Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə71/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   67   68   69   70   71   72   73   74   ...   138

165
Siyasət.Hərbi iş 
130 
illiyi
KAZIM KARABƏKİR PAŞA 
1882-1948
İYUL
Kazım  Karabəkir  Paşa  1882-ci  il 
iyul  ayının  22-də  İstanbulda  anadan 
olub.  Türkiyənin  görkəmli  hərbi  və 
dövlət  xadimi  Kazım  Karabəkir  Paşa 
Atatürkün  yaxın  silahdaşlarından 
biri  olmuşdur. Ali  hərbi  təhsil  aldıq-
dan sonra (1912-1913) Birinci dünya 
müharibəsində iştirak etmişdir (1914-
1918).  Hərbi  sahədəki  xidmətlərinə 
görə  1918-ci  ildə  diviziya  genera-
lı,  sonra  ordu  generalı  rütbəsinədək 
yüksəlmiş, “paşa” fəxri tituluna layiq 
görülmüşdür. 
Kazım Qarabəkir Paşa Azərbaycanın 
ərazi  bütövlüyünün  təmin  olunma-
sında,  onun  ayrılmaz  tərkib  hissəsi 
olan  Naxçıvan  bölgəsinin  erməni 
silahlı  süvarilərinin  təcavüzündən 
müdafiəsində  mühüm  xidmətlər 
göstərmişdir. 
Həmin 
ərazilərin 
müdafiəsi  Osmanlı  ordusunun  onun 
komandanlıq etdiyi I Qafqaz korpusu-
na həvalə olunmuşdu. 
Kazım  Qarabəkir  Paşa  Türkiyənin 
istiqlal savaşında (1918-1923) fəal iş-
tirak etmiş, Şərq cəbhəsinin komanda-
nı kimi bir sıra əzəli türk torpaqlarının 
geri  qaytarılmasında,  erməniləri  sülh 
bağlamağa məcbur etməsində əvəzsiz 
xidmətlərinə  görə  “İstiqlal  ordeninə” 
layiq görülmüşdür. Azərbaycanda baş 
verən  hadisələrlə  daim  yaxından  ma-
raqlanmış, Qars konfransında ( 1921) 
iştirak etmişdir. 
Naxçıvanın  mədəni  həyatında  ya-
xından  iştirak  edən  Kazım  Qarabəkir 
Paşa  şəhərdə  teatrın  fəaliyyətini 
bərpa  etmiş,  Naxçıvan  teatrında  türk 
yazıçılarının  dram  əsərlərini  tama-
şaya  qoymuş,  tədris  müəssisələri 
açmış,  məktəblər  üçün  Türkiyədən 
çoxlu  sayda  dərsliklər  gətirtmişdir. 
Hərbi  vətənpərvərlik  tər-biyəsinə  bö-
yük  əhəmiyyət  verən  və  nizami  ordu 
quruculuğunun  vacibliyini  nəzərə 
alan  Kazım  Qarabəkir  Paşa  bu  işi 
öyrənmək üçün bir qrup gənci Türkiyə 
məktəblərinə  oxumağa  göndərmişdir. 
Türk xalqının istiqlal mücadiləsi başa 
çatdıqdan sonra ordudan tərxis olunan 
Kazım  Qarabəkir  Paşa  millət  vəkili 
kimi fəaliyyət göstərmiş, 1946-cı ildə 
Türkiyə Böyük Millət Məclisinin baş-
çısı seçilmişdir.
Kazım  Karabəkir  Paşa  1948-ci  il 
dekabr  ayının  26-da  ankarada  vəfat 
etmişdir.
Kazım Qarabəkir Paşanın xatirəsinə 
Naxçıvan  şəhərində Türkiyə  Dəyanət 
İşləri  Vəqfi  tərəfindən  məsçid  inşa 
edilmişdir.  Ümummilli  lider  Heydər 
Əliyev,  Kazım  Qarabəkir  Paşanın 
qızı Timsal Qarabəkir məscidin açılış 
mərasimində çıxış etmişlər.
Ə d ə b i y y a t
Ərtoğrul. Hər bir 
azərbaycanlının qəlbində 
Kazım Qarabəkir Paşa 
[Mətn] /Ərtoğrul //Kaspi.-
2010.- 28 dekabr.-S. 12.
Ərtoğrul. Qəlbimizdəki Ka-
zım Qarabəkir Paşa [Mətn] 
/Ərtoğrul //Kaspi.- 2010.- 
24 dekabr.- S.13.
Kazım Qarabəkir Paşa 
[Mətn] //Azərbaycan Xalq 
Cümhuriyyəti ensiklopedi-
yası.- Bakı, 2005.- S. 77-78
Məmmədova, G. Qarabəkir 
əfsanəsi [Mətn]: sənədli ro-
man /G.Məmmədova.- Bakı 
: Zaman, 2001.- 488 s. 
Musayev, İ. Azərbaycanın 
Naxçıvan və Zəngəzur 
bölgələrində siyasi vəziyyət 
və xarici dövlətlərin siyasəti 
[Mətn]: (1917-1921) 
/İ.Musayev.- Bakı : Elm, 
1996.- 312 s. 
Səfərli, F. Kazım Qarabəkir 
Paşa və Naxçıvanın erməni 
təcavüzündən müdafiəsi 
[Mətn] /F.Səfərli //Naxçıvan 
jurnalı.- 2001.- № 5.- S. 23.
22
Hərbi xadim


166
Tarixdə bu gün 
MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ 
1875
İYUL
22 iyul - Azərbaycanda Milli mətbuat və Jur-
nalistika  günü  kimi  qeyd  edilir.  Azərbaycan 
mətbuatının  banisi  Həsən  bəy  Zərdabi  böyük 
çətinliklərdən sonra  Bakıda Azərbaycan  dilində 
“Əkinçi” qəzetinin çap olunmasına nail olmuş və 
qəzetin  ilk  nömrəsi  1875-ci  il  iyulun  22-də  işıq 
üzü görmüşdür.
“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-
səda  doğurmuşdu.  1875-1877-ci  illər  ərzində 
fəaliyyət  göstərmiş  qəzetin  56  nömrəsi  çap  edil-
mişdir.  “Əkinçi”  qəzeti  xalqımızın  milli  oyanı-
şında,  milli  birliyinin  möhkəmlənməsində  böyük 
rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusi-
ya hakim dairələrini narahat etmiş və iki il sonra 
qəzet bağlanmışdı.
Azərbaycan  mətbuatının  ilk  müjdəçisi 
“Əkinçi”dən  sonra  bu  sahədə  xeyli  irəliləyişlər 
olmuşdu.  XIX  əsrin  sonlarında  “Ziya”,  (1879), 
“Kəşkül”  (1880),  “Kaspi”  (1880-1890-cı  illər) 
qəzetləri nəşrə başlamışdı.
XX  əsrin  əvvəllərində  C.  Məmmədquluzadə, 
M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, 
Ü.  Hacıbəyov  və  başqaları  yeni  demokratik 
mətbuatın  yaranması  uğrunda  mübarizə  aparırdı-
lar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-
rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), 
“Azərbaycan  “  (1918)  kimi  demokratik  ruhlu, 
milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə 
“Molla  Nəsrəddin”  jurnalının  nəşrə  başlanması 
ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası 
qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan 
“İşıq”  jurnalının  bütün  əməkdaşları  qadınlardan 
ibarət idi.
Sovet  hakimiyyəti  dövründə  bütün  sovet  res-
publikalarında  olduğu  kimi  Azərbaycanda  da 
mətbuat sovet ideologiyasının ruporuna çevrilmiş-
di. Azad  və  demokratik  mətbuatdan  söhbət  belə 
gedə  bilməzdi.  Yalnız  bolşevik  rejiminin,  kom-
munist  ideyalarının  təbliği  ilə  məşğul  olan  qəzet 
və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi 
senzura hökm sürürdü. Kommunist Partiyasının or-
qanı olan “Pravda” (bu qəzetin dilimizə tərcüməsi 
“Həqiqət” olsa da, səhifələri qərb demokratiyasına 
qarşı  iftiralarla,  ictimai  və  iqtisadi-siyasi  həyatın 
müxtəlif  sahələrinə  aid  yalan  informasiyalarla 
dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı 
gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən 
sonra  bir  çox  milli-mənəvi  dəyərlərə  qayıdış 
mətbuat  sahəsində  də  özünü  göstərdi.  Bu  gün 
ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal 
fəaliyyət  göstərir.  Azərbaycan  Respublikası  Pre-
zidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə 
başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalisti-
ka Günü kimi qeyd olunmağa başladı.
22


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə