Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə43/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   39   40   41   42   43   44   45   46   ...   138

102
Musiqi.Opera.Balet
115 
illiyi
ŞÖVKƏT MƏMMƏDOVA  
1897-1981
APREL
Şövkət Həsən qızı Məmmədova 1897-
ci  il  aprel  ayının  18-də  Tiflis  şəhərində 
anadan olmuşdur. 
Tiflis  musiqi  məktəbini  bitirdikdən 
sonra  təhsilini  davam  etdirmək  üçün 
1910-cu  ildə  İtaliyanın  Milan  şəhərinə 
getmiş,  burada  məşhur  müğənni,  uzun 
illər  “La  Skala”  teatrında  işləmiş  Dotti 
Ambroziodan dərs almışdır. Bu dərslərin 
tamamında Şövkət xanım XVII və XVI-
II  əsr  İtaliya  bəstəkarları  Montverdinin, 
Kovallenin,  Krassiminin,  Perqolezinin 
mürəkkəb  əsərlərini  məharətlə  ifa  edə 
bilirdi.  O,  maddi  vəsaitin  tükənməsi 
səbəbindən  təhsilini  yarımçıq  qoyaraq 
Bakıya gəlmişdir. 
1915-ci ildə müğənninin həyat yoldaşı 
Yakov İsayeviç Lyubarski Tiflisə gəlmiş, 
Ukraynanın  Kiyev  şəhərində  Politex-
nik  İnstitutunda  təhsil  almaq  üçün  yola 
düşəndə  gələcəyin  qüdrətli  opera  solisti 
də onunla getmişdi.
1917-1921-ci  illərdə  Məmmədova 
Kiyev  konservatoriyasında  oxumuş 
(A.Şperlinqin  vokal  sinifi  üzrə),  burada 
R.Qliyerlə birlikdə verdikləri konsertlərdə 
Azərbaycan musiqisini təbliğ etmişlər. 
1921-ci ildə Şövkət Məmmədova Ba-
kıya gəlmişdir. Üzeyir bəy Hacıbəyli, H. 
Sarabski, M. Maqomayev, Z. Hacıbəyov, 
M. Əliyev, Ə. Haqverdiyev, H. Cavid və 
C. Cabbarlı ilə yaradıcılıq ünsiyyəti onun 
geniş sənət yoluna çıxmasına zəmin ya-
ratmışdır. 1926-cı ildə Azərbaycan Dövlət 
Opera  və  Balet  Teatrının  səhnəsində 
Ş.Məmmədova  ilk  dəfə  Cüzeppe  Ver-
dinin  “Traviata”  operasında  Violettanın 
partiyasını ifa etmişdir. 
1927-1929-cu illərdə ikinci dəfə İtali-
yaya getmiş, burada peşəkarlıq  səviyyəsini 
təkmilləşdirmişdir. O, Azərbaycan opera 
səhnəsində rus və dünya vokal sənətinin 
ən  yaxşı  ənənələrini  milli  musiqi 
xüsusiyyətləri ilə əlaqələndirmişdir. 
Ş.Məmmədova  Bakıda  ilk  not 
nəşriyyatını  təsis  etmişdir.  1939-1945-
ci  illərdə  Mirzə  Fətəli  Axundov  adına 
Azərbaycan  Dövlət  Opera  və  Balet  Te-
atrında  direktor  vəzifəsində  işləmişdir. 
Məhz  onun  təşəbbüsü  ilə  Əfrasiyab 
Bədəlbəylinin ilk Azərbaycan baleti “Qız 
qalası”nın  ilk  tamaşası  18  aprel  1940-cı 
ildə bayram təntənəsi ilə keçmişdir.
Məmmədova  Azərbaycan  Dövlət 
Konservatoriyasında  pedaqoji  fəaliyyət 
göstərmiş,  Vokal  kafedrasının  müdi-
ri  (1946-1947)  və  dekanı  (1946-1950) 
olmuşdur.  Bir  çox  müğənnilərin,  o 
cümlədən  Müslüm  Maqomayev  və 
Firəngiz Əhmədovanın yetişməsində bö-
yük xidməti olmuşdur. Vokal təhsil siste-
minin qurulmasında müstəsna xidmətləri 
olmuş  və  2  iyul  1949-cu  ildə  professor 
adı almışdır. 2 dəfə Lenin ordeni, 2 Qır-
mızı  Əmək  Bayrağı  və  “Şərəf  nişanı” 
ordenləri, həmçinin medallarla təltif edil-
mişdir.
Musiqi yaradıcılığındakı xidmətlərinə 
görə 17 aprel 1938-ci ildə Şövkət xanım 
Məmmədova SSRİ Xalq artisti fəxri adı-
na layiq görülmüşdür.
Şövkət xanım Həsən qızı Məmmədova 
8  iyun  1981-ci  ildə  Bakıda  vəfat  etmiş-
dir. 
Ə d ə b i y y a t
Rəhimli, İ. Şövkət Məm-
mədova [Mətn] //İ.Rəhimli 
Azərbaycan Dövlət Akade-
mik Opera və Balet Teatrı.- 
Bakı: “Nağıl Evi”, 2008.- S. 
77-78.
Rəhimli, İ. Şövkət Məm-
mədova [Mətn] //İ.Rəhimli 
Azərbaycan teatr tarixi.- 
Bakı: Çaşıoğlu, 2005.- 
S.530-535.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
18
Opera müğənnisi


103
Musiqi.Opera.Balet
105 
illiyi
ƏFRASİYAB BƏDƏLBƏYLİ 
1907-1976
APREL
Əfrasiyab 
Bədəlbəy 
oğlu    
Bədəlbəyli  1907-ci  ildə  aprel  ayının 
19-da  Bakıda  anadan  olmuşdur.  O, 
1938-ci  ildə  Lenin-  qrad  konserva-
toriyası  nəzdində  musiqi  məktəbini 
bitirmişdir.  1939-cu  ildən  ömrünün 
sonunadək Azərbaycan Opera və Ba-
let  Teatrının  dirijoru  olmuşdur.  Re-
pertuarında  Qərbi Avropa,  rus,  sovet, 
eləcə  də  Azərbaycan  bəstəkarlarının 
əsərləri, o cümlədən “Aida” və “Riqo-
letto”,  “Toska”,  “Leyli  və  Məcnun”, 
“Sevil”,  “Vaqif”  operaları,  “Sonalar 
gölü” baleti və başqa əsərlər geniş yer 
tutmuşdur.
Bədəlbəyli  ilk  milli  Azərbaycan 
baleti  “Qız  qalası”nın  müəllifidir. 
Bir  çox  dram  tamaşasına  musiqi 
bəstələmişdir. Bədəlbəyli “Bahadır və 
Sona”, “Söyüdlər ağlamaz” operaları-
nın, “Qız qalası”, “Qaraca qız”, “Qızıl 
açar”  baletlərinin  librettosunu  yaz-
mışdır. Bədəlbəyli Azərbaycan musiqi 
sənətinin  fəal  təbliğçisi  və  publisist 
kimi də tanınmışdır. 
Görkəmli  sənətkar  Əfrasiyab 
Bədəlbəyli  “Qırmızı  Əmək  bayrağı” 
və “Şərəf nişanı” ordenləri, həmçinin 
bir  sıra  medallarla  təltif  edilmişdir. 
1940-cı  ildə  Əməkdar  incəsənət  xa-
dimi, 1960-cı ildə Xalq artisti adlarını 
almışdır.
Ə.Bədəlbəyli  Azərbaycan  musiqi-
sinin təkcə tədqiqatçısı deyil, həm də 
təşkilatçısı idi. O, çoxşaxəli yaradıcı-
lığa malik olan bir sənətkar idi. Yara-
dıcılığının  50  ili  ərzində  incəsənətin 
bir  çox  sahələri  haqqında  irili-xırdalı 
çoxlu  yazılar  dərc  etdirmiş,  qiymətli 
fikirlər söyləmişdir.
Azərbaycan  Respublikasının  Xalq 
artisti,  bəstəkar,  dirijor,  musiqişünas, 
librettoçu Əfrasiyab Bədəlbəylinin adı 
vətənimizdən  çox-çox  uzaqlarda  da 
tanınmışdır. Əfrasiyab Bədəlbəy oğlu 
Bədəlbəyli  1976-cı  il  yanvar  ayının 
6-da vəfat etmişdir.
 
Ə d ə b i y y a t
Əfrasiyab Bədəlbəylinin 
100 illik yubleyi haqqında: 
Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı 
[Mətn]: 24 yanvar 2007-ci 
il //Azərbaycan .- 2007. - 25 
yanvar. - S.1.
Quliyev, İ. Əfrasiyab 
Bədəlbəylinin yaradıcı-
lığı ХХ əsr Azərbaycan 
musiqi incəsənətinin 
inkişafı kontekstində [Mətn] 
/İ.H.Quliyev; Bakı Musiqi 
Akademiyası.-Bakı, 2003.- 
148 s.
Paşayeva, Y. Əfrasiyab 
Bədəlbəyli və Azərbaycan 
xalq musiqisi [Mətn] /Yaqut 
Paşayeva; AMEA, Memarlıq 
və İncəsənət İn-tu.- Bakı, 
2004.- 189 s.
Rəhmanzadə, F. 
Bədəlbəylilər [Mətn] /Fazil 
Rəhmanzadə .-Bakı : Nur-
lan, 2006.-244 s.: şək. 
Касымов, К. Афрасияб 
Бадалбейли [Текст]: //
композиторы Азер-
байджана /К.Касымов, 
А.Исаева; сост. 
Ф.Амиров.- Бакы, 1986.- 
С.203-250.
19
Bəstəkar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə