Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə50/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   46   47   48   49   50   51   52   53   ...   138

118
Milli Qəhrəmanlar 
60 
illiyi
ŞAHLAR ŞÜKÜROV 
1952-1990
MA
Y
Şahlar  Əvəz  oğlu  Şükürov  1952-
ci  il  may    ayının  17-də  Kəlbəcər  ra-
yonunun  Zülfüqarlı  kəndində  anadan 
olmuşdur.  Orta  məktəbi  bitirdikdən 
sonra  Azərbaycan  Xalq  Təsərrüfatı 
İnstitutuna  daxil  olmuşdur.  1972-ci 
ildə təhsilini başa vuraraq, ordu sırala-
rına yollanmışdır. 
Ordudan  tərxis  olunduqdan  sonra 
Bakıda  İslah  Əmək  müəssisələrinin 
birində  işləmişdir.  Daha  sonra 
fəaliyyətini  Ucar  rayon  Daxili  İşlər 
şöbəsində davam etdirmişdir. 
1986-cı ildə Rostov Ali Polis Aka-
demiyasını  bitirmiş,  1987-ci  ildə 
Zərdab rayon DİŞ-də əməliyyat işləri 
üzrə rəis müavini vəzifəsinə təyin edil-
mişdir.  Polis  mayoru  rütbəsinə  qədər 
yüksələn Ş.Şahlar 1990-cı ildə Tərtər-
Kəlbəcər yolu ilə hərəkət edən maşın 
karvanı Ağdərə  ərazisindən  keçərkən 
düşmənin  qəfil  hücumu  ilə  qarşılaşır. 
Qeyri-bərabər  döyüşdə  qəhrəmanlıq 
nümayiş etdirərək həlak olur. 
Azərbaycan Respublikası Preziden-
tinin  8  oktyabr  1992-ci  il  tarixli  264 
saylı Fərmanı ilə polis mayoru Şükürov 
Şahlar Əvəz oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Kəlbəcər  rayonunun  Zülfüqarlı 
kəndində dəfn edilmişdir.
Zərdab  rayonunda  adına  küçə  var. 
Məktəblərin birinə onun adı verilmiş-
dir.
Ə d ə b i y y a t
Əsgərov, V. Şükürov Şahlar 
Əvəz oğlu [Mətn] //Əsgərov, 
V. Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 2005.- 
S.210.
Fəxri, Z. Yaza və yoza 
bilmədiyim yuxu [Mətn] 
/Z.Fəxri.- Bakı : Adiloğlu, 
2005.- 94 s.
Nazim, N. Şükürov Şahlar 
Əvəz oğlu [Mətn] //Nazim, 
N. İstiqlal ulduzları.- Bakı, 
1995.-S.161-163.
Zeynalov, R. Şükürov Şahlar 
Əvəz oğlu [Mətn] //Zeyna-
lov, R. Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı , 1996.- 
S.109.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
17
Milli Qəhrəman


119
Milli Qəhrəmanlar 
40 
illiyi
MƏRİFƏT NƏSİBOV 
1972-1992
MA
Y
Mərifət  Əhməd  oğlu  Nəsibov 
1972-ci  il  may  ayının  22-də  Qazax 
rayonunun Məzəm kəndində dünyaya 
gəlib. İlk təhsilini 1979-cu ildə doğma 
kəndlərində almış, 1989-cu ildə Aşağı 
Əskipara  kənd  orta  məktəbini  bitir-
mişdir. 
1990-cı  ildə  hərbi  xidmətə  çağı-
rılmış,  bir  il  sovet  ordusu  sıralarında 
xidmət  etmişdir.  Vətənə  qayıdan  M. 
Nəsibov  Milli  Ordu  sıralarına  çağırı-
lır. Döyüş zamanı həmişə öndə olmağa 
üstünlük verir, şəxsi igidlik göstərirdi. 
Qazax rayonunun Ermənistanla sərhəd 
kəndlərini  cəsur  bir  əsgər  kimi  qoru-
yurdu. 1992-ci il yanvarın 28-də Qa-
zax rayonunun Quşçu Ayrım kəndində 
gedən  mövqe  döyüşləri  zamanı 
qəhrəmancasına həlak olur. 
Subay idi.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  7  iyul  1992-ci  il  tarixli  833 
saylı  Fərmanı  ilə  Nəsibov  Mərifət 
Əhməd  oğluna  ölümündən  sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində 
dəfn  edilmişdir.  Qazax  rayonundakı 
Heydər  Əliyev  parkında  adına  bulaq 
tikilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Nəsibov Mərifət 
Əhməd oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bü-
tövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 7 iyun 1992-ci il / [Mətn]/Azərbaycan Respublikası Ali Sovetinin 
Məlumatı.- 1992.- № 13.- S.25.- (ölümündən sonra).
Əsgərov, V. Nəsibov Mərifət Əhməd oğlu // Əsgərov, V. Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 2005.- S. 169.
Seyidzadə, M. Nəsibov Mərifət Əhməd oğlu [Mətn] //Seyidzadə, M. Milli 
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 173.
Zeynalov, R. Nəsibov Mərifət Əhməd oğlu: (1972-1992) [Mətn] //Zeynalov, R. 
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 101.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.milliqahraman.az
www.zengilan.com
www.adam.az
22
Milli Qəhrəman


120
Milli Qəhrəmanlar 
45 
illiyi
AYTƏKİN MƏMMƏDOV  
1967-1991
MA
Y
Aytəkin  İsrayıl  oğlu  Məmmədov  
1967-ci il may ayının 29-da Gədəbəy 
rayonunun  Göyəli  kəndində  anadan 
olmuşdur.  1974-cü  ildə  orta  məktəbə 
daxil olur və 1984-cü ildə orta təhsilini 
başa vurmuşdur. 
Həmin  il  texniki-peşə  məktəbində 
rəngsaz  peşəsinə  yiyələnir.  1985-ci 
ildə hərbi xidmətə çağırılır. Əfqanıstan 
müharibəsində  iştirak  edir.  Ermənilər 
tərəfindən ölkəmizdə elan olunmamış 
müharibə  başlayanda,  1991-ci  ilin 
fevralında  DİN-nin  Xüsusi  Təyinatlı 
Polis Dəstəsinə daxil olur. Həmin ilin 
aprel ayında Xanlar rayonunun Quşçu 
kəndi uğrunda gedən döyüşdə rəşadət 
göstərir. 
Əhalinin  təhlükəsizliyini  təmin 
edərkən döyüşdə ağır yaralanır. Onun 
həyatını  xilas  etmək  mümkün  olmur. 
Məmmədov  Aytəkin  1991-ci  ildə 
qəhrəmancasına həlak oldu.
Subay idi.
Göyəli  kənd  qəbristanlığında  dəfn 
edilmişdir.
Göyəli kənd orta məktəbi onun adı-
nı daşıyır. Büstü qoyulmuşdur. 
Azərbaycan Respublikası Preziden-
tinin  8  oktyabr  1992-ci  il  tarixli  264 
saylı fərmanı ilə Məmmədov Aytəkin 
İsrayıl  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 
verilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Məmmədov Aytəkin 
İsrayıl oğlu – polis nəfəri – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 8 oktyabr 1992-ci il [Mətn] //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- 
(ölümündən sonra).
Əsgərov, V. Məmmədov Aytəkin İsrayıl oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 138.
Nazim, N. Məmmədov Aytəkin İsrayıl oğlu: (1967-1991) [Mətn] //Nazim, N. İstiq-
lal ulduzları.- Bakı, 1995.- S. 108-110. 
Seyidzadə, M. Məmmədov Aytəkin İsrayıl oğlu [Mətn] //Seyidzadə, M. Milli 
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 139.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.milliqahraman.az
www.gedebey.net
www.adam.az
29
Milli Qəhrəman


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə