Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə16/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   12   13   14   15   16   17   18   19   ...   138

40
Milli ədəbiyyat
85  
illiyi
CAHANGİR 
QƏHRƏMANOV 
1927-1995 
FEVRAL
Cahangir  Vahid  oğlu  Qəhrəmanov 
1927-ci  il  fevral  ayının  10-da  Qut-
qaşen  (indiki  Qəbələ)  şəhərində  ana-
dan  olmuşdur.  O,  Bakıdakı  132  saylı 
orta  məktəbi  bitirmişdir.  Azərbaycan 
Dövlət  Universitetinin  Şərqşünaslıq 
fakültəsində  təhsil  almışdır.  Ali 
məktəbi  başa  vurduqdan  sonra  1951-
ci  ildə  M.V.Lomonosov  adına  Mosk-
va  Dövlət  Universitetinin  aspiran-
turasına  daxil  olaraq  “Azərbaycan 
ədəbi  dilində  fəlsəfə  terminləri” 
mövzusunda  namizədlik  dissertasi-
yası  üzərində  işləmişdir.  Cahangir 
Qəhrəmanov  1955-ci  ildən  ömrünün 
sonuna  kimi  Əlyazmalar  Fonduna 
bağlı  olmuşdur.  Alimin  milli-mənəvi 
sərvətlərin  qorunduğu  bu  ünvanda-
kı  fəaliyyəti  çox  səmərəli  keçmişdir. 
Apardığı  tədqiqatların  yekunu  olaraq 
o,  filologiya  elmləri  doktoru  olmuş, 
baş  elmi  işçidən  direktor  vəzifəsinə 
qədər  yüksəlmişdir.  Onunla  bərabər, 
rəhbərlik etdiyi qurumun fəaliyyəti də 
genişləndirilmiş,  Azərbaycan  EA-nın 
Əlyazmalar İnstitutuna çevrilmişdir.
Beynəlxalq  konqres,  simpozi-
um,  konfrans,  müşavirə  və  yubiley 
yığıncaqlarının  iştirakçısı  Cahan-
gir  Qəhrəmanov  Azərbaycan  elm 
və  mədəniyyət  xadimlərinin  öncül 
təmsilçisi kimi xarici ölkələrdə tez-tez 
olurdu. 
Cahangir 
Qəhrəmanov 
azər-
baycanşünaslıq  elmində  linqvistik 
mətnşünaslığın  əsasını  qoyan  və  bu 
istiqamətdə  aspirant  və  dissertantlar 
yetişdirən  çox  fədakar  alim  idi.  Ni-
zaminin,  Nəsiminin  və  başqalarının 
ədəbi  irsi  ilə  məşğul  olan  Cahangir 
Qəhrəmanov məhsuldar tədqiqatçı idi. 
Hələ sovet dövründə ümummilli lide-
rimiz Heydər Əliyev Əlyazmalar Fon-
dunun işinə xüsusi diqqət yetirər, Ca-
hangir Qəhrəmanovun əməyini həmişə 
yüksək  dəyərləndirərdi.  Bu  həssas 
münasibətin nəticəsi idi ki, əlyazmalar 
xəzinəsində  çalışanlar  vətəndaşlıq 
mövqeyindən  çıxış  edə  bilirdilər. 
Cəfakeş  alimin  böyük  xidmətlərinin 
sayəsində  Azərbaycan  mədəni-tarixi 
irsi  yüksək  səviyyədə  qorunub  sax-
landı.  Hətta  1995-ci  ildə  ümummilli 
liderimiz  Heydər  Əliyevin  göstərdiyi 
diqqət və qayğı nəticəsində institutun 
fəaliyyətinin genişləndirilməsi barədə 
qərar qəbul edilmişdir.
Azərbaycanlı  alimin  hazırladığı 
kataloqlar,  klassiklərin  əlyazma  irsi-
ni  əhatə  edən  sanballı  kitabları  təkcə 
Azərbaycanda deyil, bütövlükdə dün-
ya şərqşünaslıq elmində böyük şöhrət 
qazanmışdır. 
Müxtəlif  fəxri  adlar  alan  azərbay-
canlı  alimə  1982-ci  ildə  “Əməkdar 
elm xadimi” adı verilmişdir. Elə həmin 
ildə də “Şərəf nişanı” ordeni ilə təltif 
olunmuşdur.
Cahangir  Vahid  oğlu  Qəhrəmanov 
1995-ci il iyunun 29-da Bakı şəhərində 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Əbilova, Z. Təşəbbüskar 
və qayğıkeş alim [Mətn]: 
[M.Füzuli adına Əlyazmalar 
İnstitutunun sabiq direktoru 
filologiya elmləri doktoru 
Cahangir Qəhrəmonovla 
bağlı müəllifin xatirəsi] /
Zəkiyyə Əbilova //Elm.-
2007.-30 iyun.-S.14.
Əhmədoğlu, A. Elmi sessiya 
[Mətn]: [Azərbaycan Milli 
Elmlər Akademiyası Rəyasət 
heyətinin akt zalında 
görkəmli alim Cahangir 
Qəhrəmanovun 80 illiyi 
kecirilməsi haqqında] 
/A.Əhmədoğlu //Ədəbiyyat 
qəzeti.- 2007. - 2 mart.- S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org 
www.google.az
10
Ədəbiyyatşünas


41
Milli ədəbiyyat
75 
illiyi
İSGƏNDƏR ETİBAR 
1937
FEVRAL
İsgəndər  Etibar  oğlu  İsgəndərov 
1937-ci  il  fevral  ayının  15-də  Şama-
xı şəhərində doğulmuşdur. O, 1 saylı 
şəhər orta məktəbin 8-ci sinifini bitirib 
Şamaxı  şəhər  Kənd  Təsərrüfatı  Tex-
nikumuna  daxil  olmuşdur.  Sonralar 
təhsilini Gəncədəki Azərbaycan Kənd 
Təsərrüfatı  İnstitutunda  davam  etdir-
mişdır.
İsgəndər  Etibar  ədəbi  yaradıcılı-
ğına  1962-ci  ildə  yazdığı  “Səslər” 
adlı  ilk  şeiri  ilə  başlamışdır.  Bu  şeir 
“Azərbaycan gəncləri” qəzetində dərc 
olunmuşdur. Əmək fəaliyyətinə Şama-
xıda “Yeni Şirvan” qəzetinin redaksi-
yasında  Kənd  təsərrüfatı  şöbəsinin 
müdiri  kimi  başlamışdır.  Bakıda 
“Kənd  həyatı”  jurnalı  redaksiyasında 
şöbə  müdiri  işləmişdir.  Azərbaycan 
KP  MK  yanında  mətbuat  mərkəzinin 
referenti olmuşdur. 
Dövri  mətbuatda  vaxtaşırı  çıxış 
edir. 
İsgəndər Etibar 1992-ci ildə Azər-
baycan  müstəqilliyi  elan  edil-dikdən 
sonra  “Tək  səbr”  qəzetinin  redaktoru 
olmuşdur.
Ə d ə b i y y a t
Bu, mənəm, sevgi dolu ürəyim [Mətn]/ İsgəndər Etibar.-
Bakı: Azərbaycan, 2002.-166 s. 
İrağa oxunan nəğmələr [Mətn] /İsgəndər Etibar.-Bakı: 
Azərbaycan, 2003.- 80 s. 
Pıçıltılar [Mətn] /İsgəndər Etibar.-Bakı: Azərbaycan, 
2003.- 220 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
 www.google.az
15
Şair


42
Milli ədəbiyyat
95 
illiyi
YUSİF ƏZİMZADƏ 
1917-1984 
FEVRAL
Yusif  Əhmədulla  oğlu  Əzimzadə 
1917-ci il fevral ayıınn 22-də Bakıda 
fəhlə  ailəsində  doğulmuşdur.  Nata-
mam orta məktəbi bitirib 1930-1937-
ci illərdə N.Nərimanov adına Sənaye 
texnikumunun  Elektrik-mexanika  şö-
bəsində təhsil almışdır. 
1934-1937-ci illərdə Bakı şəhər ra-
yonlarının elektrik yarımstansiyaların-
da işləmişdir. Tələbə ikən öz şeirlərini 
“Ədəbiyyat  qəzeti”ndə,  “Azərbaycan 
gəncləri”ndə müntəzəm çap etdirmiş-
dir.  Onun  əsərləri  müstəsna  hallarda 
“Ə.Yusif”,  yaxud  “Y.Əhədoğlu”  im-
zaları ilə çap olunmuşdur. 1937-1939-
cu  illərdə  isə  Bakı  Hərbi  məktəbini 
leytenant  rütbəsində  bitirmişdir. 
1944-1945-ci  illərdə  Azərbaycan  KP 
MK  yanında  Partiya  Tarixi  İnstitu-
tunun  “Böyük  Vətən  müharibəsi” 
şöbəsində  baş  elmi  işçi,  1945-1947-
ci  illərdə  M.Qorki  adına  Bakı  Gənc 
Tamaşaçılar Teatrında Ədəbi hissənin 
şöbə  müdiri,  1948-1951-ci  illərdə 
“İnqilab  və  mədəniyyət”  jurnalın-
da  tənqid  şöbəsinin  müdiri, Azərnəşr 
və  uşaqgəncnəşrdə  Bədii  ədəbiyyat 
şöbəsinin  redaktoru,  “İnqilab  və 
mədəniyyət” jurnalı, sonra “Ədəbiyyat 
qəzeti”  redaksiyalarında  məsul  katib, 
“Göyərçin” jurnalının məsul redakto-
ru, “Ədəbiyyat və incəsənət” qəzetinin 
baş redaktoru, “Ulduz” gənclik jurna-
lında  redaktor  əvəzi  və  Azərbaycan 
Yazıçılar Birliyində bədii tərcümə üzrə 
məsləhətçi, “Ədəbiyyat və incəsənət” 
qəzetində  baş  redaktor    vəzifələrində 
çalışmışdır. Bakı şəhəri və 26 Bakı ko-
missarı adına rayon sovetinin deputa-
tı seçilmişdir. “Anacan” pyesinə görə 
musiqili  teatrların  ümumittifaq  festi-
valının  laureatı  diplomuna  layiq  gö-
rülmüşdür. Keçmiş SSRİ respublikala-
rının teatrlarında “Çiçəklər səltənəti”, 
“Anacan”, 
“Nəsrəddin”, 
“Aprel 
səhəri”  və  “Qonşular”  dram  əsərləri 
səhnəyə  qoyulmuşdur.  Onun  tərcümə 
etdiyi  pyeslər  (Konstantin  Simono-
vun  “Rus  məsələsi”,  Sergey  Mixal-
kovun “Qırmızı qalstuk”, Y.Soloviçin 
“Qəribə  dilənçi”,  O.Bodıkovun  “Qa-
raqum faciəsi”, Ş.Xusainovun “Anam 
gəldi”)  Azərbaycan  teatrlarında  səh-
nələşdirilmişdir. 
Moldaviyada  Azərbaycan  mə 
dəniyyəti  günlərində,  Bryansk,
 
Vo-
roşilovqrad  və  Qərbi  Sibirin  Tü-
men  vilayətində    Sovet  ədəbiyyatı 
günlərində  1970,  1973,  1974-cü 
illərdə  iştirak  etmişdir.  SSRİ  medal-
ları və Azərbaycan Ali Soveti Rəyasət 
Heyətinin  Fəxri  Fərmanları  ilə  təltif 
olunmuşdur.
Əməkdar  incəsənət  xadimi,  nasir, 
dramaturq, publisist Yusif Əhmədulla 
oğlu Əzimzadə 1984-cü il mart ayının 
6-da Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Ostrovski, A. Seçilmiş 
əsərləri [Mətn]: pyeslər /rus 
dil. tərc. ed. Yusif Əzimzadə 
/A.Ostrovski.- Bakı: Şərq-
Qərb, 2006.-309 s.
Skandinav dastanları 
[Mətn] /tərc. ed. Yusif 
Əzimzadə .- Bakı: Şərq-
Qərb, 2006.- S.248.
Əzimzadə, Y. Sevilir 
oxunur [Mətn]: [75 
illiyi münasibətilə] /
Yusif Əzimzadə //Ədəbiyyat 
qəzeti.-2009.-11 dekabr.-S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Yazıçı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə