Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə51/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   47   48   49   50   51   52   53   54   ...   138

121
Neft 
100 
illiyi
SABİT ORUCOV 
1912-1981
MA
Y
Sabit  Atabala  oğlu  Orucov  1912-
ci il may ayının 31-də Bakı şəhərində 
anadan olmuşdur.
Orta  təhsilini  Bakıda  almış  alim 
1929-1931-ci  illərdə  orta  məktəbdə 
dərs  demiş,  1931-1936-cı  illərdə 
Azərbaycan Sənaye İnstitutunda (indi-
ki Azərbaycan Dövlət Neft Akademi-
yası) oxumuşdur. 
S.Orucov  1936-1946-cı  illərdə 
Kompressor  təsərrüfatında  mexa-
nik,  neftçıxarma  ustası,  Suraxa-
nı  mədənlərində  direktor  olmuş-
dur.  O,  “Orcenikidzeneft”in  idarə 
rəisi,  “Azərneftkombinat”da  qazma 
üzrə  rəis  müavini,  “Azneftdə”  baş 
mühəndis işləmişdir. Xəzər dəniz neft 
yataqlarında, xüsusilə də Neft Daşla-
rında  neft  çıxarılmasına  böyük  əmək 
sərf  etmişdir.  Bütün  bu  xidmətlərinə 
görə o, 1964-cü ildə Azərbaycan SSR 
Əməkdar elm və texnika xadimi fəxri 
adına layiq görülmüşdür.
  S.Orucov  1946-1947-ci  illərdə 
SSRİ Neft Sənayesi Nazirliyində şöbə 
müdiri,  1947-1949-cu  illərdə  “Kras-
nodarneft”  Birliyində  rəisin  birinci 
müavini  –  baş  mühəndis,  1949-1953 
və  1955-1957-ci  illərdə  SSRİ  Neft 
Sənayesi  nazirinin  müavini,  1957-
1959-cu  illərdə  Azərbaycan  Xalq 
Təsərrüfatı  Şurasının  sədri,  Nazirlər 
Soveti  sədrinin  müavini,  1959-62-
ci  illərdə  Azərbaycan  Nazirlər  So-
vetinin  SSRİ  Nazirlər  Sovetindəki 
nümayəndəsi,  1962-1965-ci  illərdə 
SSRİ Dövlət Plan Komitəsində neft və 
qaz  sənayesi  məsələlərilə  məşğul  ol-
muş,  1965-1972-ci  illərdə  SSRİ  Neft 
Sənayesi  nazirinin  birinci  müavini, 
SSRİ Neft Komitəsinin sədri və Dün-
ya  Neft  konqreslərinin  sədr  müavini 
seçilmişdir. 
S.Orucov  1972-1981-ci  illərdə 
SSRİ  Qaz  Sənayesi  naziri  olmuşdur. 
Onun  SSRİ  qaz  sənayesinin  inkişa-
fında  böyük  xidmətləri  olmuşdur. 
Xüsusilə Sibirdə qaz sənayesinin inki-
şafına diqqət yetirmişdir. 
Texnika elmləri doktoru, professor 
S.Orucov  elmi  fəaliyyətini  də  davam 
etdirir. O, “Yüksəkdərinlikli iribloklu 
dəniz neft buruqları özülləri”, “İranın 
neft sənayesi”, “Qaz sənayesi inkişaf 
yolunda” kimi əsərlərin müəllifidir. 
S.Orucov  1950-1951-ci  illərdə 
SSRİ Dövlət mükafatı laureatı, 1970-
ci  ildə  Lenin  mükafatı,  1980-cı  ildə 
Sosialist  Əməyi  Qəhrəmanı  adına  la-
yiq görülmüşdür.
Sabit Orucov 3 dəfə Lenin ordeni, 
Oktyabr  İnqilabı  ordeni,  4  Qırmızı 
Əmək Bayrağı opdeni, medallarla təltif 
olunmuşdur.  O  dəfələrlə  Azərbaycan 
və  SSRİ  Ali  Sovetinə  deputat  seçil-
mişdir.
Sabit Atabala oğlu Orucov 1981-ci 
ildə Moskvada vəfat etmişdir.
Ə d ə b i y y a t
Aslanov, V. Nəsillərə 
nümunə olan görkəmli 
şəxsiyyət [Mətn] /V.Aslanov 
//Xalq qəzeti.- 2009.-16 
iyul.- S.5.
Fəcri, F. Od oğullar [Mətn] 
/F.Fəcri.- Bakı : Mütərcim
2004.- 144 s.
Hacızadə, A. Sabit Oruco-
vun xatirəsi Moskvada ehti-
ramla yad edildi [Mətn]: [S. 
Orucovun anadan olması-
nın 90 illiyi ilə əlaqədar] 
/A.Hacızadə //Azərbaycan.-
2002.-4 iyun.-S.8 
Мамедов, Р. 
Соотечественники 
[Текст] /Р.Мамедов.- 
Баку: Зия-Нурлан, 2009.- 
279 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
31
Professor


122
Kimya.Biologiya.Tibb
85 
illiyi
MİRMƏMMƏD CAVADZADƏ 
1927-2008
MA
Y
Mirməmməd    Cavad  oğlu  Cavad-
zadə  1927-ci  il  may  ayının  18-də 
Lənkəran şəhərində anadan olmuşdur. 
1943-cü  ildə  1  saylı  Lənkəran  şəhər 
orta məktəbini, 1948-ci ildə ADTİ-nin 
Müalicə-profilaktika  fakültəsini  bitir-
mişdir. 
1951-ci  ildə  II  Moskva  Tibb  İns-
titutundakı  Urologiya  kafedrası  as-
piranturasında  oxumuş,  1954-cü  ildə 
namizədlik dissertasiyasını müdafiə et-
mişdir. 1954-cü ildən 1957-ci ilə qədər 
Krım Tibb İnstitutunda assistent, sonra 
urologiya  üzrə  dosent  olmaqla,  Krım 
vilayətinin  baş  uroloqu  işləmişdir. 
1962-ci  ildə  doktorluq  dissertasiya-
sını müdafiə edərək tibb elmləri dok-
toru adı almışdır. 1963-cü ildə Bakıya 
dəvət  olunmuş  və  müsabiqə  yolu  ilə 
Ə.Əliyev  adına  Azərbaycan  Dövlət 
Həkimləri  Təkmilləşdirmə  İnstitutu-
nun Urologiya və operativ nefrelogiya 
kafedrasına müdir seçilmişdir.
Azərbaycana  qayıtdıqdan  sonra  o, 
yüksək səviyyəli elmi-klinik müəssisə 
yaratmış və bununla da müasir klini-
ka  məktəbinin  və  urologiya  elmində 
yeni  istiqamətin  təməlini  qoymuş-
dur.  M.Cavadzadənin  rəhbərliyilə  bir 
neçə  xəstəxananın  urologiya  şöbələri 
birləşdirilmiş və respublikada urologi-
ya və onunla əlaqədar elmlərin inkişa-
fına təkan verilmişdir.
M.C.Cavadzadənin elmi tədqiqatları 
xarici  ölkələrdə  geniş  şöhrət  tapmış-
dır. O, dəfələrlə ölkəmizi dünyanın bir 
çox ölkələrində keçirilən elmi simpo-
zium  və  konfranslarda  təmsil  etmiş, 
beynəlxalq forumlarda çıxışlar etmiş-
dir.
Mirməmməd Cavadzadə 1964-cu il-
dən professor, 1967-ci ildən Əməkdar 
elm  xadimi  adına  layiq  görülmüşdür. 
O, Azərbaycan Milli Elmlər Akademi-
yasınınnın həqiqi üzvü olmuşdur.
M.C.Cavadzadə  tibb  elminin  inki-
şafındakı  xidmətlərinə  görə  18  may 
2007-ci  ildə  Azərbaycan  Respubli-
kasının  Prezidenti  İlham  Əliyevin 
Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif 
edilmişdir. 
Tanınmış həkim-uroloq, akademik, 
Cavadzadə  Mirməmməd  Cavad  oğlu 
2008-ci  il  avqust  ayında  vəfat  etmiş-
dir.
Ə d ə b i y y a t
Xroniki böyrək çatışmazlığı: 
etiopatogenezi klinikası, 
diaqnostika və müalicəsi 
[Mətn]: monoqrafiya: 
praktiki həkimlər üçün 
vəsait /M.Cavadzadə.- Bakı: 
Çaşıoğlu, 2007.- 175 s.
Qəlblərdə yaşayan insan 
[Mətn]: [Zərifə Əliyeva 
haqqında] /M.Cavadzadə 
//Respublika.- 2008.- 27 
aprel.- S.5. 
Kərimov, S. Dünya şöhrətli 
uroloq-cərrah [Mətn] 
/S.Kərimov //Azərbaycan.- 
2009. - 20 may.- S. 6.
Kərimov, S. İnsanların 
sağlamlığına həsr olunmuş 
ömür [Mətn] /S.Kərimov 
//Respublika .- 2005. -12 
yanvar.- S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org 
 www.google.az
18
Akademik


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə