Redaksiya heyəTİ: Baş redaktor


Teatr.Kino.Estrada.Sirk  85



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə23/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   19   20   21   22   23   24   25   26   ...   138

56
Teatr.Kino.Estrada.Sirk 
85 
illiyi
LÜTFİ MƏMMƏDBƏYOV 
1927 - 2004
FEVRAL
Lütfi  Şahbaz  oğlu  Məmmədbəyov 
1927-ci  il  fevral  ayının  6-da  Ağdaş 
rayonunda anadan olmuşdur. O, Bakı-
dakı 29 saylı orta məktəbi bitirdikdən 
sonra 1943-1947-ci illərdə Teatr texni-
kumunda təhsil almışdır.
1947-ci  ildə  bir  müddət  Musi-
qili  Komediya  Teatrında  fəaliyyət 
göstərmişdir. Bu teatr müvəqqəti ola-
raq bağlandığından Gənc Tamaşaçılar 
Teatrının  truppasına  daxil  olmuşdur. 
1953-cü  ildən  26-lar  Mədəniyyət  sa-
rayında  Xalq  teatrına  rəhbərlik  edən 
L.Məmmədbəyov onlarla gənc aktyo-
ru sənətə gətirmişdir. Hələ sağlığından 
bu xalq teatrı Lütfi Məmmədbəyovun 
adını daşımışdır.
Lütfi  Məmmədbəyov  1960-1966-
cı illərdə M.Əliyev adına Azərbaycan 
Dövlət  Teatr  İnstitutunun  Rejissor-
luq  fakültəsində  təhsil  almışdır.  O, 
SSRİ  Xalq  artisti,  professor  Mehdi 
Məmmədbəyovun rejissorluq kursunu 
bitirmişdir.
Tələbəlik  illərindən  başlayaraq 
Musiqili  Komediya  Teatrında,  Gənc 
Tamaşaçılar  Teatrında  aktyor  kimi 
fəaliyyət  göstərmişdir.  1961-ci  ildən 
Akademik Milli Dram Teatrında əvvəl 
aktyor, daha sonralar isə quruluşçu re-
jissor kimi ömrünün sonunadək orada 
çalışmışdır. 
A.Ostrovskinin “Günahsız müqəs-
sirlər”  (Neznamov)  Sabit  Rəhmanın 
“Xoşbəxtlər” (Sadiq və Mürşid) “Toy” 
tamaşasında  (Surxay) rollarının mahir 
ifaçısı olmuşdur.
Milli  Dram  Teatrının  səhnəsində 
bir neçə tamaşanın “Çarəsiz dələduz” 
(R.Viviani), “Məhəbbət yaşadır”, “Qi-
sas  qiyamətə  qalmaz”  (N.Hacızadə), 
“Əcəb  işə  düşdük”  (Ş.Qurbanov), 
“Bağ qonşuları” (H.Vahid) və s. quru-
luşçu rejissoru olmuşdur.
 Eyni zamanda televiziyada altmış-
dan çox tamaşa hazırlamışdır. “Kəllə” 
(N.Vinner),  “Balaca  şahzadə”  (Ekzü-
peri),  “Polkovnik  Şater”  (O.Balzak), 
“Tufan”  (A.Moravi),  “Son  yarpaq” 
(O.Henri),  “Alov”  (M.  Hüseynzadə), 
“Göz  həkimi”  (İ.Səfərli),  “Atayevlər 
ailəsi”  (İ.Əfəndiyev),  “Kimdir  mü-
qəssir”,  “Vicdan”  (B.Vahabzadə), 
“Qırmızı  yaylıqlı  qovağım  mənim”, 
“Köşək  gözlü”,  (Ç.Aytmatov)  və  s., 
çoxseriyalı  “Yad  qızı”  və  12  seriyalı 
“İtkin Gəlin” telefilmlərini çəkmişdir. 
L.Məmmədbəyov 
həm 
də 
Azərbaycan  Dövlət  İncəsənət  və 
Mədəniyyət  Universitetinin  professo-
ru olmuşdur. Teatr və kino sahəsində 
xidmətlərinə  görə  orden  və  medal-
larla  təltif  olunmuşdur.  1991-ci  ildə 
Azərbaycanın Xalq artisti adına, 1997-
ci ildə “Qızıl Dərviş” mükafatı laureatı 
adına layiq görülmüşdür.
Lütfi Məmmədbəyov 1 fevral 2004-
cü ildə Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Fərəcova, Z. Sənətə 
sevgi ilə [Mətn]: Sevil 
Məmmədbəyova həyat 
yoldaşı Lütfi Məmmədbəyov 
haqqında / Z. Fərəcova // El. 
- 2008. - № 6. - S. 26-35.
Mehdixanlı, T. Qayğıkeş in-
san, pedaqoq və teatr xadimi 
[Mətn] /Telman Mehdixanlı 
//Azərbaycan.-2011.-3 iyun.-
S.7.
6
Rejissor


57
Musiqi.Opera.Balet 
60  
illiyi
ELDAR MANSUROV 
1952
FEVRAL
Eldar  Bəhram  oğlu  Mansurov 
1952-ci il fevral ayının 28-də Bakıda 
İçərişəhərdə  musiqiçi  ailəsində  ana-
dan  olmuşdur.  1968-1972-ci  illərdə 
Asəf  Zeynallı adına orta ixtisas musiqi 
məktəbinin fortepiano sinfində, 1974-
1979-cu  illərdə  Üzeyir  Hacıbəyov 
adına  Azərbaycan  Dövlət  Konserva-
toriyasının  bəstəkarlıq  fakültəsində 
professor  Cövdət  Hacıyevin  sinfində 
təhsil alıb. 
Eldar Mansurov “Yeddi gözəl” rok-
operası, “Kleopatra” və “Olimp” rok-
baletləri, “Bəhramnamə” – tar, simfo-
nik orkestr və rok qrupu üçün musiqi 
(2004),  “Simfonik  rəqslər”  (2010),  5 
simfoniya,  “Mahur-Hindi”  simfonik 
muğamı,  skripka  və  simfonik  orkestr 
üçün konsert, bir çox simfonik, kame-
ra və xor əsərlərinin müəllifidir. O, bir 
sıra  filmlərə  və  tamaşalara  musiqilər 
bəstələyib,  3000-dən  artıq  mahnı  və 
instrumental musiqinin müəllifidir. 
Şair  Vahid  Əzizin  sözlərinə  yazıl-
mış  “Bayatılar”  bu  günə  kimi  ən  se-
vimli  mahnılar  sırasındadır.  O  vaxt-
dan  indiyədək  bu  uzunömürlü  mahnı 
dünyanı  gəzir.  “Bayatılar”ın  musiqisi 
Türkmənistan,  Rusiya,  Türkiyə,  Yu-
nanıstan, Almaniya,  Italiya,  İspaniya, 
Fransa,  Rumıniya,  Bosniya,  Xorva-
tiya,  ABŞ,  İngiltərə,  İsveç,  Kanada, 
ərəb  ölkələri,  hətta  uzaq  Braziliyada 
da müxtəlif ifaçılar tərəfindən istifadə 
edilib. 
1983 və 1987-ci illərdə Səmərqənd 
şəhərində  keçirilən  Beynəlxalq  sim-
poziumda  muğamların  tarixi  üzrə 
məruzələrlə çıxış edib.
E.Mansurov  1981-ci  ildən  SSRİ, 
sonralar  isə  Azərbaycan  Bəstəkarlar 
İttifaqının, 1999-cu ildən Azərbaycan 
Kinematoqrafçılar İttifaqının üzvü se-
çilmişdir. 
Eldar  Bəhram  oğlu  Mansurov 
2005-ci ildə “Əməkdar incəsənət xadi-
mi” fəxri adına layiq görülmüşdür. O, 
2007-ci ildən Azərbaycan Bəstəkarlar 
İttifaqının idarə heyətinin katibidir.
Ə d ə b i y y a t
Mansurov, E. Gənc 
bəstəkarlar öz musiqimizi 
xarici modellərə qurban 
verirlər [Mətn] : müsahibə 
/E.Mansurov //Olaylar.-
2011.-18 yanvar.-S.11.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
28
Bəstəkar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə