Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə53/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   49   50   51   52   53   54   55   56   ...   138

126
Musiqi.Opera.Balet 
90 
illiyi
RAUF HACIYEV  
1922- 1995
MA
Y
Rauf Sultan oğlu Hacıyev 1922-ci 
il  may  ayının  15-də  Bakı  şəhərində 
dünyaya göz açmışdır. 
Yeddi  yaşında  ikən  Rauf  Hacıyev 
Orta İxtisas musiqi məktəbinin fortepi-
ano sinfinə daxil olmuşdur. Görkəmli 
musiqişünas, pedaqoq Kövkəb xanım 
Səfərəliyevadan  dərs  alıb.  O,  hələ 
təhsil illərində fortepiano üçün bir sıra 
instrumental  pyeslər  –  “Tarantella”, 
“Dagıstan”, “Ləzgihəngi” kimi əsərlər 
yazmışdır. 
R. Hacıyev 1938-ci ildə Bakı Orta 
İxtisas  musiqi  məktəbinin  nəzəri-
bəstəkarlıq şöbəsinə daxil olmuşdur.
1940-cı  ildə  18  yaşında  olarkən 
Mustafa 
Mərdanovun 
librettosu 
əsasında “Tələbələrin kələyi” adlı mu-
siqili komediyasını yazmışdır.
  1941-ci  ildə  R.  Hacıyev      Azər-
baycan Dövlət Konservatoriyasına da-
xil olmuşdur. 
1948-ci  ildə    O,  yenidən  Azər-
baycan  Dövlət  Konservatoriyası-
na  daxil  olmuş  və  bir  müddət  sonra 
Moskva  Dövlət  Konservatoriyasına 
göndərilmişdir.  Bakıya  qayıtdıqdan 
sonra  R.Hacıyev  böyük  bəstəkarımız 
Qara  Qarayevin  rəhbərliyi  altında 
öz  sənətini  daha  da  təkmilləşdirmiş, 
Niyazi  ilə  birlikdə  “Kolxoz”  süita-
sını  yazmışdır.  Bu  əsərlə  bəstəkarın 
kantata-oratorial  janrlara  olan  marağı 
üzə çıxır. O, 1950-ci ildə S.Rüstəmin, 
S.Vurğunun  və  M.Rahimin  sözlərinə 
“Bahar” kantatasını bəstələmişdir.
Müxtəlif  illərdə  R.Hacıyev  150-
dən  artıq  mahnı  yazmışdır.  “Mənim 
Azərbycanım”,  “Sevgilim”,  “Lirik 
mahnı”, “Leyla”, “Bahar gəlir”, “An-
caq  sən”,  “Sevimli  şəhər”  və  s.  kimi 
mahnılar  nadir sənət nümunələri he-
sab olunur. 
R.Hacıyev  15-dən  artıq  bədii  və 
sənədli  filmə  musiqi  bəstələmişdir. 
60-cı  illərdə  bəstəkarı  daha  çox 
operetta  janrı  özünə  cəlb  etmişdir. 
Bəstəkarın  yazdığı  yeddi  operettadan 
beşi  “Romeo  mənim  qonşumdur”, 
“Kuba,  məhəbbətim  mənim”,  “Qaf-
qaz  əsəri”,  “Ana  mən  evlənirəm”, 
“Yolayrıcı”  Moskva  Dövlət  Operetta 
Teatrının səhnəsində tamaşaya qoyul-
muşdur. “Romeo mənim qonşumdur” 
“Azərbaycanfilm”  kinostudiyasında 
rejissor  S.Mahmudbəyovun  qurulu-
şunda ekranlaşdırılmışdır.
R.Hacıyevin  axırıncı  operettası 
Üzeyir  Hacıbəylinin  anadan  olması-
nın 100 illiyinə həsr olunmuş “Ordan-
burdan” əsəridir.
Bəstəkar  “Üç  inqilab”,  “Alov”  və 
”Hürriyyət” adlı baletlərin müəllifidir.
Rauf  Hacıyev  80-ci  illərdə  sımfo-
nik  musiqi  sahəsində  səmərəli  işlər 
görmüş, 1982-ci ildə kamera orkestri 
üçün ikinci simfonyasını, simfonik or-
kestr üçün “Şeyx Sənan”, 1983-cü ildə 
“Səbuhi”, 1984-cü ildə isə “Həzi Asla-
nov” simfonik poemalarını yazmışdır. 
1978-ci ildə SSRİ Xalq artisti adına 
layiq  görülmüşdür.    “Lenin”  ordeni, 
“Qırmızı Əmək Bayrağı” və “Şərəf ni-
şanı” ordenləri ilə təltif edilmişdir.
Rauf  Hacıyev  1995-ci  il  sentyabr 
ayının 19-da Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Mükərrəmoğlu, M. Görkəmli 
bəstəkarın xatirəsinə 
[Mətn]: [R.Hacıyev – 80] 
/M.Mükərrəmoğlu // Xalq 
qəzeti.-2002.- 25 dekabr 
.- S.6.
 Zöhrabov, R. Rauf Hacıyev 
[Mətn]: monoqrafiya 
/R.Zöhrabov.-Bakı : Şur, 
1993.-24 s.
Мирзоева, Э. Рауф 
Гаджиев [Текст]: oчерк 
о жизни и творчестве 
/Э.Мирзоева.- Москва: 
Сов. Композитор, 1988.- 
111 с.
15
Bəstəkar


127
Musiqi.Opera.Balet 
75  
illiyi
AQŞİN ƏLİZADƏ  
1937
MA
Y
Aqşin Əliqulu oğlu Əlizadə 1937-
ci il may ayının 22-də Bakıda anadan 
olub. O, 1962-ci ildə Ü.Hacıbəyov adı-
na  Azərbaycan  Dövlət  Konservatori-
yasında Cövdət Hacıyevin bəstəkarlıq 
sinifini bitirib. 
1963-cü  ildən həmin təhsil оcаğının 
bəstəkаrlıq  kаfеdrаsındа  dərs  dеyir. 
Hal-hazırda da Akademiyanın profes-
sorudur. 
1990-cı 
ildən 
prоfеssоrdur. 
Müхtəlif  illərdə  Y.Məmmədəliyеv 
аdınа  Nахçıvаn  Univеrsitеtində  və 
Türkiyənin  Vаn  şəhərindəki  “Yü-
züncü  Yıl  Univеrsitеti”ndə  pеdаqоji 
fəаliyyət  göstərən  bəstəkаrın  gənc 
musiqiçilər nəslinin yеtişməsində bö-
yük хidmətləri vаr. 
  А.Əlizаdə  1979-1985-ci  illərdə 
Аzərbаycаn  Bəstəkаrlаr  İttifаqı  İdаrə 
hеyətinin kаtibi, 1985-1990-cı illərdə-
Birinci  kаtibi  оlub.  Аzərbаycаn 
bəstəkаrlаrının  sоnuncu  VIII  qurul-
tаyındа  (2007)  о,  İttifаqın  kаtibi 
sеçilib.
Əsərləri  АBŞ,  İngiltərə,  İsvеçrə, 
Kubа, Frаnsа, Türkiyə, kеçmiş SSRİ-
nin  bir  çox  rеspublikаlаrındа  ifа 
оlunub.
  Aqşin  Əlizadənin  “Babək”  bale-
ti, “Natəvan” baleti, 5 simfoniya, xor 
üçün  “Bayatı”,  “Pastoral”,  “Aşıqsa-
yağı”, “Cəngi”, “Kənd süitasi”, “Das-
tan”,  “Qədim  oyunlar”,  “Portret”, 
xoreoqrafiq  simfoniya  və  s.  məşhur 
əsərlərindəndir.  O,  40-dan  çox  filmə 
və tamaşaya musiqi yazmışdır.
1988-ci ildən o, “Unudulmuş qəhrə-
man”  (2005);  “Bağ  yerində”  (2007); 
“Məhkumlar”  (2007);  “Təxəllüsü 
“Mixaylo””  (2008)  və  s.  filmlərinin 
musiqisini bəstələmişdir.
Aqşin Əlizadə musiqi sənətinin in-
kişafındakı xidmətlərinə görə 1978-ci 
ildə Respublika Dövlət Mükafatı lau-
reatı, 1982-ci il 15 iyulda “Azərbaycan 
Əməkdar  incəsənət  xadimi”,  1987-
ci  ildə  Azərbaycanın  Xalq  artisti 
fəxri  adları,  1997-ci  il  22  mayda  isə 
Azərbaycan  Respublikası  Prezidenti-
nin Fərmanı ilə ölkənin ən yüksək mü-
kafatı  “Şöhrət”  ordeni  ilə  təltif  olun-
muşdur.
Ə d ə b i y y a t
 Dastan, qədim oyunlar
portret [Mətn] /A.Əlizadə.- 
Bakı : Şur, 1994.- 38 s.
Müsiqi dövlətin ən önəmli 
silahlarından biridir [Mətn] 
/A.Əlizadə //Xalq cəbhəsi.-
2007.-8 noyabr.-S.14.
 Yaratdığım musiqilər 
xalqımız, sabahımız üçün-
dür [Mətn] /A.Əlizadə //
Qobustan.-2007.-№ 4.- 
S.26-29.
Dadaşzadə, Z. Aq-
şin Əlizadə [Mətn] 
/Z.Dadaşzadə.- Bakı : 
Şur,1992.- 32 s.
Hüseynova, L. Aqşin 
Əlizadənin musiqi dünyası 
düşüncə və mülahizələrdə 
[Mətn] /L.Hüseynova //
Qobustan.- 2007.- №4.- 
S.21-25.
Xatun. Muğamı anlamaq 
üçün Azərbaycanda doğul-
maq gərəkdir [Mətn] /Xatun 
//Ayna.-2010.- 20 noyabr.-
S.20.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Bəstəkar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə