Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə22/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   18   19   20   21   22   23   24   25   ...   138

53
Siyasət.Hərbi iş
280 
illiyi
CORC VAŞİNQTON  
1732-1799
FEVRAL
Corc  Vaşinqton  1732-ci  il  fevral 
ayının 22-də Virciniya ştatının Briçes-
Krik şəhərində varlı plantasiya sahibi 
ailəsində anadan olmuşdur. 16 yaşın-
dan  yerölçən  işləməyə  başlamışdır. 
1753-1754-cü illərdə Virciniya üsyan-
çı ordusu dairələrindən birinə koman-
dirlik etmişdir. 1759-cu ildə polkovnik 
rütbəsində istefaya çıxmış, 1759-1774-
cü  illərdə  Virciniya  qanunvericilik 
məclisinin deputatı olmuşdur. 1775-ci 
il  iyunun  15-də  üsyançı  ordunun  baş 
komandanı  seçilən  Vaşinqton  nizami 
ordu yaratmağa nail olmuş və partizan 
dəstələri  ilə  birlikdə  İngiltərənin  ni-
zami qoşunlarını məğlubiyyətə uğrat-
mışdır.  1787-ci  ildə  onun  sədrliyi  ilə 
ABŞ Konstitusiyası hazırlanmışdı. O, 
həm  də  ABŞ-da  ikipartiyalı  sistemin 
yaradıcılarındandır.  Vaşinqton  Böyük 
Fransa inqilabının başlanmasını alqış-
lamış, lakin onun genişlənməsinə eh-
tiyatla yanaşmışdır. Köləliyin tədricən 
ləğvi tərəfdarı olmuş və şəxsən özünə 
məxsus  qulların  azad  edilməsini 
vəsiyyət etmişdir. 
Vaşinqton  tarixə  Şimali  Amerika-
nın istiqlaliyyəti uğrunda mübarizədə 
mütərəqqi  xadim  kimi  daxil  olmuş-
dur.  Bununla  belə,  o,  varlı  siniflərin 
mənafeyinin  ifadəçisi  olaraq  qalmış 
və  beləliklə  burjua  inqilabçısına  xas 
olan  məhdudluqdan  yaxa  qurtara 
bilməmişdir.  Vaşinqton  Şeys  üsyanı-
nın (1786-1787) yatırılmasına başçılıq 
etmişdir. 
Corc Vaşinqton Amerika Birləşmiş 
Ştatlarının ilk prezidenti (1789-1797) 
olmuşdur. Prezident olduğu müddətdə 
Vaşinqton çalışırdı ki, bütün ştatları va-
hid hakimiyyət ətrafında sıx birləşdirsin 
və əhalidə azadlığa məhəbbətlə yanaşı 
qanunlara hörmət aşılasın. Bu, heç də 
asan başa gəlmirdi. Bir sıra qüvvələr 
Amerika  ştatlarının  müstəqilliyinin 
genişlənməsini  istəyir  və  Vaşinqto-
nun təmsil etdiyi mərkəzi hakimiyyətə 
qarşı  çıxırdılar.  1793-cü  ildə  ikinci 
dəfə  ABŞ  prezidenti  seçilən  Vaşinq-
ton  andiçmə  mərasimindəki  nitqində 
fəxrlə dedi ki, Konstitusiya qaydaları 
Amerika torpağında kök salmışdır. İlk 
ABŞ prezidenti ölkəsinin istənilən xa-
rici  dövlətlə  hərbi  və  ya  siyasi  ittifa-
qının əleyhinə idi. O, xarici ölkələrlə 
əlaqələrin  yalnız  iqtisadi  zəmində 
qurulmasının tərəfdarı idi. İkinci pre-
zidentlik müddəti başa çatarkən Corc 
Vaşinqtonun nüfuzu kifayət edirdi ki, 
prezidentliyini davam etdirsin. Ölkədə 
qarışıqlıq  yaranacağından  ehtiyatla-
nan bəzi siyasətçilər ona hakimiyyətdə 
qalmağı təklif edirdilər. Lakin Vaşinq-
ton istefaya çıxdı və beləliklə, ABŞ-da 
prezidentlik  hakimiyyətinin  könüllü 
təhvil  verilməsi  ənənəsinin  əsasını 
qoydu. O, 1799-cu il dekabr ayının 14-
də Maunt-Bernonda vəfat etmişdir.
Ə d ə b i y y a t
Babayev, B. Corc Vaşinq-
ton [Mətn] /B.Babayev, 
R.İsmayılov.- Bakı: Yeni 
Nəsil, 2001.- 14 s.
Vaşinqton Corc [Mətn] //
Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı, 
1978.- C. 2.- S. 425.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
22
Dövlət xadimi


54
Siyasət.Hərbi iş
95 
illiyi
MƏMMƏDŞƏRİF 
HƏMİDOV 
1917-1962
FEVRAL
Məmmədşərif  Həbibulla  oğlu 
Həmidov 1917-ci il fevra aylının 23-
də Şəki şəhərində anadan olmuşdur. 
O,  1929-cu  ildən  Nuxanın  (Şəki) 
İpəksarma  müəssisələrində,  1937-
1940  illərdə  Şəki  komsomol  və  par-
tiya  komitələrində  işləmişdir.  1940-
cı  ildən  sovet  ordusunda  xidmət 
etmişdir. Böyük Vətən müharibəsində 
vzvod  komandirinin  köməkçisi,  ba-
talyon  qərargahının  rəisi,  diviziya 
qərargah əməliyyatının bölmə rəisinin 
köməkçisi olmuşdur.
M.Həmidov  1945-ci  ildə    Ali  za-
bitlər  məktəbini  bitirmişdir.  Hərbi 
təhsilini  başa  verdikdən  sonra,  o, 
1949-1956-cı  illərdə  Xaçmaz  rayon 
hərbi komissarlığında şöbə rəisi, 1956-
1960-cı illərdə Bakı şəhəri Hərbi Ko-
missarı vəzifələrində çalışmışdır. 
O,  1960-cı  ildə  ADU-nun  Tarix 
fakültəsini  bitirmişdir.  1960-1969-cu 
illərdə Azərbaycanın Hərbi Komissarı 
olmuşdur.
Məmmədşərif  Həmidov  2-ci  də-
rəcəli  “Vətən  müharibəsi”  ordeni,  2 
“Qırmızı Ulduz” ordeni və medallarla 
təltif edilmişdir. 
Hərbi xadim, general-mayor Məm-
mədşərif  Həbibulla  oğlu  Həmidov 
1962-ci ildə vəfat etmişdir. Həlak ol-
duğu  yerdə  –  Goranboy-Gəncə  avto-
mobil yolu kənarında – xatirə abidəsi 
qoyulmuşdur.  Bakı  şəhərində  adına 
küçə, gəmi, Şəkidə isə məktəb var.
Ə d ə b i y y a t
Bəşarət. Nəsillərə nümunə 
[Mətn] /Bəşarət //Gələrsən-
görərsən.- 2008.-№ 3.-
S.58-59.
İ n t e r n e t d ə
www.google.az 
23
Hərbi xadim


55
Teatr.Kino.Estrada.Sirk 
100 
illiyi
MƏHƏRRƏM HAŞIMOV 
1912-1969
FEVRAL
Məhərrəm  Kazım  oğlu  Haşımov 
1912-ci  il  fevral  ayının  2-də  Bakıda 
anadan olmuşdur. O, Moskvada təhsil 
almış  ilk  azərbaycanlı  rejissorlar-
dan  biridir.  M.Haşımov  1936-cı  ildə 
A.V.Lunaçarski adına Moskva Dövlət 
Teatr  Sənəti  İnstitutunu  bitirmişdir. 
1944-cü  ildə  isə  Azərbaycan  Dövlət 
Gənc Tamaşaçılar Teatrında rejissor və 
baş rejissor işləyib. “Ayaz”, “Xasay”, 
“Qaçaqlar”, “Aydın” və s. tamaşalara 
quruluş vermişdi.
 M.Haşımovun rejissura işinin ikin-
ci  əsas  mərhələsi  onun  fasilələrlə  20 
ildən artıq işlədiyi Azərbaycan Dövlət 
Rus Dram Teatrı ilə bağlıdır. Rejissor 
bu teatra ilk dəfə 1948-ci ildə gəlmiş, 
bir müddət burada direktor və baş re-
jissor kimi fəaliyyət göstərmişdir. Rus 
Dram Teatrının səhnəsi M.Haşımovun 
rejissorluq  məharətinin  hərtərəfli 
görünməsi,  onun  inkişaf  etməsi  üçün 
əsl sənət məkanına çevrildi. 
  1950-ci  ildə  Məhərrəm  Haşı-
mov  Rus  Dram  Teatrının  səhnəsində 
İ.Qasımovun “Xəzər üzərində şəfəq”, 
1957-ci  ildə  C.Cabbarlının  “Aydın”, 
1959-cu ildə M.Y.Lermontovun “Mas-
karad”, 1960-cu ildə A.Arbuzovun “İr-
kutsk əhvalatı”, B.Şounun “Milyonçu 
qadın”, V.Rozovun “Ənənəvi toplantı” 
(1968), N.Hikmətin “Domokl qılıncı” 
(1969) və onlarla digər tamaşalara qu-
ruluş vermişdir.
  Məhərrəm  Haşımov  1951-ci  ildə 
Azərbaycan Dövlət Rus Dram Teatrı-
nın bir qrup yaradıcı heyəti ilə birlikdə 
İmran  Qasımovun  “Xəzər  üzərində 
şəfəq”  tamaşasına  görə  SSRİ  Dövlət 
mükafatına layiq görülmüşdü.
M.Haşımov  1951-1956-cı  illərdə 
Azərbaycan  Dövlət  Opera  və  Balet 
Teatrında,  1960-1965-ci  illərdə  isə 
“Azərbaycanfilm”  kinostudiyasında 
direktor  vəzifəsində  çalışmışdır.  Ki-
nostudiyadan  uzaqlaşdığı  vaxtlarda 
Dövlət  Rus  Dram  Teatrına  qayıtmış-
dı. 1966-cı ildə o, növbəti dəfə teatra 
gəldi və baş rejissor işləməyə başladı.
1969-cu ildə isə Məhərrəm Haşımov 
SSRİ və dünya klassikası nümunələri 
əsasında  hazırladığı  səhnə  əsərlərinə 
görə “M.F.Axundov adına Respublika 
mükafatı”na layiq görülmüşdür.
Azərbaycanın  Xalq  artisti,  rejissor 
Məhərrəm Kazım oğlu Haşımov 1969-
cu il mayın 2-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Zeynalov, P. Ədəbi sənət 
ücün istedadlı rejissor 
[Mətn] : [Məhərrəm 
Haşımovun ölümündən 
40 il kecir] /P.Zeynalov //
Mədəniyyət.-2009.-13 may.-
S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
2
Rejissor


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə