Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə18/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   14   15   16   17   18   19   20   21   ...   138

45
Tarixdə bu gün
20  
illiyi
XOCALI SOYQIRIMININ  
20-ci İLDÖNÜMÜ
FEVRAL
Ərazisi – 0,936 kv.km
Əhalisinin sayı – 25 000 nəfər
İşğal tarixi – 26 fevral 1992-ci il
Ötən  əsrin  1992-ci  ilinin  fevralında  tarixdə 
görünməmiş qətliam baş verdi. Türkləri özlərinin 
əbədi  düşməni  hesab  edən  ermənilər  məskunlaş-
dıqları  türk  torpaqlarında  insanlığa  xas  olmayan 
vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini 
yer üzündən sildilər – insanlar amansızlıqla qətlə 
yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı. 
Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə 
erməni-daşnak  silahlı  qüvvələri  və  keçmiş  sovet 
366-cı  motoatıcı  alayı  Xocalıya  divan  tutdu,  ən 
dəhşətli  soyqırım  törədildi.  Buna  qədər  isə  Xo-
calı  erməni-daşnaklar  tərəfindən  tam  mühasirəyə 
alınmışdı. Yollar  tamam  kəsilmiş,  Xocalı  taleyin 
ümidinə  buraxılmışdı.  Halbuki  xocalılar  erməni-
daşnak  hərbi  qüvvələrinə  mərdliklə  müqavimət 
göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-
dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini 
vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-
tirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli 
idi.  Ağdam  istiqamətində  düzlər,  dərələr,  dağlar 
günahsız  insanların  cəsədləri  ilə  dolmuşdu.  Yer-
göy  qan  ağlayırdı.  Ermənilər  qadınlara  və  uşaq-
lara, qocalara və xəstələrə rəhm etmədən hamını 
güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-
qırımına siyasi qiymət verən və bu barədə dünya-
nın ən yüksək tribunalarından danışan ümummili 
lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə 
demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-
bını  verək,  şəhidlərin  qanının  yerdə  qalmaması 
gününü  görək.  Azərbaycanın  ərazi  bütövlüyünü 
təmin  edək.  Müstəqil  Azərbaycanın  hüdudlarını 
tamamilə  bərpa  edək.  İnanıram  ki,  Azərbaycan 
xalqı belə qüdrətə malikdir”.
Xocalı  soyqırımının  20  ili  tamam  olur.  Bu 
faciə  zamanı  böyük  bir  yaşayış  məntəqəsi  yer 
üzündən  silinib,  azərbaycanlılara  qarşı  amansız 
soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 
nəfər  əsir  götürülüb.  Qanunsuz  erməni  silahlı 
qüvvələri  mühasirədən  çıxıb  qaçmağa  müvəffəq 
olmuş  azərbaycanlıları  milli  mənsubiyyətlərinə 
görə  yollarda,  keçidlərdə,  meşələrdə  təqib 
edərək  vəhşicəsinə  öldürüblər.  Habelə  azğınlaş-
mış  erməni  hərbçiləri  əsir  və  girov  götürdükləri 
azərbaycanlıları  xüsusi  amansızlıqla,  işgəncə 
verərək  qətlə  yetiriblər.  Mühasirədən  çıxıb  qaç-
mağa  müvəffəq  olan  sakinlər  təqib  edilərək 
Kətik  meşəsində,  Naxçıvanik  yolunda,  Qara-
qaya  ətrafında,  Dəhraz  kəndi  yaxınlığında,  Şel-
li  istiqamətində,  Əsgəran  asfalt  yolunun  86-cı 
kilometrliyində  və  digər  ərazilərdə  amansızlıqla 
qətlə  yetiriliblər.  Əsir  götürülənlərdən  18  nəfəri 
Əsgəran  rayon  Daxili  işlər  şöbəsində  işgəncə 
verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə 
qarşı  ağlasığmaz  vəhşiliklər  törədilib,  dözülməz 
işgəncələr verilib, insanların başlarının dərisi so-
yulub,  müxtəlif  əzaları  kəsilib,  gözləri  çıxarılıb. 
Xocalıya hücum edən erməni dəstələri ölkə iqti-
sadiyyatına 170 milyon dollardan artıq ziyan vu-
rub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə 
obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif 
dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab 
verməlidirlər.  Əgər  bunu  edə  bilməsək,  gələcək 
nəsillər bizi heç vaxt bağışlamayacaqdır!
Azərbaycan  Milli  Məclisi  (Parlamenti)  hər  il 
26


46
fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmiş-
dir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan 
xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini 
yad edir.
Doğma  yurdlarından  didərgin  düşmüş  və 
Azərbaycanın  48  rayonuna  səpələnmiş  Xocalı 
sakinləri  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli 
həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 
dəf  edilməsi,  ölkənin  ərazi  bütövlüyünün  bərpa 
edilməsi  ümidi  ilə  yaşayırlar.  Onlar  dünya  xalq-
larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-
ədaləti  və  həqiqəti  müdafiə  etmək,  Xocalıda 
törədilmiş  terrorizm,  etnik  təmizləmə  faktları-
nı  pisləmək  barədə  müraciətlər  edirlər.  Heydər 
Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-
nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-
rılması istiqamətində böyük işlər görüb. Dünyanın, 
Avropanın onlarla ölkəsində Xocalı soyqırımının 
ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, 
filmlərin nümayiş olunması və sair bu qəbildəndir. 
Xocalı  soyqırımına  dair  müxtəlif  dillərdə  Fond 
tərəfindən  filmlər  hazırlanıb,  həmin  filmlərin 
təqdimatı  keçirilib.  Həmçinin  Xocalı  soyqırımı 
ilə bağlı fotosərgilərin təqdimatı dünyanın onlarla 
ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xa-
rici kütləvi informasiya vasitələrinin əməkdaşları, 
jurnalistlər bu günə qədər nələri yazmışdı, onların 
sərgiləri keçirilib. Bununla yanaşı, “Xocalı uşaq-
ların gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər 
təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus 
Mehriban  xanımın  Xocalı  soyqırımının  tanıdıl-
ması istiqamətində çox böyük xidmətləridir. Özü 
də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün 
Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu 
xidmətlər  ölçüyəgəlməzdir.  Eyni  zamanda  Leyla 
xanım  Əliyeva  dünya  ictimaiyyətinin  diqqətini 
erməni  işğalçılarının  Azərbaycan  xalqına  qarşı 
törətdikləri  dəhşətli  cinayətlər  haqqında  obyek-
tiv  məlumatlara  cəlb  etmək,  sözügedən  faciələrə 
beynəlxalq  səviyyədə  siyasi-hüquqi  qiymət 
vermək,  eyni  zamanda,  Azərbaycanın  Qarabağ 
münaqişəsində  milli  maraqlarının  müdafiə  olun-
ması  məqsədi  ilə  “Xocalıya  ədalət  –  Qarabağa 
azadlıq”  (“Justice  for  Khojaly,  Freedom  for  Ka-
rabakh”) devizi altında beynəlxalq kampaniyanın 
keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
“Xocalıya  ədalət!”  -  artıq  dünyada  bu 
kampaniyaya  qoşulan  insanların  sayı  günü-
gündən  çoxalmaqdadır.  Bu  kampaniya  daha  da 
genişlənməkdədir. Bu baxımdan çox güman ki, bu 
kampaniya və təbii ki, bu istiqamətdə görülən işlər 
bundan sonra da davam edəcək. Amma söhbət on-
dan gedir ki, bizim hər birimiz bu kampaniyala-
ra dəstək verməliyik. Harada yaşamağından asılı 
olmayaraq  –  Azərbaycanda  da,  Azərbaycandan 
kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan 
həqiqətlərinin,  Xocalı  həqiqətlərinin  təbliğ 
edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil 
olmuş,  yaralanmış  qəhrəmanlarımızın,  ümumən 
Azərbaycan  xalqının  başına  gətirilən  bütün 
müsibətlərin  təbliğ  edilməsi,  erməni  yalanlarının 
qarşısının  alınması  istiqamətində  öz  fəaliyyətini 
ortaya qoymalıdır. 
Ə d ə b i y y a t
Aşırlı, A. Türkün Xocalı soyqırımı [Mətn] /Akif Aşırlı; red. 
Ə.M.Həsənov. - Bakı: Nurlan, 2005. - 152 s.
Xəlilqızı, Ə. Güllələnmiş uşaqlıq [Mətn] /Əsli Xəlilqızı; red. 
M.Nazimoğlu.- Bakı: Çaşıoğlu, 2007.- 295 s.
Soyqırım cinayəti [Mətn] : (Beynəlxalq aktlar, normativ sənədlər
müraciətlər və şərhlər toplusu) /bur. məsul N.Abdullayev; red. 
H.İsgəndərov.- Bakı: CBS Poliqrafiya, 2010.- 87 s.- (rus dilində).
Мамедова, Х. Ходжалы: шехиды и шахиды [Текст]: 
армянский терроризм как составная часть международного 
терроризма /Хавва Мамедова; пер. С.Мамедзаде.- Баку: Дом 
сказки, 2005.- 248 с.
Помпеев, Ю. Кровавый омут Карабаха [Текст] /Юрий 
Помпеев.- Баку: Изд-во Азербайджан, 1992.- 208 с.
Ходжалы [Текст]: хроника геноцида /сост. Э.Ахундова; ред. 
С.Рустамханлы, Ч.Алиоглы.- Баку: Азернешр, 1993. - 144 с.
Церцвадзе, Ф. Забытый геноцид [Текст] /Феликс Эрастович 
Церцвадзе. - Нью-Йорк : б. и., 2005. - 132 с.
İ n t e r n e t d ə
www.human.az
www.khojaly.org.az
www.khocaly.s5.com
www.azerigenocide.org 


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə