Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə65/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   61   62   63   64   65   66   67   68   ...   138

152
Musiqi.Opera.Balet 
95 
illiyi
CÖVDƏT HACIYEV 
1917-2002
İYUN
Əhməd Cövdət İsmayıl oğlu Hacı-
yev 1917-ci il iyun ayının 18-də  Şəki 
şəhərində anadan olmuşdur. 
O, 1935-1938-ci illərdə Azərbaycan 
Dövlət  Konservatoriyasında  L.M.Ru-
dolfun bəstəkarlıq sinifində, 1938-1941 
illərdə  Moskva  Konservatoriyasında 
A.N.Aleksandrovun sinfində oxumuş-
dur. 1947-ci ildə isə D.D.Şostakoviçin 
sinfində təhsilini başa vurmuşdur.
Onun ilk böyük əsəri “Simfoniya”nı 
1936-cı  ildə  yazmışdır.  O,  tələbəlik 
illərində  “Sosialist  Azərbaycanı” 
(1936-cı ildə), A.S.Puşkinin ölümünün 
100 illiyinə həsr etdiyi “Sibirə məktub” 
(1937-ci  ildə)  simfonik  poemaları-
nı,  üç  hissəli  “Azərbaycan  süitası”nı, 
simli kvartet və s. bəstələmişdir.
1947-ci ildən o, Azərbaycan Dövlət 
Konservatoriyasında  dərs  demiş, 
1957-1969-cu  illərdə  oranın  rektoru, 
1963-cü ildən isə professor işləmişdir.
Cövdət Hacıyev 8 saylı simfoniya-
sını hörmət və ehtiram əlaməti olaraq 
ümummilli  liderimiz  Heydər  Əliyevə 
həsr etmişdir.
 O, 1985-ci ildən Bəstəkarlar İttifa-
qı İdarə Heyətinin katibi olmuşdur. 
Onun  Azərbaycan  milli  simfo-
nik  musiqisinin  inkişafında  əvəzsiz 
xidmətləri olmuşdur.
Azərbaycan bəstəkarlarından Nazim 
Əliverdibəyov,  Nəriman  Məmmədov, 
Fəridə  Quliyeva, Aqşin  Əlizadə,  Ra-
miz Mirişli, Oleq Felzer və başqaları 
onun yetişdirmələridir. 
Cövdət Hacıyev 1945-ci ildə Qara 
Qarayevlə  birlikdə  Böyük  Vətən 
müharibəsinə  həsr  olunmuş  “Vətən” 
operasını  bəstələmiş,  bu  əsərə  görə 
1946-cı  ildə  SSRİ  Dövlət  Mükafa-
tına,  1952-cı  ildə  simfonik  musiqi 
sahəsindəki  xüsusi  xidmətlərinə  görə 
ikinci  dəfə  SSRİ  Dövlət  Mükafatı 
laureatı,  1960-cı  ildə  Azərbaycanın 
Xalq  artisti  adına,  Oktyabr  İnqila-
bı,  Qırmızı  Əmək  Bayrağı  və  “Şərəf 
nişanı”ordenləri  ilə,  eləcə  də  medal-
larla,  1998-ci  ildə  isə  Azərbaycan 
Respublikasının  Prezidenti  Heydər 
Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni 
ilə təltif edilmişdir. 
Əhməd  Cövdət  İsmayıl  oğlu  Ha-
cıyev  2002-ci  il  yanvar  ayında  Bakı 
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Onu zaman seçib [Mətn]: 
[poema] /C.Hacıyev, 
F.Ləman; red. və tərc. ed. 
S.Əhmədli.- Bakı: Qanun, 
2008.- 62 s. 
Hacıyev, İ. Onlar bir-
birlərini dəlicəsinə 
sevirdilər [Mətn]: 
[Əməkdar incəsənət xadimi 
İsmayıl Hacıyev ilə rəqqasə 
Əminə Dilbazi və bəstəkar 
Cövdət Hacıyev haqqında] 
müsahibə /İ.Hacıyev //
Ekspress.- 2009.- 21-23 
noyabr.- S. 18.
Məmmədova, H. Q.Qarayev 
və C.Hacıyevin “Vətən” 
operasının dramaturji 
inkişafında xorların rolu 
[Mətn]: musiqişünaslıq 
/H.Məmmədova //Musiqi 
dünyası .- № 3-4.- 2010.- 
S.45-50.
Tağızadə, A. Cövdət Hacı-
yev [Mətn]: monoqrafiya 
/A.Tağızadə.- Bakı: Şur, 
1992.- 17 s.
18
Bəstəkar


153
Musiqi.Opera.Balet 
115 
illiyi
MURTUZA MƏMMƏDOV 
1897-1961
İYUN
  Bülbül  (Murtuza)  Məşədi  Rza  oğlu 
Məmmədov 1897-ci il iyun ayının 22-də 
Şuşa  şəhərində  dabbaq  ailəsində  anadan 
olmuşdur.
Bülbülün  teatr  səhnəsində  ilk  çıxı-
şı  M.C.Əmirovun  1916-cı  ildə  Gəncədə 
tamaşaya  qoyulmuş  “Seyfəlmülk”  ope-
rası  ilə  bağlıdır.  Bülbül  1920-ci  ildən 
Birləşmiş Dövlət Teatrının Opera truppa-
sının  (1924-cü  ildən  Azərbaycan  Opera 
və  Balet  teatrı)  solisti  olmuş,  ilk  illərdə 
Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli 
və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib” 
operalarında  İbn  Səlam,  Kərəm,  Qərib 
rollarını oynamışdır.
Bülbül  1927-ci  ildə  Bakı  Konserva-
toriyasını bitirmiş, həmin ildə vokal tex-
nikasını  daha  da  təkmilləşdirmək  üçün 
dövlət  tərəfindən  Milana  göndərilmişdir 
(İtaliyada  birinci  dəfə  1924-cü  ildə  ol-
muşdur). 1931-ci ilədək burada Delliponti 
və P.Qranidən dərs almışdır. 1931-ci ildən 
Azərbaycan  Dövlət  Konservatoriyasında 
dərs  demişdir.  Geniş  diapazonlu,  gözəl, 
məlahətli, axıcı səsi olan müğənni böyük 
aktyorluq istedadına malik idi.
O, yaratdığı obrazların xarakterini, da-
xili aləmini tamaşaçılara realist boyalarla 
çatdıra bilmişdir. Əsas partiyaları: Koroğ-
lu - “Koroğlu”, Əsgər - “Arşın mal alan”, 
Qərib  -  “Şahsənəm”,  Əliyar  -  “Nərgiz”, 
Nizami - “Nizami”, Fərhad - “Xosrov və 
Şirin”,  Aslan  -  “Vətən”  və  s.  olmuşdur. 
Koroğlu partiyası Bülbülün opera yaradı-
cılığının əlçatmaz zirvəsidir, o, romantik 
ruhlu  xalq  qəhrəmanının  daxili  aləmini 
hərtərəfli aça bilmişdir. Bülbülün ifasında 
Koroğlu partiyası müasir Azərbaycan mu-
siqi  teatrı  tarixində  mühüm  bir  mərhələ 
təşkil edir.
Bülbül  Azərbaycan  xalq  mahnılarını, 
təsnifləri böyük sənətkarlıqla ifa etmişdir. 
(“Süsən-sünbül”, “Yaxan düymələ”, “Qara 
gözlər”,  “Çal  oyna”,  “Segah  təsnifləri” 
və  s.).  Böyük  Vətən  müharibəsinin  ağır 
günlərində  Bülbül  xalqın  ümumi  işinə 
fədakarlıqla  kömək  etmişdir.  O,  sovet 
ordusu  hissələri  ilə  İranda,  Qafqaz  və 
Bryansk  cəbhələrində  olmuş,  eyni  za-
manda  ölkənin  hərbi  xəstəxanalarında 
öz  konsertləri  ilə  yaralı  döyüşçüləri 
mübarizəyə, fədakarlığa ruhlandırmışdır.
Bülbülün yaradıcılığı Azərbaycan vo-
kal sənətinin inkişafında mühüm rol oyna-
mışdır. Geniş səs imkanlarına malik olan 
Bülbülün  ifaçılığında  milli  vokal  üslubu 
ilə  İtalyan  vokal  məktəbi  ənənələri  üzvi 
şəkildə birləşmişdir. 
Bülbülün redaktəsi ilə “50 Azərbaycan 
el mahnısı” (1938) və “Azərbaycan xalq 
mahnıları”  (1956,  1958)  topluları  çap 
edilmişdir.  Bülbül  dünyanın  bir  çox 
ölkələrində  qastrolda  olmuşdur.  Hal-
hazırda  Azərbaycan  Dövlət  Konserva-
toriyası  nəzdindəki  orta  ixtisas  musiqi 
məktəbi  Bülbülün  adını  daşıyır.  Bakı 
prospektlərindən birinə Bülbülün adı ve-
rilmişdir.
Bülbül dövlətin ən yüksək mükafatları 
və adlarıyla təltif olunmuşdu: Ona SSRİ 
Xalq artisti adı və Lenin ordeni verilmiş-
dir. O, Stalin mükafatı laureatı adına layiq 
görülmüş, Ali  Sovetin  deputatı  seçilmiş, 
professor adı almışdır.
Bülbül 1961-ci il sentyabr ayının 26-
da  əbədiyyətə  qovuşmuşdur.Fəxri  Xiya-
banda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Quliyeva, G. Bülbül 
[Mətn]: fotokitab /
mətnin müəl. və tərt. ed. 
G.Quliyeva; xüs. red. 
G.Məmmədova.- Bakı : 
İşıq,1983.- 36 s.
Şuşinski, F. Bülbül [Mətn] 
/F.Şuşinski; Azərbaycan 
xalq musiqiçiləri.- Bakı, 
1985.-S.406-426.
Vəlizadə, M. Bülbülün 
Azərbaycan muğamları 
və Avropa musiqisinin 
sintezində rolu [Mətn] 
/M.Vəlizadə //Mədəni-
maarif işi. - 2005.- №12.- 
S.4-6.
Рза, Р. О Бюль-Бюле 
[Текст] //Рза, Р. Поет, 
поэзия и творчество.- 
Москва, 1978.- С.191-200. 
İ n t e r n e t d ə
www.musiqi-dünya.az
www.azeri-art.net
22
Opera müğənnisi


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə