Redaksiya heyəTİ: Baş redaktor


Siyasət.Hərbi iş FRANKLİN DELANO



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə7/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   2   3   4   5   6   7   8   9   10   ...   138

18
Siyasət.Hərbi iş
FRANKLİN DELANO  
RUZVELT  
1882-1945
YANV
AR
  Franklin  Delano  Ruzvelt  1882-
ci  il  yanvar  ayının  30-da  Nyu-York 
şəhərində  doğulmuşdur.  O,  ABŞ-ın 
Şimal-Şərqindəki Proton şəhərində ən 
yaxşı və bahalı xüsusi məktəbdə oxu-
muşdur.  1900-1904-cü  illərdə  Frank-
lin  Harvard  kollecində,  1905-1907-ci 
illəri  isə  Kolumbiya  Universitetinin 
hüquq fakültəsində təhsil almışdır.
Franklin Ruzvelt 1910-cu ildə De-
mokratlar  partiyasında  Nyu-York  se-
natı  seçilmişdir.  1913-1920-ci  illərdə 
Dəniz  nazirinin  müavini  işləmiş, 
1921-ci  ilin  avqustunda  poliomelit 
xəstəliyinə  tutulmuş  və  bundan  son-
ra  ayaqları  tam  işləmədiyi  üçün  öm-
rünün  qalan  hissəsini  əlil  arabasın-
da  keçirməli  olmuşdur.  Bu  onun  3  il 
ərzində  siyasətdən  uzaqlaşması  ilə 
nəticələnsə də, o özündə güc taparaq 
əvvəlcə  1928-ci  ildə  Nyu-York  ştatı-
nın qubernatoru, daha sonra isə prezi-
dent seçilmişdir .
O, 1933-1945-ci ildə 2 dəfədən ar-
tıq seçilmiş yeganə ABŞ prezidentidir. 
Franklin Ruzvelt 4 dəfə prezident seçil-
mişdir. Onun tarixi xidmətləri arasında 
“Böyük Depressiya”nın aradan qaldı-
rılması, SSRİ ilə münasibətlərin yax-
şılaşdırılması və II Dünya müharibəsi 
dövründə  Avropadakı  müttəfiqlərini 
yaxından  dəstəkləməsini  qeyd  etmək 
olar.
  Onun  4-cü  hakimiyyət  dövrünün 
başlamasından qısa müddət keçdikdən 
sonra  beyninə  qan  sızmışdır.  Elə 
bu  xəstəliklə  də  Amerika  Birləşmiş 
Ştatlarının  32-ci  prezidenti  Franklin 
Ruzvelt  12  aprel  1945-ci  ildə  Ame-
rika  Birləşmiş  Ştatlarının  Corciya 
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Franklin Ruzvelt 
(30.01.1882 - 12.04. 1945) 
[Mətn]: tarixi şəxsiyyətlər 
// Üç nöqtə. - 2004.- 22, 23 
iyul (№15).- S.14.
Яковлев, Н. Франклин 
Рузвельт – человек и 
политик [Текст]: новое 
прочтение /Н.Яковлев.- 
Москва, 1981.
İ n t e r n e t d ə
az.wikipedia.org
30
130 
illiyi
Dövlət xadimi


19
Coğrafiya.Geologiya
MİRƏLİ  QAŞQAY  
1907-1977
YANV
AR
Mirəli Seyidəli oğlu Qaşqay 1907-
ci  il  yanvar  ayının  7-də  Gəncədə 
anadan  olmuşdur.  Azərbaycan  SSR 
EA-nın  akademik  katibi  olan  Mirəli 
Qaşqay  1945-ci  ildən  Azərbaycan 
Respublikasının Elmlər Akademiyası-
nın İ.M.Qubkin adına Geologiya İns-
titutunda şöbə və laboratoriya rəhbəri 
olmuşdur. 
O, Daşkəsən dəmir-kobalt və alunit 
filiz yataqlarını öyrənmiş, Kiçik Qaf-
qazda skarnların alümosilikat süxurla-
rın hesabına əmələ gəlməsi və Qafqaz 
mis  və  kükürd  kolçedanı  yataqları-
nın  mənşəyini  intruzivlə  deyil,  vul-
kan  püskürmələri  ilə  əlaqədar  olması 
barədə nəzəriyyələr irəli sürmüşdür. 
Mirəli  Qaşqay  öz  həmkarı 
A.Məmmədovla birgə Kəlbəcərdə ob-
sidian və perlit yataqlarını kəşf etmiş, 
S.Əliyevlə  birgə  isə  “Azərbaycanın 
geotermik xəritəsi”ni tərtib etmişdir.
M.Qaşqay  Azərbaycanın  mineral 
və  termal  sularının  geoloji  struktur 
şəraitini və geokimyasını öyrənmişdir. 
Onun  elmi  kadrların  hazırlanmasında 
da böyük xidmətləri olmuşdur.
Mirəli  Qaşqay  1946-cı  ildə  Le-
ninqradda,  1955-ci  ildə  Moskva  və 
Lvovda  Minerologiya  və  Geologi-
ya  Cəmiyyətlərinin  üzvü,  1958-ci 
ildə  Böyük  Britaniya  və  İrlandiyada, 
1959-cu  ildə  ABŞ-da  Minerologiya 
Cəmiyyətlərinin  həqiqi  üzvü,  1971-
ci  ildə  Ümumittifaq  Minerologiya 
Cəmiyyətinin fəxri üzvü seçilmişdir. 
Mirəli  Qaşqay  Azərbaycan  So-
vet  Ensiklopediyası  baş  redaksiya 
heyətinin üzvü olmuşdur.
O,  1945-ci  ildə  İran,  1956-cı  ildə 
Meksika,  1957-ci  ildə  İngiltərə, 
1958-1960-cı  illərdə  İsveçrə,  Dani-
marka,  Norveç,  1964-cü  ildə  Hindis-
tan,  1967-ci  ildə  Bolqarıstan,  1968-
cu  ildə  Türkiyə  və  Çexoslovakiya, 
1969-ci  ildə ABŞ  və  başqa  ölkələrdə 
Beynəlxalq  Geoloji  Konqreslərdə  və 
simpoziumlarda  geniş  məruzə  və  çı-
xışlar etmişdir. 1968-ci ildə İsveç Sülh 
Konfransının iştirakçısı olmuşdur. 
O,  1942-ci  ildə  geologiya-mine-
rologiya  elmləri  doktoru,  professor 
adı  almış,  1945-ci  ildə  Azərbaycan 
SSR EA-na üzv seçilmiş, 1959-cu ildə 
Əməkdar elm və texnika xadimi adına 
layiq görülmüşdür.
Böyük alim Mirəli Qaşqay 1977-ci 
ildə Bakıda vəfat etmişdir.
Onun  xatirəsi  xalqımız  tərəfindən 
əbədiləşdirilmiş,  Alimin  adı  Bakının 
küçələrindən birinə verilmişdir. Yaşa-
dığı binaya memorial lövhə vurulmuş-
dur.
Ə d ə b i y y a t
Qaşqay, M. Azərbaycan 
alunit yataqları [Mətn] 
/M.Qaşqay, Ə.Babayev.- 
Bakı: Elm, 1976.-145 s.
Mahmudov, H. Böyük alim
xeyirxah insan [Mətn]: 
akademik Mirəli Qaşqay 
- 100 /Hikmət Mahmudov 
//Xalq qəzeti.- 2007.- 10 
yanvar.- S.6.
7
105 
illiyi
Akademik


20
Tarix.Din
ƏLİSÖHBƏT 
SUMBATZADƏ 
1907–1992
YANV
AR
 Əlisöhbət    Sumbat oğlu Sumbat-
zadə 1907-ci il yanvarın ayının 21-də 
anadan olmuşdur.
1926-cı  ildə  Azərbaycan  Dövlət 
Universiteti (indiki BDU) Şərqşünaslıq 
fakültəsinin tarix-etnologiya şöbəsinə 
daxil  olmuş,  1930-cu  ildə  təhsilini 
başa vurmuşdur.
Ə.S.Sumbatzadə  1930-cu  ildə  na-
mizədlik,  1948-ci  ildə  isə  doktorluq 
dissertasiyaları  müdafiə  etmişdir. 
1954-cü  ildə  professor  elmi  adını  al-
mış, həmin ildə AEA-nın müxbir üzvü, 
1958-ci ildə isə həqiqi üzvü seçilmiş-
dir. 
Ə.S.Sumbatzadə 
1957–1959-cu 
illərdə  Azərbaycan  EA-nın  vitse-
prezidenti,  1959-1963-cü  illərdə  İq-
tisadiyyat  İnstitutunda  şöbə  müdiri, 
1963-1969-cu  illərdə  Yaxın  və  Orta 
Şərq Xalqları İnstitutunun, 1970-1972-
ci illərdə Tarix İnstitutunun direktoru, 
1970-1981-ci  illərdə  Azərbaycan  EA 
İctimai Elmlər Bölməsinin akademik-
katibi olmuşdur. 1982-1992-ci illərdə 
İctimai  elmlər  üzrə  Elmi  Məlumat 
Mərkəzində  şöbə  müdiri  vəzifəsində 
çalışmışdır. 
Əsasən XIX-XX əsrin əvvəllərində 
Azərbaycanın  sosial-iqtisadi  tarixi-
nin tədqiqatçısı olan Ə.S.Sumbatzadə 
3  cildlik  “Azərbaycan  tarixi”  (Bakı, 
1958-65),  “Azərbaycanın  Rusiya-
ya  birləşdirilməsi  və  onun  mütərəqqi 
iqtisadi  və  mədəni  nəticələri”  (Bakı, 
1955,  rus  dilində),  “SSRİ  tarixi”  (VI 
cild;  Moskva,  1967),  “Zaqafqaziyada 
Sovet  hakimiyyətinin  qələbəsi”  (Tbi-
lisi,  1971),  “Böyük  Oktyabrın  tarixi 
təcrübəsi”  (Moskva,  1975),  “Qeyri-
kapitalist  inkişaf  yolu  və  müasirlik” 
(Ulan-Bator,  1977),  “Böyük  Oktyabr 
və Sovet Azərbaycanının iqtisadiyya-
tının və mədəniyyətinin çiçəklənməsi” 
(Bakı,  1977),  “Müasir  dövrdə  Sovet 
Azərbaycanının  iqtisadiyyatının  in-
kişafı”  (Bakı,  1980),  “Sovet  tarix 
elmi 1975-1979-cu illərdə” (Moskva, 
1980),  “Azərbaycan  xalqının  etno-
genezi”  (Bakı,  1988)  və  s.  kollektiv 
əsərlərin  müəlliflərindən  və  redaktor-
larından olmuşdur. 
Ə.S.Sumbatzadənin  elmi  kadrların 
hazırlanmasında  böyük  xidməti  ol-
muşdur. 
Ölkə  və  beynəlxalq  miqyaslı  sim-
pozium,  konfrans  və  konqreslərdə 
(Daşkənd-1957,  Moskva-1960,  Teh-
ran-1966,  Düşənbə-1968,  Moskva-
Leninqrad-1970,Aşqabad-1972, 
Berlin-1973,  Ulan-Bator-1974,  San-
Fransisko-1975,  Edinburq-1978,  Bu-
xarest-1980  və  s.)  məruzələrlə  çıxış 
etmişdir.
Ə.S.Sumbatzadə  “Qırmızı  Əmək 
Bayrağı”  ordeni  və  müxtəlif  medal-
larla təltif olunmuş, Azərbaycan SSR 
Əməkdar elm xadimi fəxri adına layiq 
görülmüşdür. 
1992-ci ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan etnoqrafiyası 
[Mətn]: 3 cilddə /red. hey.: 
Ə.S.Sumbatzadə, İ.H.Əliyev, 
M.Ə.İsmayılov [və b.]; 
Az.SSR EA, Tarix İn-tu, 
Arxeologiya və Etnoqrafiya 
Sektoru.- Bakı : Elm , 1988.- 
I cild .- 451 s.
Azərbaycan tarixi [Mətn]: 
3 cilddə /İ.A.Hüseynov, 
M.A.Dadaşzadə, 
Ə.S.Subatzadə və b.; Az.SSR 
EA, Tarix İn-tu .- Bakı : Elm 
, 1973. - C.I .- 546 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.Istoriya.az
21
105 
illiyi
Akademik


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə