Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə21/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   17   18   19   20   21   22   23   24   ...   138

51
Milli Qəhrəmanlar 
50 
illiyi
İNQiLAB İSMAYILOV 
1962-1992
FEVRAL
İnqilab  Ələkbər  oğlu  İsmayılov 
1962-ci  ildə  fevral  ayının  24-də  Xo-
calı  şəhərində  anadan  olmuşdur.  O, 
1979-cu ildə burada məktəbi bitirmiş-
dir. 1981-ci ildə ordu sıralarına çağırıl-
mışdır. 1984-cü ildə Xarkov şəhərində 
xidmətini  başa  vuraraq  doğma  yurdu 
Xocalıya  dönür.  1990-cı  ildə  burada 
polis nəfəri kimi işə düzəlir.
1992-ci  ilin  fevralın  25-26-da 
erməni  işğalçıları  Xocalı  soyqırımı 
törədilən zaman İnqilab döyüşə atılır. 
Bir neçə erməni yaraqlısını məhv edən 
döyüşçü  yerli  sakinləri  təhlükəsiz 
əraziyə  çıxarır.  Daha  sonra  İnqilab 
Ağdamda Daşbaşı yüksəkliyini qorun-
masında, ermənilərin buraya dəfələrlə 
hücumunun  qarşısının  alınmasında 
yaxından iştirak etmişdir. 
1992-ci  il  iyun  ayının  12-də 
ermənilər  ərazimizə  6  dəfə  hücum 
etsələr də məğlub olub geri çəkildilər. 
Azərbaycanın mərd oğulları düşmənin 
6  postunu  tam  məhv  etdi.  Bu  ağır 
döyüşlərdə  İnqilab  İsmayılov  da  bu 
qələbəni qanı ilə yazdı.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  8  oktyabr  1992-ci  il  tarixli 
264  saylı  Fərmanı  ilə  İsmayılov  İn-
qilab  Ələkbər  oğlu  ölümündən  sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür. 
Azərbaycanın  Milli  Qəhrəmanı 
İnqilab  İsmayılovun  adını  Bakının 
Xətai rayonundakı küçələrdən biri da-
şıyır, həmin küçədə qəhrəmanın xatirə 
lövhəsi vurulub.
Ə d ə b i y y a t
İsmayılov, İ. Ana dərdi [Mətn] : [İnqilab İsmayılova ithafən anası Ceyran xanımın söylədiyi baya-
tılardan ibarət eyni adlı kitab haqqında] /İ.İsmayılov //Bakı.-1996.-1 mart.-S.4.
Məmmədağa, C. Bir ocağın alovları [Mətn] /C.Məmmədağa, Ş.Rüstəm //Bakı.-1997.-S.95.
Hüseynov, S. İsmayılov İnqilab Ələkbər oğlu [Mətn] //Hüseynov S. Xocalıya qayıdacayıq .-Bakı, 
1999.- S.11-12.
Əsgərov, V. İsmayılov İnqilab Ələkbər oğlu [Mətn] //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları 
.- Bakı, 2005.- S.106-107.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
24
Milli Qəhrəman


52
Milli Qəhrəmanlar 
60 
illiyi
ELMAN HÜSEYNOV 
1952-1993
FEVRAL
Elman 
Süleyman 
oğlu                                                  
Hüseynov  1952-ci il fevral ayının 28-
də  Tərtər rayonunun Azadqaraqoyun-
lu  kəndində  anadan  olmuşdur.  1958-
1968-ci illərdə Azadqaraqoyunlu kənd 
orta  məktəbində  orta  təhsil  almışdır. 
1968-ci ildə Azərbaycan Dövlət Poli-
texnik  İnstitutunun  hidro-meliorasiya 
fakültəsinə  qəbul  olmuş,  1973-cü 
ildə mühəndis ixtisası alaraq təhsilini 
başa vurmuşdur. 1973-1975-ci illərdə 
Gürcüstanın Axalkalaki şəhərində ley-
tenant  rütbəsində  zabit  kimi  xidmət 
etmişdir.  1980-1982-ci  illərdə  Bakı 
Ali  Partiya  Məktəbində  təhsil  almış-
dır.  1982-1985-ci  illərdə  Tərtər  ra-
yon Xalq Nəzarəti Komitəsinin sədri, 
1985-1988-ci  illərdə  Tərtər  rayon 
Xalq  Deputatları  İcraiyyə  Komitəsi 
sədrinin müavini, 1988-1990-cı illərdə 
Tərtərçay  hidroqovşağı  İstismar 
İdarəsinin  rəisi,  sonra  isə  rayon  Par-
tiya  Komitəsində  məsul  vəzifələrdə 
çalışmışdır.  Dəfələrlə  rayon  sovetinə 
deputat seçilmişdir. Nazirlər Kabineti 
nəzdində Xalq Təsərrüffatı İdarəetmə 
İnstitutunu fərqlənmə diplomu ilə bi-
tirmişdir.
1991-ci ildə könüllü olaraq Tərtərin 
müdafiəsi  üçün  tabor  yaradılması  ilə 
bağlı  Müdafiə  Nazirliyinə  müraciət 
etmiş, 1991-ci ilin sentyabrında Tərtər 
özünümüdafiə  qərərgahının  rəisi, 
1991-ci  ilin  noyabrında  Tərtər  ərazi 
özünümüdafiə  batalyonunun  koman-
diri  təyin  olunmuşdur.  Ağdərə  rayo-
nunun və ətraf yaşayış məntəqələrinin 
düşməndən azad olunmasında fəal işti-
rak etmişdir. Şəxsi şücaəti və rəhbərliyi 
altında keçirilmiş döyüş əməliyyatları 
nəticəsində  düşmənin  xeyli  canlı 
qüvvəsi  və  texnikası  məhv  edilmiş-
dir. Döyüşlərdə iki dəfə yaralanmışdır. 
1993-cü il yanvar ayının 14-də Vəng 
yüksəkliyi  uğrunda  gedən  döyüşdə 
qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan  Respublikası  Prezi-
dentin  15  yanvar  1995-ci  il  fərmanı 
ilə  ölümündən  sonra  “Azərbaycanın 
Milli  Qəhrəmanı”  adına  layiq  görül-
müşdür. Tərtər rayonunun Qaraqoyun-
lu  kəndində  dəfn  edilib,  adına Tərtər 
rayonunda küçə var. Tərtər rayonunda 
qəhrəmanın büstü ucaldılıb.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında [Mətn]: [Hüseynov 
Elman Süleyman oğlu – mayor – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçıların-
dan müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi 
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə 
yetirilməsindəki misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezi-
dentinin Fərmanı, 15 yanvar 1995-ci il //Azərbaycan.- 1995.- 17 yanvar.- S.1.- 
(ölümündən sonra).
Ölməzlik [Mətn] : [Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynov haqqında] 
/Ə.Qonaq.- Bakı: Hüquq ədəbiyyatı, 2000.- 91 s.
 Əsgərov, V. Hüseynov Elman Süleyman oğlu [Mətn] //V.Əsgərov Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 86.
Seyidzadə, M. Hüseynov Elman Süleyman oğlu [Mətn] //Seyidzadə, M. Milli 
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 92.
İ n t e r n e t d ə
www.az.wikipedia.org, 
www.azersayt.com, 
www.lent.az
28
Milli Qəhrəman


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə