Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün ÜMUMDÜNYA DİALOQ VƏ İNKİŞAF



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə49/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   45   46   47   48   49   50   51   52   ...   138

116
Tarixdə bu gün
ÜMUMDÜNYA DİALOQ VƏ İNKİŞAF 
NAMİNƏ MƏDƏNİ MÜXTƏLİFLİK GÜNÜ
MA
Y
Birləşmiş Millətlər Təşkilatının təşəb-
büsü  ilə  may  ayının  21-i    Ümumdün-
ya Dialoq və  İnkişaf    naminə Mədəni 
Müxtəliflik  Günü  kimi  qeyd  olunur. 
Qeyd  edək  ki,  2001-ci  ilin  noyabırn-
da  YUNESKO-nun  Mədəniyyətlərin 
Müxtəlifliyinə  dair  ümumi  Bəyannaməsi 
qəbul  edildikdən  sonra  Baş  Assambleya 
bu sənədi və onun həyata keçirilməsi üçün 
Fəaliyyət  Planının  əsas  istiqamətlərini 
alqışlayıb  və  21  may  tarixini  Ümum-
dünya Dialoq və İnkişaf naminə Mədəni 
Müxtəliflik  Günü  elan  edib.  Bir  sözlə, 
bu  gün  mədəni  müxtəlifliyin  dəyərləri 
haqqında anlayışımızı artırmağa və daha 
səmərəli  şəkildə  yanaşı  yaşamağı  öyrən-
məyə imkan yaradır. 
Hazırda  mədəniyyətlərarası  və  sülh 
naminə dialoqa hazır olan, ərazisində yaşa-
yan milli azlıqların hüquqlarına hörmətlə 
yanaşan  Azərbaycanda  da  Mədəni 
Müxtəliflik  Günü  yüksək  səviyyədə 
qeyd  olunur,  BMT-nin  Azərbaycandakı 
nümayəndəliyinin  təşəbbüsü  ilə  bu  mü-
nasibətlə  müxtəlif  mədəniyyət  tədbirləri 
keçirilir.  Təsadüfi  deyil  ki,  BMT-nin  İc-
timai İnformasiya Departamentinin Azər-
baycandakı  nümayəndəsi  Envera  Seli-
moviç deyir “Nəzərə alsaq ki, incəsənətə 
mədəniyyətlərarası  dialoq  üçün  qlobal 
dil kimi baxıla bilər, müxtəlif ölkələrdən 
olan rəssamlar öz əsərləri ilə bizə bir daha 
xatırladır  ki,  bəşəriyyətin  fundamental 
sərvəti onun müxtəlifliyidir. Qeyd etmək 
lazımdır  ki,  müxtəlif  mədəniyyətlərin 
birləşdiyi və eyni zamanda öz tolerantlı-
ğı ilə məşhur olan bir məkan baxımından 
Azərbaycandan daha qənaətbəxş yer yox-
dur”. 
Hazırda Azərbaycanda rus, ukraynalı, 
kürd, lak, ləzgi, tat, tatar, gürcü, ingiloy, 
talış,  avar,  məshəti  türkləri,  yəhudi,  al-
man, yunan və başqa xalqların 20-dən çox 
müxtəlif  mədəni  cəmiyyətləri  fəaliyyət 
göstərir.  Üç  dini  cəmiyyətin  –  islam, 
xristian və iudaizmin nümayəndələri bü-
tün  dövlət  tədbirlərində  iştirak  edirlər. 
Mədəni  müxtəlifliyin  dəstəklənməsi  və 
qorunması  Azərbaycan  Respublikasının 
dövlət siyasətində də öz əksini tapıb. 
Azərbaycan  tolerant  bir  dövlətdir, 
ölkədə bütün xalqların və dinlərin nüma-
yəndələri  eyni  hüquqa  malikdirlər:  “Bu 
müddəalar  Azərbaycan  Konstitusiyasın-
da  da  təsbit  olunub.  Hər  bir Azərbaycan 
vətəndaşı  mədəniyyətin  müxtəlif  sahə-
lərindən  bərabər  səviyyədə  istifadə  edə 
bilər  və  bu  da  “Mədəniyyət  haqqında” 
qanunda öz əksini tapıb. 
Azərbaycanın  effektli  dövlət  siyasəti 
ona  gətirib  çıxarır  ki,  ölkə  yavaş-yavaş 
beynəlxalq  aləmdə  mədəni  müxtəlifliyin 
ixracçısına  çevrilir.  Bundan  əlavə, 
Azərbaycan Avropa  Şurası,  İslam  Konf-
ransı  Təşkilatı  və  İSESKO-ya  üzv  olan 
yeganə  dövlətdir.  Bundan  çıxış  edən 
Mədəniyyət  və  Turizm  Nazirliyi  bu  ya-
xınlarda  böyük  mədəniyyətləri  və  si-
vilizasiyaları 
yaxınlaşdırmaq 
üçün 
“Mədəniyyətlərarası  dialoqa  dair  Bakı 
Prosesi”nin təşəbbüsçüsü oldu. 
Azərbaycan  Respublikası  mədəni 
müxtəlifliyə  və  mədəniyyətlərarası  dia-
loq məsələsinə böyük diqqət ayırır, xalq-
lar  arasında  sülhün  və  qarşılıqlı  anlayı-
şın  əldə  olunmasında  bütün  beynəlxalq 
təşəbbüsləri dəstəkləyir.
Ə d ə b i y y a t
Mehparə. Bəşəriyyətin 
fundamental sərvəti onun 
müxtəlifliyidir [Mətn] /
Mehparə //Mədəniyyət.- 
2009.- 22 may.- S. 9.
İ n t e r n e t d ə
www.anl.az
www.azerworld.info
www.icmal.az
www.medeniyyet.az
www.timeturk.com
21


117
Tarixdə bu gün
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ 
1992
MA
Y
Azərbaycan  Respublikasının  Dövlət 
himni  Azərbaycan  dövlətinin,  onun 
müstəqilliyinin və milli birliyinin müqəd-
dəs rəmzidir. 
28 may 1918-ci il tarixdə Azərbaycan 
istiqlaliyyəti  elan  olunduqdan  sonra 
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət 
bayrağı və gerbi ilə bərabər Dövlət him-
ninin  də  yaradılması  və  qəbul  edilməsi 
məsələsi qarşıya çıxmışdı. 
1920-ci il yanvarın 30-da Azərbaycan 
Xalq  Cümhuriyyətinin  Nazirlər  Şura-
sı  Cümhuriyyətin  milli  himninin  hazır-
lanması haqqında qərar qəbul etdi və bu 
məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən 
müsabiqə elan edildi. 
Bununla  əlaqədar  bəstəkar  Üzeyir 
Hacıbəyli  və  şair  Əhməd  Cavad  “Azər-
baycan marşı” adlı əsər yazırlar və müsa-
biqəyə təqdim edirlər. Lakin 1920-ci il ap-
relin 28-də Xalq Cümhuriyyətinin süqutu 
Azərbaycanın milli himnini qəbul etməyə 
imkan vermədi.
1991-ci  ildə  ölkəmiz  yenidən  müstə-
qillik  əldə    etdikdən  sonra  Azərbaycan 
Respublikasının  Dövlət  himninin  qəbulu 
məsələsi  öndəmə  çıxır.  1992-ci  il  mayın 
27-də  Milli  Məclis  “Azərbaycan  Res-
publikasının  Dövlət  himni  haqqında” 
Azərbaycan  Respublikası  Prezidenti-
nin  Qanunu  qəbul  edir.  Qanuna  əsasən, 
1919-cu  ildə  musiqisi  böyük  bəstəkar 
Üzeyir  Hacıbəyli  və  sözləri  Əhməd  Ca-
vada  məxsus  olan  “Azərbaycan  marşı” 
Azərbaycan Respublikasının Dövlət him-
ni kimi təsdiq edildi.
1993-cü  il  Azərbaycan  Respublikası 
Milli  Məclisinin  2  mart  tarixli  qərarı  ilə 
Azərbaycan  Respublikası  Dövlət  him-
ni  haqqında  əsasnamə  təsdiq  edilmiş-
dir.  Azərbaycan  Respublikasının  Dövlət 
himninə  dərin  ehtiram  bəsləmək  hər  bir 
vətəndaşın  borcudur.
Əsasnaməyə  əsasən Azərbaycan  Res-
publikasının Dövlət himni aşağıdakı hal-
larda ifa olunur:
a)  dövlət  bayramlarına  həsr  olunmuş 
təntənəli yığıncaqların və iclasların açılışı 
və bağlanışı zamanı;
b)  Hər  gün  Azərbaycan  Respublika-
sı Mlli Televiziya və Radio verilişlərinin 
əvvəlində və axırında;
c) Azərbaycan  xalqının  və  dövlətinin 
həyatında  çox  mühüm  tarixi  hadisələr 
münasibətilə,  Azərbaycanın  görkəmli 
siyasi,  dövlət,  hərbi  xadimlərinin,  mil-
li  qəhrəmanlarının,  elm,  ədəbiyyat  və 
incəsənət xadimlərinin şərəfinə abidələrin 
və lövhələrin açılışı zamanı;
ç)  Dövlət  və  ictimai  orqanlar,  müəs-
sisələr,  idarələr  və  təşkilatlar  tərəfindən 
keçirilən  mərasimlər  və  digər  təntənəli 
tədbirlər zamanı Azərbaycan Respublika-
sının Dövlət bayrağı qaldırılarkən;
d)  Azərbaycan  Respublikasına  rəsmi 
görüşə  gələn  xarici  ölkələrin  dövlət  və 
hökumət  başçıları  qarşılanarkən  və  yola 
salınarkən – müvafiq ölkənin Dövlət him-
ni ifa olunduqdan sonra.
Azərbaycan  Respublikasının  Dövlət 
himni “Azərbaycan Respublikasının Döv-
lət himni haqqında” Azərbaycan Respub-
likasının 1992-ci il 27 may tarixli Qanunu 
ilə təsdiq edilmiş mətnə və musiqi redak-
siyasına tam müvafiq surətdə ifa olunma-
lıdır. Azərbaycan Respublikasının Dövlət 
himni  ayaq üstə dinləməli və ya oxuma-
lıdırlar.
Ə d ə b i y y a t
Dövlət himni [Mətn] //
Azərbaycan Milli Ensiklo-
pediyası: 25 cilddə.- Bakı, 
2007.- Azərbaycan cildi.- 
S.6.
Məmmədova, S. 
Mədəniyyətşünaslıq 
[Mətn]: (dərs vəsaiti) 
/S.K.Məmmədova.- Bakı: 
Kooperasiya, 2001.- 202 s.
İ n t e r n e t d ə
www.meclis.gov.az
www.az.wikipedia.org
27
20 
illiyi


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə