Redaksiya heyəTİ: Baş redaktor


Teatr. Kino.Estrada.Sirk



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə46/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   42   43   44   45   46   47   48   49   ...   138

109
Teatr. Kino.Estrada.Sirk
Хаlq аrtisti, aktyor Abbasov Ələddin Aslan oğlunun (05.05.1922) аnаdаn 
оlmаsının 90 illiyi
Musiqi.Opera. Balet
Xalq artisti, tarzən Quliyev Əliağa Eyvaz oğlunun (09.05.1917-11.01.1998) 
аnаdаn оlmаsının 95 illiyi
Xalq artisti, bəstəkar Rüstəmov Səid Əli oğlunun (12.05.1907-10.06.1983) 
аnаdаn оlmаsının 105 illiyi
Xalq artisti, tarzən Bağırov Adil Kamil oğlunun (13.05.1937) аnаdаn 
оlmаsının 75 illiyi
SSRİ Хаlq аrtisti, bəstəkаr Hаcıyеv Rаuf Soltan oğlunun (15.05.1922-
19.09.1995) аnаdаn оlmаsının 90 illiyi
Xalq artisti, müğənni Rzayeva Həqiqət Əli qızının (20.05.1907-02.08.1969) 
аnаdаn оlmаsının 105 illiyi
Хаlq аrtisti, bəstəkаr Əlizаdə Аqşin Əliqulu oğlunun (22.05.1937) аnаdаn 
оlmаsının 75 illiyi;
Əməkdar mədəniyyət işçisi, xormeystr Məmmədova Səidə Müslüm qızının 
(25.05.1942) аnаdаn оlmаsının 70 illiyi
Xalq artisti, kamança ifaçısı Əliyev Habil Mustafa oğlunun (28.05.1927) 
аnаdаn оlmаsının 85 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Əlizadə Firəngiz Əliağa qızının (28.05. 
1947) аnаdаn оlmаsının 65 illiyi
Хаlq аrtisti Qədimоvа Sаrа Bəbiş qızının (31.05.1922-12.05.2005) аnаdаn 
оlmаsının 90 illiyi


110
Milli ədəbiyyat
155 
illiyi
ƏSGƏR AĞA GORANİ 
1857-1910
MA
Y
Əsgər  ağa  Haqvеrdi  bəy  oğlu  (Əsgər 
ağa  Gorani)  1857-ci  il  may  ayının  3-də 
Gəncənin 
(Yelizavetpol 
qəzasının) 
Goran-Boyəhmədli  kəndində  anadan 
olub.  Bakı  şəhər  gimnaziyasını  qızıl 
mеdalla  bitirdikdən  sonra,  o,  Moskvada 
Pеtrovski-Razumovski  adına  Əkinçilik 
Akadеmiyasına  daxil  olur.  Tələbəlik 
illərində inqilabi hərəkatda iştirak etmiş, 
gizli “İmdadiyyə” Cəmiyyətinin üzvü ol-
muşdur.
1878-ci  ildə  Akadеmiyanı  bitirəndən 
sonra vətənə dönən Ə.Gorani Qubеrniya 
katibi,  kollеc  asеssoru,  mülki  müşavir  
işləmiş, sonralar isə Yеlizavеtpol (Gəncə) 
qubеrniyası  qəza  hakiminin  köməkçisi, 
Tiflis  dairə  məhkəməsinin  prokuror 
nəzarət orqanlarında prokuror yoldaşı, bеş 
il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, 
Yеlizavеtpolda  (Gəncədə)  Mixaylovsk 
məktəbinin fəxri nəzarətçisi vəzifələrində 
işləyib. 
Əsgər  ağa  Gorani Azərbaycan  mədə-
niyyətində,  teatr  sahəsində  öz  yеri  olan 
görkəmli  simalardan  biridir.  Milli  teatrı-
mızın şərəfli tarixi ilk dəfə 1873-cü il mar-
tın 10-da Həsən bəy Zərdabinin rəhbərliyi 
ilə Bakıda realnı məktəbinin yuxarı sinif 
şagirdlərinin hazırladığı “Lənkəran xanı-
nın vəziri” (Teymur ağa), bir ay sonra isə 
“Hacı Qara” (Hacı Qara) əsəri ilə başlan-
mışdır.
Ə.Gorani gimnaziyanı qızıl medalla bi-
tirib təhsilini davam etdirmək üçün Nəcəf 
bəy Vəzirovla  birlikdə  Moskvaya  gedib, 
orada Əkinçilik Akademiyasına getmişlər. 
Orada  da  cəhalətdən,  avamlıqdan  yaxa 
qurtarmaq, millətinin savadlanması üçün 
yollar axtarırdı. 
Ə.Gorani  “Əkinçi”nin  ən  fəal,  dövrə, 
zəmanəyə,  hadisələrə  dəqiq,  doğru 
münasibətini  bildirən  müxbirlərindən 
olub.  Qəzetin  17  nömrəsində  müxtəlif 
imzalarla  39  məqaləsi  dərc  olunub. 
O,  həmçinin  maraqlı  dram  əsərlərinin 
müəllifidir.  “Qocalıqda  yorğalıq”  pyesi 
müxtəlif  teatrların  repertuarından  uzun 
illər  düşməmişdi.  Həmin  əsər  əsasında 
unudulmaz televiziya rejissoru Rauf Ka-
zımovski tamaşa lentə almışdı. 
Goraninin M.Lermontovun, A.S.Puşki-
nin dilimizə çevirdiyi şeirləri indi də oxu-
cuların xoşladığı əsərlər sırasındadır. 
Yazıçı  Ağa  Məhəmməd  şah  Qacarın 
Zaqafqaziyaya  hücumundan  bəhs  edən 
“Qara  yel”  tarixi  romanının,  “Hənək, 
hənək, axırı dəyənək” pyesinin, qadın hü-
quqsuzluğu əleyhinə yazılmış “Qocalıqda 
yorğalıq”  vodevilinin  müəllifidir.  Onun 
“Qara yel” romanı dünya xalqlarının 20-
dən artıq dilinə tərcümə olunub.
Əsgər  ağa  Gorani  xeyriyyəçilik 
fəaliyyəti  ilə  də  məşğul  olmuşdur.  Ti-
kintisi  XIII-XIV  əsrlərə  aid  edilən  Ni-
zami  məqbərəsi  (türbəsi)  vaxtilə  Mirzə 
Adıgözəl bəy Qarabaği və Əsgər ağa Go-
rani tərəfindən təmir etdirilmişdir. Bundan 
başqa o, Gəncədə öz hеsabına qız məktəbi 
açdırmışdır.
Azərbaycanın  görkəmli  yazıçısı, 
maarifçi-publisist Əsgər ağa Gorani öm-
rünün  sonuna  qədər  Gəncədə  ata-baba 
mülkündə yaşamışdır. 9 mart 1910-cu ildə 
qısa sürən xəstəlikdən sonra vəfat etmiş, 
Səbzekar qəbiristanlığında dəfn olunmuş-
dur.  
Ə d ə b i y y a t
“Əkinçi”lər [Mətn]: 
[görkəmli dramaturq Nəcəf 
bəy Vəzirov, şair Seyid 
Əzim Şirvani və tərcüməçi, 
jurnalist Əsgər ağa Gorani 
haqqında] // Şərq.- 2011.- 
20,22 yanvar.- S. 11.
İ n t e r n e t d ə
www.az.wikipedia.org.
3
Publisist


111
Milli ədəbiyyat
120 
illiyi
ƏHMƏD CAVAD  
1892-1937
MA
Y
Cavad Məhəmmədəli oğlu Axundzadə 
(Əhməd  Cavad)  1892-ci  il  may  ayının 
5-də  Gəncə  qəzasının  Şəmkir  dairəsinin 
Seyfəli  kəndində  anadan  olmuşdur.  O, 
1906-1912-ci illərdə Gəncə ruhani semi-
nariyasında təhsil almışdır.
Ədəbi  fəaliyyətə  şeirlə  başlamış  və 
1913-cü ildən çap edilmişdir. Yaradıcılı-
ğa lirik şeirlə başlayan şairin 1916-cı ildə 
“Qoşma”  adlı  ilk  kitabı  çapdan  çıxmış-
dır.  1919-cu  ildə  isə  “Dalğa”  adlı  kitabı 
nəşr  olunmuşdur.  Onun  məşhur  “İstiqlal 
uğrunda” şeirlər kitabı isə 1928-ci ildə İs-
tanbulda buraxılmışdır.
Əsrin  əvvəllərində  Türkiyənin  düş-
düyü  ağır  vəziyyət  bir  türk  övladı  kimi 
Əhməd  Cavadı  ciddi  narahat  etmişdir. 
O, Abdulla Şaiqlə birlikdə könüllü əsgər 
kimi  İstanbulda  qurulan  “Qafqaz  kö-
nüllü  hissəsi”  sıralarına  qatılır.  Trakya 
cəbhəsində  Türkiyənin  müstəqilliyi  uğ-
runda türk qardaşları ilə çiyin-çiyinə vu-
ruşmuşdur.
1914-cü ildə Osmanlı dövlətinin mü-
haribədə iştirak etməsindən həyəcanlanan 
Əhməd Cavad “Qara dəniz” şeirini yaz-
mışdı . 
Birinci  Dünya  müharibəsi  za-
manı,  1915-ci  ildə  Türkiyədə  rus  və 
erməni  istilasına,  özbaşnalığına  qarşı 
çıxaraq  “Azərbaycan  xeyriyyə  cəmiy-
yəti”  vasitəsilə  vaxtaşırı  türk  xalqı-
na  kömək  göstərmişdir.  Azərbaycan 
Cümhuriyyətinin  qurulmasını  sevinclə 
qarşılayan  Ə.Cavad  gecə-gündüz  çalış-
mış,  əməli  işi,  bədii  yaradıcılığı  ilə  xal-
qının  xoşbəxtliyi,  azadlığı  üçün  əlindən 
gələni  əsirgəməmişdir.  Bakının  erməni 
daşnaqlarından azad olunmasında iştirak 
edən Türk ordusu ilə birlikdə döyüşlərdə 
iştirak etmişdir. 
1919-cu  ildə  böyük  bəstəkar  Üze-
yir  Hacıbəylinin,  sözləri  Əhməd  Ca-
vad  tərəfindən  bəstələnən  Azərbaycanın 
Dövlət himninin mətni Əhməd Cavadın-
dır.
O,  1922-1927-ci  illərdə  Azərbaycan 
Ali Pedaqoji İnstitutunun Tarix və filolo-
giya fakültəsində təhsil almışdır.
Əhməd  Cavad  1934-cü  ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əhməd 
Cavadın 
tərcüməçilik 
fəaliyyəti  də  çox  geniş  olmuşdur.  O, 
A.Puşkin, M.Qorki və bir sıra başqa dün-
ya  yazarlarının  əsərlərini  Azərbaycan 
dilinə tərcümə etmişdir. “Şeirlər” (1958), 
“Sən  ağlama,  mən  ağlaram”  (1991)  ki-
tablarının, Fransua Rablenin “Qarqantua 
və Pantaqruel” (1961), Vilyam Şekspirin 
“Otello”,  “Romeo  və  Cülyetta”  (1962), 
Şota Rustavelinin “Pələng dərisi geymiş 
pəhləvan”  (1978)  tərcümə  kitablarının 
müəllifi də məhz o olmuşdur. 
Azərbaycanı  müstəqil,  doğma  xalqı-
nı  xoşbəxt  görmək  istəyən  Əhməd  Ca-
vad, haqsız olaraq həbs edilmiş, dəhşətli 
işgəncələrə məruz qalmış, 1937-ci il rep-
ressiyalarının qurbanı olmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Əhməd Cavad. - Bakı : 
Şərq-Qərb, 2005. - 295 s.
Ələkbərli, N. Üç budaq: 
Əhməd Cavad, Mikayıl 
Müşfiq, Almazs İldı-
rım [Mətn]: oçerklər 
/N.Ələkbərli.- Bakı : 
Şirvannəşr, 2007.- 224 s.
Mustafayeva, G. Qırx beş il-
lik acı ömrün 23 ayı [Mətn] 
/G.Mustafayeva //Ədəbiyyat 
qəzeti.- 2007.-11 may.- S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
 www.google.az
5
Şair


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə