Redaksiya heyəTİ: Baş redaktor


Kimya.Biologiya.Tibb 100



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə52/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   48   49   50   51   52   53   54   55   ...   138

123
Kimya.Biologiya.Tibb
100 
illiyi
ƏLİ QULİYEV 
1912-1989
MA
Y
Əli  Musa  oğlu  Quliyev  1912-ci  il 
may  ayının  31-də  Gəncə  şəhərində 
anadan olmuşdur.
O, 1931-ci ildə Bakı Pedaqoji Tex-
nikumunu  bitirdikdən  sonra  bir  sıra 
kənd məktəblərində müəllimlik etmiş-
dir.  1934-1939-cu  illərdə  S.M.Kirov 
adına Azərbaycan  Dövlət  Universite-
tinin  Kimya  fakültəsinin  tələbəsi  ol-
muşdur. Sonrakı illərdə o, Azərbaycan 
Elmi-Tədqiqat  Neft  Emalı  Sənayesi 
İnstitutunda, Respublika Elmlər Aka-
demiyasının  Neft  Kimyası  Prosesləri 
İnstitutunda işləmişdir.
1987-ci  ilə  qədər  onun  həyatı  və 
elmi fəaliyyəti respublika Elmlər Aka-
demiyasının  Aşqarlar  Kimyası  İnsti-
tutu ilə bağlı olmuşdur. Ə.M.Quliyev 
institutun yaradıldığı gündən ona baş-
çılıq etmişdir.
Böyük  Vətən  müharibəsi  illərində 
Ə.M.Quliyev  ordunun  döyüş  qabiliy-
yətinin  möhkəmləndirilməsinə,  mü-
hüm  əczaçılıq  preparatları  yaradıl-
masına  yönəldilən  işlərə  rəhbərlik 
etmişdir. 
Ə.M.Quliyevin  tədqiqatları  geniş 
şöhrət  qazanmış,  bir  çox  dərsliklərə 
və  monoqrafiyalara  daxil  edrlmişdir. 
Görkəmli alim 800 elmi əsər yazmış-
dır,  o  cümlədən  ixtiraları  üçün  170 
müəllif şəhadətnaməsi almışdır. 
Onun rəhbərliyi altında 70-dən çox 
doktorluq və namizədlik dissertasiyası 
müdafiə  edilmişdir.  O,  respublikanın 
ictimai və elmi həyatında yaxından iş-
tirak edirdi . 
Uzun illər S.M.Kirov adına ADU-
da  dərs  demiş  və  1951-60-cı  illərdə 
Üzvi  kimya  kafedrasının  müdiri  ol-
muşdur. Əli Quliyev neft məsələlərinə 
dair keçirilən konqres və simpozium-
larda  məruzələrlə  çıxış  etmişdir.  İki 
dəfə  SSRİ  Dövlət  Mükafatı  laureatı, 
2 Qırmızı Əmək Bayrağı və 3 “Şərəf 
nişanı” ordeni və medallarla təlif olun-
muşdur.
Akademik Əli Musa oğlu Quliyev 
1989-cu  ilin  yanvar  ayının  31-də  77 
yaşında vəfat etmişdir.
Ə d ə b i y y a t
Əli Musa oğlu Quliyev 
[Mətn] //Azərbaycan Sovet 
Ensiklopediyası: 10 cilddə.- 
Bakı, 1979.- C.III .- S.267.
İ n t e r n e t d ə
www.press.bsu.edu.az
www.library.adau.edu.az
31
Akademik


124
Teatr.Kino.Estrada.Sirk 
90 
illiyi
ƏLƏDDİN ABBASOV 
1922
MA
Y
Ələddin  Aslan  oğlu  Abbasov 
1922-ci  il  may  ayının  5-də  qədim 
Gəncə  şəhərində  anadan  olmuşdur. 
Sənətə  olan  böyük  həvəsi  onu  1937-
ci  ildə  Gəncə  Dövlət  Dram Teatrının 
nəzdindəki  aktyor  studiyasna  gətirib 
çıxarmışdır.  Studiyadakı  iki  illik 
təhsil  müddətində  o,  teatrın  yardımçı 
heyətində çalışıb, tamaşalarda kütləvi 
səhnələrdə iştirak edib. 
Ələddin  Abbasov  1939-cu  ildən 
Gəncə  Dövlət  Dram  Teatrı  truppası-
nın  üzvü  olmuş  və  ömrünün  sonuna 
qədər  bu  kollektivdə  çalışmışdır.  O, 
Böyük  Vətən  müharibəsi  iştirakçısı 
olmuşdur.  Müharibədən  sonra  doğ-
ma  kollektivə  qayıdaraq  aktyorluq 
fəaliyyətini  davam  etdirmişdir.  Ta-
maşaya qoyulan əsərlərin demək olar 
ki,  əksəriyyətində  baş  rollarda  çıxış 
etmişdir. O, lirik-psixoloji üslublu ta-
maşalarda  məhəbbət  qəhrəmanlarını 
bacarıqla  oynayıb.  Xarakterik  səs 
tembri,  ifadəli  sifət  cizgiləri,  cazibəli 
səhnə  görkəmi  olan  aktyor  tamaşaçı-
ların böyük məhəbbət və rəğbətini qa-
zanmışdır.
Sənət uğurlarına görə Ələddin Ab-
basov  1958-ci  ildə  Əməkdar  artist, 
1971-ci  ildə  isə  Pespublikanın  Xalq 
artisti fəxri adına layiq görülmüşdür.
Ələddin 
Abbasov 
teatrdakı 
fəaliyyəti ilə yanaşı, “Azərbaycanfilm” 
kinostudiyasının istehsal etdiyi bir çox 
filmlərdə  çəkilmişdir.  İsmayıl  Şıx-
lının  ssenarisi  əsasında  rejissor  Hü-
seyn Seyidzadənin çəkdiyi “Dəli Kür” 
filmində  Cahandar  ağa  rolu  ilə  əsl 
Azərbaycan  “kişi”sinin  obrazını  ya-
ratmışdır. O, “Mən ki, gözəl deyildim” 
(İmran),  “Özgə  ömrü”  (Ata),  “Qatır 
Məmməd”  (Məşədi  Göyüş)  və  sairə 
bədii filmlərdə bir çox uğurlu obrazlar 
yaratmışdır. 
Ələddin Aslan oğlu Abbasov Teatr 
Xadimləri  İttifaqının  üzvüdür,  Prezi-
dent təqaüdçüsüdür.
 
Ə d ə b i y y a t
Ağaoğlu, T. Arzularına çatan 
sənətkar [Mətn] /T.Ağaoğlu 
//Azərbaycan.- 2008.- 4 
oktyabr.-S.6.
İsmayılova, P. “Dəli 
Kür”də səhvlər var [Mətn] 
/P.İsmayılova //Həftə içi.- 
2011.- 6 yanvar.-S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
5
Aktyor


125
Musiqi. Opera. Balet 
105 
illiyi
SƏİD RÜSTƏMOV 
1907-1983
MA
Y
Səid  Əli  oğlu  Rüstəmov  1907-ci 
il  may  ayının  12-də  İrəvanda  anadan 
olmuşdur.  1919-cu  ildə  Rüstəmovlar 
ailəsi Bakıya köçür və Səid Müəllimlər 
seminariyasına  daxil  olur.  Həmin 
məktəbdə  musiqi  dərsləri  keçilirdi. 
Səid  burada  truba  çalmağı  öyrənir. 
Səidin musiqi istedadı müəllimlərdən 
birinin  diqqətini  cəlb  edir.  O,  Səidi 
Üzeyir Hacıbəylinin yanına aparır. Bu 
da Səidin taleyini həll edir. S. Rüstəmov 
1924-cü ildə musiqi məktəbinin Xalq 
çalğı alətləri şöbəsinə qəbul olunur.
Səid Rüstəmov 1926-cı ildə Müəl-
limlər Seminarıyasını bitirdikdən sonra 
Süleyman  Sani Axundovun  müəllimi 
olduğu  19  nömrəli  birinci  dərəcəli 
məktəbə müəllim təyin olunur. 1932-ci 
ildə Azərbaycan Dövlət Pedaqoji İns-
titutunu bitirir. Səid Rüstəmovu digər 
sənətkarlardan,  sənət  dostlarından 
fərqləndirən  cəhətlərdən  biri  də  odur 
ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilin 
əsaslarını öyrədən məktəbdə başlayıb.
Musiqi  məktəbləri  üçün  “Not  sa-
vadı” dərsliyinin əsas tərtibçilərindən 
biri olanda da, ilk “Tar məktəbi” dərs 
vəsaitini yazanda da, 1931-ci ildə res-
publikamızda notla çalan ilk xalq çal-
ğı alətləri orkestrinin bədii rəhbəri və 
baş  dirijorunun  köməkçisi,  sonralar 
isə orkestrin bədii rəhbəri və baş diri-
joru, Fioletov adına klubun mahnı və 
rəqs ansamblının (1945), Azərbaycan 
Dövlət  mahnı  və  rəqs  ansamblının 
(1951)  rəhbəri  vəzifəsində  çalışanda 
da öyrətmək məharəti ilə tanınan pe-
daqoq kimi nəzərə çarpmışdır. 
S.  Rüstəmovun  pedoqoji  fəaliy-
yəyinin  mühüm  bir  dövrü  Ü.  Hacı-
bəyov  adına  Azərbaycan  Dövlət 
Konservatoriyası  ilə  bağlı  olmuşdur. 
O, bu mötəbər ali musiqi təhsili oca-
ğında  Xalq  musiqisi  kafedrasının  ya-
radıldığı vaxtdan istedadlı tarzənlərin 
yoluna  işıq  tutmuşdur.  Dahi  Üze-
yir  Hacıbəylinin  vəfatından  sonra 
Azərbaycan  Bəstəkarlar  İttifaqının 
sədri seçilməsi və 1953-cü ilədək tut-
du]u  v’zif’dustad  müəllimin  adına 
layiq çalışması, həm də onun ictimai 
xadim kimi yetişməsini göstərirdi.
1937-ci  ildən  1953-cü  ilə  qədər 
S.Rüstəmov  20-dən  artıq  səhnə 
əsərlərinə 
musiqi 
bəstələmişdir. 
M.F.Axundovun 
“Hacı 
Qara”, 
S.Vurğunun  “Vaqif”,  C.Cabbarlının 
“Od 
gəlini” 
və 
“Almaz”, 
S.Rəhmanın  “Toy”,  M.Hüseynin  və 
İ.Əfəndiyevin  birgə  yazdıqları  “İn-
tizar”,  A.Şirvanzadənin  “Namus” 
və  digər  səhnə  əsərlərinin  musiqisi 
S.Rüstəmova aiddir.
Səid  Əli  oğlu  Rüstəmovun  geniş, 
çoxcəhətli  fəaliyyəti,  gərgin  əməyi 
layiqincə  qiymətləndirilmişdir.  O, 
1938-ci ildə Əməkdar incəsənət xadi-
mi, 1957-ci ildə Azərbaycan Respub-
likasının  Xalq  artisti  fəxri  adlarına, 
1951-ci ildə isə SSRİ Dövlət Mükafa-
tına  layiq  görülmüşdür.  İki  dəfə  Qır-
mızı  Əmək  Bayrağı  ordeni,  Xalqlar 
Dostluğu ordeni və bir sıra medallarla 
təltif olunmuşdur.
Səid  Rüstəmov  1983-cü  ilin  iyun 
ayında 76 yaşında vəfat etmişdir.
Ə d ə b i y y a t
Tar məktəbi [Mətn]: dərslik 
/S.Rüstəmov.- Bakı: İnkişaf 
Şirkəti MMC, 2008.- 143 s.
Əfəndiyeva, İ. Gözəl və 
təkrarolunmaz mahnıla-
rın müəllifi [Mətn]: Səid 
Rüstəmov-100 /İ.Əfəndiyeva 
//Musiqi dünyası.- 2007.- № 
1-2.- S. 39-41.
Kazımov, N. Səid Rüstəmov 
[Mətn]: dərs vəsaiti 
/N.Kazımov.- Bakı: Çaşıoğ-
lu, 2007.- 92 s.
Novruzov, A. Səid 
Rüstəmovun tar məktəbinə 
yeni bir baxış [Mətn] 
/A.Novruzov //Konservatori-
ya.- 2009.- № 1.- S. 59.
Quliyeva, A. Səid 
Rüstəmovun folkloristika 
sahəsində fəaliyyəti [Mətn] 
|A/Quliyeva //Musiqi dünya-
sı.- 2006.- № 1-2.- S. 188.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
12
Bəstəkar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə