Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə70/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   66   67   68   69   70   71   72   73   ...   138

163
Siyasət.Hərbi iş 
525 
illiyi
İYUL
I  İsmayıl  Səfəvi,  Şah  İsmayıl 
Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu 
Şeyx  Cüneyd  Səfəvi  –  Şah  İsma-
yıl Xətai 1487-ci il iyul ayının 17-də 
Ərdəbil  şəhərində  anadan  olmuşdur. 
O,  Şeyx  Səfiəddin  nəslindəndir,  ata-
sı  Şeyx  Heydər,  anası  Ağqoyunlu 
hökmdarı Uzun Həsənin qızı Aləmşah 
bəyimdir.
1488-ci  ildə  atası  Şeyx  Heydər 
döyüşdə  öldürüldükdən  sonra,  İsma-
yıl  anası  və  qardaşları  –  Sultanəli  və 
İbrahim  ilə  birlikdə  İstəxr  qalasında 
(Şiraz) həbsdə saxlanılır. Onda İsma-
yılın  hələ  iki  yaşı  tamam  olmamışdı. 
Bir  müddətdən  sonra  Uzun  Həsənin 
oğlu Rüstəm Mirzə hakimiyyət uğrun-
da  mübarizədə  qardaşlardan  istifadə 
etmək  məqsədilə  onları  həbsdən 
azad  edir.  Lakin  döyüş  zamanı  İs-
mayılın  böyük  qardaşı  Sultanəlinin 
və  “qızılbaşlar”ın  necə  şücaət 
göstərdiyini görüb qorxuya düşür, özü-
nü və sülaləsini gələcək təhlükələrdən 
qurtarmaq üçün Şeyx Cüneyd nəslinə 
son  qoymaq  qərarına  gəlir.  O,  1495-
ci  ildə  Şeyx  Sultanəlinin  üzərinə  qo-
şun  göndərib  Şəməsi  döyüşündə  onu 
öldürtdürür.  Ölümündən  öncə  Şeyx 
Sultanəli Ərdəbilə göndərdiyi İsmayılı 
özünün varisi elan etmişdi Sultanəlinin 
ölümündən  sonra  tərəfdarları  İsmayı-
lı  bir  müddət  Ərdəbildə,  daha  sonra 
Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi 
Mirzə  Əlinin  sarayına  gətirirlər.  Gi-
lana  gələndə  İsmayıl  yeddi  yaşında 
olur. Burada o, Həsən xanın himayəsi 
altında Lələ Hüseyn tərəfindən tərbiyə 
olunur.  İsmayıl  təqribən  6  il  burada 
qalaraq,  tanınmış  əmir  və  alimlərin 
rəhbərliyi altında özünün dini, dünyəvi 
və hərbi təlimlərini davam etdirir.
Şah İsmayıl Xətai 1499-cu ilin av-
qust ayında 13 yaşında özünün yaxın 
tərbiyəçisi  və  məsləhətçisi  olan  bir 
neçə qızılbaş tayfa başçısı ilə birlikdə 
qoşun  toplamaq  üçün  Ərdəbilə  yol-
lanır,  ancaq  şəhər  hakimi  tərəfindən 
təqib olunur. O, 1500-cü ilin yazında 
Şamlı və Rumlu tayfalarından, habelə 
Qaradağ və Talış əhalisindən ona qo-
şulmuş  2  minə  yaxın  qızılbaşla  Qa-
rabağ,  Çuxursəd,  Şuragil,  Kağızman, 
Tircan yolu ilə Ərzincana gəlir.
Ərzincanda  keçirilən  müşavirədə 
Səfəvilərin  iki  düşməni  Şirvanşah 
Fərrux Yasarla  müharibəyə  başlamaq 
qərara alındı və əmirlərinin Gürcüsta-
na və Ermənistana bir neçə basqının-
dan  sonra  İsmayıl  Anadoluda  topla-
dığı  təqribən  7  min  nəfərlik  tərəfdarı 
ilə  1500-cü  ilin  axırlarında  Şirvana 
hücum edir. Cabanı döyüşündə Fərrux 
Yasar məğlub edildi və Şirvanşah öl-
dürüldü.  İsmayıl  üç  gün  düşərgədə 
qaldıqdan sonra Şamaxıya daxil oldu. 
Burada  onu  seyidlər,  qazılar,  rəislər 
və şəhər əyanları qarşıladı. Şamaxıya 
girən İsmayıl şəhərdə yalnız bircə gün 
qaldı. Burada öyrəndi ki, Şirvanşahın 
döyüş meydanından qaçıb canını qur-
tarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) 
Xəzər  dənizinin  sahilindəki  Şəhrinou 
qalasındadır  və  atasının  qoşunlarının 
salamat  qalmış  hissələrini  ətrafına 
toplamışdır. İsmayıl sərkərdəsi Hülafə 
bəyi  qoşunla  oraya  göndərdi,  duruş 
gətirə  bilməyəcəyini  görən  Şeyx-
şah yaxın adamları ilə birlikdə qaçdı. 
17
ŞAH İSMAYIL XƏTAİ 
1487-1524
Dövlət xadimi


164
Müqavimətə  rast  gəlməyən  Hülafə 
bəy,  Şəhrinouda  düşərgə  saldı.  Ertəsi 
gün  İsmayıl  özü  buraya  gəldi.  İsma-
yıl Şəhrinounu tutduqdan sonra Mah-
mudabada  qışlağa  getdi.  Burada  ona 
məlum oldu ki, Bakı şəhərinin əhalisi 
qalalarının  möhkəmliyinə  bel  bağla-
yaraq xərac verməkdən imtina edir və 
müqavimət  göstərirlər.  İsmayıl  uzun 
çəkməyən mühasirədən sonra 1501-ci 
ilin baharında Bakını aldı.
İsmayıl Bakını aldıqdan sonra Gü-
lüstan qalasını tutmağa getdi. İsmayıl 
öz qoşunu ilə Naxçıvan istiqamətində 
hərəkət  edir.  1501-ci  ilin  ortalarında 
Əlvənd  Mirzə  onları  Şərur  düzündə 
qarşılayır.  Şərur  döyüşündə  Əlvənd 
Mirzənin 30 minlik ordusu İsmayılın 7 
minlik qoşunu tərəfindən darmadağın 
edilir. İsmayıl bu döyüşdə də öz yaşı-
na görə qeyri-adi dərəcədə sərkərdəlik 
qabiliyyəti  və  şəxsi  igidlik  nümunəsi 
göstərir.  O  özü  şəxsən  Ağqoyunlu 
qoşununun  sayılan  əmirlərindən  Kar-
qiçay  bəyi  qılınc  döyüşündə  məğlub 
edir.
1501-ci  ilin  payızında Təbrizə  da-
xil  olan  İsmayıl  özünü  şah  elan  etdi. 
Bununla  da  paytaxtı  Təbriz  olan 
Azərbaycanda  Səfəvilər  dövlətinin 
əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini 
rədd  edən Ağqoyunlu  hökmdarı  Sul-
tan Muradla 1503-cü il iyunun 21-də 
Həmədan  yaxınlığında  döyüş  Şah  İs-
mayılın qələbəsi ilə nəticələndi və Ağ-
qoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə Şah İsmayıl Şey-
bani  xanın  özbək  dövlətindən  tutmuş 
Osmanlı  imperiyasının  sərhədlərinə 
qədər uzanan möhtəşəm bir dövlət ya-
rada bilir.
Bütün  Şabran,  Xorasan  vilayəti 
şah İsmayılın hakimiyyəti altına keçir. 
Sonrakı illərdə Şah İsmayıl bütün İra-
nı, İraqi-Ərəbi Səfəvilər dövlətinə qat-
dı.  Onun  dövründə  Səfəvilər  dövləti 
Yaxın  Şərqin  qüdrətli  dövlətlərindən 
birinə  çevrildi.  Səfəvi  dövləti  öz 
yüksəlişinin  zirvə  nöqtəsinə  çatır. 
Onun  ərazisinin  sahəsi  2  milyon  800 
min kvadrat kilometrə qədər idi. 
Şah  İsmayıl  Xətai  1524-cü  il  may 
ayının  23-də  Cənubi  Azərbaycanın 
Ərdəbil şəhərində vəfat etmişdir. Şeyx 
Səfi kompleksində dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Şah İsmayıl Xətai.- Bakı : 
Oka Ofset, 2005.- 342 s.
Külliyyatı [Mətn]: qəzəllər
qəsidələr, nəsihətnamə, 
dəhnamə, qoşmalar /Şah İs-
mayıl Xətai.- Bakı : Əlhudə, 
2004.- 534 s.
Qəzəllər [Mətn] /Şah İs-
mayıl Xətai //Azərbaycan.- 
2006.- № 7.- S.3.
Şah İsmayıl Xətai [Mətn]: 
məqalələr toplusu /Azərb. 
SSR Elmlər Akad. Nizami 
ad  Ədəbiyyat İn-tu; red. A. 
Rüstəmova, O. Əfəndiyev.- 
Bakı: Elm ,1988.
Qasımlı, M. Şah İsmayıl 
Xətainin poeziyası [Mətn] 
/M.Qasımlı.- Bakı : Elm, 
2002.- 176 s.
Məmmədova, G. “Vəhdət 
gülüzarının bülbülü...” 
[Mətn]: Xətai özü-
nü belə adlandırırdı 
/G.Məmmədova //Hərbi 
and.- 2006.- 16 iyul.
Zöhrablı, N. Şah İsmayıl 
Xətai adına internet saytı 
açılıb [Mətn] /N.Zöhrablı 
//Azadlıq.- 2001.- 17-19 
noyabr.- S.12.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə