Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün  UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə59/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   55   56   57   58   59   60   61   62   ...   138

140
Tarixdə bu gün 
UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ 
1950
İYUN
  1950-ci  il  iyun  ayının  1-də  BMT  Baş Assamble-
yası  tərəfindən  təşkil  olunan  “Qadınların  Beynəlxalq 
Konfransı”nda  uşaq  hüquqlarının  təmin  edilməsi 
ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 
iyun  tarixini  uşaqların  beynəlxalq  müdafiəsinə  həsr 
etmək  qərara  alınıb.  Bundan  sonra  iyunun  1-i  Uşaq-
ların  Beynəlxalq  Müdafiəsi  Günü  kimi  tarixə  dü-
şüb.  Dünyanın  əksər  ölkələrində  olduğu  kimi,  bu 
gün  Azərbaycanda  da  qeyd  edilir.  Bütün  demokra-
tik  dövlətlərdə  olduğu  kimi,  Azərbaycanda  da  insan 
haqlarının  qorunmasına  xüsusi  önəm  verilir.  Təbii 
ki,  uşaq  hüquqları  da  insan  haqlarının  ən  mühüm  və 
ayrılmaz  hissələrindən  biridir.  Nəzərə  alsaq  ki,  uşaq-
lar  bizim  gələcəyimizdir  və  ölkəmizin  gələcəyi  onla-
rın əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq 
bizim  borcumuzdur.  Azərbaycanda  möhtərəm  Prezi-
dentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı 
sayəsində uşaq problemlərinin həllinə xüsusi önəm ve-
rilir, bu istiqamətdə mühüm tədbirlər gerçəkləşdirilir. 
Möhtərəm Prezidentimizin rəhbərliyi altında uşaq hü-
quqlarının müdafiəsi və onlara dövlət qayğısı bu gün də 
yetərincə təmin olunur. Ölkədə uğurla həyata keçirilən 
sosial-iqtisadi  siyasət  ailələrin  rifahının  yaxşılaşdı-
rılmasına, uşaq və yeniyetmələrin həm fiziki, həm də 
mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, 
onların sosial müdafiəsinin gücləndirilməsinə, milli ge-
nofondumuzun möhkəmlənməsinə xidmət edir.
Bu  baxımdan  xüsusilə  fərəhlidir  ki, Azərbaycanın 
birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva 
ailə, qadın və uşaq məsələlərinə böyük diqqət göstərir. 
Onun  rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondunun 
təşəbbüsü ilə uşaqların hərtərəfli inkişafı istiqamətində 
görülən tədbirlər-məktəblərin yenidən qurulması və in-
şası, sağlamlıq və tərbiyə müəssisələrinin bərpası, xü-
susi  qayğıya  ehtiyacı  olan  uşaqlara  həssas  münasibət 
bütün cəmiyyəti, hər bir dövlət qurumunu vahid ideya 
ətrafında məqsədyönlü fəaliyyətə səfərbər edir.
Ölkəmiz uşaq hüquq və maraqlarının təmin edilməsi 
baxımından beynəlxalq hüququn norma və prinsiplərini 
özünə əks etdirən bir çox beynəlxalq sənədləri ratifi-
kasiya  etmiş,  bu  sahədə  əhəmiyyətli  qanunlar  qəbul 
edilmişdir.  Azərbaycan  1992-ci  ildə  BMT-nin  “Uşaq 
Hüquqları  Haqqında”  Konvensiyasına,  2002-ci  ildə 
isə Konvensiyanın iki əlavə protokoluna qoşulmuşdur. 
Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta 
siyasi  hüquqlara  malik  olmasını  vurğulayır.  1999-cu 
ildə  ölkəmizdə  BMT-nin  “Uşaq  Hüquqları  Haqqın-
da” Konvensiyasının müddəalarını özündə əks etdirən 
“Uşaq  Hüquqları  haqqında”  Qanun  qəbul  edilmişdir. 
Hökumət tərəfindən “Uşaq Hüquqları Haqqında” Kon-
vensiyanın  müddəalarına  uyğun  olaraq  öhdəliklərin 
yerinə yetirilməsi ilə bağlı mütəmadi olaraq hər 5 ildən 
bir dövri hesabat hazırlanır.
Azərbaycan  Respublikası  Prezidentinin  6  fev-
ral  2006-cı  il  tarixli  Fərmanı  ilə  ailə,  qadın  və  uşaq 
problemləri  ilə  iş  sahəsində  dövlət  siyasətini  və 
tənzimlənməsini həyata keçirmək məqsədilə Ailə, Qa-
dın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  yara-
dılmışdır. Komitə tərəfindən uşaqların müdafiəsi 4 əsas 
istiqaməti əhatə edir:
İnkişaf hüquqları - uşaqların öz potensiallarının tam 
inkişafına olan ehtiyaclarının təmin edilməsi. Həmçinin 
təhsil  almaq,  oynamaq  və  istirahət  etmək,  mədəni 
tədbirlərə  cəlb  edilmə  və  iştirak  etmə,  məlumat  əldə 
etmək, azad fikir və dini hüquqların təmin edilməsi.
Müdafiə hüquqları - uşaqların müxtəlif növ zorakı-
lıq və istismardan qorunması, məsələn, qaçqın uşaqlara 
qayğının  göstərilməsi,  zorakılıq,  cəzalandırma,  hərbi 
münaqişələrə  cəlb  edilmə,  uşaq  əməyinin  istismarı, 
narkotik maddələrin istifadəsi və seksual istismar kimi 
məsələlərə xüsusi diqqətin yetirilməsi.
İştirak hüquqları – uşaqlara yaşadıqları cəmiyyətdə 
fəal  iştirak  etməyə  imkanın  yaradılması  -  azad  fikir 
söyləmək,  onların  həyatlarına  təsir  göstərən  hallarda 
öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ 
gətirmək hüquqlarının təmin edilməsi.
Yaşamaq hüquqları – uşaqların yaşamaq və bunun 
üçün lazımi tələbatları əldə etmək hüquqlarının təmin 
edilməsi.
1


141
Tarixdə bu gün 
20 
illiyi
AZƏRBAYCAN 
YUNESKO-nun ÜZVÜDÜR
 1992
İYUN
Birləşmiş  Millətlər  Təşkilatının  Elm, 
Təhsil və Mədəniyyət üzrə təşkilatı olan 
YUNESKO 1945-ci il noyabr ayının 16-
da yaranıb. Təşkilatın nizamnaməsi 1945-
ci ildə London konfransında qəbul edilib, 
1946-cı il noyabrın 4-də qüvvəyə minib. 
Hal-hazırda 191 ölkə bu təşkilatın üzvüdür. 
İrqindən, cinsindən, dilindən və dinindən 
asılı olmayaraq təhsil, elm və mədəniyyət 
sahələri  üzrə  xalqların  əməkdaşlığını 
genişləndirmək  yolu  ilə  sülhün  və 
təhlükəsizliyin möhkəmlənməsinə kömək 
etmək  YUNESKO-nun  əsas  məqsədidir. 
1972-ci  ildə  YUNESKO  ümumdünya 
mədəni  və  təbii  irsin  qorunması  haqqın-
da  konvensiya  qəbul  edib.  Azərbaycan 
1992-ci il iyunun 3-də YUNESKO-ya üzv 
qəbul  edilib,  1996-cı  ildə  isə  YUNES-
KO  ilə Azərbaycan  arasında  əməkdaşlıq 
sahəsində  memorandum  imzalanıb. 
Həmin  vaxtdan  etibarən  Azərbaycanla 
YUNESKO  arasında  əlaqələr  inkişaf 
etməyə başlayıb.
Bu  illər  ərzində  Azərbaycan  bu 
təşkilatın  bir  sıra  konvensiyalarına  qo-
şulub. YUNESKO-nun  himayədarlığı  ilə 
Azərbaycanda elm, təhsil, və mədəniyyət 
sahəsində bir sıra layihələr həyata keçiri-
lib. Bakı şəhərinin tarixi mərkəzi olan İçəri 
şəhər  memarlıq  kompleksi  2000-ci  ilin 
dekabr ayında Ümumdünya İrs siyahısına 
salınıb. Lakin təşkilatın İçərişəhərlə bağ-
lı  tövsiyələri  tam  yerinə  yetirilmədiyinə 
görə o, 2004-cü ilin iyulunda YUNESKO-
nun  təhlükədə  olan  abidələr  siyahısına 
daxil  edilib.  2000-ci  ildə  Azərbaycanda 
Beynəlxalq  Sülh  Mədəniyyəti  ili  geniş 
qeyd edilib, “Manifest – 2000” adı altın-
da  seminarlar,  sərgilər,  konsertlər  təşkil 
edilib.  Azərbaycan  muğamları  qurumu-
nun  “Şah  əsərləri”,  Qobustan  abidələri 
“Ümumdünya  mədəni  irs”  siyahılarına 
daxil edilib. Azərbaycanda YUNESKO ilə 
birlikdə  təhsilin,  mədəniyyətin  ayrı-ayrı 
sahələrini əhatə edən beynəlxalq miqyaslı 
tədbirlər təşkil olunub.
  YUNESKO-nun  İcra  Şurasının  177-
ci  sessiyasında  təşkilat  tərəfindən  2008-
2009-cu  illər  üçün  əlamətdar  tarixlərin 
qeyd  edilməsi  məsələsinə  baxılıb.  Şura 
Azərbaycanın elm və ədəbiyyat tarixində 
özünəməxsus yer tutmuş Mir Cəlal Paşaye-
vin, məşhur rəssam Səttar Bəhlulzadənin 
100  illik  yubileylərinin  və  Şərq  dünya-
sının  ilk  operası  hesab  edilən  “Leyli  və 
Məcnun”un  səhnəyə  qoyulmasının  100 
illiyinin  YUNESKO  çərçivəsində  qeyd 
olunması barədə qərar qəbul edilib.
2004-cü   il avqustun 13-də Azərbay-
canın  şifahi  xalq  ədəbiyyatının  və  musi-
qi  irsinin  qorunub  saxlanması  və  inkişaf 
etdirilməsi  sahəsində  yorulmaz  səylərinə 
görə Milli Məclisin üzvü, Heydər Əliyev 
Fondunun  prezidenti  Mehriban  xanım 
Əliyeva  YUNESKO-nun  Xoşməramlı 
Səfiri adına layiq görülüb. Məhz bundan 
sonra  bu  təşkilatla  Azərbaycan  arasında 
əlaqələr  daha  da  sürətlə  inkişaf  etməyə 
başlayıb.
28 iyul 2010-cu ildə YUNESKO-nun 
baş  direktoru  İrina  Bokova Azərbaycana 
rəsmi səfər edib. O, Bakıda Azərbaycanın 
YUNESKO  üzrə  Milli  Komissiyasının 
təşkilatçılığı  ilə  dəyirmi  masada  işti-
rak  edib.  Xoşməramlı  səfir  “Azərbaycan 
mədəniyyətlərarası dialoq və yaxınlaşma-
da unikal yerə malikdir” kimi əhəmiyyətli 
bəyanat vermişdir.
Ə d ə b i y y a t
Azərbaycan və YUNESKO 
[Mətn].- Bakı: Əbilov, 
Zeynalov və oğulları, 2002.- 
47 s.
İ n t e r n e t d ə
www.healt.gov.az
www.mfa.gov.az
www.unesco.org
3


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə