Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə20/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   16   17   18   19   20   21   22   23   ...   138

49
Milli Qəhrəmanlar 
45 
illiyi
RÖVŞƏN HÜSEYNOV
1967-1992
FEVRAL
Rövşən  Şəmil  oğlu  Hüseynov  1967-
ci  il  fevral  ayının  22-də Ağdam  rayonu-
nun  Quzanlı  kəndində  anadan  olmuş-
dur.  1984-cü  ildə  Quzanlı  kəndində  orta 
məktəbi  bitirdikdən  sonra  Ağdam  rayon 
Mədəniyyət evində işləmişdir.
 1985-ci ildə Bakı Dövlət Universite-
tinin  Fizika  fakültəsinə  daxil  olmuşdur. 
1985-1987-ci  illərdə  ordu  sıralarında 
xidmət etmişdir.
  Rövşənin  təşəbbüsü  ilə  1992-ci  ildə 
Bakı  Dövlət  Universitetinin  20  tələbəsi 
dövlət  imtahanlarının  başlanmasına  üç 
ay  qalmış,  təhsillərini  yarımçıq  qoyaraq 
iki  ay  hərbi  hazırlıq  keçirlər.  Sonra  on-
lar  ən  qaynar  döyüş  nöqtəsinə  –  Goran-
boya yollanırlar. Tələbə taqımı 703 saylı 
hərbi  hissəyə  təhkim  olunur.  Ən  ağır  sı-
naq  saatı  Holandağ  yüksəkliyi  uğrun-
da  gedən  döyüşlərdə  olur.  Holandağdan 
Ergəc,  Mənəsli,  Buzluq  və  Şaumyana 
(Agcakənd)  nəzarət  etmək  mümkün  idi. 
Düşmənin  300-dən  artıq  əsgər  və  zabiti 
müasir hərbi texnika ilə silahlanaraq Ho-
landağa  hucuma  keçmişdi.  İlk  hucumun 
qarşısı  məharətlə  alındı.  Düşmən  pərən-
pərən  salındı.  Bu,  1992-ci  ilin  28  aprel 
günü  idi.  Tələbə  taqımı  qarşısındakı  bu 
məğlubiyyətdən qəzəblənən düşmən dörd 
gündən  sonra  daha  böyük  qüvvə  topla-
yaraq  hucuma  keçir.  Rövşənin  taqımı 
düşmənin iki zirehli texnikasını və onlarla 
canlı qüvvəsini məhv etdi. Düşmənin Ho-
landağı  alıb  Çaykəndə  çıxmaq  planı  alt-
üst edildi.
 Elə Marquşevan uğrunda gedən vuruş-
lar da tarixə düşəcək bir döyüş idi. 1992-
ci  il  may  ayının  11-də  gedən  döyüşdə 
Mingəçevir  bölüyünün  27  döyüşçüsü 
mühasirəyə  düşmüşdü.  Briqada  koman-
diri  onları  mühasirədən  qurtarmaq  üçün 
tələbə  döyüşçülərə  müraciət  etdi.  Onlar 
Mingəçevir bölüyünü mühasirədən çıxar-
dılar, lakin özləri mühasirəyə düşdülər. Bu 
qeyri-bərabər  döyüşdə  tələbələrdən  ikisi 
həlak  oldu,  bir  neçəsi  yaralandı.  Rövşən 
vəziyyəti  ani  olaraq  qiymətləndirdi  və 
döyüş  dostlarının  əsir  düşəcəyini  gö-
rüb,  atəş  nöqtəsini  öz  üzərinə  götürdü. 
Onun  pulemyotu  düşmənin  başına  od 
ələyirdi. Cəsur komandirin əmrilə döyüş 
dostları  mühasirədən  çıxdılar.  O  özü  isə 
qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan  Respublikası  Prezidenti-
nin 16 noyabr 1994-cü il tarixli 202 say-
lı  Fərmanı  ilə  Hüseynov  Rövşən  Şəmil 
oğluna  ölümündən  sonra  “Azərbaycanın 
Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam  rayonunun  Quzanlı  kəndində 
dəfn  edilib.  Bakı  Dövlət  Universitetində 
büstü qoyulub.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Hüseynov Rövşən 
Şəmil oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlü-
yünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə 
edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik 
və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirılməsində 
göstərdiyi misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 16 sentyabr 1994-cü il  [Mətn]//Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.-
(ölümündən sonra). 
Abbasoğlu, B. Ölməz qəhrəman [Mətn] //Abbasoğlu, B. Ölərkən dünyaya gələn 
oğullar.- Bakı, 2004.-S.158-171.
Hüseynov Rövşən Şəmil oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın Milli 
Qəhrəmanları.-Bakı, 2005.-S. 90.
Hüseynov Rövşən Şəmil oğlu [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları: Bibli-
oqrafiya /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxana-
sı.- Bakı, 2008.- S.90.
22
Milli Qəhrəman


50
Milli Qəhrəmanlar 
55 
illiyi
ƏRƏSTUN MAHMUDOV 
1957-1992 
FEVRAL
Ərəstun  İspəndi  oğlu  Mahmudov 
1957-ci il fevral ayının 23-də İsmayıllı 
rayonunun Pirəbilqasım kəndində dün-
yaya göz açmışdır. Ailəsi ilə birlikdə 
Bakı  şəhərinə  köçmüş,  1974-cü  ildə 
Nizami  rayonundakı  220  saylı  orta 
məktəbi  bitirmişdir.  1975-ci  ildə  Le-
ninqrad  vilayətinin  Viborq  şəhərində 
yerləşən  Mülki  Aviasiya  Məktəbinə 
daxil  olmuşdur.  1978-ci  ildə  təhsilini 
başa vurub, Azərbaycan Hava Yolları-
nın Zabrat Aviasiya Şirkətində texnik-
mexanik  kimi  AN-2  təyyarəsində 
əmək  fəaliyyətinə  başlamışdır.  İdma-
nın ağır atletika növü ilə məşğul olan 
Ərəstun Azərbaycanda,  keçmiş  SSRİ 
məkanında və eləcə də bir sıra xarici 
ölkələrdə keçirilən mötəbər yarışların 
iştirakçısı olmuş, müxtəlif mükafatla-
ra layiq görülmüşdür.
Mahmudov  1989-cu  ildə  Omsk 
şəhərində ixtisasartırma kursu keçmiş, 
Mİ-2 vertolyotunun bort-mexaniki ol-
muşdur.  O,  özünü  işgüzar  və  aviasi-
ya texnikasını yaxşı bilən mütəxəssis 
kimi  tanıtmış  və  1990-cı  ildə  Ukray-
nanın  Kremençuq  şəhərinə  növbəti 
ixtisasartırma kursuna göndərilmişdir. 
Bundan  sonra  Ərəstun  Mİ-8  vertol-
yotunun bort-mexaniki təyin edilmiş-
dir. Daha sonra o, Dağlıq Qarabağ və 
Ermənistanla  həmsərhəd  olan  rayon-
larda döyüş əməliyyatı keçirən ekipa-
jın tərkibinə daxil edilmişdir.
O,  Mİ-8  vertolyotunun  heyəti  ilə 
dəfələrlə döyüş bölgələrinə ezam edil-
miş,  dinc  əhalinin  köçürülməsində, 
döyüş  bölgələrinə  ərzaq  və  müəyyən 
ləvazimatın  çatdırılmasında  yaxından 
iştirak etmişdir.
Cəbhə bölgələrinə son uçuşu 1992-
ci  il  yanvar  ayının  28-də  olmuş, Ağ-
dam və Şuşa marşrutu üzrə yerli əhalini 
daşıyarkən  Mİ-8  vertolyotu  erməni 
yaraqlıları tərəfindən raketlə vurulmuş 
və o, bütün heyətlə birlikdə həlak ol-
muşdur. Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Preziden-
tinin 25 noyabr 1992-ci il tarixli 337 
saylı Fərmanı ilə Mahmudov Ərəstun 
İspəndi  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 
verilmiş,  Bakı  şəhərinin  Şəhidlər  Xi-
yabanında  dəfn  edilmişdir.  Oxuduğu 
220  saylı  orta  məktəbə  qəhrəmanın 
adı  verilmiş,  yaşadığı  binanın  önünə 
xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin əməkdaşlarına “Azərbaycanın 
Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Mahmudov Ərəstun İspəndi oğlu – 
Mİ-8 vertolyotunun mexaniki – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə] : Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 25 noyabr 1992-ci il  [Mətn]//Azərbaycan Respublikası Ali Sovetinin 
Məlumatı.- 1992.- № 22.- S. 68.- (ölümündən sonra).
Əsgərov, V. Mahmudov Ərəstun İspəndi oğlu /V.Əsgərov //Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı,2005.- S.127.
Mahmudov Ərəstun İspəndi oğlu [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları: 
biblioqrafiya /tərt. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxana-
sı.- Bakı, 2008.- S.128.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
23
Milli Qəhrəman


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə