Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün  SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə60/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   56   57   58   59   60   61   62   63   ...   138

142
Tarixdə bu gün 
SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ
 
2001
İYUN
 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı 
tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı 
kimi qeyd olunması da elə bu amillə bağlıdır.
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qay-
ğısına  qalmadığı  ən  böyük  sərvət  sağlamlıqdır.  İn-
san  sağlamlığını  qoruyan  qədim  peşə  sahibləri  isə 
həkimlərdir. Hələ lap qədim zamanlardan insanın sağ-
lamlıq problemləri elmli adamları çox maraqlandırırdı.  
Qədim Misir kahinləri həm də tibb elminə bələd idilər. 
Onlar fironların və əyanların meyitlərini mumiyalamaq 
üçün onların bədənini yarır və insan orqanizminin qu-
ruluşu ilə tanış olurdular. Arxeoloji qazıntılar zamanı 
tapılmış cərrahiyyə alətləri də bunu sübut edir. Qədim 
şumerlər, hindlilər, çinlilər və başqa xalqlara da tibbi 
biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn 
Sinanın tibb kitabları uzun illər boyu Avropa alimlərinin 
stolüstü kitabı olmuşdur.
Ümumilikdə  isə  “Loğmanlar  ölkəsi”  adlandırılan 
Azərbaycanda  səhiyyənin  tarixi  çox  qədimdir.  Belə 
ki,  yerli  təbiətin  dərman  bitkiləri  ilə  zəngin  olma-
sı  ölkədə  təbabətin  inkişafına  əlverişli  şərait  yaradıb. 
Xidmətinin bünövrəsi təbii müalicəvi üsullarla qoyu-
lan  səhiyyəmiz  getdikcə  təkmilləşərək  bugünkü  inki-
şaf  səviyyəsinə  çatıb.  Beləliklə  də, Azərbaycanda  ilk 
iri  müalicə  müəssisəsi  yaranıb  ki,  bu  da  XIX  əsrin 
sonlarına təsadüf edir.  1870-ci ildə Bakı şəhərinin ilk 
xəstəxanası - Mixaylov adına xəstəxana açılıb və cəmi 
25 çarpayıdan ibarət olub. Burada çalışan ilk həkimlər 
isə Larionov və Medvani soyadlı tibbi işçiləri idi. XIX 
əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  neft  şirkətlərinin 
rəhbərləri  fəhlələrin  sağlamlığına  nəzarət  üçün  öz 
vəsaitləri  hesabına  xəstəxanalar  tikdiriblər.  Balaxa-
nı, Sabunçu, Ramanadakı xəstəxanalar məhz neftçilər 
üçün nəzərdə tutulmuşdu.
Azərbaycanda  tibbin  inkişafı  daha  çox  XX  əsrlə 
bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan 
sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən 
biri  də  sağlamlığı  mühafizə  ilə  bağlı  idi.  Bununla 
əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il 
tarixli  Sərəncamı  ilə  Səhiyyə  Nazirliyi  təşkil  olundu. 
İlk  Səhiyyə  naziri  Xudadat  bəy  Rəfibəyli  oldu.  Yeni 
təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş ya-
yılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçi-
ci xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer 
məntəqələri  açmaq,  ixtisaslı  həkimlər  və  tibb  bacıla-
rı  hazırlamaq  kimi  vəzifələr  dururdu.  Bu  məqsədlə 
Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün 
göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik 
ixtisasına yiyələnənlər də var idi.
Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin 
nəzarətində olan və daimi inkişaf  edən bir sahə olub. 
Belə  ki,  bu  illərdə  tibb  işçilərinin  sayı  xeyli  artıb, 
müxtəlif rayon və kəndlərdə tibbi xidmətin səviyyəsi 
yüksəlib. Azərbaycanlı tibb işçiləri isə biliklərini artır-
maq üçün adətən Rusiyaya - Moskvaya göndəriliblər. 
Bildirək  ki,  bu  ənənə  indi  də  davam  etdirilir  və 
səhiyyənin  müxtəlif  sferalarında  çalışan  azərbaycanlı 
kadrlar  təkmilləşdirilmələri  üçün  Rusiya  da  daxil  ol-
maqla  dünyanın  bir  çox  ölkəsinə  göndərilirlər.  Bun-
dan  əlavə,  Azərbaycan  tibbi  ümumdünya  səhiyyəsi 
ilə əlaqələr qurur, ölkəmizdə vaxtilə çətin hesab olu-
nan  cərrahiyyə  əməliyyatları  gerçəkləşdirilir.  Əhaliyə 
göstərilən  tibbi  xidmətdə  aparılan  dəyişikliklərin 
ən  yaddaqalanı  isə  2008-ci  il  fevralın  1-dən  dövlət 
tibb  müssisələrində  pulsuz  tibbi  xidmətin  tətbiqini 
göstərmək olar.
XX-XXI  əsrin  hüdudlarında  insanın  sağlamlığı 
daha çox diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə 
Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın 
ən əsas hüquqlarından hesab edilir.
İndi Azərbaycanda  öz  sənətinin  sirlərinə  dərindən 
bələd  olan,  insanların  sağlamlığı  keşiyində  duran 
minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublika-
sı Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarix-
li Sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü 
kimi qeyd olunur.
17


143
Tarixdə bu gün 
NARKОMANİYAYA VƏ NARKОBİZNЕSƏ 
QARŞI BЕYNƏLXALQ MÜBARİZƏ GÜNÜ 
İYUN
Bu gün bəşəriyyəti düşündürən və ra-
hatsız edən ən ağrılı problemlərdən biri də 
cəmiyyətin ciddi bəlasına, xalqın, millətin 
təhlükə mənbəyinə çevrilən narkomaniya 
və geniş anlamda narkotizmdir.
Narkomanlığın  tarixi  çox  qədimdir. 
Hələ  eramızdan  əvvəl  narkotik  tərkibli 
vasitələr  haqqında  məlumatlara  yunan, 
roma, ərəb alim və həkimlərinin əsərlərində 
rast gəlinir. Ümumiyyətlə, tiryəkli prepa-
ratlar Orta əsrlərdə təbabətdə geniş yayıl-
mış,  tiryəkdən  hazırlanan  dərmanlardan 
ruhi  xəstələri  sakitləşdirmək,  əzabları 
azaltmaq, spazma və sarsıntıları götürmək, 
pozulmuş əsəb-sinir sistemini bərpa etmək 
kimi müalicə işlərində istifadə olunub.
Son  illər  respublikamızda  narkotik 
vasitələrə  və  bihuşedici  maddələrə  qarşı 
mübarizə xeyli güclənmiş, bu sahəyə ca-
vabdeh  olan  dövlət  orqanları  ilə  yanaşı, 
ictimai  təşkilatlar  da  fəallığı  xeyli  artır-
mışlar.  Rəsmi  statistikaya  görə  son  beş 
ildə Azərbaycanda narkomanların sayı 10 
dəfə  artıb.  Son  məlumatlara  əsasən  res-
publikada  narkomanların  rəsmi  sayı  22 
min nəfərdən artıqdır. Azərbaycanda daha 
geniş  istifadə  olunan  narkotiklər  tiryək, 
heroin,  çətənə,  həşiş,  ekstazi,  kokain  və 
LSD-dir.
Azərbaycan Respublikası mühüm tran-
zit  məntəqəsidir,  xüsusən  Əfqanıstandan 
Rusiya  və  Avropaya  heroin  nəqlində 
Azərbaycan  Respublikasında  narkotik 
maddələrin  daxili  istehlakı  artmaqda  da-
vam edir. Ölkəmizdə tələbələr narkoman-
ların üçdə birindən çoxunu 30-35% təşkil 
edir.  Heroin  istifadəçilərinin  əksəriyyəti 
64,6%  iri  şəhərlərdə  Bakı,  Sumqayıt, 
Gəncə və Lənkəranda cəmlənib.
Narkomanlıq  cəmiyyətin  özəyi  olan 
ailəni dağıdır, qeyri stabil şəraitin yaranma-
sına səbəb olur. Narkomaniya təhlükəsinə 
qarşı mübarizəni gücləndirmək məqsədilə 
Azərbaycan  Respublikasının  Preziden-
ti  26  avqust  1996-cı  ildə  “Narkomaniya 
və narkotika dövriyyəsinə qarşı tədbirlər 
haqqında”  Fərman  vermişdir.  1999-cu 
ildə  Azərbaycan  Respublikasının  Milli 
Məclisi tərəfindən “Narkotik vasitələr psi-
xotron  maddələrin  qanunsuz  dövriyyəsi 
haqqında” qanun qəbul etmişdir.
Bu fərman əsasında ölkəmizdə 2000-ci 
ilədək narkomanlığın yayılmasına, narko-
tik vasitələrin və psixotrop maddələrin qa-
nunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 
Ümummilli Proqram hazırlanmış, Narko-
manlığa və Narkotik Vasitələrin Qanunsuz 
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət 
Komissiyası  yaradılmış,  18  iyun  1999-
cu ildə isə Milli Məclis tərəfindən “Nar-
kotik  vasitələrin,  psixotrop  maddələrin 
qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə 
haqqında” Azərbaycan  Respublikası  Qa-
nunu  qəbul  olunmuşdur.  Bu  Qanunun 
başlıca  əhəmiyyəti  ondan  ibarətdir  ki, 
Azərbaycanda narkotik tərkibli bitkilərin 
kultivasiyası, narkotik vasitələrin və psi-
xotrop maddələrin istehsalı, dərman pre-
paratlarının  və  xammalın  hazırlanması 
qanunla qadağan edilmişdir.
Narkomanlıq cinayətkarlığı, zorakılığı 
və  korrupsiyanı  yaradır,  QİÇS-in  sürətlə 
artmasına təkan verir, sosial-iqtisadi inki-
şafı səngidir, ailə və icmaları dağıdır, so-
sial partlayışlara sürükləyir.
Ə d ə b i y y a t
Cəfərov, R. Azərbaycan və 
hüquqi islahatlar [Mətn]: 
məqalələr və çıxışlar toplusu 
/Ramiz Cəfərov .- Bakı , 
2005.- 208 s. 
 Narkomaniya IV/QİÇS 
[Mətn] /Sağlam İnkişaf və 
Maarifləndirmə İctimai 
Birliyi; Azərb. Resp. Gənclər 
və İdman Nazirliyi; tərt. ed. 
İ.Əsədli; layihənin rəhbəri: 
A. Xəlilov.- Bakı : Müəllim
2009.- 39 s. 
İ n t e r n e t d ə
www.narkomaniya.narod.ru
www.az.wikipedia.org
26


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə