Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə3/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   2   3   4   5   6   7   8   9   ...   138

8
Milli ədəbiyyat
85  
illiyi
VİDADİ BABANLI 
1927
YANV
AR
Vidadi Yusif oğlu Babanlı 1927-ci 
il  yanvar  ayının  5-də  Qazax  rayonu-
nun  Şıxlı  (indiki  Muğanlı)  kəndində 
müəllim  ailəsində  doğulmuşdur.  Orta 
məktəbi  bitirdikdən  sonra  ADU-nin 
Filologiya  fakültəsində  təhsil  alan 
gənc  şair  bir  il  Sabirabad  şəhər  orta 
məktəbində  müəllim  işləmiş,  sonra 
Bakıya köçüb “Azərbaycan müəllimi” 
qəzeti  redaksiyasında  ədəbi  işçi 
vəzifəsində  çalışmışdır.  Moskvada 
M.Qorki  adına  Ədəbiyyat  İnstitutun-
da təhsil almağa göndərilən V.Babanlı 
orada  aspiranturaya  daxil  olsa  da 
səhhətində  baş  verən  problemlər 
üzündən  Bakıya  qayıtmalı  olmuş  və 
burada  “Ədəbiyyat  qəzeti”  redaksi-
yasında ədəbi işçi, şöbə müdiri, daha 
sonra  isə  yaradıcılığı  ilə  əlaqədar 
olaraq  Sumqayıt  şəhərində  fəhlə  ya-
taqxanasında  tərbiyəçi  vəzifəsində 
işləyərək əsəri üçün material toplamış-
dır. Şair sonralar “Azərbaycan” jurnalı 
redaksiyasında,  Cəfər  Cabbarlı  adına 
“Azərbaycanfilm”  kinostudiyasında, 
“Yazıçı”  nəşriyyatında  da  müxtəlif 
vəzifələrdə çalışmışdır.
Roman və povestləri ilə şöhrət qa-
zanmış, oxucuların sevimlisinə çevril-
miş V.Babanlı yaradıcılığa 1947-ci ildə 
“Azərbaycan gəncləri” qəzetində dərc 
etdirdiyi ilk mətbu əsəri olan “Anam 
sən oldun” şeiri ilə başlamışdır. “Dö-
nüş”  və  “Təbrizdə  bir  gecə”  adlı  po-
emaları  məhz  onun  şeir  yaradıcılığı-
nın ilk məhsullarındandır. Sonra gənc 
şair  qələmini  ədəbiyyatın  digər  bir 
sahəsində - nəsrdə, hətta nəsrin geniş 
meydanı olan povest janrında sınama-
ğı qərara alaraq 1954-cü ildə “Gəlin” 
əsərini  yazmışdır.  Povest  həm  oxu-
cular, həm də ədəbi tənqid tərəfindən 
rəgbətlə 
qarşılanmışdır. 
Beləcə, 
V.Babanlı “Həyat bizi sınayır” poves-
ti, məşhur “Vicdan susanda” və yara-
dıcılığının  ən  mühüm  nailiyyəti  olan 
“Müqəddəs ocaq” romanı ilə sənətinin 
yüksək  zirvəsinə  çatmışdır.  Ədibin 
“Ömürlük cəza”, “Ana intiqamı”, “İn-
saf nənə”, “Gizlinlər” və s. kimi nəsr 
əsərləri, habelə “Şeir pərim”, “Hoydu 
igidlərim,  hoydu”,  “Kişilik  haqqında 
himn”,  “Var  olan  vətən”,  “Özümdən 
özümə”  və  s.  kimi  şeirləri,  müxtəlif 
mövzularda  qələmə  aldığı  hekayələri 
və publusistik məqalələri daim oxucu-
ların diqqət mərkəzindədir.
Vidadi  Babanlı  Azərbaycan  SSR 
Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri 
Fərmanı  ilə  təltif  edilmişdir.  1954-cü 
ildən Azərbaycan Yazıçılar  Birliyinin 
üzvüdür.  1986-cı  ildə  Azərbaycanın 
Əməkdar incəsənət xadimi adına layiq 
görülmüşdür.
Sevimli  yazıçı  Prezident  təqaüd-
çüsüdür.
 
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] 
/V.Babanlı .- Bakı: Azərnəşr, 
1987.- 475 s.
Gizlinlər [Mətn]: (Gerçək 
poman) /V.Babanlı .- Bakı: 
Qapp Poliqraf, 2005.- 315 
s.
Ömürlük əzab [Mətn]: (I-II 
kitab) /V.Babanlı .- Bakı: 
Pedaqogika, 2003.- 318 s.
Cəfərov, N. Vidadi Babanlı, 
yaxud susmayan vicdanın 
səsi: Vidadi Babanlı-
75 [Mətn] /N.Cəfərov //
Azərbaycan.- 2002. - № 5.- 
S.82-83.
Yazıçı
5


9
Milli ədəbiyyat
130  
illiyi
BƏDRƏDDİN SEYİDZADƏ 
1882-1945
YANV
AR
Bədrəddin  Mir  Kazım  oğlu 
Seyidzadə  (Bədri  Seyidzadə)  1882-ci 
il  yanvar  ayıınn  20-də  Bakı  quberni-
yasının Keşlə kəndində anadan olmuş-
dur. O, hələ uşaq ikən mədrəsədə təhsil 
almış, şərq ədəbiyyatı ilə ciddi maraq-
lanmışdır. Kiçik yaşlarından öz yaşıd-
ları arasında bədahətən şeir deməsi ilə 
fərqlənmişdir. 
Ədəbi  fəaliyyətə  şeirlə  başlayan 
Bədrəddin  Seyidzadə  1906-1920-ci 
illərdə  öz  şeirlərini  “Həyat”,  “Səda”, 
“Açıq söz”, “Bəsirət”, “Babayi-Əmir”, 
“Tuti”  və  s.  qəzet  və  jurnallarda  çap 
etdirirdi.  O,  lirik  şeirlərini  “Bədri”, 
“Ənqa”,  “Hüseyni”,  “Bədrəddin  Hü-
seyni”,  satirik  şeirlərini  isə  “İknə”, 
“Sancaq”, “Bayquş”, “Bərq əyyar” və 
s. təxəllüsləri ilə nəşr etdirirdi. 
Şair 1934-cü ildən Azərbaycan Ya-
zıçılar Birliyinin üzvü olmuşdur.
Bədrəddin 
Seyidzadə 
poetik 
tərcümə  ilə  də  məşğul  olurdu.  O, 
M.F.Axundovun  “Puşkinin  ölümünə 
Şərq  poeması”nı  farscadan  doğma 
dilimizə çevirmişdir. 
Sovet  hakimiyyəti  qurulduqdan 
sonrada  poetik  yaradıcılığını  davam 
etdirən  şairin  dövri  mətbuatda  (“Ma-
arif  və  mədəniyyət”,  “Şərq  qadını”, 
“Füqəra füyuzatı” və s.) qəzəl, qoşma, 
tərkibbənd,  müxəmməs,  təxmis,  qitə, 
beytlər və hekayətləri müntəzəm ola-
raq çap olunmuşdur.
Şair  Bədrəddin  Mir  Kazım  oğlu 
Seyidzadə 1945-cü ildə Abşeron rayo-
nunun Keşlə kəndində vəfat etmişdir.
Bir ömrün yadigarı [Mətn].-
Bakı: Yazıçı, 1984.
Bədri Seyidzadə füqəra 
füyuzat 1920-1921 [Mətn] //
Qulam Məmmədli İmzalar.-
Bakı, 1977.-S.26.
İ n t e r n e t d ə
ww. az.wikipedia.org
www.google.az
Şair
20


10
Xarici ədəbiyyat
JAN BATİST POKLEN 
(MOLYER) 
1622-1673
YANV
AR
Jan Batist Molyer 1622-ci il yanvar 
ayının 15-də Parisdə saray xidmətçisi 
Jan  Poklenin  ailəsində  doğulmuşdur. 
1639-cu ildə Klermon kollecini bitir-
mişdir.  Dünya  görüşünə  fransız  ma-
terialist  filosofu  P.Qassendinin  təlimi 
güclü  təsir  göstərmişdir.  Gənc  yaşla-
rından həyatını teatrla bağlamış, 1643-
cü ildə “Parlaq teatr” truppasını yarat-
mışdır.  Lakin  Parisdə  müvəffəqiyyət 
qazanmayan truppa 12 il (1645-1657) 
əyalət şəhərlərini gəzib dolaşmış, yal-
nız  1659-cu  ildə  xoşbəxt  bir  təsadüf 
nəticəsində  paytaxta  qayıda  bilmiş-
dir.  Bu  müddət  ərzində  Molyer  xalq 
həyatını  dərindən  öyrənmiş,  gələcək 
əsərləri  üçün  zəngin  material  topla-
mışdır. Yaradıcılığa truppası üçün yaz-
dığı şən əhval-ruhiyyəli komediyalar-
la  “Barbulyanın  qısqanclığı”,  “Uçan 
təbib” ilə başlamışdır.
Dünya  dramaturgiyasının  şah 
əsərləri  sayılan  “Tartüf”,  “Kişilərə 
ibrət  dərsi”,  “Qadınlara  ibrət  dərsi”, 
“İstəksiz nigah”, “Zorən təbib”, “Mi-
zantrop”  və  s.  komediyalarının  bir 
çoxu Azərbaycanda da səhnəyə qoyul-
muşdur. Bir sıra əsərləri ekranlaşdırıl-
mışdır. Dramaturqun komediyalarında 
feodal-dvoryan təbəqələri kəskin sati-
ra atəşinə tutulurdu.
“Xəsis”, “Skapenin kələkləri”, “Jorj 
Danden və yaxud aldadılmış ər”, “Sqa-
narel”, “Tartüf”, “Don Juan və yaxud 
daş qonaq” və bir çox digər komediya-
ları oxuyarkən istər-istəməz Molyerin 
böyük  və  məşhur  müasirlərini  xatır-
layırsan, xəyal səni XVII əsrə aparır: 
Fransa, Rişelye, XIV Lüdovik, Maza-
rini, Lofenten, Rasin, Bualo yada dü-
şür. 
Molyer  komediyalarının  bir  çoxu 
saray  bayramlarında,  keçmişin  təbiri 
ilə desək, “təntənəli” gecələrdə tama-
şaya  qoyulmaq  üçün  yazılıb.  Lakin 
sənətdə hər şeyi istedad həll etdiyinə 
görə,  həmin  “bayramlardan”  və 
“təntənələrdən” fərqli olaraq o əsərlər 
yaşayıb  və  yaşayacaq,  çünki  Molyer 
qəhrəmanları nəinki yalnız klassizmin 
çərçivələrinə,  ümumiyyətlə  zaman 
və  məkan  çərçivələrinə  sığışmır,  390 
il  əvvəl  o  qəhrəmanları  yaşadan  və 
güldürən hisslər insan yaşadıqca yaşa-
yacaq.
Aktyorluq  və  ədəbi  yaradıcılığın 
vəhdəti  prinsipinə  axıradək  sadiq  qa-
lan  Molyer  1673-cü  il  fevral  ayının 
16-da səhnədə xəstə halda Arqan rolu-
nu ifa etdiyi “Zorən xəstə” komediya-
sının tamaşasından bir necə saat sonra 
şiddətli öskürmə nəticəsində venaları-
nın partlamasından vəfat etmişdir.
 
Ə d ə b i y y a t
Komediyalar [Mətn] /
Jan Batist Molyer.- Bakı: 
Gənclik, 1995.- 98 s.
Elçin. Bizimçin qalan sənət 
[Mətn]: (Molyer haqqında 
söz) /Elçin.- Bakı: Gənclik, 
1995.- 114 s.
İbrahimov, M. Ölməz 
komediya ustası [Mətn]: 
(Fransız yazıçısı Molyer 
haqqında) /M.İbrahimov 
//Azərbaycan.- 1987.- № 
1.- S.76.
Полное собрание 
сочинений [Текст]: в 3 
т. /Мольер; пер. с фран.; 
под rед. Н.М.Любимова.- 
Москва: Искусство, 1985.- 
Т.1 .- 458 с.
15
390 
illiyi
Fransız 
dramaturqu


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə