Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə63/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   59   60   61   62   63   64   65   66   ...   138

148
Mühəndis işi.Texnika
95 
illiyi
HÜSEYN RƏSULBƏYOV 
1917-1984
İYUN
Hüseyn  Cümşüd  oğlu  Rəsulbəyov 
1917-ci il iyun ayının 26-da Dərbənd 
şəhərində anadan olmuşdur. 
O, 1936-cı ildə Leninqrad Elektro-
texniki Rabitə İnstitutuna daxil olmuş-
dur.  1938-ci  ildə  həmin  institutdan 
Moskvanın F.E.Derjinski adına Hərbi 
Artelleriya  Akademiyasının 3-cü kur-
suna  köçürülmüşdür  və  1941-ci  ildə 
oranı bitirmişdir. 
H.Rəsulbəyov  1938-ci  ildən  so-
vet  ordusunda  xidmət  etmişdir.  O, 
Böyük  Vətən  Müharibəsində  Hava 
Hücumundan  Müdafiə  dairəsi  qo-
şunları  tərkibində  briqada,  diviziya 
birləşmələri  qərargahında  müxtəlif 
mühəndis  vəzifələrində  çalışmış, 
Odessa,  Kerç,  Sevastopol  və  Şimali 
Qafqazın  (Krasnodar,  Novorossiysk, 
Tuapse) müdafiəsində iştirak etmişdir. 
Müharibədən  sonra  Qırmızı  Bayraq 
ordenli Bakı HHM dairəsi qoşunların-
da  məsul  hərbi  vəzifələrdə  xidmətdə 
olmuşdur. 
H.Rəsulbəyov 1960-1965-ci illərdə 
Bakı  HHM  dairəsi  hərbi  hissələrində 
komandan  müavini,  1966-1975-
ci  illərdə  hərbi  hissə  komandanı 
işləmişdir. 
  Hüseyn  Rəsulbəyov  1968-ci  ildə 
artilleriya general-leytenantı rütbəsini 
almışdır.  1978-ci  ildə  SSRİ-nin  fəxri 
radisti, 1966-cı ildə Azərbaycan SSR 
Əməkdar mühəndisi adına layiq görul-
müşdür.
O,  zenit  artilleriyası  sahəsində 
bir  sıra  səmərələşdirici  təkliflərin  və 
əsərlərin müəllifidir. Ehtiyata çıxandan 
sonra  1975-ci  ildə  Azərbaycan  SSR 
Rabitə naziri vəzifəsində işləmişdir. 
Hüseyn  Rəsulbəyov  Lenin  ordeni, 
2-ci  dərəcəli  Vətən  müharibəsi,  Qır-
mızı  Əmək  Bayrağı,  Ulduz  ordenləri 
və medallarla təltif edilmişdir.
Artilleriya 
general-leytenantı, 
Azərbaycanın  Əməkdar  mühəndisi 
Hüseyn  Cümşüd  oğlu  Rəsulbəyov 
1984-cü ildə Bakı şəhərində vəfat et-
mişdir.
2000-ci  ildə  onun  xatirəsini 
əbədiləşdirmək  məqsədi  ilə  Heydər 
Əliyevin sərəncamı ilə Hüseyn Cüm-
şüd oğlu Rəsulbəyovun yaşadığı bina-
ya xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Hüseynov, Ö. Yaddaşlarda 
qaldı... [Mətn]: [General, 
rabitə təşkilatçısı Hüseyn 
Rəsulbəyov haqqında] 
/Ö.Hüseynov //Xalq qəzeti. 
-1997.-21 fevral.- S.5.
Rəsulbəyov məktəbi 
[Mətn]: [General Hüseyn 
Rəsulbəyov haqqında 
xatirələr].- Bakı: İsmayıl 
NPM, 1997.- 40 s. 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
26
Mühəndis


149
Teatr.Kino.Estrada.Sirk
80 
illiyi
HACIBABA BAĞIROV 
1932-2006
İYUN
Hacıbaba Ağarza oğlu Bağırov 1932-
ci  il  iyun  ayının  12-də  Bakı  şəhərində 
fəhlə  ailəsində  anadan  olmuşdur.  1947-
ci  ildə  orta  məktəbi  bitirəndən  sonra, 
kiçik  yaşlarından  teatr  sənətinə  olan  bö-
yük həvəsi onu Azərbaycan Dövlət Aka-
demik  Dram  Teatrı  nəzdindəki  aktyor 
studiyasına  gətirib  çıxarmışdır.  Orada 
sənət korifeylərindən dərs alan Hacıbaba 
Bağırov  1950-ci  ildə  Lənkəran  Dövlət 
Dram  Teatrında  ilk  müstəqil  yaradıcılıq 
fəaliyyətinə başlamışdır.
H.Bağırov  1953-cü  ildə  Azərbaycan 
Dəmiryol Məktəbini bitirmiş, bir müddət 
Biləcəri  deposunda  maşinist  köməkçisi 
işləmişdir. 1959-1960-cı illərdən isə Da-
xili  İşlər  Nazirliyinin  Klubuna  rəhbərlik 
etmişdir.
O, 1960-cı ildə C.Cabbarlı adına Gəncə 
Dövlət  Dram  Teatrının  aktyor  truppası-
na qəbul olmuşdur. Bu kollektivdə Fuad 
(Almas), Şahsuvar (Komsomol poeması), 
Rəşid (Anacan) kimi müxtəlif səpkili rol-
lar  oynayan  Hacıbaba  1962-ci  ildə  Mu-
siqili  Komediya  Teatrına  dəvət  almışdır. 
Burada fəaliyyət göstərdiyi 26 il ərzində 
yaratdığı  50-dən  çox  rolun  onun  gülüş 
ustası kimi püxtələşməyində və populyar 
olmağında böyük təsiri olmuşdur. 
Hacıbaba  Bağırovun  iştirak  etdiyi  - 
Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında 
Soltan  bəy,  “O  olmasın,  bu  olsun”da 
Məşədi  İbad,  Z.Hacıbəyovun  “50  yaşın-
da  cavan”ında  Orduxan,  S.Ələsgərovun 
“Həmişəxanım”ında  Cəbi  Cüməzadə, 
“Hardasan,  ay  subaylıq”da  Novruzəli, 
Ə.Abbasovun “Həyətim mənim – həyatım 
mənim”də 
Qulam, 
E.Sabitoğlunun 
“Hicran”ında Mitoş, “Nəğməli Könül”də 
Fərzəli,  V.Adıgözəlovun  “Nənəmin  şah-
lıq  quşu”nda  Cəsarət,  S.Hacıbəyovun 
“Qızılgül”ündə  Nadir, A.Məşədibəyovun 
“Toy  kimindir?”ində  Uzun,  E.Sabitoğlu, 
T.Vəliyevanın  “Bankir Adaxlı”,  “Sizinlə 
gülə-gülə”,  “Bildirçinin  bəyliyi”,  “92 
dəqiqə  gülüş”  trilogiyasında  Sonqulu, 
“Məhəbbət  oyunu”nda  Nuruş,  “On  min 
dollarlıq  keyf”də  Fərzəli  kimi  rolları  ta-
maşaçıların dərin rəğbətini qazanmışdır.
H.Bağırovun  teatrla  yanaşı  kino 
sahəsində də fəaliyyəti uğurlu olmuşdur. 
“Ulduz”da  Möhsün,  “Mehman”da  Arif, 
“Onun  bəlalı  sevgisi”ndə  Qaraxalov, 
“Alma-almaya  bənzər”də  Məmmədəli, 
“Şirbalanın məhəbbəti”ndə Şirbala rolları 
kino həvəskarları tərəfindən maraqla qar-
şılanmışdır.
Hacıbaba  Bağırov  1989-cu  ildə 
“Tənqid-Təbliğ”  Teatrını yaratmış, bura-
da 1996-cı ilədək teatrın direktoru və bədii 
rəhbəri vəzifələrində çalışmışdır. 1996-cı 
ildən  isə  Ş.Qurbanov  adına  Azərbaycan 
Dövlət  Musiqili  Komediya  Teatrının  di-
rektoru, bədii rəhbəri olmuşdur. O, 2001-ci 
ildə E.Sabitoğlu ilə T.Vəliyevanın yazdığı 
“Bankir  adaxlı”  tamaşasına  görə  “Qızıl 
Dərviş” mükafatına layiq görülmüşdür.
Onun  teatr  və  kino  sahəsindəki 
uğurlu  fəaliyyəti  dövlət  tərəfindən 
qiymətləndirilmiş  –  1974-cü  ildə  Res-
publikanın  Əməkdar  artisti,  1982-ci  ildə 
Azərbaycanın  Xalq  artisti  fəxri  adlarına 
layiq görülmüşdür.
Hacıbaba Ağarza oğlu Bağırov 6 okt-
yabr 2006-ci il tarixində Bakıda vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Ağaoğlu, T. Zəmanəsinin 
gülüş ustası [Mətn] 
/T.Ağaoğlu //Azərbaycan .- 
2008.- 13 iyun.- S. 6 . 
Fərəcova, Z. Sev məni 
dəlilər kimi… [Mətn]: 
[Arzu Bağırova həyat 
yoldaşı Hacıbaba Bağırov 
haqqında] //El.- 2009.- № 
74.- S.16-25. 
Komik obrazların mahir 
ifaçısı [Mətn]: Hacıbaba 
Bağırov //Mədəniyyət .- 
2010.- 11 iyun.- S. 14. 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
12
Aktyor


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə