Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə28/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   24   25   26   27   28   29   30   31   ...   138

68
Xarici ədəbiyyat 
90 
illiyi
FƏTHİ XOŞGİNABİ 
1922-1989
MART
Həmzə  Fəthi  Əli  oğlu  Xoşgi-
nabi  1922-ci  il  mart  ayının  22-də 
Təbriz  şəhərinin  100  kilometrliyində 
yerləşən Xoşginab qəsəbəsində kəndli 
ailəsində anadan olmuşdur. İlk təhsilini 
mədrəsədə  alan  Həmzə  Fəthi  1  il 
məktəbdə təhsil aldıqdan sonra on beş 
yaşında ailənin ağır vəziyyəti üzündən 
doğma yurdu tərk edib, İranın müxtəlif 
şəhərlərində fəhləlik etmişdir.
Ədəbi fəaliyyətinə gənc yaşlarından 
başlamışdır. 1941-ci ildən etibarən şeir 
və  məqalələri  dövri  mətbuatda  dərc 
olunmağa başlamışdır.
1941-1946-cı illərdə Cənubi Azər-
baycanda  milli  hərəkat  dövründə 
Xoşginabi  Azərbaycan  Demok-
rat  Partiyasının  fəal  üzvü  kimi  Gü-
ney  Azərbaycanın  bir  sıra  şəhər  və 
kəndlərində inqilab ideyalarını təbliğ 
etmiş,  yerli  təşkilatların  yaradılma-
sında,  partiyaya  yeni  üzvlərin  cəlb 
edilməsində mühüm rol oynamışdır. 
  1945-1946-cı  illərdəki  inqilabi 
hərəkat  Xoşginabinin  də  yaradıcılı-
ğında  yeni  bir  mərhələnin  başlanğıcı 
olmuşdur.
Milli hökumətin süqutundan sonra 
Azərbaycana  siyasi  mühacirət  edən 
Həmzə  Fəthi  Bakıda  “Azərbaycan” 
qəzetində  məsul  redaktor  vəzifəsində 
çalışmışdır.  1956-1958-ci  illərdə 
Moskvada Ali  Ədəbiyyat  kurslarında 
təhsil  aldıqdan  sonra  Bolqarıstanda, 
Tacikistanda  fəaliyyət  göstərmişdir. 
1969-cu ildə Moskvaya qayıdaraq öm-
rünün sonunadək SSRİ Elmlər Akade-
miyası  Şərqşünaslıq  İnstitutunda  baş 
elmi işçi vəzifəsində çalışmış və ədəbi 
fəaliyyətini də davam etdirmişdir. 
1989-cu  ildə  Moskvada  vəfat  et-
mişdir. Bakıda dəfn olunmuşdur.
 Bakıdakı küçələrdən biri onun adı-
nı daşıyır.
Ə d ə b i y y a t
Cənubi Azərbaycan Anto-
logiyası [Mətn]: 4 cilddə.- 
Bakı, 1988.- C. 3
Ata; İki qardaş [Mətn] /
Həmzə Fəthi Xoşginabi.- 
Bakı: Yazıçı, 1989.- 288 s.
XX əsr Cənubi Azərbaycan 
ədəbiyyatında demokratik 
ideyalar : (1900-1985-ci 
illər) [Mətn] : məqalələr 
məcmuəsi.- Bakı, 1990.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Nasir


69
Xarici ədəbiyyat 
130 
illiyi
ÇUKOVSKİ KORNEY 
İVANOVİÇ 
1882-1969
MART
Korney İvanoviç Çukovski (əsil adı 
və familiyası Nikolay Vasilyeviç) Kor-
neyçukov 1882-ci il mart ayının 31-də 
Peterburqda anadan olmuşdur.
 5-ci sinifə qədər Odessa gimnazi-
yasında  təhsil  alan  Çukovskini  aşağı 
təbəqədən  olduğu  üçün  məktəbdən 
çıxardırlar. Bundan sonra o, müstəqil 
yolla  təhsil  almışdır.  1901-ci  ildən 
jurnalistliyə  başlamış,  əsasən  rus  ya-
zıçıları  haqqında  oçerklər  yazmışdır. 
1916-cı  ildə  Maksim  Qorki  Çukovs-
kini  “Parus”  nəşriyyatına  işə  dəvət 
etmiş, uşaqlar üçün yazmağı məsləhət 
görmüşdür.
  Çukovskinin  1923-cü  ildə  yazdı-
ğı  “Moydodır”,  1924-cü  ildə  yazdığı 
“Milçək-vizilçək”, 1925-ci ildə yazdı-
ğı “Barmaley”, 1929-cu ildə çap olu-
nan  “Aybolit”  və  s.  əsərləri  rus  uşaq 
ədəbiyyatının  qızıl  fonduna  daxil  ol-
muşdur.
“Nekrasovun 
sənətkarlığı”, 
“Müasirlər”, “ Çexov haqqında” və s. 
əsərləri, bir sıra tərcümələri vardır.
1957-ci ildə filologiya elmləri dok-
toru,  1962-ci  ildən  Oksford  Univer-
sitetinin  fəxri  doktoru,  1962-ci  ildə 
Lenin  mükafatı  laureatı  adına  layiq 
görülmüş,  orden  və  medallarla  təltif 
edilmişdir.
Çukovski  Korney  İvanoviç  1969-
cu il oktyabr ayının 28-də Moskvada 
vəfat etmişdir.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
31
Rus yazıçısı


70
Tarixdə bu gün
20 
illiyi
AZƏRBAYCANIN BMT-yə  
QƏBUL OLUNMASI
1992
MART
1991-ci  il  oktyabr  ayının  29-da 
Azərbaycan  Respublikasının  Ali  Soveti 
Azərbaycanın  müstəqilliyinin  tanınması 
xahişi ilə BMT-yə müraciət qəbul edib.
BMT-nin Baş Assambleyası sovet res-
publikalarının təşkilata qəbulu məsələsini 
dekabrda  müzakirəyə  çıxarsa  da,  həmin 
vaxt  yalnız  üç  Baltikyanı  respublika 
üzvlüyə qəbul edilmişdi. 
Azərbaycanın  və  keçmiş  SSRİ-nin 
digər  respublikalarının  BMT-  yə  qəbulu 
1992-ci il martın 2-də gerçəkləşmişdir.
1992-ci il mayın 6-da isə Azərbaycanın 
BMT  nəzdində  Daimi  Nümayəndəliyi 
açılmışdır. 
Azərbaycan BMT ilə əməkdaşlığın ilk 
günündən başlayaraq BMT platformasın-
dan  beynəlxalq  ictimaiyyətin  diqqətini 
Ermənistan-Azərbaycan 
münaqişəsinə 
cəlb etməyə və BMT-nin potensial imkan-
larından  yararlanaraq  sülh  sazişinin  əldə 
olunmasına çalışmışdır. 
Qeyd  edək  ki,  Birləşmiş  Millətlər 
Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü 
ildə 822, 853, 874, 884 saylı Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyünün  ta-
nınmasına  və  işğal  olunmuş Azərbaycan 
ərazilərinin  qeyd-şərtsiz  azad  edilməsinə 
dair  4  qətnamə  qəbul  edib.  Hazırda 
Azərbaycan  BMT-nin  bir  çox  xüsusi 
qurum  və  orqanları  ilə  fəal  və  səmərəli 
əməkdaşlıq  edir.  Bu  sırada  BMT-nin 
İnkişaf  Proqramı  (BMTİP),  BMT-nin 
Qaçqınlar  üzrə  Ali  Komissarı,  BMT-nin 
Uşaq  Fondu,  BMT-nin  Təhsil,  Elm  və 
Mədəniyyət  Təşkilatı,  Sənaye  İnkişaf 
Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, 
BMT-nin  Qadınlar  Fondu,  Atom  Ener-
jisi  üzrə  Beynəlxalq Agentlik,  Nüvə  Sı-
naqlarının  Hərtərəfli  Qadağan  olunması 
haqqında  Müqavilə  Təşkilatı  və  s.  qeyd 
etmək olar.
1992-1996-cı illər ərzində BMT-nin TŞ-
nın sədri və BMT Baş Katibi Azərbaycan 
Respublikasının ərazi bütövlüyünü, suve-
renliyini təsdiqləyən və münaqişənin sülh 
yolu  ilə  həll  olunmasına yönələn ATƏT-
in Minsk Qrupunun səylərini dəstəkləyən 
münaqişə üzrə bir sıra bəyanatlarla çıxış 
etmişdir.  1996-cı  ildən  başlayaraq  BMT 
Baş Assambleyası “BMT və ATƏT arasın-
da  əməkdaşlıq  haqqında”  Qətnaməsində 
Azərbaycan Respublikasının ərazi bütöv-
lüyünü təsdiqləyir. 
Ümummilli liderimiz Heydər Əliyevin 
1994-cü  ildə  BMT  Baş  Məclisinin 
49-cu  sessiyasında  çıxışı  Azərbaycan 
həqiqətlərinin  BMT  səviyyəsində  dün-
yaya  çatdırılması  baxımından  mühüm 
hadisələrdən  biri  kimi  yadda  qalmışdır. 
Bu  siyasəti  davam  etdirən  Prezident  İl-
ham  Əliyev  də  BMT  tribunası  vasitəsilə 
Azərbaycan  həqiqətlərini  dünyaya  çat-
dırır.  Prezident  İlham  Əliyev  BMT  Baş 
Məclisinin 59-cu sessiyasındakı çıxışında 
sülhün  qorunması  və  münaqişələrin  ara-
dan  qaldırılması  istiqamətində  BMT-nin 
rolunun  artırılmasının  vacibliyini  vurğu-
lamışdır.
Ermənistan-Azərbaycan,  Dağlıq  Qa-
rabağ  münaqişəsi  ilə  əlaqədar  BMT-də 
sənədlərin  qəbul  olunması  ölkəmizin 
uğurlarından  biridir.  Lakin  buna  baxma-
yaraq  BMT  TŞ-nın  Ermənistan  ordusu-
nun Azərbaycan  ərazilərindən  çıxarılma-
sına  dair  qətnamələri  bu  günədək  yerinə 
yetirilmir. 
Ə d ə b i y y a t
Azərbaycan BMT ailəsində 
[Mətn] / Azərbaycan Res-
publikası Prezidentinin Ka-
tibliyi.- Bakı, 2000.- 342 s.
Elmanoğlu S. Azərbaycanın 
milli maraqlarının etibarlı 
qorunduğu tribuna [Mətn]: 
Azərbaycanın BMT-yə 
tamhüquqlu üzvlüyündən 
15 il keçir /S.Elmanoğlu // 
Azərbaycan.- 2007.- 3 mart.- 
S.6.
 Məlikova N. BMT struk-
turlarında Azərbaycan diplo-
matiyasının xüsusiyyətləri 
[Mətn] /N.Məlikova; AMEA 
İnsan Hüquqları İnstitutu.- 
Bakı: Elm, 2007.- 147 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
2


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə