Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə44/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   40   41   42   43   44   45   46   47   ...   138

104
Musiqi.Opera.Balet
65 
illiyi
RAMİZ QULİYEV 
1947
APREL
Ramiz Əyyub oğlu Quliyev 1947-ci il 
aprel ayının 30-da Ağdam şəhərində ana-
dan  olub.  O,  1954-cü  ildə Ağdam  şəhər 
7  illik  musiqi  məktəbinə,  1960-cı  ildə 
Ü.Hacıbəyov  adına  Ağdam  orta  ixtisas 
musiqi məktəbinə daxil olub. 
O, 1964-1969-cu illərdə Ü.Hacıbəyov 
adına  Azərbaycan  Dövlət  Konservato-
riyasının  Tar  və  dirijorluq  fakültəsində 
təhsil  almışdır.  1964-1994-cü  illərdə 
M.Maqomayev adına Azərbaycan Dövlət 
Filarmoniyasının və Dövlət Konsert Bir-
liyinin solisti olub.
1974-1992-ci  illər  ərzində  Ü.Hacıbə-
yov adına Azərbaycan Dövlət Konserva-
toriyasının Xalq çalğı alətləri kafedrasın-
da tar ixtisası üzrə müəllim, baş müəllim
dosent, professor kimi pedaqoji fəaliyyət 
göstərmiş, 1992-2002-ci ildən həmin ka-
fedraya rəhbərlik edir.
R.Quliyev  bir  sıra  dərsliklərin,  proq-
ramların,  elmi  məqalələrin  və  metodiki 
tövsiyələrin müəllifidir.
R.Quliyev 1974-cü ildə musiqiçilərin 
Zaqafqaziya festivalında birinci mükafata, 
Moskvada  keçirilən  estrada  artistlərinin 
V Ümumittifaq müsabiqəsində isə laureat 
adına layiq görülüb. Türkiyə, Əfqanıstan, 
Suriya,  Hollandiya,  İsveçrə,  ADR,  Pa-
kistan,  Əlcəzair, Tunis, AFR,  Hindistan, 
ABŞ,  Kanada,  Danimarka,  İran,  İraq, 
Fransa,  İngiltərə,  İsrail,  Norveç  və  s. 
ölkələrdə  konsertlər  verib.  1988-ci  ildə 
YUNESKO  xətti  ilə  ABŞ-da  keçirilən 
Beynəlxalq  folklor  festivalında  xüsu-
si  diploma  layiq  görülüb.  1989-cu  ildə 
“Böyük İpək Yolu” festivalı çərçivəsində 
Yaponiyanın  30-dan  artıq  şəhərlərində 
konsertlər  verib.  1978-ci  ildə  Respubli-
ka  Lenin  komsomolu  mükafatı  laureatı, 
1982-ci ildə Əməkdar artist, 1988-ci ildə 
Xalq  artisti  fəxri  adlarına  layiq  görül-
müşdür.  1994-cü  ildə  Türkiyənin  İzmir 
şəhərinin  Ege  Universitetində,  1997-ci 
ildə İsrailin Yerusəlim şəhərində, 1999-cu 
ildə İsveçrədə keçirilən Beynəlxalq “Lüt-
sern musiqi festivalı”nda Bern şəhərinin 
“La strimpellata” orkestri ilə uğurlu çıxış-
lar etmişdir.
2002-ci  ilin  avqust  ayında  Norveçin 
Stavanger  şəhərində  Beynəlxalq  musiqi 
festivalında  iştirak  etmiş  və  konsertlər 
vermişdir.
2002-ci ildə Tehran Dövlət Mədəniyyət 
və  İncəsənət  Universitetində  “ustad 
dərsləri”  verib.  1993-cü  ildə  “Humay” 
milli  mükafatına,  2001-ci  ildə  Simurq 
Milli mükafat fondunun təsis etdiyi “XXI 
əsrin ilk laureatları” ali dərəcəli mükafatı 
- “İlin fədakar sənətçisi” fəxri adına layiq 
görülmüşdür.
“İncəsənət xadimləri üçün Azərbaycan 
Respublikası  Prezidentinin  mükafatının 
təsis  edilməsi  haqqında”  Azərbaycan 
Respublikası Prezidentinin 8 may 2002-ci 
il tarixli Fərmanına uyğun olaraq, uğurlu 
səhnə  fəaliyyətinə  görə  Ramiz  Quliyev 
26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə 
Azərbaycan  Respublikası  Prezidentinin 
mükafatı ilə təltif olunmuşdur.
2007-ci  ilin  may  ayında  Azərbaycan 
Respublikası  Prezidentinin  sərəncamı 
ilə  Ramiz  Quliyev  musiqi  sənətinin  in-
kişafındakı xidmətlərinə görə ölkənin ən 
yüksək mükafatı “Şöhrət” ordeni ilə təltif 
olunmuşdur. 
 
Ə d ə b i y y a t
Azərbaycan bəstəkarlarının 
əsərləri [Mətn] /R.Quliyev.- 
Bakı, 2009.
Cəvahir. Ata-oğul 45-ci 
“Martişor” Beynəlxalq 
Musiqi Festivalında [Mətn] 
/Cəvahir //Mərkəz.- 2011.-
10 mart.-S.10.
İmamnəzərli, H. Oxu 
tar!: Ramiz Quliyevin 
ifasında tarı dinlərkən 
düşündüklərim [Mətn] 
/H.İmamnəzərli //Yaddaş.- 
2007.- 17 may.- S.13.
Ramiz Quliyev “Qızıl Tar” 
mükafatına layiq görülüb 
[Mətn] //525-ci qəzet.- 
2010.- 10 mart.-S.7.
İ n t e r n e t d ə
www. adam.az
www. az.wikipedia.org 
www. google.az
30
Tarzən


105
Mədəniyyət.Elm.Maarif
140 
illiyi
ÖMƏR FAİQ NEMANZADƏ 
1872-1937
APREL
Ömər  Faiq  Nemanzadə  1872-ci  il 
aprel ayının 24-də Gürcüstanın keçmiş 
Axalcux  qəzasının  Azquz  kəndində 
Neman  adlı  ortabab  bir  kəndli 
ailəsində anadan olmuşdur. O, bir neçə 
il molla məktəbinə getsə də, sonradan 
rus  məktəbinə  daxil  olmuşdur.  Lakin 
dindar  olan  anasının  təkidi  ilə  1882-
ci ildə İstanbula “Fateh” mədrəsəsinə 
göndərilir.  Faiq  təxminən  10  il  bura-
da təhsil alır. 1871-ci ildə Ömər Faiq 
məktəb  şəhadətnaməsini  alıb  Qalata 
poçtxanasında işə başlayır. Daha sonra 
1894-cü  ilin  payızında  Azərbaycanın 
qədim  şəhəri  olan  Şəkidə  müəllimlik 
edir. 1903-cü ilə qədər Şəki, Şamaxı, 
Gəncə,  Axalsux,  Tiflis  şəhərlərində 
müəllimlik etmiş, xalqın hər bir ehti-
yacına  bələd  olmuş,  xalqa  qaynayıb-
qarışmışdır.
Şanlı  mübarizə  tariximizdə  xal-
qımızın  ictimai  və  milli  şüurunun 
oyanması  və  formalaşmasında  Ömər 
Faiqin  xüsusi  yeri  və  mövqeyi  var-
dır. XX əsrin ilk illərindən başlayaraq 
Azərbaycan xalqının milli və mədəni 
dirçəlişi, azadlığı və xoşbətliyi uğrunda 
cəsarətlə və ehtirasla mübarizə aparan-
lardan biri olmuşdur. O, vətəni və xalqı 
üçün döyünən hərarətli bir qəlb sahibi 
idi. Yalnız onu qeyd etmək kifayətdir 
ki,  Ömər  Faiq  “Mollanəsrəddinçilər” 
adı  ilə  məşhur  olan  fikir  cərəyanının 
iki ideya rəhbərindən biri idi.
Ömər  Faiqin  “Molla  Nəsrəddin” 
jurnalının  yaranmasında  böyük  rolu 
olmuşdur. Bir publisist kimi yaradıcılı-
ğı ərzində 40-dan çox imza işlətmişdir 
ki,  bunların  da  əksəriyyəti  “Molla 
Nəsrəddin” jurnalında dərc olunmuşdur. 
Ömər Faiq Cəlil Məmmədquluzadə ilə 
birləşərək xalqın gələcək inkişafı üçün 
vacib olan “Molla Nəsrəddin” jurnalı-
nı bina etmiş, həm özünün həyatında, 
həm  də  Azərbaycan  tarixində  “Mol-
la  Nəsrəddin”  dünyası  yaratmışdır. 
Jurnalın ilk nömrəsini Mirzə Cəlil və 
onun əməl dostu Ömər Faiq tək nəşr 
etdirmişdir.
Ömər  Faiq  elə  bir  cəmiyyət  arzu-
layırdı  ki,  orada  hamı  xoş  güzaran 
keçirsin,  hamı  azad  nəfəs  ala  bilsin. 
Belə  bir  cəmiyyətin  yaradılması  ug-
runda mübarizə onun bütün publisistik 
fəaliyyətinin əsasını təşkil edirdi.
Sırf bədii poetik yazılarına gəldikdə 
isə demək lazımdır ki, bu sahədə onun 
yazıları  çoxdur.  Təkcə  “Şərqi-Rus” 
qəzetində  onun  imzalı-imzasız  bir 
neçə əsər və şeirləri dərc olunmuşdur. 
Faiqin  ən  məşhur  bədii  əsəri  “Həsən 
əminin şikayəti” hekayəsidir.
Ömər Faiqin əsərləri bu gün də xal-
qımız  tərəfindən  sevilə-sevilə  oxun-
maqdadır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Ömər Faiq Nemanzadə.- 
Bakı: Yazıçı, 1992.- 531 s.
Əsərləri [Mətn]: [məqalələr, 
felyetonlar, xatirələr] /
Ömər Faiq Nemanzadə; red. 
K.Məmmədov.- Bakı: Yazıçı, 
1983.- 150 s.
Kəbutər. Məktəb əyan 
oldumu... [Mətn]: Ömər 
Faiq Nemanzadə haqqında /
Kəbutər //Yeni Azərbaycan.-
2002.-1 fevral.- S.3. 
Vahabzadə, B. Ömər Faiq 
Nemanzadə haqqında 
[Mətn] //Vahabzadə, B. 
Dərin qatlara işıq.-Bakı, 
1986.- S.46-50.
24
Publisist


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə