Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə26/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   22   23   24   25   26   27   28   29   ...   138

64
Milli ədəbiyyat 
75 
illiyi
FƏRMAN KƏRİMZADƏ 
1937-1989
MART
Fərman  İsmayıl  oğlu  Kərimzadə 
1937-ci  il  mart  ayının  3-də  Qərbi 
Azərbaycanın  Vedibasar  rayonunun 
Böyük Vedi  kəndində  anadan  olmuş-
dur.
1944-1951-ci illərdə ibtidai təhsilini 
doğulduğu  kənddə  almışdır.  Lakin 
1948-ci  il  deportasiyası  ilə  əlaqədar 
orta  məktəbi  1954-cü  ildə  Beyləqan 
rayonunun  Şahsevən  kəndində  bitir-
mişdir. 
1948-ci ildə başlanan deportasiya-
da onun da nəsli, el-obası sürgünlərə, 
səs-küysüz  soyqırımlara  düçar  oldu. 
Fərman Kərimzadə də bu taleyi – qaç-
qınlıq həyatını yaşadı...
O,  1955-1960-cı  illərdə  Əzim 
Əzimzadə  adına  Azərbaycan  Dövlət 
Rəssamlıq məktəbində təhsil almışdır. 
O,  ixtisasına  görə  rəssamdır.  Ölkə-
mizin  müxtəlif  yerlərindən  topladığı 
sənət  nümunələri,  maddi-mədəniyyət 
abidələrinin  qorunub  öyrənilməsi, 
qədim əşyalar, silah və alət növləri ya-
zıçıya  tarixi  qəhrəmanların  həyatını, 
məişətini, mübarizəsini canlandırmaq-
da  kömək  etmişdir.  Abbasqulu  bəy 
Şadlinskinin ev-muzeyinin açılmasın-
da, Şadlinski ilə bağlı sənədlərin top-
lanmasında  yaxından  iştirakına  görə 
(Şadlinskinin  100  illiyi  günlərində) 
Naxçıvan MSSR Mədəniyyət Nazirli-
yinin Fəxri Fərmanı ilə mükafatlandı-
rılmışdır.
 1965-1967-ci illərdə isə Moskvada 
Ümumittifaq Kinematoqrafiya İnstitu-
tunun Ssenari fakültəsinin ikiillik kur-
sunu bitirmişdir.
O, 1968-ci ildə Azərbaycan Yazıçı-
lar Birliyinin üzvü seçilmişdir.
Yazıçının ədəbi fəaliyyətində “Çal-
dıran  döyüşü”,  “Xudafərin  körpüsü” 
tarixi əsərləri, “Təbriz namusu”, “Qoca 
qartalın ölümü”, “Sonuncu eksponat”, 
“Ömrümüz-günümüz”,  “Heykəl  dilə 
gəlir”,  “Qarlı  aşırım”  əsərləri  xüsusi 
yer tutur. 
Yazıçı  Fərman  Kərimzadə  əsərləri 
və “Qarlı aşırım” romanı əsasında re-
jissor Kamil Rüstəmbəyovun 1971-ci 
ildə elə yazıçının öz ssenarisi əsasında 
ekranlaşdırdığı “Axırıncı aşırım” filmi 
oldu.  Bu  film Azərbaycan  kinosunun 
şah əsərlərindən biridir.
Ancaq illər keçsə də Vedini unuda 
bilməyən yazıçı Ağrı dağının ağrıları-
nı  ürəyində  daşıyaraq,  1988-1989-cu 
illərdə o qara günləri yenidən yaşadı. 
Bu  dəfə  dərd  batmanla  gəldi. Vedidə 
bir nəfər də azərbaycanlı qalmadı. 
F.Kərimzadənin Vətənə olan sevgisi 
bir özgə sevgi idi. Bəlkə də buna görə 
o,  xalqının  başına  gələn  fəlakətlərin 
kökünü  keçmişdə  axtarırdı.  Baharda 
dünyaya  gələn  sənətkar  elə  baharda 
da 1989-cu il mayın 17-də dünyasını 
dəyişdi.
Ə d ə b i y y a t
Kərimzadə, F. Seçilmiş 
əsərləri: 5 cilddə [Mətn].- 
Bakı: Ağrıdağ, 2002-2005.- 
Xudafərin körpüsü [Mətn]: 
roman C.I .- 390 s.; Çaldı-
ran döyüşü: roman C.II.- 
2002.-326 s.; Təbriz namusu 
[Mətn]: roman 2005.- C.IV 
.- 320 s.
Paşayev, Q. Deyilən söz ya-
digardır... [Mətn]: [müəllifin 
Azərbaycan ədəbiyyatının 
görkəmli nümayəndələri 
N.Rəfibəyli, N.Arif və 
F.Kərimzadə haqqında çı-
xışları] //Ədəbiyyat qəzeti.- 
2009.- 24 yanvar.- S.4.
Vahid, T. “Qarlı aşırım”dan 
“Axırıncı aşırım”a doğru 
[Mətn]: [yazıçı Fərman 
Kərimzadə haqqında] //
Mədəniyyət.- 2011.- 2 mart.- 
S.13.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
 www. adam.az 
3
Yazıçı


65
Milli ədəbiyyat 
65  
illiyi
VAQİF ARZUMANLI 
1947
MART
Vaqif Minad oğlu Arzumanlı 1947-
ci il mart ayının 5-də Quba rayonunun 
Söhüb kəndində anadan olmuşdur.
1953-cü  ildə  Xaçmaz  rayonunda 
orta məktəbdə ibtidai təhsilə başlamış, 
1964-cü ildə 2 saylı Xudat şəhər onbi-
rillik məktəbini qızıl medalla bitirmiş-
dir.
1964-1969-cu  illərdə  Azərbaycan 
Dövlət  Universitetinin  Filologiya 
fakültəsində  təhsil  almışdır.  1969-cu 
ildə Azərbaycan SSR Ali və Orta İx-
tisas Təhsili Nazirliyinin göndərişi ilə 
vaxtilə  oxuduğu  Xudat  şəhər  2  saylı 
onbirillik  məktəbdə  dil-ədəbiyyat  və 
tarix müəllimi kimi pedaqoji fəaliyyətə 
başlayır.  Arzumanlı  1970-1972-ci 
illərdə  Azərbaycan  EA  Nizami  adı-
na  Ədəbiyyat  İnstitutunun,  SSRİ  EA 
M.Qorki  adına  Dünya  Ədəbiyyatı 
İnstitutunun  və  Litva  EA-nın  Dil  və 
Ədəbiyyatı İnstitutunun, 1979-cu ildə 
Azərbaycan Yazıçılar və 2000-ci ildən 
isə Azərbaycan  Jurnalistlər  Birliyinin 
üzvü seçilmişdir. 
1984-cü 
ildə 
“Azərbaycan-
Pribaltika ədəbi əlaqələri” mövzusun-
da dissertasiya müdafiə edərək filolo-
giya elmləri doktoru alimlik dərəcəsi, 
1991-ci ildə professor adı almışdır.
Vaqif  müəllim  1992-ci  ildə 
Azərbaycan  EA  Milli  Münasibətlər 
İnstitutunun direktoru seçilmişdir.
2000-ci  ildə  Azərbaycan  EA 
Beynəlxalq  Münasibətlər  İnstitutu-
nun  “Avropa  ölkələri”  şöbəsinin  mü-
diri, Azərbaycan  MEA  Nizami  adına 
Ədəbiyyat İnstitutunun “Xarici ölkələr 
ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin 
müdiri seçilmişdir. O həmçinin “Ədəbi 
əlaqələr”  toplusunun  baş  redaktoru, 
“Prometey” elmi-ədəbi-bədii, ictimai-
siyasi,  beynəlxalq  jurnalın  redaksiya 
şurasının üzvü seçilmişdir. 
“Qızıl Qələm” mükafatına layiq gö-
rülmüş  professor  2007-ci  ildə  Dünya 
Azərbaycanlıları Konqresi (DAK) Re-
gionlararası Koordinasiya Mərkəzinin 
sədr müavini seçilmişdir.
Professor  Dünya  Azərbaycanlıları 
Mədəniyyət  Mərkəzinin  (DAAM) 
növbəti  qurultay  səlahiyyətli  konf-
ransında  yenidən  DAAM-in  vitse-
prezidenti seçilmişdir. 
Vaqif  Arzumanlının  elmi  fəaliy-
yətinin ən səmərəli bəhrəsi onun kitab, 
elmi əsər və monoqrafiyalarıdır. Onun 
Baltikyanı  ölkələrlə  Azərbaycanın 
ədəbi əlaqələr sahəsində, millətlərarası 
münasibətlər,  Qarabağ  məsələlərinin 
həlli  sahəsində  gördüyü  işlər  təq-
dirəlayiqdir. 
Vaqif Arzumanlı  Litva  və  Belorus 
Respublikaları Ali  Sovetlərinin  Fəxri 
Fərmanları  ilə  təltif  olunmuşdur.  O, 
Milli Qəhrəman Əlif Hacıyev adına və 
görkəmli  türkoloq  Bəkir  Çobanzadə 
adına  Beynəlxalq  mükafatlara  layiq 
görülmüşdür. 
Ə d ə b i y y a t
Çanaqqalada döyüşən 
Azərbaycan türkləri [Mətn] 
/V.Arzumanlı //Reytinq.- 
2009.- 29 mart.- S.12.
Dünya Azərbaycanlılarının 
birliyi müstəqil Azərbaycan 
dövlətinin güclənməsi, 
nüfuzunun artması deməkdir 
[Mətn] /V.Arzumanlı //Azər-
baycan müəllimi.- 2007.- 29 
dekabr.- S.10. 
N.Nərimanov barədə yeni 
faktlar [Mətn] /V.Arzumanlı 
//Bakı xəbər.- 2010.- 12 
aprel.- S.15.
Qafqaz İslam Ordusu və 
Azərbaycanın erməni-
bolşevik işğalından 
təmizlənməsi [Mətn] 
/V.Arzumanlı // Xalq qəzeti.- 
2008.- 16 sentyabr.- S.7. 
Türk dünyası və “Böyük 
Ermənistan” xülyası [Mətn] 
/V.Arzumanlı, X.Baxşəliyeva; 
elmi red. M.Qasımlı; ön söz 
müəl. H.Çetin.- Bakı, 2008.- 
238 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org 
www.elibrary.az
5
Ədəbiyyatşünas


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə