Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə68/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   64   65   66   67   68   69   70   71   ...   138

159
Milli ədəbiyyat
80 
illiyi
AZADƏ RÜSTƏMOVA 
1932
İYUL
Azadə Cəfər qızı Rüstəmova 1932-
ci il iyul ayının 18-də Bakı şəhərində 
anadan  olmuşdur.  O,  1947-ci  ildə 
Bakı  şəhəri  132  saylı  məktəbi  qızıl 
medalla bitirmişdir. 1951-ci ildə Bakı 
Dövlət  Universitetinin  Şərqşünaslıq 
fakültəsini  fərqlənmə  diplomu  ilə 
başa  vurmuşdur.  Universitetdə  beş  il 
ərzində  Məmmədağa  Sultanov,  Əli 
Azəri, Mübariz Əlizadə kimi görkəmli 
alimlərdən  fars  dili  və  ədəbiyyatını, 
Şərq  mədəniyyət  tarixini  mükəmməl 
öyrənmişdir.
Azadə xanım 1953-1956-cı illərdə 
Moskva  şəhərində  SSRİ  EA-nın 
Şərqşünaslıq  İnstitutunun  aspiran-
turasında  təhsil  almışdır.  Görkəmli 
şərqşünas , SSRİ EA-nın müxbir üzvü 
Y.E.Bertelsin  elmi  rəhbərliyi  altında 
Füzulinin “Leyli və Məcnun” poeması 
mövzusunda namizədlik dissertasiyası 
müdafiə  etmişdir.  Filologiya  elmləri 
namizədi kimi ilk iş yeri Azərbaycan 
Elmlər Akademiyasının Nizami adına 
Ədəbiyyat İnstitutu olur.
Azadə  xanım  Rüstəmova  1971-ci 
ilin  may  ayında  “XII-XVII  əsrlərdə 
Azərbaycan epik şeirinin inkişaf yol-
ları”  mövzusunda  doktorluq  disserta-
siyası müdafiə etmişdir. 1986-1991-ci 
illərdə  Nizami  adina  Ədəbiyyat  İns-
titutunun  “Nizami”  şöbəsinin  müdiri 
vəzifəsində  çalışmışdır.  1990-cı  ildə 
professor  adını  almışdır.  Elə  həmin 
ildə görkəmli şərqşünas Y.E.Bertelsin 
anadan  olmasının  100  illiyinə  həsr 
olunmuş  “Şərq  xalqları  mədəniyyəti 
və müasirlik” mövzusunda Moskvada 
keçirilən  Ümumittifaq  konfransında 
“Nizami  Gəncəvi  irsi  Y.E.Bertelsin 
tədqiqində” mövzusunda məruzəsi ilə 
çıxış etmişdir. 
A.Rüstəmova 1992-2000-ci illərdə 
Azərbaycan  Respublikası  Prezident 
Aparatı  nəzdində  Dövlət Ali Attesta-
siya  Komissiyası  Ekspert  Şurasının 
üzvü olmuşdur.
Alim  2001-ci  ildən  AMEA-nın 
müxbir üzvü seçilmişdir. 
Şərqşünas  1971-ci  ildə  “Şərəf  ni-
şanı” ordeni ilə təltif edilmiş, 1982-ci 
ildə  isə  “Əməkdar  elm  xadimi”  fəxri 
adına layiq görülmüşdür.
Azadə  xanım  bütün  Azərbaycan 
elmi  ictimaiyyəti  içərisində  həm  də 
gözəl bir insan və ziyalı mücəssəməsi 
kimi böyük məhəbbət və nüfuz qazan-
mışdır.
Ə d ə b i y y a t
Azərbaycan ədəbiyyatı 
[Mətn]: müxtəsər 
oçerk: [xaricdə yaşayan 
azərbaycanlılar üçün] /
Azadə Rüstəmova
B.Nəbiyev, Y.Qarayev; red. 
Teymur Kərimli; АМЕА 
Nizami adına Ədəbiyyat 
İnstitutu.- Bakı : Elm, 
2003.- 376 s.
Əlibəyli, G. R.Azadə [Mətn] 
//Əlibəyli, G. Çırpınan 
dünyamız.- Bakı, 2000.- 
S.105- 108.
Məmmədəliyeva, S. Azadə 
Rüstəmova – 75 [Mətn]: 
[AMEA Nizami adına 
Azərbaycan Ədəbiyyatı 
Muzeyinin təşəbbüsü ilə 
keçirilən elmi seminar haq-
qında] /S.Məmmədəliyeva //
Elm.- 2007.- 3 may.- S.7.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
18
Ədəbiyyatşünas


160
Xarici ədəbiyyat 
210 
illiyi
ALEKSANDR DÜMA (ATA) 
1802-1870
İYUL
Aleksandr Düma (Düma-ata) 1802-
ci il iyul ayının 24-də Paris şəhərinin 
yaxınlığında Villa-Kortre şəhərciyində 
anadan olmuşdur. 
O, əmək fəaliyyətinə notariat kon-
torunda  xidmətlə  başlamış,  lakin 
bu  iş  onu  qane  etmədiyindən  mey-
lini  teatra  salmışdır.  Teatra  maraq 
onun  ədəbi  fəaliyyətinin  başlanğıcını 
müəyyənləşdirmiş  və  o,  yaradıcılığa 
1825-ci  ildə  dramaturq  kimi  başla-
mışdır.  “III  Henrix  və  onun  sarayı” 
(1829), “Antoni” (1831), “Nel qülləsi” 
(1832), “Kin” (1836) pyesləri roman-
tik  teatr  tarixində  mühüm  yer  tutur. 
Dümanı  məşhurlaşdıran  “Üç  muş-
ketyor”  (1844),  “İyirmi  ildən  sonra” 
(1845),  “Vikont  de  Brajelon”  (1848-
1850), “Kraliça Marqo” (1845), “Xa-
nım  Monsoro”  (1846),  “Qırx  beş” 
(1847-1848),  “Qraf  Monte-Kristo” 
(1845-1846)  tarixi  macəra  romanla-
rı  olmuşdur.  Həmin  əsərlərdə  tarixi 
hadisələrə  sərbəst  yanaşılmış,  onlar 
bir  çox  hallarda  şəxsi  münaqişələrlə 
izah edilmişdir. 
Onun romanları maraqlı və dinamik 
süjet  xəttinə  malikdir.  Romanlarda 
olan qəhrəmanlar nikbin, cəsur və hər 
cür maneələri dəf etməyə qadirdirlər. 
Bunlar Dümanın yaradıcılığına dünya 
şöhrəti qazandırmışdır. Düma 1858-ci 
ildə Rusiyada, Qafqazda, o cümlədən 
Tbilisidə  və  Bakıda  olmuş,  bu 
münasibətlə “Parisdən Həştərxana” və 
“Qafqaz”  kitablarını  nəşr  etdirmişdir. 
Ehtimala görə, Tbilisidə Mirzə Fətəli 
Axundovla  görüşmüşdür.  O,  həm  də 
Şamaxının  ən  məşhur,  varlı  adamla-
rından olan Mahmud ağanın qonağı ol-
muşdur. Xurşidbanu Natəvanla görüş-
müş və şairə öz əl işlərindən Dümaya 
hədiyyə vermişdir. Fransız ədibinin bu 
səyahətdən aldığı təəssüratın məhsulu 
olan  “Qafqaz”  kitabında  Bakının  ta-
rixi  və  mədəni  abidələrindən,  Bakı 
neftindən,  azərbaycanlıların  adət-
ənənələrindən,  qonaqpərvərliyindən 
geniş  bəhs  olunur.  “Üç  muşket-
yor”  (2004),  “Qraf  Monte-Kristo” 
(2009)  romanları  Azərbaycan  dilinə 
tərcümə  edilmiş,  “Qanlı  qala”  pye-
si  Azərbaycan  səhnəsində  tamaşaya 
(1924)  qoyulmuşdur.  Düma  həyatda 
çox  bədxərc  insan  olmuş,  nəticədə 
müflisləşmişdir. Ağır vəziyyəti və da-
lınca düşən kreditorlar onu Belçikaya 
qaçmaq  məcburiyyətində  qoymuşdur. 
Bu vəziyyətdə ikən övladları – qızı və 
məşhur dramaturq olan oğlu Aleksandr 
Düma ona dayaq olmuşlar. 
Aleksandr Düma 1870-ci il dekabr 
ayının 5-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Qraf Monte-Kristo [Mətn]: 
roman / Aleksandr Düma.- 
Bakı: Altun Kitab, 2008.- 
127 s.
Üç muşketyor [Mətn] : 
roman / Aleksandr Düma.- 
Bakı: Altun Kitab, 2009.- 
128 s.
Три мушкетера [Текст]: 
роман /А.Дюма.- СПб.: 
Издательский Дом 
“Нева”, 2006.- 830 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
24
Fransız yazıçısı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə