Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün AZƏRBAYCANLILARIN



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə30/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   26   27   28   29   30   31   32   33   ...   138

73
Tarixdə bu gün
AZƏRBAYCANLILARIN 
SOYQIRIMI GÜNÜ 
1918
MART
Azərbaycanda  martın  31-i  Azərbaycanlıların 
Soyqırımı  Günü  qeyd  edilir.  Azərbaycanlıların 
soyqırımı  ermənilərin  əli  ilə  müxtəlif  xalqlar 
tərəfindən azərbaycanlılara qarşı aparılan bir qəddar 
siyasətdir.  Soyqırım  siyasətini  həyata  keçirmək 
üçün XIX-XX əsrlər ərzində öz dövlətlərinə malik 
olmayan ermənilər “Böyük Ermənistan” dövlətini 
yaratmaq  üçün  Rusiyanın  imperiya  siyasətindən 
alət kimi istifadə etmişdilər. 
Azərbaycanlılara  qarşı  iki  əsr  davam  edən 
soyqırım  düşünülmüş  şəkildə  həyata  keçirilmiş, 
genişmiqyaslı  qanlı  aksiya  nəticəsində  yüzlərlə 
yaşayış  məntəqəsini  yerlə-yeksan  edib,  minlərlə 
azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. 
Ermənilərin  Azərbaycana  qarşı  uzun  illər  boyu 
apardığı  ardıcıl  etnik  təmizləmə,  soyqırım  və 
təcavüzü  nəticəsində  minlərlə  insan  evindən-
obasından didərgin düşmüşdur.
Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 
1948-1953  və  1988-1989-cu  illərdə  ermənilərin 
azərbaycanlılara qarşı törətdikləri soyqırımı və de-
portasiya siyasəti bu gün özünü Dağlıq Qarabağ-
la bağlı məlum hadisələrdə büruzə verir, həm də 
onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi 
münasibəti dəyişməyib.
Ermənilər  təkcə  bu  gün  Ermənistan  adlanan 
ərazi  deyil,  Bakı  quberniyasının  Bakı,  Şama-
xı,  Quba  şəhərlərində,  Göyçay  qəzasında,  Qa-
rabağda,  Zəngəzurda,  Naxçıvanda  da  vaxtaşırı 
xalqımıza  qarşı  qırğınlar,  talanlar,  yanğınlar,  ter-
ror  və  digər  zorakılıq  aktları  həyata  keçirmişlər. 
Erməni  faşistləri  bu  ərazilərdə  on  minlərlə  dinc 
azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız 
milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə ye-
tirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran 
qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, 
məscidləri dağıtmış və yandırmışlar.
1988-ci ildən başlayaraq yenidənqurma, aşkar-
lıq  prosesi  antiazərbaycan  əhval-ruhiyyəsinin  və 
ərazi  iddialarının  yeni  dalğasını  yaratdı.  1945-ci 
ildə  sınaqdan  çıxarılmış  guya  Ermənistanla  Qa-
rabağın  iqtisadi  cəhətdən  bir-birinə  bağlı  olma-
sı  barədə  əsassız  iddialarla  erməni  millətçiləri 
azərbaycanlıları  Ermənistandan  qovmağa,  Qa-
rabağı  isə  Azərbaycandan  ayırmağa  başladılar. 
1988-ci  ildən  başlayaraq  kütləvi  hədə-qorxular, 
fıziki güc, ölüm, kəndlərin talan edilməsi, yandı-
rılması həyata keçirilir.
 1998-ci ildən etibarən Azərbaycan Respublika-
sı 31 Martı dövlət səviyyəsində azərbaycanlıların 
genosidi  günü  kimi  qeyd  edir.  Azərbaycan  xal-
qının  ümummilli  lideri  Heydər  Əliyev  1998-ci 
ildə  31  Martı Azərbaycanlıların  Soyqırımı  Günü 
elan etməsi ilə bağlı fərman verməklə xalqımıza 
mənəvi təskinlik bəxş etdi, nahaq qanın yerdə qal-
31


74
mayacağına inamı artırdı. 
 XX əsrin birinci yarısında Zaqafqaziyada baş 
vermiş iki qırğın zamanı (1905-1907, 1918-1920) 
2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən 
qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuş-
dur.
 Ən ağrılısı odur ki, 1918-ci ilin martında baş 
vermiş azərbaycanlıların soyqırımı məsələsini hələ 
də dünyanın diqqət mərkəzinə gətirə bilməmişik. 
Biz  xalqımıza  qarşı  törədilən  soyqırımı,  tarixini 
və  şəhidləri  unutmamalı,  başımıza  gətirilənləri 
dünya ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalıyıq 
ona görə ki, qoy bütün dünya üzdəniraq qonşula-
rımızın,  azğın  ermənilərin  kim  olduğunu  bilsin. 
Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qır-
ğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi  kimi 
Azərbaycan Respublikası bu gün onun axıra qədər 
həyata keçirə bilmədiyi qərarların məntiqi davamı 
olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək 
borcunu tarixin hökmü kimi qəbul edir. 
31 Mart faciəsi tarixə qanlı bir ləkədir. Bu qanlı 
faciənin  gözə  çarpan  obyektiv  mənzərəsi  sadəcə 
kökündən yıxılmaq istəyən böyük bir imreratorlu-
ğun çökməsindən ibarətdir.
Hər  şeydən  əvvəl,  hamımızın  birinci  vəzəfəsi 
millətimizin üzərindən bu qanlı ləkəni silmək, on-
ları tarix önündə təsvir etmək və bu qanlı ləkəni bir 
daha təkrar etməmək, onların murdar və maskalı 
üzlərinə çırpmaqdır. 
Bunları unutmaq olmaz!
1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi təхminən 410 min kv.km. оlmuşdur.
1813-1828-ci illərdə işğal еdilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan 
əraziləri: -sahəsi təхminən 280 min kv.km. оlmuşdur.
Rusiya əsarəti altındakı Şimali Azərbaycan-sahəsi təхminən 130 min kv.km. оlmuşdur.
1918-ci  ildə  Rusiyanın  təzyiqi  ilə  еrmənilərə  vеrilmiş  İrəvan  хanlığı-sahəsi  9  min  kv.km. 
оlmuşdur.
Rusiya əsarəti altındakı Dərbənd хanlığı –sahəsi 7 min kv.km. оlmuşdur.
1918-1920-ci illərdə Azərbaycan Dеmоkratik Rеspublikasının qurulduğu ərazinin sahəsi-təхminən 
114 min kv.km. оlmuşdur.
Еrmənistan  Sоvеt  Sоsialist  Rеspublikasının  qismən  nəzarətinə  vеrilən  Zəngəzur,  Göyçə,  Şərur, 
Dərələyəz,  Dilican  və  Gürcüstan  SSRİ-nin  qismən  nəzarətinə  vеrilən  Bоrçalı-birlikdə sahəsi  27,4 
min kv.km. оlmuşdur.
1920-1991-ci  illərdə  SSRİ  əsarəti  altında  qalmış  Azərbaycan  SSR-nin  ərazisi  86,6  min  kv.km. 
оlmuşdur.
 Ermənistanda yaşamış azərbaycanlıların kütləvi şəkildə sonuncu deportasiya əməliyyatı 1988-ci 
ilin aprelində başlayıb. Ermənistanda yaşayan azərbaycanlılar öncə hissə-hissə, noyabrın sonu, de-
kabrın birinci ongünlüyündə isə kütləvi şəkildə deportasiyaya məruz qalıblar. Əməliyyat nəticəsində 
Ermənistan  Respublikasında  8  min  kvadrat  kilometrlik  ərazidə  (172  yaşayış  məntəqəsi)  kompakt 
şəkildə yaşayan 200 mindən çox azərbaycanlı illərlə yaşadığı torpaqlardan didərgin düşüb. 


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə