаn оlmаsının 100 illiyi
Хаlq аrtisti, rеjissоr Məmmədbəyоv Lütfi Şahbaz oğlunun (06.02.1927-
01.02.2004) аnаdаn оlmаsının 85 illiyi
Xalq artisti, aktrisa Cəfərxanova Roza Heydər qızının (23.02.1927) аnаdаn 
оlmаsının 85 illiyi
Musiqi.Opera.Balet
Əməkdar incəsənət xadimi, bəstəkar Mansurov Eldar Bəhram oğlunun 
(28.02.1952) аnаdаn оlmаsının 60 illiyi


38
1988-ci  ilin  fevral    ayından  Ermənistanın  Azər-
baycana  təcavüzü,  Azərbaycan  torpaqlarının  qəsbkar 
erməni  silahlı  qüvvələri  tərəfindən  işğalına  başlanıl-
mışdır.  Еrmənistan  Rеspublikası  “Hərbi  münaqişələr 
zamanı mədəni sərvətlərin qоrunması haqqında” HA-
AQA  Kоnvеnsiyasının  və  ”Mədəni  sərvətlərin  qеyri-
qanuni  dövriyyəsi  haqqında”  Paris  Kоnvеnsiyasının 
müddəalarını  kоbudcasına  pоzaraq  Azərbaycanın 
mədəni sərvətlərini talamaqla məşğuldur.
Ermənistan  Respublikasının  hərbi  təcavüzü 
nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qara-
bağ ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal 
edilmişdir..
Beləliklə,  Ermənistan  Respublikasının  hərbi 
təcavüzü  nəticəsində Azərbaycan  ərazilərinin  20  fai-
zi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 
50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. 
Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın 
və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın 
azərbaycanlılara  qarşı  etnik  təmizləmə  və  soyqırım 
siyasətinin qurbanı olmuş, elementar insan haqlarından 
məhrum edilmişdir.
İşğal  nəticəsində  900-dən  artıq  yaşayış  məntəqəsi 
talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, 
kənd  təsərrüfatı  müəssisəsi  və  digər  obyektlər  məhv 
edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 
150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni 
obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir.
İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su 
təsərrüfatı,  hidrotexniki  qurğular,  bütün  nəqliyyat  və 
kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-
ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-
larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı 
ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 
464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 
6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Ta-
lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya 
və  nadir  eksponat  oğurlanmışdır.  Belə  ki,  Kəlbəcər 
Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan 
sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və 
gümüş  zinət  əşyaları,  ötən  əsrlərdə  toxunmuş  xalça-
lar  Ermənistana  daşınmışdır.  Şuşadakı  Tarix  muzeyi-
nin, Ağdamdakı  Çörək  muzeyinin,  Zəngilandakı  Daş 
Abidələr  muzeyinin  də  taleyi  belə  olmuşdur.  Oğur-
lanmış  və  məhv  edilmiş  bu  tarixi-mədəni  sərvətlərin 
dəyərini  müəyyənləşdirmək,  pulla  qiymətləndirmək 
mümkün  deyildir.  Birləşmiş  Millətlər  Təşkilatının 
Təhlükəsizlik  Şurasının  1993-cü  ildə  qəbul  edilmiş 
822,  853,  874,  884  saylı  qətnamələrində Azərbaycan 
Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-
ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad 
edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-
likası bu gün də işğalçılıq siyasətini davam etdirir.
QAN YADDAŞIMIZ!
Vətən torpaqları  
bizi gözləyir!
1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 kv.km. 
(Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut)
Xankəndinin işğal tarixi- 1991-ci il 26 dekabr (sahəsi-926 kv.km, əhalisi-57000) 
Xocalının işğal tarixi -1992-ci il 26 fevral (sahəsi-970 kv.km, əhalisi-11544 nəfər)
Şuşanın işğal tarixi- 1992-ci il 8 may (sahəsi-289 kv.km, əhalisi-28000)
Laçın rayonu işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 kv.km
Xocavəndin işğal tarixi- 1992-ci il 2 oktyabr (sahəsi-1458 kv.km, əhalisi-11000)
Kəlbəcər rayonu işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 kv.km;
Ağdərənin işğalı- 1993-cü il 7 iyul (sahəsi-1700 kv.km, əhalisi-47000)
Ağdam rayonu işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 kv.km
Cəbrayıl rayonu işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km
Füzuli rayonu işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 kv.km
Qubadlı rayonu işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 kv.km
Zəngilan rayonu işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.


39
Milli ədəbiyyat
80  
illiyi
AĞAMUSA AXUNDOV  
1932
FEVRAL
Ağamusa  Ağası  oğlu  Axundov 
1932-ci il fevral ayının 2-də Kürdəmir 
şəhərində  anadan  olmuşdur.  Orta 
məktəbi  medalla  bitirdikdən  sonra 
1950-1955-ci  illərdə  ADU-nun  Fi-
lologiya  fakültəsində,  1959-1965-ci 
illərdə isə Azərbaycan Pedaqoji Dillər 
İnstitutunun  Qərbi  Avropa  dilləri 
fakültəsində  təhsil  almışdır.  Eyni  za-
manda ADU-nun  aspirantı,  müəllimi, 
baş  müəllimi,  dosenti  işləmişdir. 
1964-cü ildə filologiya elmləri dokto-
ru elmi dərəcəsinə layiq görülmüşdür. 
O,  1967-ci  ildə  universitetin  Ümumi 
dilçilik kafedrasının professoru, Fılo-
logiya  fakültəsinin  dekanı  olmuşdur. 
1981-1999-cu  illərdə  Ümumi  dilçi-
lik  kafedrasının  müdiri  vəzifəsində 
işləmişdir.
Ədəbi fəaliyyətə 1951-ci ildə (“İn-
qilab  və  mədəniyyət”  jurnalında) 
çap  olunmuş  “İkinci  görüş”  adlı  ilk 
hekayəsi ilə başlamışdır. Bundan sonra 
bədii  yaradıcılıqla,  xüsusən  poeziya-
nın sənətkarlıq problemlərinin tədqiqi 
ilə ciddi məşğul olmuşdur. 
Ağamusa  Ağası  oğlu  Axundov 
1965-1966-cı illərdə Misir Ərəb Res-
publikasının  Qahirə  şəhərində,  Eyn-
Şəms  Universitetində  Azərbaycan 
dili  və  ədəbiyyatından  dərs  demişdir. 
1967-cı  ildə  Praqada,  1972-ci  ildə 
Ankarada,  1984-cü  ildə  isə  Belq-
rad  və  Budapeştdə,  1990-cı  ildə  isə 
Türkiyədə,  1992-ci  ildə  isə  İstanbu-
lun bəzi şəhərlərində beynəlxalq elmi 
konfranslarda iştirak etmişdir. 
Ağamusa müəllim 1987-ci ildə isə 
xalqlar  dostluğu  sahəsində  mühüm 
xidmətlərinə  görə  ABŞ-ın  “Frendşip 
fors”  (“Dostluq  qüvvələri”)  ictimai 
təşkilatının  fəxri  fərmanına  layiq  gö-
rülmüş, elə həmin ildən ABŞ-ın Nyu-
Orlean şəhərinin fəxri xarici vətəndaşı, 
Luiziana ştatının paytaxtı Baton Rujun 
şəhər şurasının fəxri üzvüdür.
A.Axundov  1986-cı  ildə Azərbay-
can EA Nəsimi adına Dilçilik İnstitu-
tunun direktoru, eyni zamanda 2001-ci 
ildən AMEA-nın humanitar və ictimai 
elmlər  bölməsinin  akademik  katibi 
işləyir. 
Ağamusa  Ağası  oğlu  Axundov 
1986-cı  il  Azərbaycan  Respublika-
sı  Dövlət  Mükafatı  laureatı,  1990-cı 
il  Əməkdar  elm  xadimi,  2000-ci  ildə 
Azərbaycan  Respublikası  Prezidenti-
nin fərmanına görə “Şöhrət” ordeni ilə 
təltif edilmişdir.
Ə d ə b i y y a t
Akademik A.Axundov 
ABŞ-da “İlin adamı – 
2009” müsaqibəsinin 
qalibidir [Mətn]: [Akademik 
A.Axundovun beynəlxalq 
mükafata layiq görülməsi 
haqqında] //Elm.- 2009.- 22 
iyun.- S.3.
Xalıqov, F. Azərbaycan 
dialektologiyasının böyük 
uğuru [Mətn]: [professor 
A.Axundovun rəhbərliyi 
altında nəşr olunmuş kitab 
haqqında] /F.Xalıqov //Elm.- 
2009.- 31dekabr.- S.3.
Xəlilzadə, F. Yuxusuz 
gecələrin ünvanı [Mətn]: 
[Ağamusa Axundov haq-
qında] /F.Xəlilzadə //
Azərbaycan.- 2007.- 2 fevral.- 
S.10.
İ n t e r n e t d ə
www.az.wikipedia.org, 
www.google.az
2
Ədəbiyyatşünas


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə