Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə57/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   53   54   55   56   57   58   59   60   ...   138

136
Milli ədəbiyyat
65 
illiyi
ELDAR BAXIŞ
1947-1996
İYUN
 Eldar Baxış oğlu Ağayev 1947-ci 
il iyun ayının 22-də Qubadlı rayonu-
nun  Diləli  Müşkanlı  obasında  kəndli 
ailəsində  döğulmuşdur.  Burada  ibti-
dai  məktəbi,  Qubadlıda  isə  onbirillik 
məktəbi  bitirib  Azərbaycan  Dövlət 
Universitetinin  Tarix  fakültəsində 
təhsil almışdır.
Bakı kəndlərində müəllimlik etmiş, 
əsgəri xidmətdə olmuşdur. Azərbaycan 
Dövlət Televiziya və Radio verilişləri 
Şirkətində  kiçik  redaktor,  redaktor 
(1972-1988), televiziyanın ədəbi-dram 
verilişləri baş redaksiyasının televiziya 
tamaşaları şöbəsinin böyük redaktoru 
(1988-1990) vəzifələrində çalışmışdır. 
O, “Səs” və “Nəfəs” qəzetlərini yarat-
mış,  onlardan  birinin  (“Səs”)  baş  re-
daktoru olmuşdur.
Eldar  Baxış  1992-1993-cü  illərdə 
yenidən Azərbaycan Televiziya və Ra-
dio Şirkətində Gənclik Yaradıcılıq Bir-
liyinin İctimai-Siyasi şöbəsinin müdiri 
işləmişdir.
1993-cü  ildən  radionun  Bilgi  və 
Uşaq  dünyası  verilişləri  Baş  redaksi-
yasının baş redaktoru olmuşdur.
Eldar  Baxış  1981-ci  ildən  Azər-
baycan  Yazıçılar  Birliyinin  üzvüdür. 
“Köynək”  adlı  ilk  şeiri  1966-cı  ildə 
“Azərbaycan gəncləri” qəzetində dərc 
olunmuşdur.  Həmin  vaxtdan  dövri 
mətbuatda  müntəzəm  olaraq  çıxış  et-
mişdir.  Əsərləri  SSRİ  və  xarici  ölkə 
xalqlarının  dillərinə  tərcümə  olun-
muşdur.  1985-ci  ildə  Vladivostokda 
keçirilən  Ümumittifaq  poeziya  festi-
valında iştirak etmişdir. 
  Bir  çox  xalqların  ədəbiyyatından 
seçmə  nümunələri  doğma  dilimizə 
çevirmişdir. 1982-ci ildə Kukla teatrı 
onun  “Məlikməmməd”  pyesini  tama-
şaya qoymuşdur. Bu  pyes Mərdəkan 
Xalq  Teatrı  aktyorlarının  ifasında 
Praqada  nümayiş  etdirilmişdir.  Eyni 
zamanda  Xalq  Teatrlarının  Tbilisidə 
keçirilən  Ümumitifaq  baxışında 
yüksək  mükafata  layiq  görülmüşdür. 
1981-ci  ildə  “Azərbaycan”  jurnalın-
da  çap  etdirdiyi  “Qaravun  dərənin 
dükançası”  onun  ilk  nəsr  əsəridir. 
“Uzun Həsən” pyesi Şuşa Dövlət Te-
atrında tamaşaya hazırlansa da erməni 
təcavüzü  üzündən  öynanılmamışdır. 
Eldar Baxış 1992-ci ildə Özbəkistanın 
“Ürək  dostları”  klubunun  fəxri  üzvü 
seçilmişdir.
Eldar  Baxış  əsasən  böyüklər  üçün 
yazan  istedadlı  şairlərimizdən  biri 
olmuşdur.  Onun  poeziyasında  uşaq 
dünyasına  çox  yaxın  olan  gözəl  bir 
xüsusiyyət  vardır.  Şair  həmişə  ən 
sadə görünən məsələlərdən yazmışdır. 
Amma bu sadə əhvalatların arxasında 
onun  ciddi,  maraqlı  fikirləri  dayanır. 
Bu sadəlik Eldar Baxışı uşaqlar üçün 
də əsər yazmağa sövq etmişdir.
Gözəl  insan,  istedadlı  şair  Eldar 
Baxış  1996-cı  il  mayın  22-də  Bakı-
da  vaxtsız  vəfat  etmiş  və  Xırdalan 
qəbiristanlığında dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Atlı oğlanlar [Mətn] /Eldar 
Baxış.- Bakı : Gənclik, 
1990.- 160 s.
Deyə bilmədiyim şeirlər 
[Mətn] /Eldar Baxış.- Bakı : 
Yazıçı, 1988.- 80 s.
Ölüsü ilə ərəbcə, dirisi ilə 
rusca [Mətn] /Eldar Baxış.- 
Bakı : Yazıçı, 1994.- 128 s.
Qara ilə Qaracanın nağılı 
[Mətn] /Eldar Baxış.- Bakı : 
Gənclik, 1986.- 96 s.
Əhmədli, N. Şair Eldar 
Baxışın xatirəsinə [Mətn]: 
(şeir) /N.Əhmədli //Yeni 
Azərbaycan.-2002.- 3 may.-
S.12.
22
Şair


137
Milli ədəbiyyat
170 
illiyi
HƏSƏN BƏY ZƏRDABİ 
1842-1907
İYUN
  Həsən  bəy  Məlikov  (Zərdabi)  1842-
ci  il  iyun  ayının  28-də  keçmiş  Göyçay 
qəzasının Zərdab kəndində anadan olmuş-
dur. Həsən bəy ilk təhsilini mollaxanada 
almış, sonra Şamaxı qəza məktəbində oxu-
muş, orta təhsilini isə Tiflisdə tamamlamış-
dır.  1861-ci  ildə  Moskva  Universitetinə 
daxil olan Həsən bəy Zərdabi dörd il son-
ra  həmin  universitetin  təbiyət-riyaziyyat 
fakültəsini bitirmişdir.
Bir  müddət  Tiflisdə  qulluq  edəndən 
sonra Qubada məhkəmədə işləyən Zərdabi 
daha  sonra  Bakıya  gələrək  burada  rusca 
orta məktəbdə təbiətdən dərs deməyə baş-
ladı.
O  zaman  Azərbaycanın  mərkəzi 
şəhəri  kimi  Bakının  sürətli  inkişafı  milli 
mətbuatımızın  yaranması  zərurətini  do-
ğurdu.  Doğma  ana  dilində  qəzetə  böyük 
ehtiyac  olduğunu  dərk  edən  Həsən  bəy 
Zərdabi qəzet çap etmək üçün hökumətə 
müraciət  etdi.  Bununla  əlaqədar  böyük 
mütəfəkkir  əzab-əziyyətdən  sonra  1875-
ci  ilin  22  iyulunda  Bakıda  qubernatorun 
mətbəəsində Azərbaycan dilində “Əkinçi” 
qəzetinin  nəşrinə  müvəffəq  oldu.  Bu 
mətbu  orqanla  milli  mətbuatımızın  əsası 
qoyuldu.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 
29 sentyabrına qədər çapını davam etdirən 
“Əkinçi”  ayda  iki  dəfə  300-400  tirajla 
nəşr  olunurdu.  Bu  illər  ərzində  qəzetin 
56 nömrəsi çıxmışdır. “Əkinçi” qəzetində 
Nəcəf bəy Vəzirovun, Əsgər ağa Gorani-
nin Moskvadan, Məhəmmədtağı Əlizadə 
Şirvaninin 
Şamaxıdan, 
Heydərinin 
Dərbənddən  göndərdikləri  məktublar
Seyid  Əzim  Şirvaninin  şeirləri  və  Mirzə 
Fətəli  Axundovun  “Vəkili-naməlumi 
millət”  imzası  ilə  məqalələri  dərc  olu-
nurdu.  Həsən  bəy  Zərdabinin  yaratdığı 
“Əkinçi”  qəzetinin  dəsti-xətti  əsasən  bir 
ideya  üzərində  qurulmuşdu.  Zərdabi  və 
onunla birlikdə bu qəzetdə çalışan bir sıra 
maarifpərvər,  demokratik  naşirlər  Şərqin 
geriliyini,  ətalət  və  süstlüyünü  həqiqi 
azadlığın olmamasında görürdülər. 
1880-ci  ildən  başlayaraq  Həsən  bəy 
doğma kəndi Zərdabda yaşamağa başladı. 
O,  kənd  təsərrüfatı  sahəsində  kəndlilərə 
yaxşı məsləhətlər verir, məqamı yetişəndə 
yerli  camaata  öz  maarifpərvər,  demok-
ratik  ideyalarını  da  çatdırırdı.  Bakıdan 
kənarda yaşamasına baxmayaraq Zərdabi 
yenə də mətbuatda fəal iştirak edirdi. Belə 
ki, 1880-1890-cı illərdə naşirin Bakıda və 
Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, 
“Novoye  obozreniye”  və  s.  qəzetlərdə 
Azərbaycan və rus dillərində çoxlu elmi-
kütləvi məqalələri nəşr olunmuşdur.
Həyatının  son  illərində  Zərdabi  Bakı 
şəhər  Dumasında  maarif  şöbəsində 
rəsmi  vəzifədə  çalışaraq  Bakı  və  ətraf 
kəndlərdəki  məktəblərə  başçılıq  edirdi. 
1906-cı ildə Bakıda keçirilən Azərbaycan 
müəllimlərinin  birinci  qurultayında  fəal 
nümayəndələrdən biri də qocaman maarif 
xadimi, görkəmli mütəfəkkir Zərdabi ol-
muşdur.
Gərgin  elmi  fəaliyyətlə  məşğul  olan 
Həsən bəy Zərdabi iflic xəstəliyinə tutul-
du və 1907-ci il noyabr ayının 28-də vəfat 
etdi.  O,  1907-ci  ildə  köhnə  Bibiheybət 
məscidinin  yaxınlığında  dəfn  olunsa 
da,  1937-ci  ildə  həmin  ərazi  dağıdılır. 
Sümü2klərini  bir  neçə  il  ailəsi  saxlayıb.
Nəhayət,  Həsən  Bəy  Zərdabinin  50  illik 
yubleyi  qeyd  olunarkən  onun  sümükləri 
Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Bədəni salamat saxlamaq 
düsturüləməli [Mətn]: (gi-
giyena) /Həsən bəy Məlikov 
Zərdabi; ön söz: X.Kazımlı; 
tərtibçi: T.Aydınoğlu; red. 
Ə.Bayramov.- Bakı: Adiloğ-
lu, 2006.- 72 s.
Həsən bəy Zərdabi və 
“Əkinçi” [Mətn]: bioqra-
fik məqalələr, məktublar, 
xatirələr, tədqiqatlar /
red. heyəti: M.Yaqub, 
T.Aydınoğlu, V.Tofiqli, 
N.Zöhrablı; burax. məs. 
V.Tofiqli] .-Bakı, 2010.- 225 
s.
Nağıyeva, C. Həsən bəy 
Zərdabi arxivinin təsviri 
[Mətn] /C.Nağıyeva; red. 
M.Məmmədova AMEA 
Məhəmməd Füzuli adına 
Əlyazmalar İnstitutu.- Bakı: 
Nurlan, 2008.- 91 s.
İ n t e r n e t d ə
www.wikipedia.org
28
Maarif xadimi


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə