Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə37/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   33   34   35   36   37   38   39   40   ...   138

89
Milli ədəbiyyat
75 
illiyi
OSMAN MİRZƏYEV  
1937-1991
APREL
Osman  Mirzəhüseyn  oğlu  Mirzəyev 
1937-ci  il  aprel  ayının  13-də  Bakının 
Keşlə qəsəbəsində anadan olmuşdur. Orta 
təhsilini 190 saylı məktəbdə alan Osman 
Mirzəyev,  1956-cı  ildə  S.M.Kirov  adına 
Azərbaycan Dövlət Universitetinin Filo-
logoya fakültəsinin Jurnalistika şöbəsinə 
daxil olmuşdur. 
Universiteti  bitirdikdən  sonra  o, 
“Молодежь  Азербайджана”  qəzetində 
7 il müddətində əmək fəaliyyətini davam 
etdirir.  Bu  müddətdə  sıravi  tərcüməçi 
kimi işə başlayan Osman Mirzəyev sonra-
lar bu qəzetin məsul katibi vəzifəsinədək 
yüksəlmişdir.
1968-1990-cı  illərdə  “Вышка”  qəze-
tində çalışan Osman Mirzəyev qəzetin ən 
mühüm şöbələrindən olan Partiya həyatı 
və təbliğat şöbəsinin müdiri vəzifəsindən 
məsul katib vəzifəsinədək böyük yaradı-
cılıq  yolu  keçmişdir.  Daha  sonra,  1978-
ci ildə isə o, redaktor müavini vəzifəsinə 
təyin olunur. 
O.Mirzəyevin  peşəkar  jurnalist  ba-
carığı  təkcə  mətbuatda  deyil,  həm  də 
televiziyada  özünü  büruzə  verirdi.  O, 
Azərbaycan  televiziya  məkanında  ilk 
bədii-publisistik,  ictimai-siyasi  “Dalğa” 
verilişinin yaradıcılarından idi. 
O.Mirzəyev  Azərbaycanın  ictimai-
siyasi  həyatında  jurnalist,  pedaqoq  və 
publisist kimi fəal iştirak etməklə yanaşı, 
həm də 1991-ci ilin parlament seçkilərində 
iştirak etmişdi. 
1990-cı  ilin  sentyabrında  Osman 
Mirzəyev Azərbaycan  Respublikası  Pre-
zident Aparatının şöbə müdiri vəzifəsinə 
təyin olunur. 
Osman Mirzəyev Azərbaycan xalqının 
tarixinə  görkəmli  jurnalist,  publisist  və 
yazıçı kimi daxil olmuşdur. 
Yazıçı Mirzəyevin yazdığı kitablar da 
böyük  uğur  qazanmışdır.  “Qartal  uçuş-
da”, “Damla və göl”, “Bir dəfə yaşayırıq” 
oçerklər topluları, həmçinin “Adlarımız” 
kitabı onun qələminin məhsulu olaraq, bu 
gün  də  oxucuların  stolüstü  kitablarıdır. 
Xüsusilə “Adlarımız” kitabı müəllifin ən 
sevimli  əsəri  olmaqla,  xalq  arasında  öz 
populyarlığını hələ də itirməmişdir.
O.Mirzəyevin  “Вышка”  qəzetində 
dərc  olunan  “Мир  твоему  дому,  брат-
карабахец” və “Мадонна из Садарака” 
məqalələri  cəmiyyətdə  böyük  əks-səda 
doğurdu  və  ölkə  rəhbərliyinin  təşvişinə 
səbəb  oldu.  Bu  məqalələrdə  müəllif 
Dağlıq  Qarabağı  Azərbaycandan  ayı-
rıb, Ermənistana birləşdirməkdə vasitəçi 
olan Moskvanın siyasətini kəskin tənqid 
atəşinə tutmuşdur.
Osman 
Mirzəyev 
Azərbaycan 
Jurnalistlər İttifaqının “Qızıl Qələm” mü-
kafatı  ilə  təltif  edilmiş,  1988-ci  ildə  isə 
mətbuat  sahəsində  göstərdiyi  xidmətlərə 
görə Azərbaycan  SSR-in  “Əməkdar  jur-
nalisti” fəxri adına layiq görülmüşdür.
Əməkdar  jurnalist  Osman  Mirzəyev 
1991-ci  ildə  Xocavənd  rayonu  yaxın-
lığında,  bir  sıra  digər  dövlət  xadimləri 
ilə  birgə  içində  olduğu  “Mİ-8”  vertol-
yotunun  ermənilər  tərəfindən  vurulması 
nəticəsində şəhid olmuşdur.
Ə d ə b i y y a t
 Adlarımız: A-Ş [Mətn] /
Osman Mirzəyev.- Bakı: 
Qanun, 2007.- 266 s.
Qurbanlı, R. Son mənzili 
qəlb olanlar [Mətn] 
/R.Qurbanlı // Gün.- 2006.-
1-7 aprel.-S.24.
O dünyasını dəyişdi, biz də 
yaşayış yerimizi [Mətn] // 
Yeni Azərbaycan.-2003.- 20 
noyabr.-S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
13
Jurnalist


90
Milli ədəbiyyat
100 
illiyi
ƏKBƏR MƏFTUN 
1912-1990
APREL
Əkbər Qurban oğlu Əkbərov  (Əkbər 
Məftun)  1912-ci  il  aprel  ayının  15-də 
Naxçıvanın  Ordubad  şəhərində  anadan 
olmuşdur. O, 1921-1926-cı illərdə Naxçı-
van şəhərində beş sinifli ibtidai məktəbdə 
təhsil  almış,  sonra  1926-1930-cu  illərdə 
pedaqoji  texnikumu  bitirmişdir.  Əkbər 
Məftun  1930-1934-cü  illərdə  Nehrəm, 
Dırnıs,  Əndəmic  kəndlərində  müəllim 
işləmişdir.
1934-1938-ci  illərdə  o,  Azərbaycan 
Pedaqoji  İnstitutunun  Dil  və  ədəbiyyat 
fakültəsində  təhsil  almışdır.  Bu  illərdə 
Ə.Məftun  eyni  zamanda  “Pioner”  jur-
nalı  redaksiyasında  Bədii  şöbə  mü-
diri,  “Azərbaycan  pioneri”  qəzeti  və 
“Müəllimə kömək” jurnalı redaksiyasın-
da  ədəbi  işçi,  1935-1941-ci  illərdə  Ba-
kının 3 (6) nömrəli məktəbində müəllim 
işləmişdir.
O,  İkinci  Dünya  müharibəsinin  ilk 
günlərindən sovet ordusu tərkibində Kerç 
uğrunda  döyüşlərdə  iştirak  etmiş,  ağır 
yaralanmış,  1941-1942-ci  illərdə  Hərbi 
xəstəxanada  müalicədən  sonra  tərxis 
olunmuşdur. 
Əkbər  Məftun  sonralar  Ordubad 
şəhər  yeddiillik  məktəbində  müdir,  orta 
məktəbdə  müəllim,  eyni  zamanda  “Or-
dubad  işçisi”  (indiki  “Yeni  Ordubad”) 
qəzeti  redaksiyasında  məsul  katib,  re-
daktor,  radio  verilişləri  qovşağında  dik-
tor,  məsul  katib,  1943-1954-cü  illərdə 
M.S.Ordubadi  adına  şəhər  Dövlət  Dram 
Teatrında  müvəqqəti  müdir  kimi  çalış-
mışdır.
1954-1959-cu  illərdə  o,  S.Vurğun 
adına  Ordubad  orta  məktəbində  mü-
dir  işləmişdir.  Sonra  ailəliklə  Bakıya 
köçmüşlər.  Burada  Azərbaycan  Dövlət 
Universitetinin  nəşriyyatında  baş  redak-
tor,  “Maarif”  nəşriyyatında  baş  redaktor 
işləmişdir. 
Əkbər Məftun 1968-ci ildə “M.S.Ordu-
badinin  poeziyası”  mövzusunda  nami-
zədlik  dissertasiyası  müdafiə  etmişdir. 
1969-1985-ci  illərdə Azərbaycan  Dövlət 
Universitetinin  (indiki  BDU)  filologiya 
fakültəsində dosent işləmiş, 1985-ci ildə 
təqaüdə çıxmış və Ordubada köçmüşdür. 
O,  ədəbi  fəaliyyətə  “Təyyarəçi”  adlı 
ilk  şeiri  ilə  başlamışdır.  Bu  şeir  1935-ci 
ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş-
dur. 1937-ci ildə ilk “Kiçik heykəltəraş” 
şeirlər  kitabı  çapdan  cıxmışdır.  Məftun 
1943-cü  ildən  Yazıçılar  Birliyinin  üzvü 
seçilmişdir.  Bundan  sonra  “Mənim  ba-
harım” (1972), “Şəfa bulağı” (1980) şeir 
topluları  çap  olunmuşdur.  1987-ci  ildə 
“M.S.Ordubadi” adlı monoqrafiyası nəşr 
olunmuşdur.
Əkbər  Məftun  dövri  mətbuatda  da 
müntəzəm  çıxış  etmişdir.  “Vətən  qızı” 
(1940),  “Sevənlər”  (1943),  “Nəsimi” 
(1946),  “Saray”,  “Şahin”  və  s.  pyesləri 
qələmə almışdır. 
Xidmətlərinə  görə  “Şərəf  nişanı”  , 
“SSRİ Silahlı qüvvələrinin 70 illiyi” or-
deni  və  doqquz  medalla  təltif  olunmuş-
dur. 1981-ci ildə müharibə və əmək vete-
ranı adına layiq görülmüşdür.
Şair, nasir, publisist, Yazıçılar Birliyi-
nin üzvü, Naxçıvanın Əməkdar müəllimi 
Əkbərov  Əkbər  Qurban  oğlu  1990-cı  il 
sentyabrın 14-də Bakıda vəfat etmiş, Or-
dubadda dəfn olunmuşdur.
İ n t e r n e t d ə
www.google.az
www.kataloq.net
15
Yazıçı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə