Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə54/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   50   51   52   53   54   55   56   57   ...   138

128
Musiqi.Opera.Balet 
85 
illiyi
HABİL ƏLİYEV  
1927
MA
Y
Habil Mustafa oğlu Əliyev 1927-ci 
il may ayının 28-də Ağdaş rayonunun 
Üçqovaq kəndində anadan olub. Yed-
di  yaşında  ikən  rayon  mərkəzindəki 
3  saylı  yeddiillik  Ağdam  musiqi 
məktəbinə daxil olub. Elə həmin vaxt-
dan da meylini kamana salıb.Yeddin-
ci sinifi və həm də musiqi məktəbini 
bitirəndən  sonra  Habil  Əliyev Ağdaş 
Pedaqoji məktəbində təhsil alır. 
Habil  Əliyev  1952-ci  ildə  Bakıya 
gəlib Asəf Zeynallı adına orta ixtisas 
Musiqi Məktəbinin kamança şöbəsinə 
daxil  olur.  Görkəmli  tarzən  Qurban 
Pirimovdan  və  məşhur  müğənni  Xan 
Şuşinskidən muğam sənətinin sirlərini 
öyrənməyə başlayır. 
Habilin  ifaçılığı  bəstəkar  Soltan 
Hacıbəyovun da diqqətindən yayınma-
mışdı. Bəstəkar, onun potensial imkan-
larını  nəzərə  alıb Azərbaycan  Dövlət 
Filarmoniyasında  işləməyi  məsləhət 
görür. Beləliklə, Habil Əliyev 1953-cü 
ildə M.Maqomayev adına Azərbaycan 
Dövlət Filarmoniyasında əvvəlcə rəqs 
ansamblında müşayiətçi, sonra isə tri-
oda  kamança  ifaçısı  kimi  fəaliyyətə 
başlayır. 
Seyid  Şuşinski,  Həqiqət  Rzaye-
va,  Xan  Şuşinski,  Zülfü  Adıgözəlov, 
Mütəllim 
Mütəllimov, 
Şövkət 
Ələkbərova,  Sara  Qədimova,  Fat-
ma  Mehrəliyeva  kimi  sənətkarların 
konsertlərində  müşayiətçi  olan  Habil 
Əliyev həvəslə onların ölməz irsindən 
bəhrələnir, daha səylə çalışır, saatlarla 
məşqdən yorulmurdu.
Habil  Əliyev  “Segah”,  “Bayatı-
Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, 
“Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, 
“Rast”, “Zabul” muğamlarına yeni ka-
mança həyatı vermişdir. Beləliklə, Ha-
bil Əliyev əllinci illərin sonu, altmışın-
cı illərin əvvəllərində mahir kamança 
ustası kimi formalaşıb el arasında ge-
niş şöhrət tapdı. Habil Əliyevin virtuoz 
çalğısını musiqi biliciləri, tez-tez Nik-
kolo Paqanininin ifaçılığı ilə müqayisə 
edirlər.
Ustad sənətkar virtuoz ifaçılığı ilə 
yanaşı gözəl mahnıların da müəllifidir. 
Onun  bəstələdiyi  15-dən  artıq  mah-
nı  bu  gün  də  tanınmış  musiqiçilər 
tərəfindən sevilə-sevilə ifa olunur.
Sənətkarın 
dünyanın 
böyük 
dövlətləri olan ABŞ, Fransa, Yaponiya, 
İtaliya  və  Yunanıstanda  Azərbaycan 
muğamlarından və xalq mahnılarından 
ibarət kompakt diskləri də buraxılıb.
Habil  Əliyev  sənətdə  göstərdiyi 
xidmətlərinə  görə  29  iyun  1964-cü 
ildə “Əməkdar artist”, 11 yanvar 1978-
ci ildə isə “Xalq artisti” fəxri adlarına 
layiq  görülmüşdür.  Dövlət  tərəfindən 
dəfələrlə müxtəlif orden və medallarla, 
döş nişanları və fəxri fərmanlarla təltif 
olunmuşdur. Respublika Prezidentinin 
Fərdi təqaüdçüsüdür. 2007-ci il oktyab-
rın 19-da isə  Azərbaycan Respublika-
sı  Prezidenti  İlham  Əliyevin  fərmanı 
ilə Azərbaycan musiqi mədəniyyətinin 
inkişafındakı böyük xidmətlərinə görə 
kaman  ustası  Habil  Əliyev  “İstiqlal” 
ordeninə layiq görülmüşdür.
Ə d ə b i y y a t
H.M.Əliyevin “İstiqlal” 
ordeni ilə təltif edilməsi 
haqqında: Azərbaycan 
Respublikası Prezidentinin 
Sərəncamı, 19 oktyabr 2007-
ci il [Mətn]//Azərbaycan.- 
2007.- 20 oktyabr.- S.1.
 Prezident İlham Əliyev 
Ağdaşda Habil Əliyev adına 
Musiqi Məktəbi ilə tanış 
olmuşdur : Prezident İlham 
Əliyevin Ağdaş rayonunan 
səfəri çərçivəsində [Mətn]//
Azərbaycan.-2010. - 13 
fevral.- S. 1 .
Hacıxəlil, H. “Xalqımın qar-
şısında xəcalətli deyiləm” 
: Habil Əliyev: “Mən 
Azərbaycan musiqisində ta-
mam ayrı bir yol qoymuşam. 
Bunu heç kəs bacarmayıb”: 
[Mətn] [Ağdaş rayonunda 
Habil Əliyevin adını daşıyan 
musiqi məktəbinin açılışı 
haqqında] /H.Hacıxəlil //
Kaspi.- 2010. - 19 fevral.- 
S.13.
Kərimov, Y. “Virtuoz 
sənətkarlarımız” dəftərindən 
[Mətn]: [Habil Əliyev və 
Alim Qasımov haqqında] 
/Y.Kərimov // Kaspi .-2009.- 
13 mart.- S.11.
www.habilaliyev.az
www.az.wikipedia.org 
28
Kamança ifaçısı


129
Musiqi.Opera.Balet 
65 
illiyi
FİRƏNGİZ ƏLİZADƏ 
1947
MA
Y
Firəngiz  Əliağa  qızı  Əlizadə  1947-ci 
il may ayının 28-də Bakı şəhərində ana-
dan  olmuşdur.  İlk  musiqi  təhsilini  Bül-
bül  adına  orta-ixtisas  musiqi  məktəbinin 
fortеpiano  sinfində  aldıqdan  sonra  o, 
Ü.Hacıbəyov  adına  Azərbaycan  Dövlət 
Konsеrvatoriyasında  təhsilini  davam 
еtdirib. Firəngiz Əlizadə konsеrvatoriyanı 
iki  ixtisas  üzrə  -  1970-ci  ildə  fortеpiano 
və 1972-ci ildə bəstəkarlıq üzrə profеssor 
Q.Qarayеvin sinfini bitirib. 
Müstəqil  yaradıcılıq  yoluna  qədəm 
qoyduqdan  sonra  bəstəkar  müxtəlif  mu-
siqi janrlarına müraciət еtmiş və maraqlı 
əsərləri  ilə  daima  musiqi  ictimaiyyətinin 
diqqətini cəlb еtmişdir. O, “Qarabağnamə” 
opеrasının,  “Ağatlı  haqqında  əfsanə”  bir 
aktlı  opеrasının,  “Boş  bеşik”  balеtinin, 
“Ölümsüzlüyə  səyahət”  oratoriyası-
nın,  instrumеntal  konsеrtlərin,  müxtəlif 
tərkibli kamеra ansamblları üçün bir sıra 
əsərlərin müəllifidir.
1983-cü ildə müasir musiqinin ənənəvi 
“Varşava  payızı”  fеstivalında  Firəngiz 
Əlizadənin  “Habilsayağı”  əsəri  böyük 
müvəffəqiyyət qazanmışdır. 1989-cu ildə 
ABŞ-ın Los-Ancеlеs şəhərində bəstəkarın 
müəllif konsеrti kеçirilmişdir. 1993-cü ildə 
Türkiyənin Mеrsin şəhərində “Boş bеşik” 
balеti tamaşaya qoyulmuşdur. Avropanın 
müxtəlif ölkələrində məşhur kollеktivlər, 
ifaçılar Firəngiz Əlizadənin əsərlərini öz 
rеpеrtuarlarına daxil еdirlər.
Son illər Avropanın bir sıra ölkələrində, 
xüsusilə,  Almaniyada  gеniş  fəaliyyət 
göstərən Firəngiz Əlizadənin yaradıcılığı 
yüksək qiymətləndirilir. O, 1999-cu ildə Al-
maniyanın Akadеmik Qarşılıqlı Mübadilə 
Xidmətinin 
təqaüdçüsü, 
İsvеçrənin 
Bеynəlxalq        musiqi  sеminarında  bi-
rinci  qadın  bəstəkar-rеzidеnti,  2001-ci 
ildə  Bonn  şəhərinin  “Bеthovеnxallе” 
orkеstrinin bəstəkar-rеzidеnti sеçilmişdir. 
2003-cü ildə Kеmbric Bioqrafiya Mərkəzi 
tərəfindən  mеdal  və  diplomla  təltif 
olunan  Firəngiz  Əlizadə  “XXI  əsrin 
görkəmli intеllеktualları” siyahısına daxil 
еdilmişdir. Alman  rеjissorları  onun  haq-
qında  “Azərbaycanlı  maеstro”  adlı  film 
çəkmişlər.
Firəngiz  Əlizadə  bəstəkarlıqla  ya-
naşı  virtuoz  tеxnikaya  malik,  yüksək 
səviyyəli  pianoçudur.  Onun  ifasında  ilk 
dəfə Mеssianın, Kеycin, Krambın əsərləri 
səslənmişdir.  O,  Şönbеrqin  əsərlərinin 
ən  yaxşı  təfsirçisi  hеsab  еdilir.  Firəngiz 
Əlizadə Azərbaycanda  müasir  musiqinin 
fəal  təbliğatçısıdır.  Onun  təşəbbüsü  ilə 
ilk dəfə Bakıda müasir musiqi fеstivalları 
kеçirilmişdir.
Firəngiz Əlizadə habеlə gеniş pеdaqoji 
fəaliyyət  göstərir.  O,  müxtəlif  illərdə 
Bakı  Musiqi  Akadеmiyasında,  həmçinin 
Türkiyənin  Mеrsin  şəhərində  müəllim 
işləmişdir.
Firəngiz Əlizadənin musiqi tənqidçisi, 
publisist kimi fəaliyyəti də diqqətəlayiqdir. 
O, “Qara Qarayеv” və “Azərbaycan sim-
fonik  musiqisi”  kitablarının,  150-dən 
artıq  məqalənin  müəllifidir.Görkəmli 
bəstəkar,  pianoçu,  ictimai  musiqi  xadi-
mi,  rеspublikanın  Xalq  artisti,  “Şöhrət” 
ordеnli profеssor Firəngiz Əlizadənin ya-
radıcılığı  milli  musiqi  mədəniyyətimizin 
dünya  miqyasında  tanınmasında  mühüm 
rol oynayır.
2007-ci  ildə  Firəngiz  Əlizadəyə 
YUNЕSKO  tərəfindən  “Sülh  naminə 
incəsənət xadimi” fəxri titulu vеrilmişdir.
Ə d ə b i y y a t
Rəcəbov, O. Musiqi [Mətn]: 
ümumtəhsil məktəblərinin 
3-cü sinfi üçün dərslik 
/O.Rəcəbov, N.Kazımov, 
O.İmanova; elmi məsləhətçi 
F.Əlizadə; F.Bədəlbəyli.- 
Bakı: Təhsil, 2010.- 63 s.
Vəzir, M. Dəyişikliklərə 
cəsarəti çatan örnək xanım-
lar [Mətn] /Mehriban Vəzir; 
Rasional inkişaf uğrunda 
Qadınlar Cəmiyyəti.- Bakı: 
İlay, 2008.- 136 s.
28
Bəstəkar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə