Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün BEYNƏLXALQ QADINLAR GÜNÜ



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə29/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   25   26   27   28   29   30   31   32   ...   138

71
Tarixdə bu gün
BEYNƏLXALQ QADINLAR GÜNÜ
1910
MART
8  Mart  Beynəlxalq  Qadınlar  Günü  – 
iqtisadi-ictimai  və  siyasi  bərabərlik  uğ-
runda  mübarizədə  qadınların  Beynəlxalq 
Həmrəylik günüdür. Beynəlxalq qadınlar 
gününün bayram edilməsi Klara Setkinin 
təklifi  ilə  1910-cu  ildə  sosialist  qadınla-
rın  2-ci  Beynəlxalq  Konfransında  qərara 
alınmışdır.  İlk  dəfə  1911-ci  ildə  Alma-
niya,  Avstriya,  İsveç  və  Danimarkada 
keçirilmişdir.  Rusiyada  1913-cü  ildən, 
Azərbaycanda isə 1917-ci ildən qeyd edil-
mişdi. 1914-cü ilədək Beynəlxalq qadınlar 
günü martın müxtəlif günlərində keçirilir-
di. Beynəlxalq qadınlar gününün 8 martda 
keçirilməsi  Avstriya,  Macarıstan,  Alma-
niya, Niderland, Rusiya, ABŞ, İsveçrə və 
s.  ölkə  qadınlarının  öz  həmrəylik  günü-
nü  məhz  bu  tarixdə  qeyd  edəndən  sonra 
ənənə halını aldı.
Türk  etnoslarında,  Azərbaycanda  – 
Oğuz ellərində qadın, ana müqəddəs sayıl-
mış, ona böyük ehtiram göstərilmişdir. Ana 
haqqı tanrı haqqına bərabər tutulmuşdur. 
Uzaq səfərdən yurda dönən oğul əvvəlcə 
anasına  təzim  edib  görüşməli,  sonra  isə 
atasına yaxınlaşmalı idi. Azərbaycan qadı-
nı qəhrəmanlıq göstərmiş, hökmranlıq et-
miş, diplomat kimi fəaliyyət göstərmişdir. 
Massaget hökmdarı Tomris torpaqlarımıza 
qəsbkar yürüş etmiş Əhəməni hökmdarı II 
Kiri məğlub etmişdir. Eradan əvvəl 65-66-
cı  illərdə  Azərbaycana  hücum  etmiş  ro-
malılar döyüşdə həlak olanların içərisində 
cəngavər geyimi olan çoxlu qadın meyiti 
görərək  heyrətə  gəlmişdilər.  Ağqoyunlu 
hökmdarı Uzun Həsənin anası Sara xatın 
qonşu dövlətlərin hökmdarı ilə danışıqlar 
aparmış, siyasət və diplomatiya meydanın-
da onlara qalib gəlmişdir. İgid Tuti Bikə 
Dərbəndi hiylə ilə tutmaq istəyən qardaşı-
nın kələyinə inanmamış, şəhəri mərdliklə 
müdafiə edərək əri Fətəli xana sadiq qal-
mışdır. Bu gün Azərbaycanın birinci xa-
nımı, Heydər Əliyev fondunun prezidenti, 
YUNESKO-nun  xoşməramlı  səfiri  Meh-
riban xanım Əliyeva beynəlxalq miqyaslı 
ictimai-siyasi xadim, təhsil və mədəniyyət 
təəssübkeşi kimi fəaliyyət göstərir. 
İkinci  Dünya  müharibəsindən  son-
ra  gender  hüquqları  problemi  (cinslərin 
bərabərliyi)  aktual  əhəmiyyət  kəsb  etdi. 
Qadınların  kişilərlə  hüquq  bərabərliyi 
BMT-nin  nizamnaməsində  təsbit  olun-
maqla  beynəlxalq  hüquqi  normaya  çev-
rildi. BMT-nin Baş Məclisi 1979-cu ildə 
“Qadın  Konvensiyası”  adlı  sənədi  qəbul 
etdi. Azərbaycan  1995-ci  ildə  bu  sənədi 
ratifikasiya etdi.
Azərbaycan  qadını  azadlıq  əldə 
etdikdən sonra sürətlə özü də inkişaf et-
miş  və  cəmiyyətin  də  inkişaf  etməsinin 
səbəbkarı,  fəal  iştirakçısı  olmuşdur.  Ona 
görə də bu gün müstəqil Azərbaycan qa-
dınlarının  problemi  ondan  ibarətdir  ki, 
onlara daha çox qayğı göstərilsin və onla-
rın qüvvəsindən daha da səmərəli istifadə 
etmək mümkün olsun.
Tarixi  sınaqlardan  alnıaçıq,  üzüağ  çı-
xan Azərbaycan  qadını  bu  gün  müstəqil 
respublikamızda  demokratik  cəmiyyətin 
aparıcı üzvü kimi çıxış edir.
Bu  gün  Azərbaycan  qadını  doğma 
torpaqlarımızın  bir  qisminin  işğal  altın-
da  olduğu  indiki  dövrdə  gəncləri  vətənə 
sədaqət  ruhunda  tərbiyə  edərək,  onla-
rı  xalqa,  cəmiyyətə  layiqli  övlad  kimi 
yetişdirmək sahəsində üzərinə düşən ağır 
işi şərəflə yerinə yetirir.
Ə d ə b i y y a t
Adın şərəflidir sənin ey qa-
dın [Mətn]: (8 Mart qadın-
lar bayramı münasibətilə) //
Xalq qəzeti.-2006.-8 mart.- 
S.3.
Bayramova, X. Azərbaycan 
qadını ağlı və zəkasıyla 
xalqımızı həmişə ucaldıb 
[Mətn] /X.Bayramova //
Xalq qəzeti.-2006.-8 mart 
.-S.3.
Əliyev, İ. Beynəlxalq Qa-
dınlar günü münasibətilə 
Azərbaycan qadınlarına 
təbrik [Mətn] /İ.Əliyev //
Azərbaycan.-2006.- 8 mart.-
S.1.
Торжественная 
церемония во дворце 
“Республика” 
посвященная 
Международному 
женскому дню – 8 Марта 
[Текст] //Бакинский 
рабочий.-2001.-10 марта 
.- С.1-2.
8


72
Tarixdə bu gün
AZƏRBAYCAN RESPUBLİKASI 
MİLLİ MƏCLİSİNİN KİTABXANASI
1995
MART
Azərbaycan Respublikasının Parla-
ment kitabxanası Milli Məclisin qərarı 
ilə 12 may 1995-ci ildə yaradılmışdır.
Milli  Məclisin  kitabxanası-19 
mart  1997-ci  ildən  fəaliyyət  göstərir. 
Bu  kitabxana  Türkiyə  Böyük  Millət 
Məclisinin  Azərbaycan  Respublikası 
Milli  Məclisinə  bir  hədiyyəsidir.  Bü-
tün  inventar  və  avadanlıqları,  kitab 
rəfləri, oxucu stolları və kompyuterləri 
Türkiyə Böyük Millət Məclisi hədiyyə 
etmişdir.
Kitabxananın  kitab  fondu  6600 
nüsxə  kitab  və  kitabçadan  ibarətdir. 
Bunlardan  3500  nüsxə  Azərbaycan 
dilində,  2200  nüsxə  rus  dilində  olan 
çap  məhsullarıdır.  Kitab  fondu-
nun  komplektləşdirilməsi  məcburi 
nüsxələr  və  yeni  ədəbiyyatın  alın-
ması  yolu  ilə  aparılır.  Kitabxana  cari 
ildə 42 adda dövri mətbuata, 77 adda 
jurnala  abunə  olmuşdur  ki,  bütün  bu 
çap məhsulları oxucuların istifadəsinə 
verilmişdir. Kitabxana fondunun 80%-
ni  hüquqi  ədəbiyyat,  qanunvericilik 
aktları,  sorğu  ədəbiyyatı  təşkil  edir. 
Bundan başqa kitabxananın fondunda 
bədii ədəbiyyat da öz əksini tapmışdır. 
Kitab fondu elm sahələri üzrə düzül-
müşdür.
Parlament  kitabxanası  Milli  Məc-
lisin  rəhbərliyinə,  millət  vəkillərinə, 
aparatın 
əməkdaşlarına 
xidmət 
göstərir. Kitabxanaya daxil olan oxucu 
sorğuları araşdırılır və operativ şəkildə 
öz  həllini  tapır.  Kitabxana  il  ərzində 
1000-1200  oxucu  sorğusu  ödəyir. 
Əlamətdar hadisələrlə əlaqədar burada 
tez-tez  kitab  sərgiləri,  stendlər  təşkil 
olunur.
Kitabxana  İnternet  şəbəkəsinə  qo-
şulmuşdur. Bu məqsədlə oxucu zalın-
da  kompyuterlər  onların  istifadəsinə 
verilmişdir .
Parlament  kitabxanası  öz  xarici 
əlaqələrini daima genişləndirir. Belə ki, 
MDB  respublikaları  parlament  kitab-
xana müdirlərinin 2000-ci il may ayın-
da Sankt-Peterburq şəhərində keçirilən 
konfransında MDB Parlamentlər arası 
Assambleyasının  rəhbərliyinə  “MDB 
dövlətləri parlament kitabxanaları ara-
sında informasiya kitab mübadiləsinin 
təmini”  üçün  müraciət  imzalamış-
lar.  Bu  məqsədlə  MDB  dövlətlərinin 
parlament  kitabxanaları  arasında 
rəsmi  sənədlərin,  kitab  və  digər  çap 
məhsullarının  mübadiləsi  üçün  koor-
dinasiya mərkəzi yaradılmışdır. 
Parlament  Kitabxanası  Rusiya  Fe-
derasiyasının  Duma  kitabxanası,  Uk-
rayna, Belorus, Moldova, Qazaxıstan, 
Tacikistan respublikalarının parlament 
kitabxanaları  ilə  rəsmi  sənədlərin  və 
çap  əsərlərinin  mübadiləsini  həyata 
keçirir.
Ə d ə b i y y a t
Baxşəliyev, Z. Azərbaycan 
Parlament Kitabxanası 
[Mətn]: yaranma ta¬rixi 
və müasir vəziyyəti /Zöhrab 
Baxşəliyev //Kitabxana-
şünaslıq və Biblioqrafiya: 
Elmi-nə¬zəri jurnal.- 2003.- 
№ 1.- S.10-19.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azeritest.com
19


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə